![]() |
|
Məkkədə yağan güclü yağışlar ciddi fəsadlara fəlakətə yol açıb.
Yağış nəticəsində yaran sel şəhərə infrastrukturuna, insanlara və təsərrüfata ciddi ziyan vurmaqla dağıntılara səbəb olub. Hətta çoxsaylı inək və dəvələri sel sularına qərq olub. Bu anlar videokameralara belə yansıyıb.
Türkiyə bütün ölkənin hava məkanını qoruyacaq “Polad Qübbə” adlı Hava Hücumundan Müdafiə Sistemləri istehsal edəcək.
“Qafqazinfo”nun məlumatına görə, bu qərar Müdafiə Sənayesi İcraiyyə Komitəsinin Türkiyə lideri Rəcab Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında öz təsdiqini tapıb.
Məlumat üçün deyək ki, sistem yüksək texnologiya, süni intellekt dəstəyi (AI) və real vaxt rejiminə əsaslanacaq.
“Polad Qübbə” layihəsi xüsusilə son zamanlar gündəmdə olan İsrail hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbə”ni xatırladır.
Qeyd edək ki, “Dəmir Qübbə” İsrailin istehsal etdiyi qısa məsafəli hava hücumundan müdafiə sistemidir. İlk dəfə 27 mart 2011-ci ildə Beer-Şeva şəhərində yerləşdirib.
“Dəmir Qübbə” istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa-məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir.
Qeyd edək ki, “Polad Qübbə” bir vilayət və ya şəhəri deyil, bütün Türkiyənin hava məkanını qoruyacağı üçün verilib.
Onu da deyək ki, adıçəkilən metallar bir-birinə bənzəsə də, polad dəmirin işlənmiş halıdır. Yəni daha güclü və əyilməz metaldır. Bu ad seçimi isə xüsusi olaraq HHMS-nin nə qədər güclü olacağına bir işarədir.
“Polad Qübbə”nin ilk görüntülərini təqdim edirik:
ABŞ prezidenti Cozef Bayden Yaxın Şərqdə İran və İsrail arasında vəziyyətin gərginləşməsi təhlükəsinə baxmayaraq, ictimaiyyət qarşısında heç bir çıxış planlaşdırmır.
“Report” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Belə ki, ABŞ dövlət başçısı sonuncu dəfə avqustun 5-də Ağ Evin yaxınlığında görünüb, o, jurnalistlərin yanından keçərək onların suallarına məhəl qoymayıb.
“Vitse-prezident Kamala Harrisin birinci yeri tutmasına imkan verdikdən sonra ictimaiyyət qarşısında çıxış etməmək prezident üçün yeni normaya çevrilib. Bu, İranın İsrailə mümkün hücumunu gözlədiyi bir vaxta təsadüf edir”, - məqalədə deyilir.
Nəşr bildirib ki, Ağ Ev jurnalistlərin “niyə bu anda prezidentin Yaxın Şərqdəki vəziyyətlə bağlı birbaşa müraciəti olmadığına dair” suallara konkret cavab vermir, bu mövzunun Bayden üçün prioritet olduğu deyilir və bir neçə yazılı məlumat paylaşılır.
Eyni zamanda Amerika rəsmiləri, o cümlədən ABŞ dövlət katibi Antoni Blinken əmin edirlər ki, Vaşinqton regionda eskalasiya risklərini azaltmağa çalışır və həm İsrailə, həm də İrana siqnallar göndərir.
ABŞ müttəfiqləri ilə birlikdə İsrail və İrana birbaşa mesaj göndərib ki, heç kim bölgədə gərginliyi daha da artırmasın.
Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Biz Yaxın Şərqdə gərginliyi azaltmaq və münaqişənin böyüməsinin qarşısını almaq üçün intensiv fəaliyyət göstəririk. Biz son bir neçə gün ərzində bölgədəki və ondan kənardakı tərəfdaşlarla daimi təmasda olmuşuq", - o qeyd edib.
Onun fikrincə, hücumlar bölgədə heç kəsin proqnozlaşdıra bilməyəcəyi və ya tam nəzarət edə bilməyəcəyi təhlükəli nəticələrlə müşaiyət oluna bilər.
"Biz bu mesajı birbaşa İrana çatdıraraq, müttəfiqlər və tərəfdaşlarla intensiv diplomatik əlaqələr saxlayırıq. Biz bu mesajı birbaşa İsrailə çatdırırıq”, - Blinken bildirib.
Blinken eyni zamanda əlavə edib ki, ABŞ-ın İsrailin təhlükəsizliyini təmin etmək mövqeyində qalmaqdadır: "Biz İsraili terrorçuların və onların havadarlarının hücumlarından müdafiə etməyə davam edəcəyik".
