![]() |
|
Pentaqon Şərqi Avropadan 10 minə qədər hərbçinin çıxarılması təklifini nəzərdən keçirir və bu, hər iki qitədə narahatlıq yaradır.
Bu barədə NBC News yazıb.
Nəşrin yazdığına görə, Avropa rəsmiləri bildiriblər ki, Pentaqon bu təklifi qəbul edərsə, bu, Birləşmiş Ştatların Rusiyanı artan təhlükə kimi görən Avropadakı uzunmüddətli müttəfiqlərindən imtina etməsi ilə bağlı narahatlıqları artıracaq.
ABŞ-nin Şərqi Avropadan nə qədər hərbçisini çıxarması barədə konkret rəqəm yoxdur, amma on min hərbçinin çıxarılması ehtimal olunur.
Qeyd edək ki, Birləşmiş Ştatların hüdudlarından kənarda yerləşən təxminən 160.000 həqiqi hərbi qulluqçu var, onların çoxu Almaniyadadır.
NBC News onu da yazıb ki, ABŞ-nin bu addımı Vladimir Putini cəsarətləndirəcək.
Hazırda Vaşinqtonla Tehran arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar gedir.
Bunu İranın nüvə proqramı prezidenti Donald Tramp deyib.
İranın nüvə silahına sahib ola bilməyəcəyinə diqqət çəkən Tramp bildirib ki, hazırda bu məsələ ilə bağlı Tehranla birbaşa danışıqlar aparır.
"Onlar artıq başlayıblar, şənbə günü də davam edəcəklər. Bizim çox böyük görüşümüz var və nə baş verə biləcəyini görəcəyik. Məncə, hamı razılaşır ki, razılaşma görünəndən daha yaxşı olacaq. Açıq-aydın mənim iştirak etmək istədiyim bir şey deyil və düzünü desəm, İsrail də iştirak etmək istəmir. Amma bu, çox təhlükəli əraziyə çevrilir. Ümid edirəm ki, bu danışıqlar İranın xeyrinə olarsa, uğurlu olar", - Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında deyib.
Trampın sözlərinə görə, hazırda elə nüvə ölkələri var ki, onların belə silahları olmamalıdır.
"Ancaq əminəm ki, biz bunu sonradan müzakirə edə bilərik. Amma İran nüvə silahına malik ola bilməz. Əgər danışıqlar uğurlu olmasa, düşünürəm ki, bu, İran üçün çox pis olacaq", - Tramp bildirib.
“Ukraynaya qarşı müharibə Rusiya iqtisadiyyatı üçün ağır yükə çevrilib və Rusiyanı ağır böhranla təhdid edir. Lakin ABŞ-ın verdiyi əlverişli bəhanəyə baxmayaraq, Kreml öz aqressiyasını azaltmaq niyyətində deyil”.
“Yeni Müsavat” xəbər verir ki, bu sözləri polşalı ekspert Yan Qarner “Foreign Policy” jurnalında yazıb. Analitik qeyd edir ki, hətta Rusiya ordusunun Kursk vilayətində nisbətən əhəmiyyətli uğurları heç bir halda Rusiyanın yaxın gələcəkdə Ukrayna üzərində hərbi qələbəsinin mümkünlüyünü göstərmir. Eyni zamanda müharibə Rusiyanın resurslarını, o cümlədən hərbi texnikanı və insanları dəhşətli sürətlə “yeyir”.
Qarner əlavə edib ki, Putin müharibənin bitməsini hakimiyyətinə təhdid gördüyü üçün dayanmır.
Belədirmi? Putinin yaxın aylar üçün, xüsusən də 9 maya kimi planı nədir? Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti hesab edir ki, Rusiya qüvvələrinin Ukraynada irəliləməsi xeyli ləngiyib. Qeyd olunur ki, 2025-ci ilin birinci rübündə “ərazi qazancları” azalıb.
Kəşfiyyat məlumatlarına görə, 2025-ci ilin martında rus qoşunları Ukraynanın təxminən 143 kvadrat kilometr ərazisini ələ keçirib. 2024-cü ilin noyabr ayında isə Rusiya 700 kv.km-dən çox ərazini işğal etmişdi. O vaxtdan bəri Rusiyanın irəliləyiş tempi aydan-aya azalır. 2025-ci ilin martında rus qoşunlarının əsas irəliləyişi Donetsk bölgəsində olub.
