Bu ölkədə də TikTok qadağan edildi

Kosovo hökuməti “kibertəhlükəsizliyi artırmaq” məqsədilə Çin sosial media platforması TikTok-un dövlət qurumlarında quraşdırılmasını, istifadəsini və istismarını qadağan etmək qərarına gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda  Kosovo hökumətinin bugünkü kabinet iclasında səsvermə keçirilib.

Qərarı hökumətə təqdim edən Kosovo daxili işlər nazirinin müavini Bardhyl Dobra bildirib ki, tətbiq “kiber təhlükəsizliyi artırmaq” məqsədilə qadağan edilib.

Dobra əlavə edib ki, qəbul edilən qərar ölkənin Kibertəhlükəsizlik Qanununa və müttəfiq ölkələrin gördüyü tədbirlərə uyğundur.

Təklif kabinet üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

İravunk: Paşinyan ətrafının telefonlarını dinləyir

“Gözəl təbəssümü və qayğısız velosiped sürməsi ilə komandasına və Ermənistan cəmiyyətinə tam arxayın olduğunu göstərməyə çalışan Nikol əslində öz kölgəsindən belə şübhələnməyə başlayıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu məlumat Ermənistanın müxalif “İravunk” qəzetində yer alıb.

Gələn məlumatlara görə, Paşinyan hüquq-mühafizə orqanlarının rəhbərlərinə partiyanın bütün üzvlərinin telefonlarını dinləməyi tapşırıb.

Xüsusilə, o, öz şeflərinin adına and içən üzvlərdən şübhələnməyə başlayıb, lakin bu andlar artıq onun üçün bir qəpik də dəyər kəsb etmir.

Şayiələrə görə, “Nikol indi öz fədailərini yalnız həyat yoldaşı Anna Akopyanın “məsləhətlərindən” sonra seçir”,- deyə yazıda qeyd olunub.

İranda seçki qutularını daşıyan avtomobilə hücum olub, ölən və xəsarət alanlar var - VİDEO
Naməlum şəxslər İranın Sistan və Bəlucistan vilayətlərində seçki qutularını daşıyan avtomobilə atəş açıblar.

İranın “Tasnim” xəbər agentliyi yazır ki, hücum nəticəsində təhlükəsizlik xidmətinin iki işçisi həlak olub.

Digər mənbədə - İranın "Press TV" telekalanında qeyd olunan məlumata əsasən, hadisə zamanı daha beş nəfər yaralanıb. Öz növbəsində, “Fars” agentliyi hücumdan sonra bülletenlərin səslərin sayıldığı vilayət qubernatorluğuna aparıldığını bildirib.

İran ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaların heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

İranda seçkilərin nəticələri - Azərbaycanlı namizəd liderdir - YENİLƏNİR

İranda növbədənkənar prezident seçkilərinin nəticələrinin 5-ci elan statistikası açıqlandı
İranda prezident seçkilərinin növbəti ilkin nəticələri açıqlanıb.

Ölkə.Az İRNA-ya istinadən xəbər verir ki, indiyədək 408 şəhərdə 37024 seçki məntəqələrində səslər hesablanıb.

İran seçki qərargahının sözçüsü Möhsün Eslami 14-cü prezident seçkilərinin sonuncu yeddinci statistikasının nəticələrini açıqlayaraq deyib ki, 37024 məntəqədə 14 milyon 70 min 462 seçicinin səsi hesablanıb.

Son nəticələrinə görə, seçkinin əsas favoriti islahatçıların namizədi Məsud Pezeşkiandır.
Beləliklə, Məsud Pezeşkian - 5 milyon 955 min 781 səslə seçki siyahısına liderliyini qoruyub saxlamaqdadır.

Səid Cəlili 5 milyon 560 min 321 səslə ikinci, Məhəmməd Baqir Qalibaf 1 milyon 891 min 385 səslə üçüncü, Mustafa Purməhəmməd isə 111 min 967 səslə sonuncu yerdə qərarlaşıb.

Qeyd edək ki, seçkinin nəticələri göstərir ki, əsas mübarizə islahatçılaırn namizədi Məsud Pezeşkianla loyal mühafizəkarlaırn və İbrahim Rəisi siyasətinin davamçısı Səid Cəlili arasında gedir.

Mürtəza
Ölkə.Az
***
İranın "İRNA" agentliyində qeyd olunan məlumata əsasən, 343 şəhərdə hesablanmış seçki məntəqələrinin ümumi sayı 27938-dir. Bu şöbələrdə cəmi 10 milyon 366 min 410 səs sayılıb.