Bu gün səhər saatlarında Türkiyənin Adana şəhərində 3 zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Yeraltı təkanlar Adananın Kozan rayonunda qeydə alınıb. Saat 05:32-də yerin 7,6 km dərinliyinə 4,6 bal gücündə zəlzələ baş verib. Daha sonra 4,5 və 4 bal gücündə növbəti zəlzələlər qeydə alınıb.
Ölkənin daxili işlər naziri Ali Yerlikaya təbii fəlakətlə bağlı məlumat yayaraq hər hansı neqativ halın olmadığını açıqlayıb.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi və amerikalı həmkarı Cozef Bayden Qəzza zolağında atəşkəsin yaradılması üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.
Onlar ABŞ tərəfinin təşəbbüsü ilə telefon danışığı aparıblar.
“Dövlət başçıları Qəzzada atəşkəs və iki dövlət prinsipinin həyata keçirilməsinə yönəlmiş birgə intensiv fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər. Məhz bu prinsip Yaxın Şərq regionunda yaşayan bütün xalqlar üçün sabitliyin əsas təminatçısı rolunu oynayır”, - Misir Prezidentinin rəsmi nümayəndəsi Əhməd Fəhmi feysbukdakı səhifəsində yazıb.
Əl-Sisi və Bayden söhbət zamanı həmçinin təsdiqləyiblər ki, onlar bölgədə vəziyyətin gərginləşməsini azaltmaq və təhlükəsiz mühiti bərpa etmək üçün hər cür səy göstərməyə davam edəcəklər.
Kosova polisi ölkənin şimalında serblərin çoxluq təşkil etdiyi dörd bələdiyyədə Serbiyanın “Posta Srbije” milli poçt xidmətinin doqquz şöbəsini bağlayıb.
Bu addım Kosova Mərkəzi Bankının Serbiya valyutası dinardan istifadəni qadağan etmək siyasətinin tərkib hissəsidir.
Serbiya Prezidenti Aleksandr Vuçiç Kosova tərəfinin bu addımını pisləyib, bunu hərbi münaqişəyə səbəb olmaq cəhdi kimi qiymətləndirib və Brüsseli bununla bağlı tədbir görməyə çağırıb.
“Biz müharibə istəmirik, sülhü qorumaq niyyətindəyik. Lakin Kosova tərəfi bu addımları bilərəkdən, mütəşəkkil şəkildə və müəyyən Qərb güclərinin dəstəyi ilə atır”, – deyə Serbiya Prezidenti bildirib.(axar.az)
ABŞ pezidentliyinə namizəd Donald Tramp rusiyalı Həbib Nurməhəmmədovu sevimli döyüşçüsü adlandırıb.
Bu barədə "Gazeta" məlumat yayıb.
“Düşünürəm ki, bu, Həbibdir. O, çox yaxşı idi. O, atası vəfat edəndən sonra idmandan çıxdı. O, dəfələrlə döyüşüb və heç vaxt raundda məğlub olmayıb”, - Tramp bildirib.
Həbib Nurməhəmmədov sonuncu döyüşünü 2020-ci ilin payızında keçirərək amerikalı Castin Qetciyə qalib gəlib. Döyüşdən dərhal sonra o, anasına atasız döyüşməyəcəyinə söz verdiyini izah edərək, peşəkar karyerasını tərk etdiyini açıqlayıb. Nurməhəmmədov karyerasını bitirdikdən sonra "Eagle FC" promosyonunu təsis edib.
İdmançı qarışıq döyüş növləri (MMA) üzrə 29 döyüş keçirib və onların hər birində qalib gəlib. 2021-ci ildə İctimai Rəy Fondunun sorğusu nəticəsində Həbib idmanda ilin adamı seçilib. 22 oktyabr 2023-cü ildə Nurməhəmmədov döyüşlə bağlı hər şeyi tərk etdiyini bildirrib.(Publika.az)
İran prezidenti Məsud Pezeşkian HƏMAS lideri İsmayıl Haniyənin qətlinə görə İsrailə mütləq şəkildə cavab veriləcəyini bəyan edib.
Tasnim xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə deyib.
Pezeşkian Şoyqu ilə görüşündə İsrailə qarşı cavab tədbirləri və Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı bunları deyib: "İran regionda müharibə və böhranın miqyasını genişləndirmək niyyətində deyil, lakin İsrailin cinayətlərinə və həyasızlığına mütləq cavab veriləcək".
Sergey Şoyqu isə öz növbəsində İranı Rusiyanın əsas strateji müttəfiqlərindən biri adlandırıb.
Qeyd edək ki, İranın yeni prezidenti Məsud Pezeşkianla Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında görüş avqustun 5-i axşam Tehranda baş tutub.
İran prezidenti ilə danışıqlardan əvvəl cənab Şoyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə görüşüb.