![]() |
|
Çin lideri Si Cinpinin Səudiyyə Ərəbistanına səfəri və orada verdiyi bəyanat Tehranla Pekin arasında ciddi gərginlik yaradıb.
Səfər çəçirvəsində Çin və Körfəz ölkələri Əməkdaşlıq Şurasına (PGCC) üzv dövlətlərin Ər-Riyadda keçirilən sammitinin yekununda imzalanan birgə bəyanatında İranı beynəlxalq terrorçuluqda ittiham edilməsi və üç adanın İrana aid olmaması barədə deyilənlərə razı olması, Çini özünə yaxın dost və müttəfiq hesab edən Tehranın Pekinin belə bir bəyanata imza atması, ciddi qəzəbə və əməlli-başlı gərginliyə səbəb olub.
Nəticədə Tehran rejimi Çin lideri Si Cinpinin imzaladığı bəyanata kəskin reaksiya verməli olub.
İran XİN sözçüsü Naser Kənani bu bəyanatı Şura üzvlərinin “bölgədə fəaliyyət göstərən terror qruplaşmalarına maliyyə, siyasi və maddi-texniki dəstəyi gizlətmək” üçün “boşuna cəhd” adlandırıb.
XİN sözçüsü Şuranın bir sıra üzvlərinin “dağıdıcı siyasəti” nəticəsində region sakinlərinə dəymiş külli miqdarda maddi və insan tələfatına toxunaraq, onları regional məsələlərə yanaşmalarına yenidən baxmağa və “konstruktiv” mövqe tutmağa çağırıb.
İranlı diplomat “Press Tv”yə açıqlamasında adalar məsələsinə toxunaraq bəyan edib ki, Tehran adalara qarşı hər hansı iddianı sabitliyi pozan, daxili işlərinə müdaxilə və ərazi suverenliyinin pozulması hesab edir və bunu qəti şəkildə pisləyir.
“İran ərazisinin hər hansı digər hissəsi kimi, üç ada da heç vaxt heç bir ölkə ilə danışıqlar mövzusu olmayıb və olmayacaq”, - o qeyd edib.
Bəyanatda İranın “beynəlxalq sularda və neft obyektlərinin təhlükəsizliyinə” tədid yaratmasına gəldikdə Kənani bildirib ki, İranın silahlı qüvvələri regional suların dəniz təhlükəsizliyini qorumaqda qərarlıdır və bu cür bəyanatlar öz ölkəsi və bölgəsinin təhlükəsizliyini qorumaq əzmini sarsıda bilməz.
Kənani həmçinin bildirib ki, Çin liderinin Şuranın sammitində iştirak etdikdən sonra Çinin Tehrandakı səfiri Çanq Hua Xarici İşlər Nazirliyinə dəvət olunub.
Onun sözlərinə görə, görüş zamanı Tehran Pekin tərəfinə öz qəti etirazını bildirib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan isə öz növbəsində üç adanın - Əbu Musa, Böyük Türbə və Kiçik Türbənin İran ərazisinin əbədi hissəsi olduğunu vurğulayıb və İranın ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini qeyd edib.
Hüseyn Əmir Abdullahiyan tviter hesabında yazıb ki, İranın ərazi bütövlüyünə hörmət etmək zərurətinə gəldikdə, kim olmasından asılı olmayaraq, tərəflərə qarşı hər hansı addım atmaqdan çəkinməyəcək.
İran prezident aparatının siyasi məsələlər üzrə direktor müavini Məhəmməd Cəmşidi də Çin və Səudiyyə Ərəbistanının açıqlamasına qəzəbli reaksiya verib.