Hesablanan səslərə uyğun nəticələri qeyd edirik:

Səid Cəlili - 4 milyon 266 min 386 səs

Məsud Pezeşkian - 4 milyon 244 min 815 səs

Məhəmməd Baqer Qalibaf- 1 milyon 385 min 83 səs

Mustafa Purməhəmmədi- 80 min 506 səs

***
(06:23)

İranda növbədənkənar prezident seçkilərinin nəticələrinin 4-cü elan statistikası açıqlandı
İranın "İRNA" agentliyində qeyd olunan məlumata əsasən, 300 şəhərdə hesablanmış seçki məntəqələrinin ümumi sayı 23066-dır. Bu şöbələrdə cəmi 8 milyon 379 min 341 səs sayılıb.

Hesablanan səslərə uyğun nəticələri qeyd edirik:

Səid Cəlili - 3 milyon 505 min 191 səs

Məsud Pezeşkian - 3 milyon 389 min 191 səs

Məhəmməd Baqer Qalibaf- 1 milyon 116 min 659 səs

Mustafa Purməhəmmədi- 62 min 310 səs

***
(05:21)
İranda növbədənkənar prezident seçkilərinin nəticələrinin 3-cü elan statistikası açıqlandı

İranın "İRNA" agentliyində qeyd olunan məlumata əsasən, 250 şəhərdə hesablanmış seçki məntəqələrinin ümumi sayı 17038-dir. Bu şöbələrdə cəmi 5 milyon 852 min səs sayılıb.

Hesablanan səslərə uyğun nəticələri qeyd edirik:

Məsud Pezeşkian - 2 milyon 410 min 760 səs

Səid Cəlili - 2 milyon 408 min 79 səs

Məhəmməd Baqer Qalibaf- 780 min 202 səs

Mustafa Purməhəmmədi- 40 min 428 səs

***
(05:02)

iranın "İRNA" agentliyində Hesablanmış məntəqələrin ümumi sayının 11425 olduğu qeyd olunub.

180 şəhərdəki səslərin sayıldığı bildirilir.

Hesablanan səslərə uyğun nəticələri qeyd edirik:

Məsud Pezeşkian - 1 milyon 595 min 248 səs

Səid Cəlili - 1 milyon 584 min 868 səs

Məhəmməd Baqer Qalibaf- 544 144 səs

Mustafa Purməhəmmədi- 25 538 səs

***
( 04:54)

İslahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili İranda növbədənkənar prezident seçkilərində liderlik ediblər.

İranın “Tasnim” agentliyi seçici səslərinin sayılmasının ilkin məlumatlarına istinadən məlumat yayıb. İranın Seçki Komissiyası 2,3 milyon səs sayıldıqdan sonra Pezeşkianın liderliyini təsdiqləyib.

Agentliyin məlumatına görə, Pezeşkiyan 42,6 %, Cəlil 38,8 % səs toplayıb. Agentlik mühafizəkarların ikinci namizədi - Məhəmməd Baqer Qalibafın səsləri barədə məlumat verməyib. “Tasnim”in məlumatına görə, seçkidə iştirak təxminən 40 % təşkil edib.

baydenle-trampin-ilk-debati

ABŞ-də seçkiöncəsi 81 yaşlı hazırkı Prezident Co Baydenlə 78 yaşlı sabiq Prezident Donald Tramp arasında ilk debat keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, onlar CNN-in Atlantadakı baş qərargahında üz-üzə gəliblər.

Teledebat 90 dəqiqə çəkib. Debatın moderatorları Ceyk Tapper və Dana Baş olub.

Prezidentliyə namizədlər debatın əvvəlindən fikir ayrılığı yaşayıb və ABŞ iqtisadiyyatı, xarici əlaqələr, inflyasiya və Meksika sərhədindən ABŞ-yə miqrasiya ilə bağlı məsələlərdə ciddi mübahisələr aparıblar.

Bayden bir neçə dəqiqə öz fikirlərini ifadə etməkdə çətinlik çəkib. Prezidentliyə namizədlərin mikrofonları bir-birinin sözünü kəsməməsi üçün yalnız onlara söz verildikdə açıq olub.Tramp ədalətli olduğu təqdirqdə 2024-cü il seçkilərinin nəticələrini qəbul edəcəyini deyib, lakin sonra 2020-ci il seçkilərində saxtakarlıqla bağlı iddiaları təkrarlayıb.

“Artıq bizə hörmət edilmir” deyən Tramp Baydeni günahlandırıb. Bayden isə bir anda Trampa baxaraq “Bu, Amerika tarixindəki ən pis prezidentdir. Bu adamın Amerika demokratiyasına dair anlayışı yoxdur” cavabını verib.

Debatda Rusiya-Ukrayna müharibəsi də müzakirə olunub. Tramp Ukraynadakı müharibəyə görə Baydeni təqsirkar hesab edib. ABŞ-nin keçmiş Prezidentinin sözlərinə görə, Rusiya bütün Ukraynanı işğal edə bilər. Belə ki, Donald Tramp dəfələrlə bildirib ki, hakimiyyətdə qalsaydı, Ukraynadakı münaqişəni 24 saat ərzində həll edə bilərdi.

