Tehrana xəbərdarlıq: İsraili qoruyacağıq

Yaxın Şərqdə genişmiqyaslı müharibə qaçınılmazdır.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra Yaxın Şərqdə artan gərginliklə bağlı vəziyyəti şərh edərkən deyib.

Metyu Miller qeyd edib ki, ABŞ bütün variantlara hazır vəziyyətdədir.
O əlavə edib ki, ABŞ-ın gözlənilən müharibənin qarşısını almaq üçün səylərini davam etdirəcək.

Miller bildirib ki, gərginliyin artması bölgədə heç kimin maraqlarına xidmət etmir.

Miller onu da qeyd edib ki, ABŞ Dövlət Departamenti İrana xəbərdarlıq edərək, İsraillə gərginliyin artırılması Tehranın xeyrinə olmayacaq: "Gərginliyin artacağı təqdirdə ABŞ İsraili qoruyacaq".

Ölkə qan gölünə çevrildi - VİDEO
Banqladeşdə baş nazir Şeyx Hasina Vacidin ölkədən qaçmasından sonra etirazçılar dövlətin qurucu lideri Mucibur Rəhmanın heykəllərini yıxmağa başlayıblar.

Baş nazir Şeyx Hasina Vacidi istefa verib ölkəni tərk etsə də, Banqladeşdə etiraz dalğaları səngimək bilmir. 

Baş nazir ölkədən qaçdıqdan sonra etirazçılar rəsmi dövlət binalarına basqın edərək yararsız hala salırlar. Etirazçılar baş nazirin iqamətgahını ələ keçirib, parlamentin zalını isə yararsız hala salıblar. Vəziyyət o həddə çatıb ki, etirazçılar ölkənin qurucu lideri Mucibur Rəhmanın heykəllərini dağıtmağa başlayıblar. 

Ölkəni bürüyən etiraz dalağaları nəticəsində təkcə son iki gündə  231 nəfərin həyatını itirib, yüzlərlə insan isə yaralanıb.
Banqladeşin Şerpur şəhərində etirazçılar tərəfindən ələ keçirilən həbsxanadan 500-dən çox məhbusun qaçdığı bildirilir.

Qeyd edək ki, etiraz dalağalarına səbəb Banqladeşdə İstiqlal Müharibəsində iştirak edənlərin ailələri üçün  güzəştlərin tətbiqi olub. Etiraz dalğası baş nazirin  istefası və ölkədən qaçması ilə nəticələnib.   
Siyasi partiya nümayəndələri ilə görüşən Banqladeş Ordu Komandanı Hasinanın istefa verdiyini və keçid hökumətinin qurulacağını açıqlayıb.

ABŞ ordusunu bu ölkədən tamamilə çıxarır

ABŞ ordusu Nigerdəki son bazasına nəzarəti yerli qüvvələrə təhvil verərək.

Bu barədə "Nyu Yorl Tayms" qəzeti xəbər verib.

Qeyd olunub ki, ilkin planlara görə, ABŞ ordusunun Nigerdən tam çıxarılması sentyabrın 15-dək başa çatmalı idi. Bununla belə, avqustun 5-də ABŞ hərbçiləri Nigerin şimalındakı Aqadez şəhərindəki 201 aviabazasını tərk ediblər. Az sayda hərbçi bir müddət ABŞ-ın Nigerdəki səfirliyində qalacaq.

ABŞ-ın hegemonluğu dövrü başa çatıb - Pezeşkian

Rusiya və İranın çoxqütblü dünya ilə bağlı ortaq mövqeyi qlobal sabitliyin möhkəmlənməsinə gətirib çıxaracaq.

"Bunu İran prezidenti Məsud Pezeşkian Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə deyib.

“İran və Rusiya arasında çoxqütblü dünyanın təşviqində ortaq mövqe və əməkdaşlıq, şübhəsiz ki, qlobal təhlükəsizlik və sülhün daha da möhkəmlənməsinə gətirib çıxaracaq”, - ISNA onun sözlərini sitat gətirib.

Prezident vurğulayıb ki, bəzi ölkələrin, o cümlədən ABŞ-ın hegemonluğu dövrü başa çatıb.

“Rusiya çətin anlarda həmişə İranın yanında olub və belə bir strateji tərəfdaşla münasibətləri gücləndirmək İran İslam Respublikasının xarici siyasətində prioritetlərdən biridir”, - Pezeşkian qeyd edib.

Bununla bağlı o, Moskva ilə Tehran arasında bağlanmış bütün razılaşmaların icrasını sürətləndirmək zərurətinə vurğu edib.

Ukrayna hərbçilərinə “Leopard”larda təlim keçməyə başladılar

Polşa və Norveçdən olan təlimatçılar Ukrayna hərbçilərinin növbəti qrupuna “Leopard” tanklarında təlim keçməyə başlayıblar.

Bu barədə “Kresy” nəşri məlumat yayıb.

“NATO ordularının əsas döyüş tankı “Leopard 2A4”-dür. Norveç və Polşadan olan hərbi təlimatçılar təlim zamanı ukraynalı kursantlara hərbi texnikanı daha müstəqil idarə etmək imkanı verməyə çalışırlar”, - məlumatda deyilir.