Sülhün bərqərar olması üçün regional münasibətlərin məzmununu və keyfiyyətini dəyişmək lazımdır. Bunun üçün sadə, lakin vacib şeylərdən başlamalıyıq.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan Ermənistanda və ya Azərbaycanda siyasi opponentləri incitmək üçün müvafiq olaraq “türk”, “erməni” “söyüş praktikası”na son qoyulmasının vacibliyini bəyan edib:
“Ermənistanda mənim özümü də çox vaxt “türk” adlandırırlar. Ancaq bunu özümə təhqir kimi qəbul etmirəm. Sülhə nail olmaq istəyi varsa, bu çirkin əmələ son qoymalıdır. Etnik qrupların adları heç vaxt təhqir olmamalıdır”.
Rusiyanın Ukraynadan daha çox bölgəni ilhaq etmək planı yoxdur.
Rusiya mətbuatı xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib. O, Rusiya ərazisinə yeni ərazilərin əlavə edilib-edilməyəcəyi sualına belə cavab verib:
"Gündəmdə belə bir plan yoxdur. Ən azından belə bir bəyanat verilməyib. Bununla belə, mövcud rayonların işğaldan azad edilməsi üçün görüləcək çox işlər var. Bildiyiniz kimi, Rusiyanın yeni rayonlarının bəzi hissələri Ukrayna qüvvələrinini işğal altındadır. Həmin ərazilər azad edilməlidir”,- deyə o söyləyib.
Avropa İttifaqı Şurası cümə axşamı Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərində verilən Rusiya sənədlərini tanımamaq qərarına gəlib.
Oxu.az xəbər verir ki, qərara əsasən, Ukraynanın və Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində, yaxud da orada yaşayan şəxslərə verilən Rusiya pasportları viza almaq və ya sərhədləri keçmək üçün etibarlı sayılmayacaq.
Bildirilib ki, bu qərar ümumi yanaşmanın müəyyənləşdirilməsi, xarici sərhədin və ümumi viza siyasətinin düzgün işləməsinin təmin edilməsi, həmçinin Aİ-yə üzv dövlətlərin təhlükəsizliyi baxımından önəmlidir.
Qərar Aİ-nin rəsmi jurnalında dərc edildiyi gündən qüvvəyə minir.
Ermənistanda İranın kapitalı ilə 2023-cü ildə iki müəssisə açılacaq. Bunlardan biri İrəvanda ticarət mərkəzi, digəri isə Armavirdə zavod olacaq.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın İrandakı iqtisadi attaşesi Vardan Kostanyan deyib.
Onun sözlərinə görə, yanvarın sonu - fevralın əvvəlində Ermənistanda ilk İran ticarət mərkəzi İrəvanda ümumi sahəsi 20 min kvadratmetr olan ərazidə açılacaq, ticarət mərkəzində 100-dən çox İran şirkəti təmsil olunacaq.
Kostanyan qeyd edib ki, Tehran yeni ticarət mərkəzinin tikintisinə təxminən 5 milyon dollar sərmayə qoyub və burada erməni və iranlı iş adamlarının da görüşləri təşkil ediləcək:
“Biz hazırda Tehranda oxşar ticarət mərkəzinin açılması üçün İranla danışıqlar aparırıq”.
Bundan əlavə, Kostanyan bildirib ki, növbəti ildə İran şirkətlərindən biri Armavir bölgəsində törəmə müəssisə açacaq ki, burada da müxtəlif tikinti materialları istehsal olunacaq.
Kapitalizm dövründə insanların ən çox maraqlandığı məsələlərdən biri də maaşların miqdarı ilə bağlıdır. Bu sırada Prezidentlərin məvacibləri də diqqət çəkir.
Qafqazinfo dünya liderlərinin aylıq maaşlarını təqdim edir:
ABŞ Prezidenti Cozef Bayden aylıq 33 min dollar (56 min AZN) maaş alır.
Almaniya Kansleri Olaf Şolts ayda təxminən 30 min avro (53 min AZN) maaş əldə edir.
Argentina Prezidenti Alberto Fernandesin aylıq maaşı 5443 dollardır (9253 AZN).
Avstraliya Baş naziri Entoni Albanesenin aylıq maaşı 45,770 dollara (77,809 AZN) başa gəlir.