“Rusiya əməliyyat mövqeyini yaxşılaşdıra bilmədi. Ukrayna qüvvələri də Pokrovsk ətrafındakı bəzi əraziləri geri alaraq taktiki əks-hücumlar həyata keçirib”, - hesabatda bildirilir.
Rusiya rəhbərliyi Ukraynada atəşkəslə bağlı fikirlərə açıq mövqe sərgiləyib. Rusiya Prezidenti Vladimir Putin atəşkəsin vacibliyini qəbul edir, lakin bu qərarın verilməsi üçün hələ də cavabsız qalan bir sıra məsələlər mövcuddur.
Musavat.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. “Prezident atəşkəsin zəruriliyini anlayır, lakin bu qərardan əvvəl "havada qalan" suallara cavab tapmaq lazımdır”, - deyə Peskov vurğulayıb. Kreml rəsmisi əlavə edib ki, bu məsələlər Ukraynanın hərbiləşdirilməsi ilə bağlı planlarla da birbaşa əlaqəlidir: “Söhbət Kiyevin gələcəkdə hərbi potensialın artırılması istiqamətindəki planlarından gedir”. Rusiya tərəfi bu məsələlərin aydınlaşdırılmasını atəşkəs qərarı üçün əsas şərt kimi görür. Rusiya Silahlı Qüvvələri yalnız Ukraynadakı hərbi obyektlərə zərbələr endirir, sosial obyektlərə heç bir zərbə endirilmir.
APA-nın Moskva bürosu xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanın Krivoy Roq şəhərinə zərbələr endirməsi nəticəsində yaranan vəziyyəti şərh edərkən deyib.
“Burada mən bütünlüklə bizim Müdafiə Nazirliyinin bəyanatlarına istinad etməyi təklif edirəm. Bizim ordumuz istisnasız olaraq hərbi və hərbi obyektlərin yaxınlığındakı hədəflərə zərbələr endirir. Heç bir sosial obyektlərə və sosial infrastruktur obyektlərinə zərbələr endirilmir”, - Kreml sözçüsü Ukraynanın Rusiya ordusunun Krıvoy Roq şəhərindəki mülki obyektlərə zərbə endirdiyi ilə bağlı ittihamlarını rədd edib. Qeyd edək ki, Ukrayna tərəfi aprelin 4-də Rusiya ordusunun Krivoy Roq şəhərinə hücumu nəticəsində 19 nəfərin öldüyünü, onlardan 9 nəfərinin uşaq olduğunu açıqlayıb. Rusiya Müdafiə Nazirliyi isə RF Silahlı Qüvvələrinin Krivoy Roqda Ukrayna Silahlı Qüvvələri komandirləri və Qərb təlimatçılarının görüşünün keçirildiyi yerə hücum etdiyi barədə məlumat yayıb.
Kamran Məmmədli: ""Meydan TV" jurnalistlərinin həbsi siyasi xarakter daşımır"
AĞ Partiya başqanının müavini, politoloq Kamran Məmmədli hesab edir ki, müharibəni indiki zamanda dayandırmaq Putin üçün arzuolunan deyil. O, “Yeni Müsavat”a deyib ki, müharibənin indiki zamanda dayandırılması Rusiya daxilində zəiflik və məğlubiyyət kimi qəbul oluna bilər: “Rusiya cəmiyyətində "qalib lider" imici uzun illərdir ki, Putinin legitimliyinin əsas dayaqlarından biridir. Əgər o, müharibəni qələbəsiz, atəşkəs adı ilə dayandırarsa, bu, daxildə onun nüfuzuna ağır zərbə vura və elita daxilində parçalanmalara yol aça bilər".
Politoloq bildirib ki, 3 il davam edən müharibədə yüz minlərlə insan həlak olub və bunun nəticəsində də güzəştli atəşkəs müqaviləsinin bağlanması Putinin ilkin hədəflərinin baş tutmaması kimi qəbul olunacaq: “Eyni zamanda müharibədən geri addım atmaq Kreml üçün təhlükəli presedent yarada bilər. Bu, Rusiyanın digər bölgələrdəki (məsələn, Qafqazda və ya Mərkəzi Asiyada) təsir gücünü də sual altına sala bilər. Zatən Rusiya həmin bölgələrdə müharibənin nəticəsi olaraq güc itirməkdədir.
