![]() |
|
“Paşinyan prezident Vladimir Putinin andiçmə mərasiminə gəlməkdən imtina etməsi Rusiyaya qarşı nümayişkaranə demarşdır. Eyni zamanda, Paşinyan Aİİ tədbirinə gəlməyi planlaşdırır. Bu, həm də Aİİ-nin digər dövlətləri ilə münasibətdə müəyyən paritet saxlamaq üçün nümayişkaranə şəkildə edilir, hamını yox, təkcə Moskvanı incitmək üçün. Ən rüsvayçısı isə Paşinyanın mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmaqdan imtina etməsidir və bununla da o, Böyük Vətən Müharibəsi xatirəsini şəxsən təhqir edir, bu qələbə bütün keçmiş SSRİ xalqlarının ümumi qələbəsidir. Bunun Qərbin tələbi ilə baş verdiyini nəzərə alsaq, bu, xüsusilə kinlidir”.
İnnovativ İnkişaf İnstitutunun Geosiyasi Araşdırmalar Mərkəzinin direktoru, rusiyalı ekspert Dmitri Rodionov Ermənistanın Baş nazirinin Rusiya liderinin andiçmə mərasiminə getməyəcəyi ilə bağlı xəbəri şərh edərkən belə deyib.
O hesab edir ki, bu, Ermənistanla Rusiya arasında gələcək münasibətlərə mənfi təsir göstərəcək.
“Biz prioritetləri müəyyənləşdirməliyik və Ermənistanın suveren ölkə, yoxsa Qərbin vassalı olduğunu müəyyən etməliyik. Bütün bunlar çox iyrəncdir. Bu, Ermənistanla Rusiya arasında gələcək münasibətlərə mənfi təsir göstərəcək. Bu, bəzi ağlasığmaz nəticələrə gətirib çıxaracaq son damla olmayacaq, amma yenə də bu, Qərbin Paşinyanın əli ilə tikdiyi ölkələrimiz arasında divarda növbəti kərpicdir”, - Rodionov fikirlərini yekunlaşdırıb.
Türkiyə Azərbaycan və Ermənistan arasında sərhəd sazişi ətrafında prosesin inkişafını izləyir və müsbət istiqamətdə gedən işləri alqışlayır.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) rəsmi nümayəndəsi Ömər Çelik deyib.
“Gündəliyimizdən asılı olmayaraq, biz Azərbaycanla bağlı məsələləri diqqətlə izləyirik. Nümayəndə heyətləri (sərhəd məsələləri üzrə Azərbaycan və Ermənistan) 8 dəfə görüşüblər. Sərhəddə simvolik olaraq da olsa, sərhəd daşı qoyulub. Biz regionda sülhün möhkəmlənməsinə töhfəni və Azərbaycana qarşı hücumlardan əl çəkməyi alqışlayırıq. Biz prosesin inkişafını izləyirik və izləməyə davam edəcəyik, müsbət tonu alqışlayırıq”, - Çelik bildirib.
Çinin cənubunda magistral yolun çökməsi nəticəsində onlarla insan ölüb və yaralanıb.
Xarici media xəbər verir ki, Çinin cənubundakı Quanqdonq əyalətində S12 Meylonq ekspress yolunun bir hissəsinin çökməsi nəticəsində ən azı 19 nəfər ölüb, 30 nəfər yaralanıb.
Hadisəyə səbəb kimi son günlər şiddətli yağışların yağması göstərilir. Güclü yağışlar nəticəsində Quanqdonq əyalətinin bütün ərazisində daşqınlar baş verib.
"Biz Cənubi Qafqazda sülh mümkündür və buna inanırıq. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycan liderləri ilə telefon danışıqları ilə bağlı açıqlamasında deyilir.
Onun sözlərinə görə, bu məsələ ilə dövlət katibi şəxsən məşğul olur.
