![]() |
|
Qırğızıstanda dini təhsilə tələbat artır. Tənqidçilər hesab edirlər ki, dini məktəblər (mədrəsələr) zəif tənzimlənir və Qırğızıstanın islamlaşmasına səbəb ola bilər.
Bu barədə orada fəaliyyət göstərən Qərb mediası "Radio Azattyk" yazır.
Qeyd olunur ki, bu məktəblər hazırda Qırğızıstanda İslam təhsili ətrafında qızğın müzakirələrin mərkəzindədir. Tez-tez bağlanan təhsil müəssisələrinin dövlət tərəfindən tənzimlənməsi, o cümlədən maliyyə mənbələri, təhsilin keyfiyyəti və onların dünyəvi cəmiyyətdən potensial qopması ilə bağlı narahatlıqlar var: çoxlarının inandığı tendensiya ekstremist İslam ideoloqlarını gücləndirə bilər.
Qırğızıstan Müftiliyinin məlumatına görə, hazırda ölkədə 130 belə təhsil müəssisəsi qeydiyyatdan keçib.
Qərb mediası müqayisə üçün yazır: 3 dəfə çox əhalinin yaşadığı qonşu Qazaxıstanda cəmi 12 dövlət mədrəsəsi var. 35 milyona yaxın insanın yaşadığı Özbəkistanda isə cəmi 15 mədrəsə var.
“Azərbaycan son vaxtlara qədər postsovet məkanında ağlasığmaz görünən bir işi bacardı. Bakı Rusiya sülhməramlılarının Qarabağdan tezliklə çıxarılmasına nail olmaqla yanaşı, həm də bu prosesi İlham Əliyevin (Azərbaycan Prezidenti) Moskvaya qeyri-adi isti atmosferdə baş tutan səfəri ilə müşayiət olundu”.
Bu barədə Amerikanın nüfuzlu analitik mərkəzi "Carnegie" yazır.
Nəşr hesab edir ki, Rusiya və Azərbaycanın bu nümayişkaranə yaxınlığı heç də o demək deyil ki, onlar indi yaxın müttəfiqdirlər və Bakı Moskvaya qarşılıqlı güzəştə getməyə hazırdır: “Daha doğrusu, Kreml Qarabağ məsələsinin bağlandığını anladı və qaliblə münasibətləri korlamamağa qərar verdi. Bakı isə indi İrəvanla birbaşa dialoq qurur və indiyə qədər bu, kifayət qədər effektiv olub”.
Demokratik prezident Baydenin ən böyük donorları onun ABŞ-da Fələstin tərəfdarı olan arzuolunmaz nümayişlərində iştirak edən bəzi təşkilatları da maliyyələşdirir.
Bu bardə "Politico" nəşri yazıb
“Bu donorlar arasında demokratik dairələrdə bir neçə mühüm ad var: Qeyts, Soros, Rokfeller və Pritsker”, – nəşr qeyd edir.
Bildirilir ki, Kolumbiya Universitetində və digər kampuslarda etirazları dəstəkləyən təşkilatçılardan ikisi "Sülh naminə yəhudi səsi" və "IfNotNow"dur. Hər ikisi demokrat meqadonor Corc Sorosun toxuntdurudığı və əvvəllər Bill və Melinda Qeyts Fondunun dəstəklədiyi Tides Fondu tərəfindən dəstəklənir. O da öz növbəsində sosial dəyişikliklər üçün çalışan çoxsaylı kiçik qeyri-kommersiyaları dəstəkləyir.
Fələstin tərəfdarı olan etiraz aksiyalarında iştirak edən daha bir neçə qrup "Hyatt Hotel" imperiyasının varisi Syuzan və Nik Pritsker tərəfindən maliyyələşdirilən bünövrə tərəfindən dəstəklənir. Hansı ki Bayden və çoxsaylı demokratiya kampaniyalarının tərəfdarları, o cümlədən bir neçə ay əvvəl Bayden Qələbə Fonduna 6600 dollar, 2020-ci il kampaniyası zamanı isə 300 min dollardan çox pul ayırıb.