Biz bunu Qazaxıstan, Ermənistan, Suriya və Azərbaycanda da müşahidə edirik. Rusiyanın mümkün uğursuzluğu adları sadalanan və digər Rusiyanın təsiri olduğu ölkələri daha da hərəkətə keçirəcək. Bu səbəbdən Putinə mütləq qələbə və ya ən azından qələbə imitasiyası lazımdır".
Politoloq hesab edir ki, Putinin 9 may planından Kreml ictimaiyyət qarşısında qələbə ruhunu saxlamaq üçün istifadə edəcək: “Böyük ehtimalla Putin bu tarixə qədər cəbhədə müəyyən simvolik uğurlar əldə etməyə çalışacaq. Məsələn, Donetskdə irəliləyiş əldə etmək və ya hansısa yeni strateji nöqtənin ələ keçirilməsi planlaşdırıla bilər. Eyni zamanda televiziyalar vasitəsilə qələbə təbliğatının artırılması, hərbi paradların daha güclü göstərilməsi, hər şeydə qərbin günahlandırılması da daxili auditoriyanı sakit saxlamaq məqsədi daşıyacaq. Trampın atəşkəs və ya sülh planı bu il baş tutmayacaq. Buna hazırda nə Putin, nə də Zelenski hazırdır. Onlardan heç biri ciddi güzəştlərə gedərək məğlub olmuş kimi və ya qələbə əldə etməmiş kimi görünmək istəmir. Bu da məsələnin sülh yolu ilə həll olunmasını mümkünsüz edir. Sülh yalnız bir tərəfin həqiqi mənada ciddi güzəştlərə getməsi ilə mümkün ola bilərdi. Hazırda sülh müqaviləsinin bağlanması real görünmür”.
Rusiyada hərbi xidmətə yaz çağırışı müddətində 160 min yeni çağırışçının hərbi xidmətə cəlb olunması planlaşdırlır ki, bu da 2011-ci ilin payızından bəri ən yüksək göstəricidir.
Bu müddət aprelin 1-dən iyulun 15-dək davam edəcək.
Rusiya mediasının yazdığına görə, 2008-ci ildə xidmət müddəti 12 aya endiriləndə çağırışçıların sayı xeyli artıb. Belə ki, 2009-cu ilin yazında 305,6 min nəfərin orduya çağırılıb və bu ən pik pik hədd hesab olunur. Sonrakı illərdə çağırışçıların sayı getdikcə azalıb.
Rusiyanın bütün müasir tarixində ən az çağırışçı sayı 2022-ci ilin payızında hərbi xidmətə çağırılıb. O zaman çağırışçıların sayı 120 min nəfər təşkil edib. 2025-ci ilin yaz çağırışı zamanı hərbi xidmətə çağırılanların sayı isə son 14 ildə ən yüksək çağırışçı həddi olacaq. Çağırışçıların sayındakı bu artım Rusiya Prezidenti Vladimir Putinin Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin mərhələli şəkildə artırılması haqqında fərmanlarının icrası ilə bağlıdır. Əgər 2022-ci ilin əvvəlində Rusiyada 1 milyona yaxın hərbi qulluqçu var idisə, artıq bu rəqəmin 1,5 milyona çatdırılması planlaşdırılır.
Böyük Britaniyanın baş naziri Keyr Starmer “Sunday Telegraph” qəzetinə yazdığı məqalədə qeyd edib ki, köhnə dünya nizamı yox olub, yeni qaydalar qəbul edilməlidir.
Starmer bu fikri ABŞ prezidenti Donald Trampın 200-dən çox ölkədən gələn mallara rüsum tətbiq etməsi barədə fərmanını şərh edərkən bildirib. O, əlavə edib ki, yeni dünya düzəni “müəyyən edilmiş qaydalara” deyil, “sövdələşmələrə və ittifaqlara” əsaslanır.
Starmer həmçinin bildirib ki, ticarət müharibəsindən heç kim fayda görməyəcək, Böyük Britaniya və bütün dünya ciddi iqtisadi nəticələrlə üzləşəcək.
Beləliklə, dünya yeni reallıqlarla üz-üzədir. İndiyədək pis-yaxşı bir nizamı olan dünya xaosa sürüklənir. Düzdür, dağılmaqda olan dünya nizamı da o qədər ədalətli nizam sayılmazdı, ancaq nizamsızlıqdansa, nəsə bir nizamın olması dünyanı xaosdan xilas edirdi.