Qeyd olunur ki, xarici təlimatçılar ukraynalılara təlimdə daha müstəqil olmaq imkanı verməklə onların da öz növbəsində digər ukraynalılara döyüş tankını idarə etməyi öyrətməsini istəyirlər.

“NATO müttəfiqləri Vaşinqtonda keçirilən sammitdə növbəti il ərzində Ukraynaya minimum 40 milyard avro hərbi yardım göstərməyi öhdələrinə götürməklə dəstəklərini artırmağa davam edirlər”, - nəşr yazır.

Regionumuz həqiqətən də ağrılı günlər yaşayır - Ərdoğan

Rusiya ilə Ukrayna arasındakı müharibə iki il yarımdır ki davam edir. Müharibənin qısa müddətdə bitməsi ehtimalı hələ üfüqdə görünmür.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

"Regionumuz həqiqətən də ağrılı günlər yaşayır. Qəzzaya hücumlar 10 ayı keçib. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə Qəzza böhranında yeni bir sərhəd də aşıldı", - deyə R.T.Ərdoğan qeyd edib.

Medvedev: Qoy cəhənnəmdə yansınlar!

Əsir mübadiləsi çərçivəsində Qərbə gedən Vətən xainləri yer üzündəki varlığın zəifliyini unutmamalıdırlar.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün teleqram kanalında ABŞ və Rusiya arasında əsirlərin mübadiləsini şərh edərkən verib.

O əlavə edib ki, söhbət ağzı köpüklənə-köpüklənə danışan, dili çırtıq halda hakimiyyətə can atan qeyri-sistemli müxalifətdən və ya öz Vətəninin görmək istəməyən və nifrət edənlərdən, əməldə ümumi vətəndaş sülhünü, ideoloji əsasları məhv etməyə çalışanlardan gedir.

Medvedyev həmin şəxsləri satqın kimi xarakterizə edərək deyib: "Ümumiyyətlə, qoy, cəhənnəmdə yansınlar!"

Türkiyə ilə İsrail arasındakı diplomatik gərginlik pik həddə çatıb

HƏMAS lideri İsmayıl Haniyənin ölümündən sonra Türkiyə ilə İsrail arasındakı diplomatik gərginli pik həddə çatıb. Tərəflər bir-birinin ünvanına ən sərt ifadələr işlətməkdən belə çəkinməyiblər.

İsrail xarici işlər naziri İsrael Katzın Haniyənin ölümü ilə bağlı Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına işlətdiyi sərt ifadələrin arxasınca İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə daha irəli gedərək deyib: "Türkiyə səfirliyinin əməkdaşları bayrağı tamamilə götürüb evlərinə qayıda bilərlər".

Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkələrdə İsrail xarici işlər nazirinə cavab verib:

“Bura bax, ey psixopat qatil! Nə qədər ki, siz günahsız insanların qanını udduğunuz murdar ağzınızla Rəcəb Tayyib Ərdoğanın adını tələffüz edəcəksiniz, biz onu daha da dəstəkləyəcəyik və daha da qətiyyətlə müdafiə edəcəyik. Prezidentimizin və ölkəmizin sizin kimi qaniçən soyqırımı qatillərindən öyrənəcəyi heç nə yoxdur!"

Fəxrəddin Altun onu da əlavə edib ki, bütün bunlara görə bir gün mütləq cavab verməli olacaqlar.

israil-hizbullahin-herbi-obyektlerine-zerbeler-endirdi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda yerləşən “Hizbullah”ın hərbi obyektlərinə, o cümlədən silah anbarına zərbələr endirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bundan əlavə, Şebaa və Raçaya Əl-Fuxar ərazilərindən gələn təhlükəni aradan qaldırmaq üçün artilleriyadan da atəş açılıb.

Həmçinin bildirilib ki, Malkia bölgəsində partlayıcı daşıyan pilotsuz təyyarə düşüb. Onun Livan tərəfdən gəldiyi deyilir. 

Banqladeşdə iğtişaşlarda azı 300 nəfər ölüb - VideoBanqladeşin paytaxtı Dəkkə və ölkənin digər şəhərlərində polislə etirazçılar arasında toqquşmalar nəticəsində ölənlərin sayı azı 300 nəfərə çatıb.

“Qafqazinfo” “France Press”ə istinadən xəbər verir ki, ötən gün bütün etirazlar dövrü ərzində ən ölümcül gün olub - 94 nəfər həlak olub.

Etirazlar və nümayişlər “Ayrıseçkiliyə qarşı Tələbə Hərəkatı” təşkilatının bazar günü hakimiyyətlə əməkdaşlıqdan imtina etməsindən sonra başlayıb. Tələbələrin polis və hökumət tərəfdarları ilə toqquşmaları iğtişaşlara çevrilib.

Etirazçılar Baş nazir Şeyx Hasinanın istefasını tələb edirlər.

Hökumət Dəkkə və ölkənin digər böyük şəhərlərində yerli vaxtla saat 18.00-dan növbəti xəbərdarlığa qədər komendant saatı tətbiq edib.

Xəbər lenti