“Blinken mütəmadi olaraq hər iki ölkənin liderləri ilə danışıqlar aparır. Tərəflərlə təmaslarımız davam edir”, - o qeyd edib.
Müxalifət təmsilçisi Levon Köçəryanın mühafizəçisi Artur Sukoyan Ermənistan Milli Assambleyasında jurnalist David Levonyanı vurub.
Bu barədə Ermənistanda hakim “Vətəndaş müqaviləsi”ndən olan deputat Hasmik Akopyan bildirib.
Ötən gün jurnalist öz "YouTube" kanalında Baqrat Srbazanı Rusiyanın maraqlarına xidmət etməkdə ittiham edib.
İstintaq Komitəsi aprelin 30-da Ermənistan parlamentində baş vermiş insidentlə bağlı cinayət işi başladıb.
Belə ki, saat 11:50 radələrində Milli Assambleyanın həyətində “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryanın köməkçisi Artur Sukoyan Civic.am saytının jurnalisti David Levonyanı vuraraq söyüb. Jurnalist yıxılaraq kamerasını zədələyib.
Münaqişəyə səbəb iki gün əvvəl jurnalistin yaydığı video olub.
Bu fakt əsasında Ermənistan Cinayət Məcəlləsinin 237-ci maddəsinin 3-cü hissəsi ilə (zor tətbiq etməklə jurnalistin peşə fəaliyyətinə mane olma) cinayət işi başlanıb.
David Levonyan zərərçəkmiş şəxs qismində tanınıb, hazırda zəruri istintaq və prosessual hərəkətlər aparılır.
Bəzi ekpertlər hesab edir ki, bununla vəziyyət hökumət başçısı Nikol Paşinyanın xeyrinə dəyişməyə başlayır.
Fransa həbsxanalarındakı məhbusların sayı rekord qıraraq 77 min nəfəri keçib.
Bu barədə "FrancePresse" ölkənin Ədliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumatada cari ilin aprelin 1-də ölkədə 77 450 nəfər həbsdə olub ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 4 370 nəfər çoxdur. Bu, Fransa tarixində ən çox məhbus sayıdır.
Bəzi həbsxanalar 200% doludur. Yerin olmaması, həmçinin döşəklərdə yerdə döşəmələrdə yatmağa məcbur olan insanların sayının kəskin artmasına səbəb olub. Əgər 2023-cü ilin aprelində bu say 2151 nəfər olubsa, 2024-cü ilin aprelində say 3307-yə çatıb.
Ukrayna kəşfiyyat xidmətlərinin məlumatına görə, İran İranın Şahid pilotsuz təyyarələri və onların ehtiyat hissələri də daxil olmaqla, döyüş sursatı tədarükünü azaldır.
Bu barədə Fransa kəşfiyyat xidmətlərinin ruporu olan "Intelligence Online" yazır.
Təchizatların azalmasına səbəb kimi İran və İsrail arasında yenidən gərginlik göstərilir.
Məqalədə qeyd olunur ki, “İsraillə yeni münaqişə yaranarsa, Tehran öz ehtiyatlarını bərpa etmək istəyəcək”.
"Avropa İttifaqında (Aİ) TikTok xidmətinə qadağa istisna deyil. Xüsusilə Avropa Komissiyası "TikTok Lite"dəki mükafat vasitələrinə görə istifadəçilərə mənfi təsirindən qorxur".
Bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.
"Bu, istisna deyil", - AK rəhbəri Ursula von der Leyen Maastrixtdəki debat zamanı deyib.
O həmçinin əlavə edib ki, Avropa Komissiyası dünyada ilk dəfə öz işçilərinə iş telefonlarına TikTok quraşdırmağı qadağan edib.
Avropa Komissiyası hesab edir ki, TikTok istifadəçiləri tətbiqdə daha çox vaxt keçirməyə həvəsləndirməklə ondan asılılıq yaradır.
