Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB

Gürcüstanın baş naziri İrakli Kobaxidze xarici agentlər haqqında qanun layihəsinin müvəqqəti geri götürülməsini tələb edən Amerika tərəfinin ona qarşı qoyduğu şərtlərə görə ABŞ-yə səfərdən imtina edib.

Bu barədə Gürcüstan XİN-in yaydığı bəyanatda deyilir.

“ABŞ səfirliyi tərəfindən Gürcüstan hökumətinin yüksək rütbəli nümayəndələrinin ABŞ-yə dəvət olunduğu barədə bəyanat yayılıb, gürcü tərəfi bundan imtina edib. Bununla əlaqədar deyə bilərik ki, Gürcüstanın baş nazirinin ABŞ-yə səfərinədək Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsini müvəqqəti dayandırmaq şərti ilə dəvət edilib. Şərtlərlə səfərin həyata keçirilməsi qarşılıqlı hörmət və qarşılıqlı etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir”, - XİN-in bəyanatında deyilir.

Türkiyə MN: Ankara

Türkiyə tərəfi özünün "S-400" zenit-raket komplekslərini hər hansı ölkəyə vermək niyyətində deyil.

Bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər “CNN Türk” telekanalının efirində deyib.

"S-400"-ləri kiməsə vermək fikrində deyilik”, - nazir vurğulayıb.

Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron

Ukraynanın Britaniya silahları ilə Rusiyanın daxilindəki hədəfləri vurmaq haqqı var.

"Bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron “Reuters”ə deyib.

“Rusiya Ukraynanın daxilində hədəfləri vuranda, Ukraynanın nə üçün özünü müdafiəyə ehtiyacı hiss etdiyini anlaya bilərsiniz”, - deyə Kemeron bildirib.

O, Böyük Britaniyanın Ukraynaya ehtiyac olduğu müddətdə illik 3 milyard funt-sterlinq (3,74 milyard dollar) yardım göstərməyə davam edəcəyinə söz verib.

CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özellə görüşüb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Baş Qərargahında keçirilən görüş 1 saat 35 dəqiqə davam edib.

“CNN Türk”ün məlumatına görə, görüş çox müsbət və məhsuldar keçib. Tərəflər bir-birinə hədiyyələr verib.

Bildirilir ki, görüş zamanı Özel əyləşmə şəklini tənqid edib. Ərdoğan isə “Dövlət Baxçalı gəldiyi zaman da belə otururuq” deyib. Türkiyə Prezidenti bunu kompensasiya etmək üçün CHP-nin qərərgahına təşrif buyuracağını deyib, Özel isə bundan məmnun olacağını bildirib.

Qeyd edilir ki, dini bayramlarda Ərdoğanla Özel arasında telefon təbriki olacaq, milli bayramlarda isə görüşləri təşkil ediləcək.

Ölkədaxili bir sıra məsələlərin müzakirə olunduğu görüşdən sonra CHP lideri açıqlama verib:

“Görüş müsbət atmosferdə keçdi. Bunun müsbət nəticələr verəcəyinə ümid edirəm. Önümüzdəki günlərdə hadisələri izləyəcəm”.

Qeyd edək ki, bu, hər iki partiyanın liderləri arasında 2016-cı ildən bu yana baş tutan ilk görüşdür.

"Ermənistanla Gürcüstan arasında delimitasiya 20 ildən artıqdır ki, davam edir, lakin bu prosesi sürətləndirmək lazımdır. Azərbaycanla da delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Niyə? Delimitasiya aparılmaması münaqişənin yaranmasına səbəb ola bilər. Buna görə də biz vəziyyəti mümkün qədər idarəolunan saxlamaq üçün münaqişənin yaranmasına ciddi təhlükə olan yerlərdən başlayırıq”,- Paşinyan qeyd edib.

O əlavə edib ki, delimitasiya sənədlərində müəyyən məxfilik var və onlarla işləmək üçün müəyyən prosedurlar var: "Hesab edirəm ki, bu prosedurlarla bağlı anlaşılmazlıqlar ola bilər".
Paşinyan eyni zamanda əlavə edib ki, bütün bu prosesin geosiyasi təsiri var.

“Gözümüzün önündə bir neçə dəfə bizim qarşımızda təhlükəsizlik öhdəliyi olan strukturlar və ölkələr öz öhdəliklərini yerinə yetirə bilməyiblər. Bu fakt Ermənistanı belə qənaətə gətirməlidir ki, təhlükəsizliyimizi təmin etmək üçün yalnız özümüzə arxalanmalıyıq", - o qeyd edib.
Paşinyan əlavə edib ki, vəziyyəti dəyişməmək ölkəni müəyyən çöküşə sürükləmək deməkdir.
"Biz milli maraqlarımıza uyğun olaraq kənar dəstək və himayədar olmadan regionumuzda yaşamağın həll yolunu tapmalıyıq. Keçdiyimiz yolu təhlil edəndə görürük ki, özümüzü bir forpost kimi görürük", - Paşinyan vurğulayıb.