İanələrin izində liberal səbəblərə və Demokratik siyasətə gəldikdə bir sıra bulanıq xətlər göstərilir. Çox vaxt bu missiyalar bir-biri ilə eyniləşdirilir, eyni zamanda bəzən fərqli və xüsusilə də Qəzzaya gəldikdə isə bir-birinə zidd olan gündəliklər və taktikalar olur. Varlı ağır çəkilərdən ibarət kiçik bir qrup isə çox vaxt onların çoxunun maliyyələşdirilməsində böyük rol oynayır.
Lakin etirazçıların taktikası daha da intensiv artdıqca, məsələn, universitet binalarını ələ keçirib antisemitik sözlər qışqırır. İndi onların arxasında duran qruplar tanınmış donorların tənqidinə tuş gəlirlər.
Dünyanın ən zəngin adamlarından biri, amerikalı milyarder Uorren Baffet süni intellektlə bağlı həyəcan təbili çalaraq xəbərdar edib ki, onun inkişafı fırıldaqçılığı hər zamankından daha inandırıcı hala gətirməyə geniş imkanlar yaradır.
O bu fikrini "Berkshire" şirkətinin səhmdarlarının illik yığıncağında deyib.
Qeyd edib ki, fırıldaq hər zaman Amerika həyatının bir hissəsi olub.
Baffetin sözlərinə görə, süni intellektdən istifadə edilməklə yaradılmış şəkillər və videolar o qədər inandırıcı olub ki, onların real olub-olmadığını müəyyən etmək, demək olar, mümkün deyil.
"Əgər mən fırıldaqçılıqla maraqlansaydım, bu, bütün zamanların ən sürətlə inkişaf edən sənayesi olardı", - o qeyd edib.
Bu baxımdan da Baffet süni intellektin meydana gəlməsini atom bombasının yaradılması ilə də müqayisə edib.
“Nüvə silahı hazırlayanda cini şüşədən buraxdıq. Bu cin son vaxtlar bəzi dəhşətli işlər görür. Onun gücü məni qorxudur. Süni intellekt bir qədər oxşardır. Ola bilsin ki, biz bu cini heç vaxt görməməyi üstün tuturuq”, - milyarder vurğualyıb.
Fransa Emmanuel Makronun yarıtmaz siyasəti nəticəsində beynəlxalq aləmdə nüfuzunu, təsir imkanlarını itirməkdədir. İndi də əzəli və əbədi rəqibi Almaniya ilə münasibətlərində ciddi problemlər yaşanır. Qonşu Almaniya ilə yüz ildən artıqdır davam edən rəqabət son illər özünü daha qabarıq göstərir. Avropa İttifaqının iki qüdrətli dövləti arasında münasibətlər xüsusilə Ukrayna məsələsi üzündən gərgindir. Parisin NATO-nun Ukraynaya qoşun göndərməsi təklifinə Berlinin mənfi cavab verməsi iki ölkə rəsmiləri arasında üstüörtülü atmacalara rəvac verib. Tərəflər münasibətləri aydınlaşdırmaq üçün görüşmək qərarına gəliblər. Mayın əvvəlində Fransa xarici işlər naziri Stefan Sejurne, ayın sonunda isə prezident Emmanuel Makron Almaniyaya səfər edəcək. Fransa XİN rəhbəri “Welt” qəzetinə deyib: “May ayı Fransa-Almaniya münasibətlərinin kulminasiya nöqtəsi olacaq. Emmanuel Makron Almaniyaya dövlət səfəri ilə gedəcək”.
Xatırladaq ki, Fransanın hazırkı prezidentinin təklifi ilə 2019-cu ildə Fransa ilə Almaniya arasında əməkdaşlıq və inteqrasiya haqqında saziş imzalanmışdı. Ölkələr təkcə siyasətdə deyil, həm də iqtisadiyyat və müdafiə sahələrində də ikitərəfli əməkdaşlıq etmək öhdəliyi götürüblər. Lakin işlər rəvan getmir. Problemlər təkcə ciddi siyasi və iqtisadi çağırışlarla bağlı deyil. Onların kökündə keçmiş kansler Angela Merkelin gedişi və Ukrayna böhranının kəskinləşməsi durur.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Makronun ard-arda gələn məsuliyyətsiz bəyanatları
Fransa liderinin bundan əvvəlki NATO qoşunlarının Ukraynaya yeridilməsi ilə bağlı təklifinə Berlin etiraz edib. Fransa prezidenti də buna “Avropa qorxaq olmamağın lazım olduğu bir anla üz-üzədir”, - deməklə cavab verib. Bu cavab Berlində “təhqir” kimi qəbul edilib. Almaniyanın müdafiə naziri Boris Pistorius Makrona verdiyi cavabda “bizim cəsarətlə bağlı müzakirələrə ehtiyacımız yoxdur”, - deyib.