İndi Tramp öz ekstravaqant qərarları və hərəkətləri ilə o nizamı bərbad edir.
"Yeni dünya nizamı” istilahı nasist Almaniyası rejiminin “icad”ıdır. Bu, hitlerçilərin işğal etdikləri ərazilərdə qurmaq istədiyi siyasi sistemdir və onun yaradılması II dünya müharibəsindən çox əvvəl başlayıb. Ancaq Adolf Hitler 1941-ci ildə Berlindəki idman sarayında çıxış edərkən əsl niyyətini dilə gətirərək deyib: “Əminəm ki, 1941-ci il Avropanın “Böyük yenidən qurulması” üçün tarixi il olacaq!”
Nasistlərin yaratmaq istədiyi “dünya nizamı” “üstün” ari irqinin hökmranlığını nəzərdə tuturdu. Nasizm prinsiplərinə uyğun qurulmuş ümumagerman irqi dövlətinin yaradılacaq, Mərkəzi və Şərqi Avropa torpaqlar alman köçkünləri ilə məskunlaşdırılacaqdı. Böyük Almaniyada yəhudilərin, slavyanların təqib və kütləvi şəkildə məhv edilməsi həyata keçiriləcəkdi, qaraçılara və müxtəlif etnik və sosial qruplara rəhm edilməyəcəkdi.
Bəzi tarixçilər hesab edirlər ki, nasistlər Avropada hökmranlıqla qane olacaqdılar, amma digərləri əmindirlər ki, Hitler dünya ağalığına nail olaraq yeni “dünya nizamı” bərqərar etmədən sakitləşməyəcəkdi. İkincilər haqlıymış kimi görünür. Çünki böyük dövlətlərin müqavimətini qırandan sonra qüdrətli Almaniya nədən məğlub ölkələrin (Fransa, İngiltərə, SSRİ, ABŞ, İspaniya) digər qitə və arxipelaqlardakı müstəmləkələrini boş buraxmalıydı? Məntiq yoxdur.
Hitlerə və onun hərbi canilərdən ibarət olan silahdaşlarına “yeni dünya nizamı” qurmaq nəsib olmadı. Əvəzində II dünya müharibəsindən sonra istər-istəməz “yeni dünya nizamı” yarandı.
Bu təbii idi. Bir qayda olaraq, “yeni dünya nizamı” dünya müharibələrindən sonra yaranır. Məsələn, Vestfal beynəlxalq münasibətlər sistemi “Otuz illik müharibə”dən sonra yaranıb. Napoleonun Avropanı qana çalxayan müharibələrindən sonra “Vyana sistemi” formalaşıb. I dünya müharibəsindən sonra Vesral, II dünya müharibəsindən sonra isə Yalta “yeni dünya nizamı”nın yaranmasına ev sahibliyi edib.
Nasist Almaniyasının çöküşündən sonra yaranmış “yeni dünya nizamı”na görə dünyanın idarə edilməsi əsasən iki mərkəzin əlinə keçib. Bunun biri ABŞ-nin liderlik etdiyi “kapitalist ölkələri birliyi”, ikincisi isə SSRİ-nin lider olduğu “sosialist düşərgəsi ölkələri” idi. Birincilərin hərbi bloku NATO, ikincilərin hərbi bloku “Varşava müqaviləsi təşkilatı”ydı.
Əslində isə özünü bu iki düşərgənin iradəsi altına verməyən ölkələr də vardı. Çin, Yuqoslaviya və Albaniyada hakimiyyətdə kommunist rejimləri olsa da, onlar Moskvadan idarə olunmaq istəmirdilər. Eyni zamanda ABŞ-nin iradəsinə boyun əymək istəməyən ölkələr də olurdu və onlarda tez-tez hərbi çevrilişlər baş verirdi.
II dünya müharibəsindən ta 1989-cu ilə qədər dünya ölkələri bu iki güc mərkəzinin əlində əsir-yesir qaldı. ABŞ də, SSRİ də vaxtaşırı üçünü dünya ölkələrinin daxili işlərinə qarışır, inqilablar, çevrilişlər təşkil edir, hətta birbaşa hərbi müdaxiləyə də əl atırdılar.
