![]() |
|
ABŞ Suriyada Türkiyəyə güzəştə gedə bilər.
Bu barədə Amerikanın nüfuzlu “Atlantic Council” analitik mərkəzi bildirib.
Qeyd edilir ki, ABŞ Suriyada İŞİD-in saxlanma düşərgələrinə Türkiyənin nəzarəti və bu ölkədəki Amerika hərbçilərinin müdafiəsi müqabilində kürd hərbi-siyasi təşkilatı PKK/YPG-yə dəstəyi dayandıra bilər.
Bildirilir ki, bu qərar NATO maraqlarını təşviq etmək üçün Ankara ilə Vaşinqton arasında digər regional münaqişələr üzrə əməkdaşlığı genişləndirəcək.
"Suriyadakı vəziyyət Türkiyədə təhlükəsizlik baxımından birinci prioritet hesab edilsə də, ABŞ-də buna daha az diqqət yetirilir. Bunu dəyişmək zərurəti yaranıb. Hər iki ölkə Suriya ilə bağlı mübahisələrin həllinə diqqətini yenidən cəmləməlidir ki, ikitərəfli əlaqələrdə böyük gərginliyin yeni sahələrinə çevrilməsin", - deyə vurğulanır.
"Microsoft" şirkəti ABŞ kəşfiyyatı üçün gizli süni intellekt xidməti yaradıb
"Microsoft" internetdən tamamilə ayrı olan generativ süni intellekt modeli yaradıb. İndi ABŞ kəşfiyyat orqanları ondan çox məxfi məlumatları təhlil etmək üçün təhlükəsiz istifadə edə bilərlər.
"Bloomberg" xəbər verir ki, "OpenAI"nin hazırladığı "ChatGPT" də daxil olmaqla əksər süni intellekt modelləri məlumatlardan nümunələri öyrənmək və nəticə çıxarmaq üçün bulud xidmətlərindən istifadə edir, lakin "Microsoft" ABŞ kəşfiyyat cəmiyyətini həqiqətən təhlükəsiz sistemlə təmin etmək istəyirdi.
ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel keçən ay deyib ki, “yarış generativ süni intellekti kəşfiyyata gətirmək üçün gedir”. O, generativ süni intellektdən istifadə edən ilk ölkənin bu yarışda qalib gələcəyini qeyd edərək bunun ABŞ olmasını istədiyini bildirib.
Ukrayna Ali Radası səfərbərliklə bağlı hərbi qeydiyyat qaydalarının pozulmasına görə cəzaları sərtləşdirir.
Səfərbərliyin pozulması ilə bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər nəzərdə tutulub. Dəyişikliyə əsasən, çağırışçılar hərbi qeydiyyat qaydalarını pozduqlarına görə hərbi xidmətdən yayınanlar üçün cərimələrin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.
Dəyişikliyə əsasən
- sülh dövründə - 5100-dən 8500-dək (təqirbən 600 AZN) qrivna (mülki şəxslər üçün), 17.000-dən 34.000 (təqribən 750-1500 AZN) qrivna (rəsmi və hüquqi şəxslər);
- müharibə dövründə - müvafiq olaraq 17.000-dən 25.500 (750-1000AZN) və 34.000-dən 59.000 (1500-2000AZN) qrivnədək cərimə nəzərdə tutulur.
Ermənistan Baş nazir Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında danışıqlarda nəticə əldə olunub.
Bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edilir ki, Rusiya sərhədçilərinin Zvartnots hava limanında xidmət etməyəcəyi barədə razılıq əldə olunub.
"Bundan əlavə, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Sünik, Vayos Dzor, Qeqarkunik, Ararat, Tavuş məntəqələrindəki yerlərini tərk edəcəklər", - deyə bildirilir.
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinin maliyyələşdirilməsində iştirakını dayandırır.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Məlumata görə, Ermənistan KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli "KTMT-2024 büdcəsi haqqında" qərarına qoşulmaqdan və bununla da təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkinəcək, bununla yanaşı, bu qərarın məhdud tərkibdə qəbul olunmasına etiraz etməyəcək.
Ermənistanın dini liderləri ən yüksək səviyyədə uğursuzluğa düçar oldular.
Belə bir bəyanatla Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.
