ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib

ABŞ dövlət katibi Antoni Blinken Kiyevə həmrəylik səfəri ilə gedib və səfər zamanı ABŞ-dən Ukraynaya hərbi yardım göstərilməsi məsələlərini müzakirə etmək niyyətindədir.

Bu barədə ABŞ Dövlət departamentinin məlumatında bildirilir.

Blinken səfər zamanı Ukrayna rəsmiləri, o cümlədən prezident Volodimir Zelenski ilə görüşəcək.

Dövlət Departamentinin sözçüsü Metyu Miller qeyd edib ki, bu görüşlər zamanı ABŞ dövlət katibi ABŞ-nin Ukraynaya davamlı dəstəyini bir daha təsdiq etməyi planlaşdırır.

Bundan əlavə, Amerikanın xarici siyasət idarəsinin rəhbəri Ukraynadakı vəziyyətlə bağlı çıxış edəcəyini gözləyir

Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır

Estoniya Ukrayna Silahlı Qüvvələrinə maddi-texniki dəstək vermək üçün Ukraynaya qoşun göndərmək imkanını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə "Breaking Defence" prezidentin təhlükəsizlik üzrə müşaviri Madis Rollaya istinadən məlumat dərc edib.

Onun sözlərinə görə, söhbət döyüş əməliyyatlarında birbaşa iştirakdan getmir. Belə ki, göndəriləcək ordunun cəbhədə vuruşan Ukrayna qüvvələrinə yardım göstərəcəyi bildirilir.

Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...Ermənistan müxalifətinə yaxın politoloqlardan biri erməni cəmiyyətini tənbəllikdə ittham edib. Onun sözlərinə görə, ermənilər uzun müddətli mübarizəyə hazır deyillər. “Tbilisidə günlərdir hökumətə qarşı mübarizə aparan gürcülər və ya Tel-Əvivdə baş nazir Benyamin Netanyahuya qarşı etirazlarına ara verməyən yəhudilər qədər də olmadıq” deyən erməni politoloq Qarabağı itirmələrinin səbəbini ermənilərin biganəliyi ilə izah edib: “Qarabağ nəzarətimizdə olanda düşünürdük ki, hər şey həll olunub, narahatlığa əsas yoxdur, Ermənistanda kimi istəsək rəhbər seçə bilərik, bu da sonu”. Onun fikrincə, hökumətə qarşı uzunmüddətli və çoxsaylı iştirakçı ilə mübarizə təşkil olunmayacağı halda baş nazir Nikol Paşinyan geri çəkilməyərək Azərbaycanın bütün şərtlərini qəbul edəcək.
Əslində erməni politoloq həqiqəti sona qədər söyləmir. Zamanında çoxsaylı mitinqlər elə İrəvanda və Xankəndidiə təşkil olunurdu, hiyləgər planlarla torpaqlarımızı işğal etdilər. Həmin illərdə erməni cəmiyyətinin tamamı Qarabağ klanının və Qarabağdakı separatçıların arxasınca gedirdi, İrəvandakı teatr meydanı ağzına qədər dolurdu. Ancaq İkinci Qarabağ müharibəsindən sonra erməni cəmiyyətinin bir hissəsi ayıldı, hansı təhlükəli oyunda iştirak etdiyini anladı və indi məhz buna görə hansısa başıxarab keşişin arxasınca getmək istəmir. Bir dəfə bu yolu getdilər, nəticəsi acınacaqlı oldu, təkrarlamaq istəmirlər.

