Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan 26-27 dekabr tarixlərində MDB-yə üzv ölkələrin qeyri-rəsmi görüşündə iştirak edəcək.

İranda 1979-cu il inqilabından bəri ən uzun sürən hökumət əleyhinə nümayişlər 100-cü gününə qədəm qoyub.

İranın İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, etirazlar zamanı 69-u uşaq olmaqla azı 500 nəfər həlak olub.

Bundan əlavə, iki nümayişçi edam edilib, daha 26 nümayişçi edamını gözləyir.
2017, 2018 və 2019-cu illərdə keçirilən uzunmüddətli etiraz aksiyalarına baxmayaraq, son aksiyalar cəmiyyətin bütün təbəqələrindən olan insanların iştirak etməsi və qadınların rəhbərlik etməsi ilə fərqlənir.

Bəzi iranlı məşhurlar etirazları dəstəklədikləri üçün ya saxlanılıb, ya da sürgünə getməli olublar.
Bu adlardan biri də İranın məşhur aktrisalarından olan Təraneh Əlidosti, digəri isə onu dəstəkləyən rejissor Əsgər Fərhadidir.

Xatırladaq ki, İran əxlaq polisi sentyabr ayında 22 yaşlı Məhsa Əminiyə hicab qaydalarına riayət etmədiyinə görə təzyiqlər göstərib və onu qətlə yetirib. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb. Rəsmi Tehran etirazları amansızlıqla yatırıb, eləcə də internetin bağlanması da daxil olmaqla digər məhdudlaşdırıcı tədbirlərə əl atıb.

İranlı jurnalist Reza Abbasi deyib ki, “Ukrayna İranı vursa , sənayedən əvvəlki dövrə gedəcək”.

Publika.az xəbər verir ki, bu barədə o, özünün tviter səhifəsində yazıb.

Bu şəkildə o, Ukrayna prezidentinin müşaviri Mixail Podolyakın Rusiyaya öz pilotsuz təyyarələri ilə təchiz edən İrana qarşı “işləməyən sanksiyalar” konsepsiyasından imtina etməyə və “istehsalın məhvinə və təchizatçıların həbsinə” keçməyə çağıran açıqlamasına reaksiya verib.

Abbasi qeyd edib ki, Ukrayna prezidentinin müşavirinin bu çağırışlarına “Amerika kokaini” səbəb olub.

“İran xalqının təhlükəsizliyini təhdid edən ən kiçik addım Kiyevi sənayedən əvvəlki dövrə qaytaracaq, bu təhdid deyil, xəbərdarlıqdır”, - deyə o bildirib.

Almaniya hökuməti İranda insan hüquqlarının pozulması iddiası ilə əlaqədar biznesin inkişafına yönəlmiş tədbirləri dayandırmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi məlumat yayıb.

Qərar ixrac kreditləri və investisiya zəmanətlərinə, eləcə də Almaniyanın menecment üzrə təlim proqramlarına və İrandakı ticarət sərgilərinə təsir edəcək.

Qeyd edilir ki, 2021-ci ildə Almaniya-İran ticarətinin həcmi 1,76 milyard avro təşkil edib.

"Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqları aparan tərəfin yalnız türklər və çinlilər olmasını istəmirəm".

Bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib. O, Ukraynada diplomatiya və danışıqlar üçün zəmin yaradılmadığını bildirib. Fransa prezidentinin sözlərinə görə, Rusiyanın prioriteti zəmanət yox, “Ukraynanı müdafiə etmək”dir.

“Gec-tez bir masa ətrafında toplaşmaq lazım gələcək. Mən istəmirəm ki, müzakirələri yalnız türklər və çinlilər aparsın”,- deyə o əlavə edib.

Qeyd edək ki, E. Makron daha əvvəl də Türkiyənin Rusiya ilə danışıqlar apara bilən tərəf olmasından narahatlığını ifadə etmişdi.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivanın Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla telefon danışığı baş tutub.

Bu barədə Ağ Evin yaydığı yazılı bəyanatda qeyd olunur.

Məlumatda bildirilir ki, Birləşmiş Ştatlar rəsmisi Bakı və İrəvanı gərginliyi azaltmağa, mehriban qonşuluq münasibətlərinin əsasına çevriləcək addımları nəzərdən keçirməyə çağırıb.