Onun fikrincə, əgər konkret din xadimi siyasi bəyanatla çıxış edirsə, bu o deməkdir ki, kilsə öz uğursuzluğunu və ya mənəvi liderliyi həyata keçirə bilmədiyini etiraf edir. “Təəssüf ki, bir çox yüksək rütbəli din xadimləri bu vəziyyətdədir. Onların mənəvi sahədə heç bir əlaqəsi olmadığı üçün onların siyasi təklif irəli sürməsinə təəccüblənmirəm”, - baş nazir qeyd edib.
Erməni kilsəsinin qəzəbinin əsas səbəblərindən biri kimi biznesinin əldən çıxması ilə izah edən Paşinyan bildirib ki, bir çox kvotalar arasında onların öz kvotasının olduğu vaxtlar olub. “Mercedes, Bentley, Lexus, idxal, ixrac. Bütün bunlar üçün onların öz kvotaları var idi, indi heç kimin kvotası yoxdur. Bu gün isə bu insanlar açıq şəkildə müharibəni təbliğ edirlər. Kimin adından? Mən xalqın iradəsi ilə buradayam və xalqın istəyi ilə olmayacağam. Nədir, hakimiyyət məgər sahibsizdir... Mən hakimiyyəti ancaq sahibinə ötürə bilərəm. Əgər xalq müharibə istədiyinə qərar versə, mən onlara hər şeyi təqdim etməyə çalışacağam”, - Paşinyan qeyd edib.
Paşinyan onu da əlavə edib ki, son günlərdə Ermənistandakı siyasi hərəkata bütün ermənilərin katolikosu rəhbərlik edir. "Hərəkatın nümayəndəsi bəyan edib ki, məqsəd Ermənistanda “keçmişləri” hakimiyyətə gətirməkdir. Bu ssenari 2021-ci il seçkilərindən sonra təqdim olunub, onu “Ermənistan” blokunun rəhbəri təqdim edib. O deyib ki, Ermənistanda hakimiyyət dəyişikliyini kilsə vasitəsilə necə həyata keçirmək olar.
Aydındır ki, prosesin lideri bütün ermənilərin katolikosu, benefisiar isə “Ermənistan” blokunun rəhbəri Robert Köçəryandır”, - Nikol Paşinyan bildirib.
Bu gün Kremldə Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli gərgin bir görüşü gözlənilir.
Həm Kreml, həm də İrəvan bu görüşün çox gərgin keçəcəyini əvvəlcədən bəyan edib. Buna da səbəb uzun müddətdən bəri aralarında yığılıb qalmış çoxsaylı problemlərdir.
Putinlə Paşinyanın görüşünü şərh edən RF prezidentin köməkçisi Yuri Uşakov deyib ki, Rusiya ilə Ermənistan arasında münasibətlərdə problemli məsələlər yığılıb və onların liderlər arasında açıq müzakirə olunacağını gözlənili.
Paşinyan özü də həm aprel ayında, həm də mayın 7-də keçirdiyi mətbuat konfransında Moskva ilə münasibətlərin çətin günlər keçirdiyini, bir çox problemlərin olduğunu açıq şəkildə bəyan edib.
İrəvanla Kreml arasında yaranan problemlər nəticəsində son vaxtlar iki ölkə arasında müxtəlif səviyyələrdə təmaslar azalıb.
Uşakov İrəvanın Rusiyaya qarşı narazılıqları ilə bağlı deyib ki, burada həm Rusiya, həm də KTMT-yə qarşı tənqidlər var. "Ermənistan faktiki olaraq KTMT-də iştirakını dondurub. Baxmayaraq ki, o hələlik imtina etmir, lakin təlimlərdə iştirak etmir və KTMT-ni maliyyələşdirməkdən çəkinməyə hazırlaşır. Digər tərəfdən Ermənistan nümayişkaranə şəkildə Qərblə dialoqu inkişaf etdirir. Xüsusilə Avropa İttifaqına daxil olmaq üçün müxtəlif variantlar nəzərdən keçirilir, NATO vasitəsilə əlaqələr intensivləşdirilir və s." - o qeyd edib.
Odur ki, Putinlə Paşinyanın müzakirə ediləcək çoxlu ciddi məsələlər var.