Azər Fikrətoğlu
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ"İrəvan yenə qarışıb, amma görünən odur ki, Paşinyan bu dəfə də sükanı əlində saxlamağı bacaracaq. Çünki kilsəni qabağa verən qüvvələr xalqı bir az tərpədə bildilər. Amma etirazların lideri və simvolu olan “keşiş Qaponun”, Qalstanyanın dünən gedib Koçaryanla görüşməsindən, “Qarabağ klanının” bu aksiyanın əsas sponsoru olduğu ortalığa çıxmasından sonra bu aksiyanın 2-3 günə sönəcəyini artıq indidən söyləmək mümkündür". Bu sözləri REAL-ın təmsilçisi Natiq Cəfərli deyib. Ekspert bildirib ki, Paşinyan və komandası erməni toplumu üçün acı da olsa, bəlli bir həll yolları təqdim edir:
"Yeni siyasi-fəlsəfi diskurs açır, xəyali Ermənistandan real Ermənistana keçid edir, sülhdən, əməkdaşlıqdan danışır. "Qarabağ klanı", kilsə, keşişlər alternativ olaraq nə təqdim edirlər? Heç nə, pafos, müharibə, münaqişə, tarixi miflər. Orta-statistik ermənini bu mövzular ilə cəlb etmək mümkün deyil, özü də prosesdə Qarabağ klanı varsa, heç mümkün deyil. Orta-statistik erməni anlayır ki, indi zəifdilər, 200 illik təhlükəsizlik konsepsiyaları da çöküb, yenisini yarada bilmirlər, demoqrafik fəlakət davam edir. İqtisadiyyatı Rusiyadan asılı olan ölkənin gələcəyini Qərbdən asılı etmək mümkün olmur. Yeganə rasional yol qonşularla normal münasibətlər quraraq dinc yaşamaqdan, miflərdən qurtulmaqdan keçir. İrəvanın baş meydanında 20-25 min adam yığışdı. Bu, son illər Paşinyan əleyhinə olan ən böyük mitinq idi, amma qarşıdakı günlərdə artıq o qədər insan yığışacağını düşünmürəm. Əgər məlum olsa ki, meydana gələnlərin arasında Rusiyadan gələn minlərlə “relokantlar” olub, şəxsən təəccüblənmərəm. İrəvanda 100 minə yaxın Rusiya vətəndaşı yaşayır..".
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…

Ermənistanda etirazlar getdikcə qızışmaqdadır. Arxiyepiskop Baqrat Srbazanın ətrafında birləşən insanlar bugünkü aksiyalara İrəvanın mərkəzi küçələrini zibil qutuları və skamyalarla bağlamaqla başlayıblar.

Arxiyepiskop Srbazan insanlara təkcə paytaxt İrəvanı deyil, eyni zamanda Ermənistanın müxtəlif şəhər və bölgələrində həyatı iflic etmək üçün total tətillərə çıxmaq barədə çağırış edib.

Srbazan İrəvan və ökənin iri şəhərlərində hərəkətləri iflic etməklə hakimiyyət böhranı yaradıb hökumətin etimadsızlığına nail olmaq istəyirlər.

"Əminəm ki, etimadsızlıq səsverməsi prosesi və baş nazirliyə namizədlə bağlı planlarımız konkretləşəndə burada bir neçə yüz min nəfər olacağıq", - arxiyepiskop Srbazan qeyd edib.
Baş nazir postuna namizəd məsələsinə toxunan Srbazan deyib ki, namizəd heç bir partiyanın və ya maraq qrupunun üzvü ola bilməz: "Çünki bu mübarizə milli xarakter daşıyır, həqiqətin qələbəsinə yönəlib və bu, ölməzlərin yürüşüdür".

O eyni zamanda hesab edir ki, bugünkü (mayın 13-də) baş tutacaq aksiya keçid hökuməti barışıq kabinetinə çevrilməlidir: “Keçid hökumətinə partiya mənsubiyyətindən asılı olmayaraq insanlar daxil olmalıdır".

Azərbaycanla sülh danışıqlarına gəldikdə isə Srbazan deyib ki, sülh danışıqlarının davam etdirilməsinə sadiq olmalıdırlar: "Biz indiki xarici siyasətdən imtina etməliyik. Alət olmamalıyıq. Biz güclə formalaşan heç bir reallığı qəbul etməməliyik”.
Ermənistandakı hadisələrin gələcək inkişaf tendensiyası bugünkü və qarşıdakı bir neçə gündə keçiriləcək aksiyadan asılı olacaq.
Aksiya iştirakçılarının müəyyən mərhələdə hökuməti istefaya məcbur etmək üçün zorakı metodlardan da istifadə edəcəyi istisna deyil. Sadəcə onlar küçələrə lazımi səviyyədə insanın yığılmasını gözləyir və bunu təmin etməyə çalışırlar. Bu isə Ermənistanda vətəndaş qarşıdurmasını qaçılmaz edir. İstənilən halda Ermənistandakı son hadisələr, sülhdən yayınma prosesləri ölkənin inkişafına deyil, erməni dövlətçiliyinin daha da böhrana sürüklənməsinə xidmət edir. Bu da öz növbəsində Ermənistanda arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO

İrəvanda səhər saatlarında etiraz aksiyasının 88 iştirakçısı saxlanılıb.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İrəvan polisi Abovyan küçəsində keçirilən itaətsizlik aksiyasının iştirakçılarını saxlayıb.