Azərbaycanla razılaşmaya əsasən, sərhəd qoşunları delimitasiya olunmuş ərazilərə yerləşdiriləcək.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Azərbaycanla razılaşma əsasında delimitasiya olunmuş ərazilərdə sərhəd qoşunları yerləşdiriləcək. Çünki sərhədlərdə təhlükəsizliyi təmin etmək onların vəzifəsidir. Yəni sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq", - Paşinyan Ermənistanın İctimai telekanalına müsahibəsində deyib.

“Latviya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına zərbələr endirməyə icazə verən ölkələrin siyahısını təqdim etməlidir”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz “Telegram” kanalında deyib.

Qeyd edək ki, daha əvvəl Latviya Xarici İşlər Nazirliyi bəyan edib ki, Ukrayna artıq bəzi Qərb tərəfdaşlarından Rusiya ərazisindəki hədəflərə zərbələr vurulmasına icazəsi olan silahlar alıb.

“Latviya Xarici İşlər Nazirliyi, əgər yalan demirsə, bu ölkələrin siyahısını təqdim etməlidir”, - deyə Zaxarova qeyd edib.

Ermənistan ərazisində müəllifin “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” verilişlərinin yayımının qadağan edildiyi barədə məlumat yayılıb.

Bu qərara səbəb kimi “son vaxtlar Ermənistan Televiziya və Radio Komissiyası tərəfindən qeydə alınan daimi pozuntular” göstərilir.

Televiziya və Radio Komissiyasının sədri Tiqran Akopyanın sözlərinə görə, indi hər hansı xarici veriliş Ermənistan ərazisində yayımlanmazdan əvvəl Ermənistana qarşı nifrət, eləcə də daxili işlərə müdaxilə olub-olmaması üçün ətraflı yoxlanılacaq.

Qeyd edək ki, Solovyov anti-Azərbaycan və ermənipərəst mövqeyi ilə tanınır.

Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat Partiyası"nın sədri, parlament üzvü Levan Xabeişvili Tbilisidə xarici agentlərlə bağlı qanun layihəsinə qarşı keçirilən aksiyanın dağıdılması zamanı polis tərəfindən döyülüb.

Bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Telekanal siyasətçinin fotosunu nümayiş etdirib.

Onun burnu sınıb, sağ gözü göyərib və zədələnib, üzündə qan izləri görünür.

 

 

 

“Paşinyan prezident Vladimir Putinin andiçmə mərasiminə gəlməkdən imtina etməsi Rusiyaya qarşı nümayişkaranə demarşdır. Eyni zamanda, Paşinyan Aİİ tədbirinə gəlməyi planlaşdırır. Bu, həm də Aİİ-nin digər dövlətləri ilə münasibətdə müəyyən paritet saxlamaq üçün nümayişkaranə şəkildə edilir, hamını yox, təkcə Moskvanı incitmək üçün. Ən rüsvayçısı isə Paşinyanın mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmaqdan imtina etməsidir və bununla da o, Böyük Vətən Müharibəsi xatirəsini şəxsən təhqir edir, bu qələbə bütün keçmiş SSRİ xalqlarının ümumi qələbəsidir. Bunun Qərbin tələbi ilə baş verdiyini nəzərə alsaq, bu, xüsusilə kinlidir”.

İnnovativ İnkişaf İnstitutunun Geosiyasi Araşdırmalar Mərkəzinin direktoru, rusiyalı ekspert Dmitri Rodionov Ermənistanın Baş nazirinin Rusiya liderinin andiçmə mərasiminə getməyəcəyi ilə bağlı xəbəri şərh edərkən belə deyib.

O hesab edir ki, bu, Ermənistanla Rusiya arasında gələcək münasibətlərə mənfi təsir göstərəcək.

“Biz prioritetləri müəyyənləşdirməliyik və Ermənistanın suveren ölkə, yoxsa Qərbin vassalı olduğunu müəyyən etməliyik. Bütün bunlar çox iyrəncdir. Bu, Ermənistanla Rusiya arasında gələcək münasibətlərə mənfi təsir göstərəcək. Bu, bəzi ağlasığmaz nəticələrə gətirib çıxaracaq son damla olmayacaq, amma yenə də bu, Qərbin Paşinyanın əli ilə tikdiyi ölkələrimiz arasında divarda növbəti kərpicdir”, - Rodionov fikirlərini yekunlaşdırıb.

Xəbər lenti