Böyük Britaniyanın Baş naziri Rishi Sunak aylıq olaraq 91,860 dollar (156,162 AZN) maaş alır.
Çin Prezidenti Si Cinpinin aylıq məvacibi 22,000 dollardır (37,400 AZN).
Fransa Prezidenti Emmanuel Makron ayda 15,969 dollar (27,147 AZN) maaş əldə edir.
İtaliya Prezidenti Serxcio Mattarella isə ayda 19,167 avro (34,250 AZN) qazanır.
Rusiya Prezidenti Vladimir Putin ayda 11,773 dollar (18, 994 AZN) maaş alır.
ABŞ-ın 2023-cü il müdafiə büdcəsini ehtiva edən Milli Müdafiə Səlahiyyət Qanununun (NDAA) son variantından Türkiyəyə F-16 satışı ilə bağlı maddələr çıxarılır.
Xarici KİV xəbər verir ki, qanun layihəsindəki son düzəlişdə F-16-ların Türkiyəyə satışına dair məhdudlaşdırıcı şərtlər yerm almayıb.
Əvvəllər Senatda F-16-ların satışına məhdudiyyət qoyulması tələbləri mətnə daxil edilmirdi. Türkiyə ABŞ-dan 40 yeni F-16, Blok 70 döyüş təyyarəsi və 80 təyyarə üçün modernizasiya dəsti tələb edir. Konqresin iki palatası tərəfindən vahid mətnə çevriləcək NDAA Prezident Co Bayden tərəfindən təsdiqlənməlidir.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qanun layihəsinin son variantı ilə bağlı bu sözləri deyib:
“Biz açıqlamalarında da gördük ki, ABŞ rəhbərliyi F-16 məsələsinə tam dəstək verir. Milli Müdafiə Səlahiyyəti Qanununun mətnində mənfi elementin olmaması müsbət haldır. Bunu mümkün qədər tez yekunlaşdırmaq lazımdır”,- o söyləyib.
Qeyd edək ki, F-16-ların Türkiyəyə satışına dair məhdudlaşdırıcı maddələr Rum lobbisinə yaxınlığı ilə tanınan Nyu Hempşir Nümayəndəsi Demokrat Çris Pappas, Florida Nümayəndəsi Respublikaçı Qus Bilirakis da daxil olmaqla 18 nümayəndə tərəfindən təqdim olunmuş və qanun layihəsinin Nümayəndələr Palatasının variantına əlavə edildi və qəbul edilmişdi.
Avropa Birliyi Rusiya neftinə dəyər limiti tətbiq etməklə, Kremlə qarşı fəlakət ssenarisini işə salmış oldu... İndi həm Avropa, həm də Asiya enerji bazarında “qiymət labirinti”nə salınan Rusiyanın Azərbaycan və Türkiyənin dəstəyinə böyük ehtiyacı var...
Rusiyanın beynəlxalq məkanda sıxışdırılması ilə bağlı proses davam edir. Hazırda Kreml demək olar ki, siyasi-diplomatik cəhətdən təcrid olunmuş vəziyyətə düşmüş kimi görünür. Halbuki, bu prosesin daha da intensivləşdirilərək, əhatə dairəsinin genişləndirilməsinə yönəlik də məqsədyönlü addımlar atılmaqdadır.
Məsələ ondadır ki, Rusiyaya qarşı beynəlxalq sanksiyaların gücləndirilməsinə cəhdlər göstərilir. Son məlumatlara görə, Rusiya sanksiyaların təsirini artıq hiss etməyə başlayıb. Hər halda, Rusiya bankları beynəlxalq maliyyə şəbəkələrindən kənarlaşdırılıb. Və bu Rusiyanın maliyyə-iqtisadi sisteminə sarsıdıcı zərbələr vurmaqdadır.
