![]() |
|
Çin Rusiyanı “Boeing” və “Airbus” təyyarələrinə rəqib kimi 2017-ci ildən hazırlanmaqda olan CR929 sərnişin təyyarəsi layihəsindən kənarlaşdırıb.
"Bu barədə “The Air Current” nəşri yazır.
Fransanın Le Burje şəhərində keçirilən beynəlxalq aviaşousunda Çin 280 sərnişini qəbul edə biləcək gələcək uzaqməsafəli təyyarəyə ayrıca stend ayırıb. Eyni zamanda, Çin projeni özününkü kimi təqdim edib - Rusiyanın adını çəkmədən.
Keçən il “South China Morning Post” layihə ilə bağlı Çin və Rusiya arasında fikir ayrılıqlarının getdikcə artdığını yazmışdı. Çinlilər rusların layihənin onlara aid hissəsinin - füzelajın reallaşdırılmasında ləngliyindən narazı olublar. Çinlilərin laynerlə bağlı işlərə Qərb şirkətlərini cəlb etmək istəməsi isə rusların xoşuna gəlməyib.
“Pekin CR-929 sərnişin təyyarəsinin Qərbin uçuşa yararlılıq standartlarına cavab verəcəyinə ümid edir. Geniş gövdəli təyyarə ABŞ və Avropaya uçuşlar üçün nəzərdə tutulub, ona görə də Avropa və ABŞ istehsalçıları arasında sifarişləri bölməklə bəzi əsas komponentləri seçmək daha yaxşı olardı. Rusiya tərəfi Pekinin Qərb komponentlərindən istifadə etmək qərarını Ukraynaya müdaxiləsindən sonra qlobal sanksiyalar fonunda Qərb qarşısında ağ bayraq qaldırmaq kimi qiymətləndirir”, - qəzet bildirir.
Rusiya neft məhsulları və nefti üçün Çin bazarını sürətlə itirir. Hindistanla birlikdə Rusiya neftinin 80 faizdən çoxunu alan Çin iyunda alışlarını yarıya endirib. Çin neft emalı zavodları Rusiya əvəzinə İran neftinə üstünlük verirlər, bu baxımdan endirim daha böyükdür.(Teleqraf.com)
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlunu 110 ilə qədər həbs cəzası gözləyə bilər.
“Bu barədə “Cümhuriyyət” qəzeti məlumat yayıb.
Həmin cəzanın Kılıçdaroğluna qarşı açılan müxtəlif iddialar üzrə olduğu bildirilib.
Həmçinin, CHP sədrinin siyasi fəaliyyətinə də qadağa qoyula bilər.
Qeyd edək ki, Kemal Kılıçdaroğlu prezident seçkilərinin ikinci turunda 47,82 faiz səslə Türkiyənin hazırki Prezidenti Rəcəb Tayyib Ərdoğana uduzub.
Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Jirinovskinin ölümündən sonra Kremlin danışan dilinə çevrilib. Belarus prezidenti Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri ilə görüşündə deyib ki, Ermənistanın təşkilatla bağlı tələbləri və iradları əsaslıdır. Yəni Lukaşenkonun məntiqinə görə, Ermənistan rəsmiləri KTMT-ni tənqidlərində haqlıdırlar. Lukaşenko bunun ardınca bildirib ki, təşkilat çərçivəsində problemləri həll etməsək, KTMT ölkələri davamlı olaraq bir-birini tənqid edəcək, təşkilatın işindən narazılıqlarını bildirəcəklər: “Ona görə də KTMT ölkələrinin problemlərini dərindən araşdırmaq və çıxış yolu axtarmaq lazımdır”.
Kreml sözçüləri Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı tənqidi fikirlərinə etiraz edərkən, Moskvanın müttəfiqi Belarus prezidenti İrəvanın təşkilatla bağlı iradlarını niyə əsaslı adlandırıb? Bu Lukaşenkonun öz fikridir, yoxsa Kremlin Belarus prezidenti vasitəsilə Azərbaycana mesajıdır? Məlumdur ki, KTMT silahlı qüvvələrinin sərhəddə yerləşdirilməsi Azərbaycanın maraqlarına ziddir. Kreml Cənubi Qafqazı əldən vermək istəmir, bölgədə varlığını KTMT-nin imkanları vasitəsilə də həyata keçirmək istəyir. Kreml sahibi Vladimir Putinin Paşinyandan xoşu gəlməsə də, o Ermənistan və Qarabağ separatçıları vasitəsilə bölgədə varlığını davam etdirmək və rəqibləri olan – Avropa İttifaqı və ABŞ-ı Cənubi Qafqazdan sıxışdırmaq istəyir. Kremlin bu istəyinin gerçəkləşməsi yolunda əsas maneələrdən biri Azərbaycandır. Biz başda strateji müttəfiqimiz Türkiyə olmaqla Avropa İttifaqı və ABŞ-la sıx əməkdaşlığın tərəfdarıyıq. Putin Azərbaycanla açıq qarşıdurmadan çəkinir, ancaq ölkəmizə qarşı hiyləgər planlarını da masa üzərində tutur. Putin özünün səsləndirə bilmədiyini Lukaşenkoya dedizdirir.dia.az
Bu günlərdə şəbəkədə aşağıdakı videolar peyda olub: forma geyinmiş məktəblilər separatçıların bayraqları ilə ora-bura qaçırlar, onlara atıcı və digər növ silahlardan istifadə etmək öyrədilir.