SSRİ-nin dağılmasıyla başa çatan “soyuq müharibə”dən sonra, 1992-ci ildə yaranmış və ta 2000-ci ilin ortalarına qədər davam etmiş “yeni dünya nizamı”nda isə tək hökmran ABŞ idi. Bu ölkə artıq bu və ya digər şəkildə öz “dünya ağalığı”nı bərqərar etməyə yaxın idi. Düzdür, Liviya, İran, Şimali Koreya, Venesuela kimi ölkələr qəti şəkildə ABŞ-nin dünya liderliyini qəbul etmirdilər, amma ABŞ də onları “şər oxu” üzrə düzmüşdü, hamısını növbə ilə sıradan çıxarmaq fikrindəydi.
Fəqət, iki gözlənilməyən faktor meydana çıxdı. Azad bazar iqtisadiyyatına keçən, neftin bir barelinin dünya bazarındakı qiymətinin 17 dollardan 100 dollara çatması və o həddi aşması ilə milyardlar qazanaraq varlanan Rusiya yenidən dirçəldi. O yandan da Çin fenomenal iqtisadi nailiyyətlər əldə edərək yeni gücə çevrildi. Nəticədə ABŞ-nin dünya hegemonluğunun arealı daraldı.
Rusiya qonşu ölkələrdən, eləcə də qonşularının qonşularından asanlıqla əl çəkmək niyyətində olmadığını göstərdi. Rusiyanın “ikibaşlı qartalı”nın nəzərləri həm Asiyaya, həm də Avropaya dikildi. Moskva ABŞ-nin Şərqə doğru irəliləməsini durdurdu, onu Gürcüstandan çıxardı, Azərbaycanda möhkəmlənməsinə imkan vermədi. İndi ABŞ Ermənistanda köklənmək istəyir, ancaq bu , artıq “nifaq alması”na dönüb və Rusiya və ABŞ arasında yeni bir toqquşma səbəbidir.
ABŞ-nin yeni prezidenti Donald Trampın qalmaqallı qərarları nəticəsində bu dövlətin bütün dünya ilə üz-göz olması, konfliktə girməsi o demək deyil ki, ABŞ çökməkdə olan “dünya nizamı”ndakı hegemon rolundan könüllü şəkildə imtina edir. Elə deyil. ABŞ-də Çinin necə şişdiyini, dünya gücünə çevrildiyini, 3-5 ildən sonra hansı hala gələcəyini çox yaxşı görürlər. Gecə-gündüz çalışan kəşfiyyat və təhqiqat institutları ortaya aydın hesabatlar qoyublar və siyasi rəhbərlik anlayır ki, Çini yaxın illərdə durdurmasalar, sonra gec olacaq.
Ona görə də ABŞ hazırda Çinin dışındakı təhlükə vəd edən güc mərkəzləri ilə ya anlaşmağa, ya da onları zor, təhdid yolu ilə ram etməyə çalışır. Tramp administrasiyası nəyə görəsə Rusiyanı özünə təhlükə saymır və onunla dinc, yanaşı yaşamağın mümkün olacağını düşünür. Ağ Ev İranı qoluna qolay sayır və onu qorxudaraq öz məcrasına qaytarmaq fikrindədir. Venesuela problemini yaxın illərdə birtəhər həll edəcəyini düşünən ABŞ Şimali Koreya ilə də necəsə dil tapacağına əmindir. Çin isə onun əsas hədəfidir.
ABŞ-də çıxan “The Wall Street Journal” qəzeti ABŞ prezidentinin rüsum tətbiqinin dünya düzənini bir çox cəhətdən dəyişəcəyini yazarkən, “artıq bir qalib var” qeydi edib və Çini nəzərdə tutub.
Rusiyalı politoloq Andrey Fursov isə nəzəri cəhətdən “yeni dünya nizamı”nın əsasına çevrilə biləcək yeganə ölkənin heç də Çin olmadığını bildirir. Onun fikrincə, bütün iqtisadi gücünə baxmayaraq, Çin böyük bir nüvə dövləti deyil. “Rusiya hələ də Amerika Birləşmiş Ştatlarına ciddi zərər verə biləcək yeganə ölkədir. Nə qədər ki, bu təhlükə var, ABŞ və qapalı qlobal koordinasiya və idarəetmə strukturları Rusiyanı müstəqil siyasət yürütmək imkanından məhrum etmək üçün hər şeyi edəcək”, - politoloq bildirib.
Ancaq açıq-aşkar görünür ki, ABŞ-də belə düşünmürlər.