Digər tərəfdən, dünyanın bir çox nəhəng şirkətləri Rusiya iqtisadi məkanını tərk edib. Nəticədə maliyyə-iqtisadi dövriyyənin məhdudlaşması ilə yanaşı, Rusiyada əlavə “işsizlər ordusu” yaranmağa başlayıb. Çünki Rusiyanı tərk edən Qərb şirkətlərindən boşalan yerlərin qısa müddətdə doldurulması demək olar ki, mümkün deyil. Və bu, Rusiyanın gələcək taleyi üçün olduqca ciddi təhlükə vəd edir.
Ancaq Kremlin sanksiyalarla bağlı problemləri yalnız bunlarla məhdudlaşmır. Belə ki, Rusiya müəssisələri Qərb ölkələri ilə ticari əlaqələrin kəsilməsi ucbatından ölkə üçün böyük əhəmiyyət daşıyan strateji məhsulların istehsalında ciddi problemlər yaşayır. Hətta Rusiya iqtisadiyyatının bəzi sahələrində istehsal dayanmaq həddinə çatıb. Və Kreml bu problemlərin həlli üçün alternativ idxal qaynaqları tapmaqda da çətinlik çəkir.
Nəhayət, Avropa Birliyi ölkələrinin Rusiyadan təbii qaz idxalını dayandırması Kremli ümumiyyətlə, “maliyyə-iqtisadi labirintə” salıb. Hər halda, təbii qaz ixracından əldə olunan maliyyə gəlirlərinin Rusiya büdcəsində xüsusi, həm də əhəmiyyətli paya malik olduğu qətiyyən sirr deyil. Hər iki “Şimal axını” icrac boru kəmərlərinin sıradan çıxarılmasından sonra bu sahədə vəziyyət daha da qəlizləşib.
Maraqlıdır ki, mövcud situasiya Rusiyanı tədricən Türkiyədən asılı vəziyyətə salmağa başlayıb. Çünki indi Rusiya təbii qazı yalnız “Türk axını” marşrutu ilə Türkiyə üzərindən mümkündür. Və rəsmi Ankara Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşularaq, “Türk axını” boru kəmərini də qapadarsa, Kreml çıxılmaz vəziyyətə düşə bilər.
Hər halda, Rusiya Avropa bazarından çıxarılmış təbii qazın bütün həcmini Asiya ölkələrinə ixrac etmək imkanından uzaqdır. Üstəlik, Avropa bazarına təbii qaz ixracından məhrum qalan Rusiya Asiya ölkələrinin də qiymətlərdə ciddi güzəşt tələbləri ilə də üzləşməkdədir. Və bu, Rusiya üçün nəhəng enerji gəlirlərinin itirilməsi anlamına gəlir.
Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiya qərarı isə Kremlin tamamilə “əl-qolunun bağlanmasına”, sözün əsl mənasında, küncə sıxışdırılmasına hesablanıb. Belə ki, Avropa Birliyi Rusiyanın daha bir neçə nəhəng bankına qarşı sanksiya tətbiq edib. Ancaq Kreml üçün əsas maliyyə-iqtisadi zərbə təhlükəsini məhz Rusiya neftinə qarşı yeni sanksiyalar hesab olunur.
Məsələ ondadır ki, Avropa Birliyi Rusiya neftinin idxalından tam imtina etmək niyyətində deyil. Əksinə, Rusiya neftinin alışına dəyər limiti tətbiq olunmağa başlayıb. Yəni, bundan sonra Avropa Birliyi ölkələri Rusiya neftini 60 dollardan baha təklif olunacağı təqdirdə, idxal etməyəcəklər. Bu isə Rusiyanın neft gəlirlərinin də minimuma endirilməsi deməkdir.
Son məlumatlara görə, Avropa Birliyinin bu qərarı artıq öz real təsirini göstərməyə başlayıb. Belə ki, müxtəlif limanlarda Rusiya neftini daşıyan tankerlərin yığıldığı bildirilir. Həmin tankerlərin sahiblərindən sığorta sənədləri tələb olunur. Halbuki beynəlxalq sığorta şirkətlərinə Rusiya neftini daşıyan tankerlərin sığorta edilməsi qadağan olunub. Və bu qadağaları pozan sığorta şirkətləri də sanksiyalara məruz qala bilərlər.