Onlar arasında “Hayastan” fraksiyasının deputatları Qeqam Manukyan və Qarnik Danielyan da var.

Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO

Kadırovun oğlu Qvineya-Bisaudan olan döyüşçülərə atəş açmağı öyrədəcək.

 "Qroznı" xəbər verir ki, Çeçenistanda işgüzar səfərdə olan prezidentin başçılıq etdiyi Qvineya-Bisaudan olan nümayəndə heyəti Çeçenistan rəhbərinin 16 yaşlı oğlunun silahdan necə istifadə etməsini "heyran edib".

Nümayəndələrdən biri Adam Kadırovdan ona və Qvineya-Bisaudan olan hərbi komandaya atıcılıq dərsləri verməsini xahiş edərək, birgə təlim keçmək üçün ölkəsinə dəvət edib.

Xatırladaq ki, 2023-cü ilin noyabrından Adam Kadırov Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik xidmətinin rəhbəridir. O həm də Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin kuratorudur.

Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK

Rusiya federasiyaya sadiq zabitlər təyin etməklə Suriyadakı İran təsirindən qurtulmağa çalışır.

Bu barədə Qətərin “Əl-Ərəbi Əl-Cədid” qəzeti Suriyadakı mənbəsinə istinadən məlumat yayıb.

"Suriyanın kəşfiyyat orqanları Rusiya Federasiyasına sadiq olan bir sıra zabitləri ölkənin qərbində yerləşən Homs və Həmada hava qüvvələrinin kəşfiyyatı üçün məsul vəzifələrə təyin edib", - nəşr yazıb.

Qeyd edilir ki, Rusiya bununla Suriya təhlükəsizlik qüvvələrini İranın təsirindən çıxarmağa çalışır.

19 yanvarda da Qətərin “Əl-Ərəbi Əl-Cədid” qəzeti yeni təhlükəsizlik təyinatlarının Rusiya tərəfindən təşkil edildiyini bildirib. Mənbəyə görə, “Rusiya Əli Məmlükü (hazırda Suriya prezidenti Əsədin müşaviri) Suriyada siyasi rola hazırlayırdı”.

ABŞ-dan İsrailə gözlənilməz təklif:

ABŞ İsrailə HƏMAS liderlərinin axtarışında kömək təklif edib. Bunun müqabilində İsrail ordusu Rəfah şəhərinə planlaşdırılan böyük hücumu dayandırmalıdır.

Musavat.com xəbər verir ki, bu barədə Washington Post qəzeti yazır.

Yazıda bir mühüm detal vurğulanır ki, məqalə Amerikanın təklifi ilə tanış olan 4 nəfərə istinadən hazırlanıb.

Washington Post qəzeti həmin qaynaqlara istinadən iddia edir ki, ABŞ İsrail ordusuna Həmas liderlərini və terrorçuların yeraltı tunellərini tapmaqda konkret köməklik təklif edir.

Mənbələr bildiriblər ki, bu, ABŞ hökumətinin Qəzza zolağının cənubundakı qaçqınlarla dolu Rəfah şəhərində tammiqyaslı əməliyyatının qarşısını almaq səylərinin bir hissəsidir.

İsrail ordusu Cəbaliyədə...

İsrail ordusu Cəbaliyə şəhərində yenidən hərbi əməliyyata başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumatda qeyd edilib ki, əməliyyatdan əvvəl əhaliyə şəhərin qərbindəki sığınacaqlara getmələri barədə çağırış edilib.

Xatırladaq ki, İsrail ordusu ötən ilin payızında Cəbaliyədə əməliyyat aparıb.

Xəbər lenti