Makronun bəyanatı Almaniyanı təxribata çəkməyə hesablanıb. Amma almanlar təhqir olunsalar belə, Makrondan fərqli olaraq, cavabı ağılla verirlər. Berlin Avropanın diplomatik sükançısı rolunu Parisin əlindən almaq istəyir. Böyük Britaniya da Fransanı bir dövlət kimi çökdürməyə çalışır və buna müəyyən dərəcədə nail də olur.
Paris və Berlini üz-üzə qoyan ölkə
“DW” nəşrinin məlumatına görə, Almaniya hökuməti Moskvaya qarşı Avropa sanksiyalarının 14-cü paketinə Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) Avropa İttifaqına idxalına embarqo qoyulması təklifini dəstəkləyib. Almaniyanın iqtisadiyyat naziri Robert Habek Berlinin mövqeyini təsdiqləyib: “Bəli, mən bunu dəstəkləyirəm, Almaniyanın artıq Rusiyanın mayeləşdirilmiş təbii qazına ehtiyacı yoxdur”. Rusiya hazırda Aİ ölkələrinə LNG tədarükünə görə ABŞ-dən sonra ikinci yerdədir. Onun ümumi idxalda payı 16 faiz təşkil edir.
Bəs Almaniya ilə Fransa arasındakı bu gərginlik nə ilə yekunlaşacaq? Müşahidəçilər hesab edirlər ki, əslində iki ölkə arasında gərginlik daha çox Birləşmiş Ştatların maraqlarına xidmət edir. Bu ölkə hər vəchlə Avropanın Rusiyadan qaz asılılığını azaldıb, boşalmış mövqeyi özü tutmağa çalışır. Bu yolla da ABŞ Avropa üzərində siyasi nəzarətini daha da gücləndirməyi hədəfləyib.
Makron Avropada dominant olmağa çalışır
“The Telegraph” qəzeti Yelisey sarayındakı və Bundestaqdakı mənbələrə istinadən yazır ki, Emmanuel Makron həm beynəlxalq, həm də ölkə daxilində dəyişən siyasi mənzərə fonunda Avropada dominant qüvvə kimi görünmək istəyir. Nəşr yazır ki, “Makron Avropa siyasətinin franko-alman “mühərrikinə” açar atan daha ehtiyatlı Almaniya kansleri Olaf Şoltsla hakimiyyət uğrunda mübarizə aparır. Mübarizənin kökündə isə Fransa prezidentinin birdən-birə Ukrayna göyərçinindən şahinə çevrilməsi durur”. Nəşrin mənbəsinin sözlərinə görə, Fransa prezidenti Ukrayna ilə bağlı Avropanın strateji lideri rolunu bərpa etmək niyyətində olub. Mənbə əlavə edib: “Biz əsl franko-alman duelinin ortasındayıq”.
Beləliklə, Makronun səfəri kəskin siyasi ziddiyyətləri minimuma endirmək cəhdi kimi görünə bilər. Ancaq heç kimin bu barədə xüsusi illüziyaları yoxdur. Şolts Makronun şəxsi dostluq münasibətləri saxladığı və demək olar ki, hər gün yazışdığı Angela Merkeldən fərqlidir. Fransanın “Fiqaro” qəzetinin səfər ərəfəsində yazdığı kimi, qonşu ölkələr arasında “donmuş münasibətlər” - geostrategiyada köklü dəyişikliyin nəticəsi - çoxdan başlamış və Avropanın simasını dəyişməyə məhkum olan “qitə sürüşməsi”dir. Ən gözəl şərhi isə “Neue Zurcher Zeitung” qəzetinin analitiki Ulrik Spek səsləndirib: “Əsl səbəb odur ki, bu ölkələrin hər ikisi Avropa İttifaqında ilk skripkanı çalmaq üçün yarışır”. Ümumilikdə isə Fransanın bugünkü siyasəti reallığa uyğun deyil. Afrikada itirilən mövqelər, Almaniya ilə ciddi fikir ayrılıqları ölkəni ciddi problemlərə sürükləyir.