VoMA və digər oxşar təşkilatlar ianə toplayır və bunu olduqca ciddi bankların – “Raiffeisen”, “Citi”, “Sberbank”ın müxbir hesabları vasitəsilə edirlər həyata keçirirlər.
Bu uşaq düşərgələrinin mühüm sponsoru Ruben Vardanyandır.
Məlumata görə, o, artıq izlərini gizlətməyə və bu hekayəni yumağa çalışır.
Qarabağda ən azı onlarla belə təlim bazası var. Onlar VoMA kimi təşkilatların düşərgələri əsasında işləyirlər.
Bütün bunları “UNICEF”, “Amnesty International” və digər insan haqları təşkilatları hələ də görməməyi üstün tutur.
“VoMA” Ermənistan və Qarabağda peşəkar hərbçilər tərəfindən yaradılmış təlim düşərgələri şəbəkəsidir.
Təqdim etdiyimiz şəkildə onların düşərgələrinin xəritəsi və gəlir hesabatı yer alıb.
Təkcə 2021-ci ildə “VoMA” 200.000 dollardan çox pul xərcləyib və onlar üçün təxminən 400.000 toplanıb.
Təəssüf ki, ABŞ-nin Qarabağa tələbi ilə bağlı məlumatlar etibarlıdır.
Bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bir sıra Rusiya KİV-ində ABŞ-nin guya Xankəndidəki separatçılardan hansısa üçüncü ölkədə Bakı ilə danışıqlar aparmaq, əks halda Bakının Qarabağa qarşı hərbi əməliyyat keçirəcəyi ilə hədələməyi tələb etdiyi barədə məlumatla bağlı sualı cavablandırarkən deyib.
“Birincisi, KİV-də gedən materiallara gəlincə, o, bir neçə mənbədə yer alıb, təəssüf ki, orada verilən məlumatlar etibarlıdır. İkincisi, biz Rusiya, Bakı ilə Xankəndi arasında Qarabağ əhalisinin hüquqlarının və təhlükəsizlik təminatlarının təmin edilməsi üzrə dialoqu təşviq etməyə hazırıq və bu barədə dəfələrlə maraqlı tərəflərə məlumat vermişik.
Üçüncüsü, Rusiya sülhməramlı kontingenti 9 noyabr 2020-ci ildə qeyd etdiyim üçtərəfli bəyanata uyğun olaraq bölgəyə yerləşdirilib. O, fəaliyyətinin əsas çərçivəsini müəyyən edir. Bir daha təkrar etmək istərdim ki, Rusiya sülhməramlılarının əsas vəzifəsi öz məsuliyyət zonasında atəşkəs rejimini qorumaqdır”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya razılaşdırılmış hər şeyin yerinə yetirilməsini istəyir: “Mənə elə gəlir ki, biz artıq bu istiqamətdə yetərincə səylə göstərmişik. Hamıya hər şeyi sübut etmişik və bütün istiqamətlərdə addım-addım işləməyə hazırıq. Bu yerlərdəki vəziyyətdən tutmuş iqtisadiyyata qədər. Bir daha deyirəm ki, bu yol asan və mütləq qızılgüllərlə dolu deyil. Çox çətin gündəlik, çox səy tələb edən işdir. Ancaq biz bunu etdik və bundan sonra da etməyə hazırıq”, - Zaxarova qeyd edib.
İyunun 21-dən etibarən Minsk vilayətininin hərbi komissarlıqları hərbi səfərbərliyə başlayıb.
“Belta” xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bu döyüş səfərbərliyi deyil, təlim xarakterli səfərbəlikdir və iyunun 30-dək davam edəcək.
“Bu təlimlər Belarus Respublikası Silahlı Qüvvələrinin təlim planına əsasən hər il keçirilir. Onların əsas məqsədi yerli icra hakimiyyəti orqanlarının, hərbi komissarlıqların, dövlət orqanlarının və təşkilatların qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə hazırlıq dərəcəsini qiymətləndirməkdir”, - nazirliyin mətbuat xidmətindən bildirilib.