Göründüyü kimi, Rusiya üçün o qədər də ümidverici vəziyyət deyil. İndi Kreml Rusiya neftinə alternativ bazarlar axtarmaq məcburiyyətindədir. Ona görə də, Rusiya neft ixracı üçün Avropa Birliyinin sanksiyaları keçərli olmayan Asiya ölkələrinə üz tutmaq məcburiyyətində qalıb. Halbuki Asiya ölkələrinin maliyyə-iqtisadi maraqları da Rusiya üçün əlverişli xarakter daşımır.
Məsələ ondadır ki, Asiya ölkələri Rusiya neftini Avropa bazarları üçün tətbiq olunan dəyər limitindən baha qiymətə almağa qətiyyən həvəsli deyillər. Asiya ölkələri Kremldən Rusiya neftini 60 dollardan belə, ucuz qiymətə ala biləcəklərini vurğulayırlar. Əsas iqtisadi arqumentlər ondan ibarətdir ki, Rusiya onsuz da öz neftini Avropa məkanında 60 dollardan baha sata bilməz.
Üstəlik, Rusiya bu məsələdə daha bir önəmli səhvə yol verib. Belə ki, Kreml Avropa Birliyinin dəyər limitinə qoşulan ölkələrə neft satmayacağını əvvəlcədən bəyan edib. Belə vəziyyətdəsə, Rusiyanın nefti sata bilməyəcəyindən əmin olan Asiya ölkələri daha ucuz qiymətlərdə israr edirlər.
Düzdür, Kreml bu səhvini düzəltmək üçün müəyyən addımlar atmağa çalışır. Belə ki, Kreml neft ixrac edən Rusiya şirkətlərinə “qara qızılı” real bazar dəyərindən aşağı qiymətlərə satmağı qadağan edib. İndi Rusiyanın neft şirkətləri Kremlin bu qadağasını bəhanə edərək, Asiya ölkələrinə dünya bazarlarındakı qiymətlərlə məhsul sata biləcəklərinə ümidlidirlər.
Ancaq Kremlin bu manevrinin işə yarayacağı qətiyyən inandırıcı deyil. Belə ki, Asiya ölkələri Avropa bazarlarında dəyər limiti tətbiq olunmuş Rusiya neftini dünya qiymətləri ilə alacaq qədər sadəlövh deyillər. Əks arqumentsə, ondan ibarətdir ki, əgər, Rusiya öz neftini Avropada 60 dollardan baha sata bilərsə, o zaman Asiya ölkələri də dünya qiymətləri ilə razılaşa bilərlər. Əks halda, Asiya ölkələri üçün qiymətlər Avropa Birliyinin limitindən də aşağı olması qaçılmazdır.
Təbii ki, belə vəziyyətdə Rusiya üçün Azərbaycan və Türkiyənin əhəmiyyəti daha da artmış olur. Belə ki, hazırda Rusiya təbii qazının Avropaya ixracını təmin etməyə çalışan Türkiyə öz ərazində enerji xabı yaratmaq niyyətindədir. Və bu prosesin “Türk axını” üzərindən reallaşdırmaq mümkündür.
Rusiya neftinə gəldikdəsə, bu məsələdə vəziyyət nisbətən daha qəlizdir. Çünki Rusiya öz neftini Avropa bazarına qaytarmaq üçün “qara qızılı” Qazaxıstana və yaxıd Azərbaycana sərfəli qiymətə satmalıdır. Yalnız bundan sonra Rusiya nefti Qazaxıstan və Azərbaycan məhsulu kimi, məhz BTC üzərindən Avropa bazarlarına qaytarıla bilər. Və bu prosesdə əsas tranzit ölkələrdən biri olaraq, Türkiyənin də rolu əvəzedilməzdir.