İstanbulun Bəyoğlu rayonunda məktəb tikintisi zamanı fəhlələr 30 mərmi aşkar ediblər.
Sursat qazıntı işləri zamanı tapılıb.
Hadisə Bəyoğlu rayonundakı İmam Hatip liseyi binasının tikinti meydançasında baş verib.
İstanbul Valiliyindən bildirilib ki, tapılan korroziyaya uğramış minaatan mərmiləridir və onlar məhv edilmək üçün müvafiq orqanlara təhvil veriləcək.
Sudan prezidenti Əbdülfəttah əl-Burhanın oğlu Mohamed A.Fəttah əl-Burhan Rəhman Türkiyədə vəfat edib.
O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Rəhman Ankarada motosiklet idarə edərkən ağır qəzaya düşüb və bir müddət xəstəxanada qalıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ukrayna ordusu ölkənin üzləşdiyi hərbi əməliyyatların yeni mərhələsinə hazır olmalıdır.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Xmelnitski şəhərində sərhədçilər ilə görüşündə deyib.
“İndi biz müharibənin yeni mərhələsi ilə üz-üzəyik”, - deyə Ukrayna lideri bildirib.
"Paşinyanın mayın 7-də Putinin andiçmə mərasimində iştirak etməsi ehtimalı azdır. Çünki bu, birbaşa Rusiya ilə təmasın qurulması deməkdir".
Bu fikirləri Musavat.com-a siyasi analitik Asif Nərimanlı bildirib. O əlavə edib ki, Paşinyanın Putinin yanında mövqe sərgiləməsi Ermənistana dəstək verən Qərb tərəfindən birmənalı qarşılanmayacaq:
"Həmçinin Ermənistanın anti-Rusiya siyasəti fonunda da, bu siyasətə uyğun gəlmir. Bu baxımdan Paşinyanın andiçmə mərasimində iştirakdan imtina edəcəyi gözlənilir. Sadəcə burada bir məqam var ki, Paşinyanın mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etməsi ehtimalı daha çox görünür. Ermənistan əvvəldən KTMT və MDB-nin iclaslarından yayınmağa çalışır. Çünki hərbi və siyasi baxımından Qərbdən dəstək ala bilir. Amma Avrasiya İqtisadi İttifaqında iştirakdan yayınmır, əksinə daha çox maraqlı görünür. Çünki iqtisadi baxımdan Ermənistanın alternativi yoxdur, yəni bu bazardan asılıdır.
O baxımdan Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsini Qərb tərəfdaşlarına izah edə bilməz. Amma ittifaqın iclasında iştirakını izah edə bilər. Paşinyan Moskvaya gedəcək, amma burada qəribə bir vəziyyətin yaranacağı da istisna deyil. Bütün hallarda Paşinyan Putinlə üz-üzə gələcək və istər-istəməz ona qarşı mənfi münasibət olacağı aydın görünür. Bir gün öncə Putinin andiçmə mərasimində iştirak etməyən Paşinyan bir gün sonra Moskvada olacaq, Putinlə bütün hallarda təmasda olacaq. Yəni Paşinyan üçün olduqca xoşagəlməz vəziyyət yaranacaq".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12:00-da “Rossiya” kanalında canlı yayımlanacaq.
Yada salaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V. Putin seçkilərdə ümumi 87,28% səslə qalib gəlib və beşinci dəfə Rusiya prezidenti seçilib.
29.04.2024-cü ildə Fransa xüsusi xidmət orqanı DGSE-nin məlum mətbuat uzantısı “İntelligence Online” Ermənistanda hərbi sənayesinin qurulması işinə cəlb edilən Britaniya şirkətlərini, nüfuzlu britaniyalıların işin koordinasiyasına görə aldığı məbləğləri qəsdən açıqlayan yazı ilə çıxış edib.
Məlum olduğu kimi, hazırkı Fransa hökuməti kolonializm siyasi ənənələrinə uyğun olaraq artıq uzun müddətdir Ermənistan bazarını heç kimlə bölüşmədən ələ keçirmək üçün müxtəlif addımlara əl atır.