Baydenin çıxışı ilə başlayan debat Trampın son sözü ilə yekunlaşıb. Co Bayden həyat yoldaşı Cil Baydenin köməyi ilə səhnəni tərk edib. 

Növbəti debat ABC kanalı tərəfindən sentyabrın 10-da təşkil olunacaq.

CNN-in məlumatına görə, 2020-ci il seçki kampaniyasının debatlarında Bayden hər dəfə qalib gəlib.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. Tramp Respublikaçılar partiyasının, Bayden isə Demokratların namizədi kimi seçkilərdə iştirak edəcək.

Seçkilərə dörd aydan çox zamanın qaldığı bir vaxtda, Bayden-Tramp qarşıdurması ABŞ prezident seçkisinin ən erkən debatı olub. Tramp Baydenin 2021-ci ilin yanvarında baş tutan inauqurasiyasında iştirak etməyib və onlar o zamandan bəri bir-birlərini tənqid edirlər.

81 yaşlı Co Bayden və 78 yaşlı Donald Tramp ABŞ tarixində prezident seçkilərində ən yaşlı namizədlərdir.

ABŞ nüvə eskalasiyasına görə yeni sanksiyalar tətbiq edib

ABŞ İran neftinin daşınmasına görə 3 şirkət və 11 gəmiyə qarşı sanksiya tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat dərc edilib.

Məlumata görə, ABŞ bu gün İran neftinin və ya neft-kimya məhsullarının daşınmasında iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin üç gəmi şirkətinə, eləcə də onlarla əlaqəli 11 gəmiyə qarşı sanksiyalar tətbiq edib.

ABŞ dövlət katibi Antoni Blinken sanksiyaların İranın "davam edən nüvə eskalasiyasına" cavab olaraq hazırlandığını bildirib.

“İranın davam edən nüvə eskalasiyasına və AEBA ilə əməkdaşlıq etməməsinə cavab olaraq biz İranın neft və neft-kimya ticarəti ilə məşğul olan qurumlara sanksiyalar tətbiq edirik. Biz İranın nüvə silahı yaratmasının qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə sadiqik”, - Bilinken qeyd edib.(APA)

Rəsmi Kremlin leksikonundakı DAŞNAK ELEMENTLƏRİ... - BUNUN BAŞQA ADI YOXDUR...Rusiya rəsmiləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qarabağın itirilməsinə görə Moskvanı günahlandırmasına qəribə cavablar veriblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, Armen Qriqoryan öz əraziləri (?!) uğrunda savaşan və canlarını verən erməniləri aşağılayıb. Mariya Zaxarova guya Qriqoryanı hədəf alıb, ancaq əslində Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər söyləyib. Onun sonrakı cümləsi də bundan xəbər verir: “Ermənilər bilirdilər ki, niyə döyüşə gedirlər, nə üçün öz rifahlarını qurban verirlər, arvadlarını, uşaqlarını dulluğa, yetimliyə məhkum edirlər. Onların xatirəsinə necə xəyanət etmək olar?” Zaxarova açıqlamasıyla Azərbaycan torpaqlarını işğal edənlərdən qəhrəman obrazı yaradıb.
Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılmasını təklif edən Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin də müəammalı açıqlama verib. Karasin Armen Qriqoryanın açıqlamasının həqiqətə uyğun olmadığını belə izah edib: “Qriqoryan bu məsələ ilə bağlı erməni siyasətçilərinin açıqlamalarıyla tanış olmalıdır. Erməni siyasi xadimlərinin, o cümlədən yüksək rütbəli rəhbərliyin qeydlərinə və çıxışlarına müraciət etmək lazımdır. Bu sualların cavabları orada var. Armen Qriqoryan həmin qeydləri oxusun”. Karasin hansı çıxışları və qeydləri nəzərdə tutub? Görünür, Karasin demək istəyib ki, Rusiya Qarabağın işğal altında və separatçıların nəzarəti altında qalması üçün əlindən gələni etməyə çalışıb, ancaq işləri qərbpərəst baş nazir Nikol Paşinyan korlayıb.

Elxan Şahinoğlu
Bakı İrəvanın səhvini gözləyir, cavab ağır olacaq - Ovanesyan

Əgər Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanın Qarabağı almasından danışarkən 2020-ci il noyabrın 10-dan əvvəlki vəziyyəti nəzərdə tuturdusa, deməli, 2019-2020-ci illərdə danışıqların ləğv olunduğunu elan edən və danışıqlara başlayan Rusiya olmayıb.

Bunu erməni siyasi ekspert Vahe Ovanesyan deyib.