Onu da qeyd edək ki, aprelin 24-də ABŞ prezidenti Co Bayden də TikTok-un sahibi olan özəl Çin şirkəti "ByteDance" 270 gün ərzində ölkədəki biznesini satmasını qadağan edən qanunu imzalayıb.
Son zamanlarda Ankara ilə Bağdad arasındakı sıx təmaslar bölgədə tamamilə yeni situasiya yaradıb. Xüsusən də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-dən Bağdad və Ərbilə səfəri, orada əldə edilən razılaşmalar, imzalanan sənədlər Yaxın Şərqdəki gələcək geosiyasi durumu yenidən dizayn edilməsi prosesinə təkan verməkdədir. Artıq Ankaranın dəstəyi ilə Bağdadın bölgədə tamamilə yeni oyunçu qismində proseslərdə iştirakı müşahidə olunmaqdadır. Ankara-Bağdad-Ərbil arasındakı sıx koordinasiya öz bəhrəsini verməkdədir. Məhz bunun nəticəsidir ki, 30 ildən sonra İraq sərhədçilərinin Türkiyə ilə sərhəddə dayanmaq imkanı əldə ediblər.
Bölgədəki son hadisələri dəyərləndirən istefada olan iraqlı general Məcid əl-Qeys bildirib ki, sərhəddə qurulan hərbi məntəqələr Türkiyə ilə koordinasiyalı işin məhsuludur.
"Bağdadda iki ölkə arasında kəşfiyyat və hərbi əməkdaşlıq müqavilələri imzalanıb. Terrorun və qaçaqmalçılığın qarşısını almaq üçün İraq ordusunun 30 ildən sonra sərhəddə qurduğu bazalar ciddiyə alınmalıdır. Bu vəziyyət Türkiyə və qarşıdan gələn əməliyyat üçün müsbət mesajdır", - iraqlı general qeyd edib.
Qlobal aktorların bölgədə yaratdığı uçurumda yer alan PKK terror təşkilatının sonunun yaxınlaşdığını qeyd edən iraqlı general bildirib ki, artıq bölgədə rollar dəyişib. "Türkiyə həm Körfəz, həm ABŞ, həm də İran üzərində ciddi təsir gücünə malikdir. Tehran və Qərb qanadı buna görə də sakitdir. Təbii ki, Türkiyə ordusu həm Zaxo-Ərbil, həm də Qamışlı-Səməlka dəhlizlərində hərbi varlığını saxlayan ABŞ-yə və İraqda Həşdi-Şabi ilə hərbi təsir gücünə malik İrana qarşı lazımi tədbirləri görəcək. Türkiyə əhəmiyyətli bir plan qurub. Bu prosesin mütləq hərbi nəticələri olacaq", - o qeyd edib.
İraq və Türkiyə orduları və kəşfiyyat birlikləri arasında ciddi məlumat axını və koordinasiya olduğunu qeyd edən generalın sözlərinə görə, münasibətlərin səviyyəsi bəlkə də tarixin ən yaxşı nöqtəsindədir: "Sərhədləri və həcmi gizli saxlanılan əməliyyatla bölgənin gələcəyi dəyişəcək. Bundan bütün iraqlılar, kürdlər, ərəblər və türkmənlər öz faydasını götürəcək".
Ankaranın bölgədə yeni "İnkişaf yolu" layihəsini reallaşdırmaq istiqamətində atdığı addım Yaxın Şərqdə geosiyasi vəziyyəti dizayn etməyə imkan verəcək. Bu layihə təkcə Ankaranın deyil, ilk növbədə İraq və Körfəz ölkələrinin maraqlarına xidmət edir. "İnkişaf yolu" layihəsi Körfəz ölkələrinin alternativ yollardan istifadə etmək Avropaya, Rusiyaya, Ukraynaya, Cənubi Qafqaza və Mərkəzi Asiyaya rahat çıxışını təmin etmək imkanı yaradacaq.