“Qafqazinfo” “İntelligence Online”nın dərc etdiyi yazını olduğu kimi təqdim edir:
“İrəvanla Britaniyanın müdafiə şirkətlərinin əlaqəsinə nail olmaq üçün “Sanctuary Counsel” seçildi
Qərbdə lobbiçilər və kommunikasiyalar üzrə məsləhətçilər axtaran Ermənistan hökuməti Britaniya müdafiə sənayesi üzrə veteran məsləhətçinin xidmətlərindən istifadə etmək üçün müqavilə bağlayıb.
Qərb ölkələrinə doğru böyük meyillənmə çərçivəsində artıq Vaşinqton və Parislə danışıqlara başlayan İrəvan hökuməti Böyük Britaniya ilə də sıx əlaqələr qurmağa davam edir. Bu yaxınlarda İrəvan hazırda fəaliyyətini dayandırmış ictimaiyyətlə əlaqələr şirkəti “Bell Pottinger”in keçmiş sədr müavini David McDonough tərəfindən 2019-cu ildə qurulan kommunikasiya və reputasiya idarəçiliyi şirkəti olan “Sanctuary Counsel”in xidmətlərindən istifadə etmək üçün müqavilə bağlayıb. Şirkətdə onun işlərinə cavabdeh Britaniya Ordusunun keçmiş qərargah rəisi Riçard Dannattdır, hazırkı Lord Dannatt.
Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeronun müdafiə məsələləri üzrə müşaviri olmuş Dannatt martın əvvəlindən “Sanctuary Counsel”də baş məsləhətçi olub və İrəvana Londonla daha sıx əlaqələr qurmaq səyləri ilə bağlı məsləhətlər verməkdədir.
Təcrübəli müdafiə məsləhətçisi
Dannatt reputasiya menecerindən daha çox müdafiə sənayesi mütəxəssisidir və müdafiə sektorunda geniş əlaqələrə malikdir. Hökumət müşaviri kimi xidmət etdikdən sonra o, Britaniya Ordusunun dəstəyi və təlim müqavilələrini qazanmağı hədəfləyən “Callan UK” (keçmiş Cadence Consultancy) konsaltinq şirkətini idarə edib. Hazırda o, ABŞ-nin dron və müşahidə avadanlığı istehsalçısı “Teledyne FLIR” və Oksford Universiteti, Kembric Universiteti və Stenford Universitetinin süni intellekt departamentlərinin tərəfdaşı olan təhlükəsiz sənəd mübadiləsi platforması təminatçısı “FileSwap Global”a məsləhət verir.
Dannatt əvvəllər “Ricardo Pie” mühəndislik qrupunun bir hissəsi olan “Control Risks Group” (CRG) və “Typhon” təhlükəsizlik şirkətlərinə və texniki konsaltinq şirkəti “Capita Symonds”a məsləhətlər verib.
Yüksəksəviyyəli əlaqələndiricilər
“Sanctuary Counsel”də Dannatt başqa bir keçmiş Cameron müşaviri, keçmiş Downing Street, 10 ünvanının strategiya direktoru Endryu Kuper, hazırkı “Windrush”dan Baron Kuperlə birlikdə işləyir.
“Sanctuary Counsel”in məsləhətçiləri arasında daha bir yeni gələn Avstraliya siyasi strategiya mütəxəssisləri Mark Textor və Lynton Crosby tərəfindən qurulan “CT Group”un strateji kommunikasiyalar və şəxsi araşdırmalar üzrə keçmiş baş əməliyyat direktoru Sian Hansendir.
Rasmussen də cəlb olundu
“The Times”ın aprelin 15-də açıqladığı kimi, artıq London və İrəvan Britaniyanın Ruanda ilə razılaşdığı razılaşmaya bənzər bir razılaşma ilə Ermənistana qeyri-qanuni miqrantları köçürməsinə icazə verilməsi imkanını müzakirə edirlər.
Azərbaycanla son münaqişəsindən sonra Qərb dövlətləri ilə daha sıx əlaqələr qurmaq və Rusiyadan uzaqlaşmaq istəyən İrəvan son bir ildə Ermənistanın Avropada maraqlarını müdafiə edən Brüsselin “Rasmussen Global” lobbi firmasının xidmətindən istifadə edir. Firmanı yaradan NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen “Ermənistanın Dostları” Şəbəkəsinə nəzarət etmək və Ermənistandakı vəziyyətlə bağlı konfranslar təşkil etmək üçün ildə 400.000 avrodan 500.000 avroya qədər ödəniş alır.”