Telefon danışığı zamanı tərəflər sentyabrın 27-də Vaşinqtonda keçirilən birgə görüşdən sonra Avropa İttifaqının və ABŞ-nin dəstəyi ilə sülh danışıqlarında əldə olunan irəliləyiş ətrafında müzakirələr aparıblar./oxu.az

“Bütün problemlərə baxmayaraq, Ukrayna yıxılmadı. Ukrayna yaşayır və çiçəklənir”.

UNİAN verdiyi məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresindəki çıxışına belə başlayıb.

“Dünyanın ağılları uğrunda mübarizədə Rusiyanı məğlub etdik. Bizim qorxumuz yoxdur. Dünyada heç kimin qorxusu olmamalıdır. Ukraynalılar bu qələbəni qazandılar və bu, bizə cəsarət verir. Bu, bütün dünyaya ilham verir.

Dünən Vaşinqtona gəlməzdən əvvəl mən cəbhədə idim. Ukraynanın şərqində, Donbassdakı Baxmut şəhəri. Rusiya hərbi qüvvələri və muzdluları may ayından Baxmutu tutmağa çalışırlar. Amma Baxmut dayanır. Keçən il Baxmutda 70 min insan yaşayırdı, indi isə yalnız bir neçə nəfər. Bu torpağın hər metri qanla doymuşdur”, - deyə Zelenski vurğulayıb.

Rusiya və İran Şərqi Avropadan Hind okeanına 3000 km uzunluğunda yeni transkontinental ticarət dəhlizi yaratmağa başlayıblar.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik yazıb ki, layihənin məqsədi iki ölkənin Xəzər dənizi və dəmir yolu şəbəkələri ilə yüklərin çatdırılmasını sürətləndirmək, Qərbin sanksiyalarının ölkələrin iqtisadiyyatlarına və ticarət əlaqələrinə etdiyi təzyiqləri azaltmaq istəyidir.

Qeyd olunub ki, dəhlizin şimal nöqtəsi Azov dənizindədir. “Bloomberg”in tərtib etdiyi gəmi izləmə məlumatları, sanksiyalara məruz qalanlar da daxil olmaqla, onlarla Rusiya və İran gəmisinin artıq həmin marşrutla hərəkət etdiyini göstərir.

Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun eksperti Mariya Şaqinanın sözlərinə görə, Rusiya və İran daxili ticarət dəhlizi yaratmaq üçün 25 milyard dollara qədər sərmayə qoyacaq.

Rusiya prezidenti Vladimir Putin səfərbərlik məsələləri üzrə hakimiyyət orqanları arasında qarşılıqlı əlaqəni təmin etmək üçün işçi qrupunun yaradılması barədə göstəriş verib.

Sərəncam Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub .

Qeyd olunur ki, qrup səfərbərlik hazırlığı və səfərbərlik üzrə hakimiyyət orqanları və təşkilatlar arasında qarşılıqlı əlaqə, habelə xüsusi əməliyyatda iştirak edən Rusiya vətəndaşlarının və onların ailə üzvlərinin sosial və hüquqi müdafiəsi məsələləri ilə məşğul olacaq. O, hər ay gördüyü işlərin nəticələri barədə prezidentə hesabat verəcək.

Sərəncam imzalandığı gündən, dekabrın 20-dən qüvvəyə minib.

Kreml Belarus lideri Aleksandr Lukaşenkoya davamlı təzyiq edərək, Rusiyanın tələblərini yerinə yetirməkdən boyun qaçırmaq üçün manevr etmək imkanından məhrum etməyə çalışır.

Bu, Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında yer alıb.

Qeyd olunur ki, Rusiya son vaxtlarda Ukraynaya hərbi müdaxiləyə vadar etmək üçün Belarusa təzyiqlərini artırıb. Kremlin Minskə davamlı təzyiqi istər-istəməz Lukaşenkonun manevr imkanlarını azaldır. Buna baxmayaraq Lukaşenko Kremlə güzəştə getməmək üçün əlindən gələni edərək hələ ki dirəniş göstərməkdədir.

Xəbər lenti