“Yeni dünya nizamı” haqqında söhbətlərin bir istiqaməti sui-qəsd nəzəriyyələrinə, masonluğa gedir, ancaq onlar real söhbətlər deyil. Gerçəklik ortadadır: dünya üzərində çoxsaylı hərbi toqquşmalar, iqtisadi müharibələr, siyasi-diplomatik savaşlar gedir. Bunların sonunda ortaya “yeni dünya nizamı” çıxacaq. Böyük ehtimalla çoxqütblü bir dünya nizamı yaranacaq.
İranda ultra-mühafizəkar qəzet Qasım Süleymaninin qisasını almaq üçün ABŞ prezidenti Donald Trampı öldürməklə hədələdikdən sonra tənqidlərə səbəb olub.
İranda ultra-mühafizəkar Hüseyn Şəriətmədari tərəfindən idarə olunan dövlətə məxsus “Keyhan” qəzetində dərc olunan məqaləsində ABŞ prezidenti Donald Trampı sui-qəsdlə hədələyib.
Məqalə müəllifi Trampın ünvanına bu günlərdə Süleymaninin qisasını almaq üçün "boş başına" güllə vuracağı ilə hədələyib.
Trampa sui-qəsdlə hədələyən ultra-mühafizəkar qəzet ölkədə tənqidlərə səbəb olub.
Mətbuat Nəzarət Şurası isə qəzeti İranın maraqlarına və təhlükəsizliyinə zidd olan məzmun dərc etdiyinə görə xəbərdar etdiyini və ölkə administrasiyasının Süleymaniyə qarşı sui-qəsdin beynəlxalq məhkəmədə mühakimə olunmasını təmin etmək olduğunu bəyan edib.
AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramında Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının region üçün nə dərəcədə təhlükə mənbəyi olması barədə süjet təqdim olunub.
İstismarı 2027-ci ilə qədər uzadılan bu stansiya insanlara işıq yox, amma faciəni vəd edir…
Tikintisinə SSRİ alimlərinin belə qarşı çıxdığı stansiyasının radiasiya sızmalarının Türkiyənin İğdır ərazisinə görün hansı zərərləri verir.
Bu barədə daha ətraflı keçiddə:
Britaniyanın Baş naziri Kir Starmer “The Telegraph” qəzetinə yazdığı məqalədə son illərdə yaradılmış dünya nizamının məhv olduğunu bildirib.
Məqalə ABŞ Prezidenti Donald Trampın 200-dən çox ölkədən gələn mallara rüsum tətbiq etməsi fonunda dərc edilib.
Siyasətçinin fikrincə, keçmiş ideyaları artıq təbii qəbul etmək olmaz, yeni dünya müəyyən edilmiş qaydalara deyil, sövdələşmələrə və ittifaqlara əsaslanır.
“Bizim bildiyimiz dünya yox oldu. Biz bundan sonra baş verəcəklərə hazırıq”, - Starmer deyib.
O əlavə edib ki, ticarət müharibəsindən heç kim fayda görməyəcək, eləcə də Böyük Britaniya və digər ölkələr ciddi iqtisadi nəticələrlə üzləşəcək.
Starmer baş verənlərə baxmayaraq, hələ də azad və açıq ticarət ideyasını dəstəklədiyini vurğulayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəli sərt tənqid edib.
H. Fidan bu barədə “X” hesabında paylaşım edib.
Fidan Özəlin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamalarından sonra onu “yerini bilməyə” çağırıb.
XİN başçısı bildirib ki, Türkiyə hökuməti xalqın dəstəyi ilə uzun illər ölkəyə xidmət edib.
Onun sözlərinə görə, Özəl uzun illər xalqın iradəsinə zidd çevrilişlərin kölgəsində siyasət yürüdən ənənəni təmsil edir.
Böyük Britaniya hərbi dəniz qüvvələri ölkə sularında atom sualtı qayıqlarını izləmək üçün Rusiyanın cəsus sensorlarını aşkar ediblər. Qurğular milli təhlükəsizlik üçün potensial təhdid kimi qiymətləndirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" yazıb.
Qeyd olunur ki, hərbçilər bu sensorları onlardan bir neçəsinin sahilə çıxması nəticəsində aşkar ediblər.
Britaniyanın "The Sunday Times" qəzetinin məlumatına görə, Rusiya nüvə raketi daşıyıcısı olan dörd ədəd "Vanguard" tipli sualtı qayıqları haqqında kəşfiyyat məlumatları toplamağa çalışıb.