Ancaq Azərbaycan, Türkiyə və Qazaxıstanın dünya məkanında mövcud situasiyanı, ortaya çıxa biləcək riskləri nəzərə almadan belə bir addıma razılaşmaq niyyətində deyillər. Ona görə də, Kreml istənilən halda, Rusiya neftini 60 dollardan daha ucuz qiymətə satmaq məcburiyyətindədir. Və bu, Rusiyanın neft gəlirlərini ciddi şəkildə azaltsa belə, Kremlə ixrac həcmini qoruyub, saxlamaq imkanı verə bilər.
Təbii ki, Rusiya neftini daşıyan tankerlər sığorta problemi ilə üzləşdiyindən, indi Kreml üçün BTC ilə əsas ixrac alternativi sayıla bilər. Yəni, Rusiya bu məsələdə Azərbaycan və Türkiyədən ciddi şəkildə asılı vəziyyətə düşmək üzrədir. Belə asılılıq isə öz növbəsində müəyyən sahələrdə, xüsusilə də, hərbi-siyasi istiqamətdə də ciddi güzəştlər tələb edir. Əks halda, Azərbaycan və Türkiyə Rusiyaya neft ixracını tənzimləmək imkanı yaratmaz.(Yeni Müsavat)
Ermənistan tərəfi Rusiyaya arbitr kimi baxır, lakin Moskva belə funksiyaları üzərinə götürməyib, o, vasitəçidir və vasitəçi tərəfləri heç nəyə məcbur edə bilməz.
Bunu erməni ekspert Artur Martirosyan erməni mediasına açıqlamasında deyib.
“Vasitəçi təklif verə bilər, inandırmağa çalışa bilər. Artıq Moskva əvvəlki xətti davam etdirə bilmir. Ona görə də Ermənistan buna hazır olmalı idi”, - o qeyd edib.
O əlavə edib ki, bunun əsas səbəblərindən biri Ermənistanın Moskvanın maraqlarına uyğun olmayan variant üzrə danışıqlar aparır.
“Belə olan halda isə Ermənistan tərəfinin izahatları Rusiya üçün qəbuledilməz olacaq, çünki Moskvanın Ermənistandan gözləntiləri fərqlidir. Bizim Rusiya Federasiyasından başqa gözləntilərimiz də var”, - Martirosyan bildirib.
ABŞ ordusu Baydenin siyasətindəki səhv hesablamalar səbəbindən əsgər çatışmazlığı ilə üzləşə bilər. "Bunu kərbi ekspert Cordan Preskott Amerika Mühafizəkarları üçün məqaləsində yazıb.
“Prezident Bayden respublikaçıları demokratiya üçün təhlükə elan edərsə, ölkənin çox hissəsini “yarı faşist” adlandırarsa,orduya inamın azalması təəccüblü deyil" - deyə məqalədə qeyd olunub
Müəllif həmçinin qoşunların Əfqanıstandan çıxarılmasını və Sayqondan alçaldıcı şəkildə geri çəkilməni xatırladıb. Onun fikrincə, bir çox potensial xidmət etmək istəyən şxəslər prezidentin səriştəsizliyini görərək, orduya qoşulmaq fikrindən əl çəkib.
Nəşr Vyetnam müharibəsindən sonra hərbi xidmətdən könüllü qüvvələrə keçidi nəzərə alsaq, bu çətin vəziyyətin qismən qaçılmaz olduğunu bildirib. Eyni zamanda, ölkədə belə bir tendensiya var ki, hərbi qulluqçular əsasən eyni ştatlardan gəlirlər və əksər hallarda irsi hərbi qulluqçulardır.
Mütəxəssis, ABŞ ordusunda xidmətin cəlbediciliyinin aşağı düşməsini yuxarıdakı amillərlə izah edir. O, həmçinin qeyd edir ki, son hesablamalara görə, orduya 30 mindən az adam qəbul ediləcək.