Təlim zamanı infrastruktur obyektlərinin yerləşdirilməsi, hərbi qulluqçuların və avtonəqliyyat vasitələrinin cəlb edilməsi, o cümlədən hərbi komissarlıqların komplektləşdirilməsi maraqları istiqamətində tədbirlər həyata keçiriləcək.
Pakistanın Hayber Paxtunxva əyalətində terakt törədilib.
“Star” qəzeti xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb.
Pakistan ordusu hücumda istifadə edilən bombanın uzaqdan idarə edildiyini və əsgərlərin hədəf alındığını açıqlayıb.
Hadisənin kim tərəfindən törədilməsinə dair məlumat verilməsə də, onların axtarışlarına başlanılıb.
Qeyd edək ki, son aylarda, Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.
Yanvarın 30-da Pişəvərdə günorta namazı zamanı məscidə edilən hücumda əksəriyyəti polis olmaqla 102 nəfər, martın 6-da Bəlucistanda isə 10 təhlükəsizlik işçisi həlak olub.
Məhəmməd Allahyarlı (təcrübəçi)
Sülhməramlılar təkcə Laçın dəhlizində deyil, həm də Naxçıvanla əlaqəni yaradan Meğridə yerləşdirilməli idi.
Bunu baş nazir Nikol Paşinyan parlamentdə 44 günlük müharibənin şəraitini araşdıran istintaq komissiyasının iclasında 19 oktyabr 2020-ci ildə Rusiya prezidenti Vladimir Putinlə apardığı telefon danışıqlarının təfərrüatlarını açıqlayarkən deyib.
“19 oktyabr 2020-ci il tarixli təklif kontekstində müharibənin dayandırılması üçün əlavə şərt kimi yeni fikir səsləndirilib. Azərbaycanın qərb rayonlarının Naxçıvanla əlaqəsini təmin etmək üçün sülhməramlılar təkcə Qarabağda və Laçın dəhlizi boyunca deyil, həm də Meğridə yerləşdirilməli idi. Mən də bununla razılaşmadım.
Bəli, mən buna razı olmadım ki, Ermənistan ərazisində Ermənistanın nəzarətində olmayan təbəqə yaranmasın. Dedim ki, yolda razıyam, amma dəhlizdə yox. Yeri gəlmişkən, indiyədək bu məsələ ilə bağlı mövqeyim dəyişməyib”, - Paşinyan deyib.
O əlavə edib ki, 13 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının prezidentindən birbaşa suala cavab verməsini xahiş edib: “Atəşkəs yaratmaq və müharibəni dayandırmaq üçün nə etməliyəm? Oktyabrın 16-da mən eyni məsələ ilə bağlı daha ətraflı müzakirə apardım və Rusiya prezidenti belə bir fikir bildirdi ki, Dağlıq Qarabağın statusunu dəqiqləşdirmədən statusunun qeyri-müəyyənliyi ilə 5 rayonun qaytarılması müqabilində müharibənin dayandırılmasından danışmaq olar. Həmin gün biz Rusiya Federasiyasının prezidenti ilə razılaşdıq ki, komandalara bu ideyanın reallaşması istiqamətində işləmək tapşırılsın”, - deyə baş nazir bildirib.
O əlavə edib ki, məlum olduğu kimi, 17 oktaybr 2020-ci ildə Fransa prezidenti təşəbbüslə çıxış etdi: “O, mənə bildirdi ki, Azərbaycan prezidenti oktyabrın 18-i gecə yarısından heç bir şərt irəli sürmədən atəşkəs rejiminin yaradılmasına razıdır. Mən təbii ki, bununla razılaşdım, bundan sonra bir neçə saat ərzində Fransa, Ermənistan və Azərbaycan arasında humanitar atəşkəs bəyannaməsi təsdiqləndi. Bununla belə, müharibəni dayandırmaq üçün gün ərzində bütün diplomatik səylərimizi göstərsək də, atəş bir dəqiqə belə dayandırılmadı”, - o əlavə edib.
"Laçın" sərhəd-keçid məntəqəsi hamı üçün bağlı olduğundan Azərbaycan tərəfi rus sülhməramlılara Ağdam rayonundan özləri üçün ərzaq almağı təklif edir.
Bu barədə “İravunk”un erməni nəşri yazıb.
Ümumiyyətlə, hər şey məntiqlidir və sülhməramlılar Azərbaycan ərazisindədir, bu o deməkdir ki, bütün tədarüklər Ermənistandan yox, Azərbaycandan keçməlidir.