Kreml tərəfi bu görüşə böyük önəm verir. Uşakovun dediyi kimi, bu görüşdə tərəflər arasında "i" nöqtəsi qoyulacaq. Yəni onlar yollarını və gələcək münasibətlərini müəyyənləşdirəcəklər.
Bütün bunları nəzərə alaraq demək olar ki, Putinlə Paşinyan arasındakı ikitərəfli formatda keçiriləcək görüş gərgin şəraitdə keçəcək. Təbii ki, Putin Kremlin mövqeyini sərt şəkildə İrəvanın qarşısında qaldıracaq. Hətta Rusiya lideri Paşinyanın diqqətinə Moskvanın hədələrini çatdırmaqdan belə çəkinməyəcək. Çünki Kremlin hələ də siyasi, iqtisadi, hərbi cəhətdən Ermənistana yetərincə təzyiq mexanizmləri mövcuddur. Rusiya Ermənistanı öz nəzarətində saxlamaq üçün bu təsir rıçaqlarından istifadə edəcəyini Paşinyanın da diqqətinə açıq şəkildə çatdıracaq.
Çox güman ki, Paşinyan görüşə qərbli "ağa"larından aldığı təlimata uyğun şəkildə İrəvanın mövqeyini ortaya qoyaraq bacardığı qədər manevr etməyə cəhd edəcək. Ola bilsin ki, Paşinyan bəzi məsələlərdə Kremllə müvəqqəti də olsa, razılıq əldə edə və ya geri addım ata bilər. Bu, qarşılıqlı anlaşma formasında da mümkündür. Kreml də vaxt qazanmaq üçün hansısa məsələdə İrəvanın şərtini məqbul saya bilər.
Kremlin təbliğatının əsas ruporlarından biri olan Marqarita Simonyan Çeçenistan rəhbəri Ramzan Kadırovla birgə fotosunu dərc edib.
Media nümayəndəsi bununla Kadırovun səhhətinin yaxşı olduğunu sübut etməyə çalışıb.
Xatırladaq ki, Ramzan Kadırovun ölümcül xəstə olduğu, onun yerinə yeni namizədin axtarıldığı, o cümlədən çeçen rəhbəri əvəzləyəcəyi ehtimal edilən şəxslərin adları belə mətbuatda yayılıb.
HƏMAS bölgədə tam məhv edilənə və ya ilk girov İsrailə qaytarılana qədər Rəfah əməliyyatı bitməyəcək.
Belə bir bəyanatla İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağının cənub sərhədində əsgərlərlə görüşü zamanı deyib.
“Mən İsrail Müdafiə Qüvvələrinə Rəfah bölgəsinə girməyi, nəzarət-buraxılış məntəqəsini ələ keçirməyi və tapşırıqlarını yerinə yetirməyi əmr etmişəm. Bu əməliyyat HƏMAS-ı Rəfah bölgəsində və bütün Qəzza zolağında məhv edənə qədər və ya ilk girov geri qayıdana qədər davam edəcək”, - israilli nazir deyib.
Onun sözlərinə görə, İsrail girovları azad etmək üçün kompromislərə getməyə hazırdır. "Ancaq bu mümkün olmasa, əməliyyatı dərinləşdirəcəyik, bu, bütün Qəzza sektorunda, cənubda, mərkəzdə və şimalda baş verəcək.
“HƏMAS yalnız gücü başa düşür, ona görə də biz öz hərəkətlərimizi gücləndirəcəyik və hərbi təzyiq bizi HƏMAS təşkilatını əzməyə aparacaq”,- Qalant əlavə edib.
elarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə mayın 8-də taktiki nüvə silahları tətbiq etməklə qoşunların birgə koordinasiyası və istifadəsi məsələlərini müzakirə etmək niyyətindədir.
Bu bardə Lukaşenko Moskvaya səfə öncəsi bildirib.
Onun sözlərinə görə, iki ölkənin müdafiə bölmələrinin sinxron təftiş zamanı taktiki nüvə silahının təlim istifadəsi üçün siqnallar Belarus və Rusiya Federasiyasının Baş Qərargahları tərəfindən həyata keçiriləcək.
"Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb", Belarus lideri vurğulayıb.