Onun sözlərinə görə, Xankəndidə “Qarabağ Ermənistandır, nöqtə” deyən Rusiya deyildi, danışıqları dalana dirəyən də Rusiya deyildi.

O əlavə edib ki, Ermənistan Rusiya ilə dialoqdan çox, danışıqları dondurmaq yolunu seçib.

"10 noyabr bəyanatı arzulanan sənəd olmasa da, sərsəm müharibənin bitməsindən sonra irəli getmək imkanı verirdi. Sənəddə həm imkanlar, həm də risklər mövcud idi”, - o qeyd edib.

Ekspertin fikrincə, Ermənistan uğursuzluğa düçar oldu və Azərbaycan bu sənədin verdiyi imkanlardan tam istifadə etdi.

Bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin heç biri Qarabağın iki gün ərzində boşaldıla biləcəyini ağlına belə gətirə bilməzdi: "Amma Ermənistanın indiki hakimiyyəti dövründə bu, bir sıra səhvlər nəticəsində mümkün olub”, - ekspert vurğulayıb.

Eyni zamanda əlavə edib ki, Bakı isə İrəvandan fərqli olaraq Moskva ilə sıx təmaslar qurmaqdadır:
"Əliyev Rusiya ilə münasibətləri dərinləşdirir, çünki o, Ermənistana qarşı iddialarının Rusiya və qismən də İranın sayəsində neytrallaşdırıla biləcəyini çox yaxşı bilir”, - Ovanesyan qeyd edib.

Onun fikrincə, Azərbaycan öz strateji məqsədlərinə çatmaq üçün Ermənistanın 1-2 ciddi və kobud səhvini gözləyir:

“Biz bu səhvləri etməyə daha yaxınıq və bu, Rusiya və İranın Ermənistana qarşı təcavüzü artıq qırmızı xətt hesab edə bilməyəcəyi vəziyyətə gətirib çıxara bilər.

Bu, Ermənistanın regiona bu ölkələrə düşmən olan oyunçuları dəvət etməkdə davam edəcəyi təqdirdə baş verə bilər. Beləliklə, Ermənistanın kiçik ərazisi iki böyük mərkəzin döyüş meydanına çevrilə bilər".

Ekspert COP29 sammitindən sonra bölgədə hərbi əməliyyatların olmasını da istisna etməyib.

Pentaqon: Azərbaycan ordusu regionun sabitliyinə töhfə verir

ABŞ Ordusunun Avropa Komandanlığı Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

ABŞ Ordusunun Avropa Komandanlığı komandanlığı bu barədə öz X (tvitter) sosial şəbəkəsində paylaşım edib.

“Silahlı Qüvvələr Gününüz mübarək, Azərbaycan. Biz sizin ordunun regional sabitliyə verdiyi töhfəni və güclü tərəfdaşlığımızı alqışlayırıq”, - komandanlığın X sosial şəbəkə mesajında deyilir.

"Ərəb ölkələri və İran İsrailə müharibə elan edə bilər" - AÇIQLAMA

“Yaxın Şərqdə İsraillə HƏMAS və Hizbullah arasında xeyli müddətdir, davam edən müharibə yaxın gələcəkdə bitənə oxşamır”.

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, vəziyyət getdikcə gərginləşir:

“Belə bir şəraitdə gələcəkdə fərqli aktorların da müharibəyə qoşulması mümkündür. Nəzərə almaq lazımdır ki, Livana qarşı əməliyyatlar da məhz döyüşlərin genişlənməsinin təzahürüdür. İsrail daxildəki hərbi – siyasi gərginliyə baxmayaraq, hələ ki dayanana oxşamır. Bu isə perspektivdə ən azı nəzəri cəhətdən Təl-Əvivlə Tehran arasında müharibənin başlanmasını istisna etmir. Perspektivdə ərəb dünyası və müsəlman ölkələrinin əksəriyyətinin İsrailə müharibə elan etməsi mümkündür”.

Müsahibimiz bildirib ki, Hizbullah İrandan ciddi dəstək alır:

“Bu isə o deməkdir ki, rəsmi Tehran artıq proseslərin birbaşa iştirakçısıdır. Ölkədə yeni prezident seçilənə və yeni hökumət qurulana qədər, yəqin ki, İran İsraillə müharibəyə birbaşa qoşulmaqdan çəkinəcək. Hazırda bu, İrana lazım deyil. Hərçənd bəzi qüvvələr, xüsusilə ABŞ İranı müharibəyə çəkməyə çalışa bilər. İranla İsrail arasında mümkün müharibə dünyada davam edən katakilizmləri daha da gücləndirəcək. Azərbaycan bu ssenarinin qarşısını almaq üçün indidən səy göstərməlidir”.

Xəbər lenti