Əli Xameneinin başçılıq etdiyi rejim 40 ildən çoxdur ki, demokratiya, insan haqları və qadın hüquqlarına qarşı çıxır.

Axar.az xəbər verir ki, bu sözləri molla rejiminin lideri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani “Əl-Ərəbiyyə” xəbər agentliyinə müsahibəsində deyib.

“İran rəhbərinin ölümü ilə hakim sistem dağılacaq. Hakimiyyət daxilində də Xameneinin siyasəti ilə razılaşmayan şəxslər var, ancaq onların fikirlərini ifadə etmək imkanları yoxdur”, - o bildirib.

Fransada yaşayan Mahmud Muradxani anası və bacısının 2009-cu ildən bəri Əli Xamenei ilə əlaqələrini kəsdiklərini deyib.

Rusiya Prezidenti Vladimir Putin Türkiyədə qurmağa hazırlaşdıqları qaz mərkəzi ilə bağlı dövlət televiziyasına açıqlamalar verib.

Türkiyə mətbuatı xəbər verir ki, Türkiyə üzərindən Avropaya qaz nəql etməyi planlaşdıran Putin qazın qiyməti ilə bağlı diqqətçəkən mesaj verib:

“Türkiyənin təbii qaz infrastrukturu əhəmiyyətli potensiala malikdir. Yaxın aylarda yaradılacaq təbii qaz qovşağında ticarət üçün elektron platforma yaradıla bilər. Avropalı istehlakçılar üçün təbii qazın qiyməti əsasən Türkiyədəki mərkəzdə müəyyən ediləcək. Avropanın öz mərkəzlərində baş verənlər dəlilikdir”,-deyə o söyləyib.

Qeyd edək ki, Putin daha əvvəl Avropadakı təbii qaz böhranına toxunmuş və həll yolu üçün Türkiyəyə işarə etmişdi. O, “Şimal axını” qazını Qara dənizə yönəldə biləcəklərini demişdi.

 

Türkiyənin Diyarbəkir şəhərində polis avtomobilinin partladılması nəticəsində yaralananların sayı 9-a çatıb.

“TRT Haber” xəbər verir ki, bu barədə Diyarbəkir vilayətinin valisi Ali İhsan Su məlumat verib.

Onun sözlərinə görə, xəsarət alan polis əməkdaşlarından 7-si artıq evə buraxılıb, 2 nəfərin müalicəsi davam etdirilir.

Vali, həmçinin hadisəni törətməkdə şübhəli bilinən 2 nəfərin saxlanıldığını açıqlayıb. Bildirilib ki, onlardan biri taksi sürücüsü, digəri isə nəqliyyat vasitəsinə icarəyə götürən şəxsdir.

***

Dekabrın 16-da yerli vaxtla saat 04:30 radələrində Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətində bomba yüklü avtomobil partladılıb.

"TRT Haber" xəbər verir ki, hadisə polisin xüsusi təyinatlı dəstəsini daşıyan xidməti avtobus hərəkət etdiyi Diyarbəkirin girişində baş verib.

Polis maşını Diyarbəkir-Mardin magistral yolu ilə hərəkət edərkən uzaqdan idarə olunan qurğunun köməyi ilə yol kənarında park edilmiş avtomobildə partlayıcı qurğu işə salınıb. Hadisə yerinə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib.

Partlayış nəticəsində azı 8 polis əməkdaşı yaralanıb. Yaralılar yerli xəstəxanalara çatdırılıb. Partlayış ərazisi bloklanıb, antiterror əməliyyatı aparılır.

Əmanətçilər öz pullarını İran banklarından çıxarırlar.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

 Öz pullarını bankdan çıxaran əmanətçilərdən biri bildirib ki, pullar bankda qalarsa, xalqı əzmək üçün istifadə ediləcək.

O, bankdan çıxardığı pulları düzərək, “Ölüm olsun Xameneyiyə” şüarını yazıb.

“Əvvəllər olduğu kimi, Ermənistan indi də regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarını blokdan çıxarmağa hazırdır”.

Oxu.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu sözləri hökumətin iclasında deyib.

Paşinyan əlavə edib ki, üçtərəfli sənədin müvafiq müddəasının həyata keçirilməsi heç bir halda ölkənin suverenliyinin itirilməsini nəzərdə tutmur.

“Yerevan yolları açmağa və yeni nəqliyyat infrastrukturunu istifadəyə verməyə hazırdır”, - deyə Nikol Paşinyan fikrini tamamlayıb.

Futbol üzrə dünya çempionatı çərçivəsində keçirilən Mərakeş-Fransa (0:2) matçından sonra Fransanın Paris, Nitsa, Monpelye şəhərində iğtişaşlar başlayıb.

Küçələrə axışan fransalı azarkeşlərlə mərakeşlilər arasında toqquşma olub.

Fransızlar mərakeşli azarkeşlərə qarşı “Ərəblər, rədd olun!” şüarları səsləndiriblər. Nəticədə tərəflər arasında qarşıdurma yaşanıb.

Xəsarət alanların sayı barədə hələlik məlumat verilmir.

 

ABŞ Yəməndəki “Əl-Qaidə” terror təşkilatının liderlərindən biri olan Əbu Əymən əl-Misri kimi tanınan İsam əl-Bənna haqqında məlumat verənlərə mükafat vəd edib.

“Star” qəzeti xəbər verir ki, bu barədə ABŞ-ın Yəməndəki səfirliyinin tviter hesabında paylaşım edilib.

Açıqlamada Əbu Əymən kimi tanınan terrorçu haqqında məlumat verənə 5 milyon dollar mükafat veriləcəyi bildirilib.

Qeyd edək ki, Əl-Qaidə Yəməndə vaxtaşırı terror aktları təşkil edir. ABŞ həmçinin Yəməndə Əl-Qaidə ünsürlərinin yerləşdiyini iddia etdiyi nöqtələrə PUA-larla zərbələr endirir.

Putin sağlam düşüncəyə malik olmadığından, biz gözlənilməz vəziyyətlərə hazır olmalıyıq.

“Xarici mətbuatı xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Culian Smit deyib.

Onun sözlərinə görə, bu baxımdan ABŞ və NATO müttəfiqləri istənilən fövqəladə vəziyyətə hazır olmalıdırlar.

O əlavə edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi bir çox NATO ölkələrini təəccübləndirib, çünki Putinin hərəkətləri istənilən siyasi, iqtisadi və ya hərbi məntiqə ziddir.

Smit hesab edir ki, Rusiyanın müasir rəhbərliyinin Qərb təfəkkür tərzini qəbul etmək artıq mümkün deyil.

“İnanıram ki, onlar öz strateji məqsədlərinə nail ola bilməyiblər, lakin biz onu da qəbul edirik ki, Putin heç də həmişə öz strateji məqsədlərini və niyyətlərini imkanlarla uzlaşdırmır. Ona görə də hesab edirəm ki, biz onun göstərdiyi hər hansı rasional mülahizələrə qarşı diqqətli olmalıyıq. O sağlam düşüncəyə malik olmayan və gözlənilməz addım atmağa qadir birisidir. Buna görə də hesab edirəm ki, biz hər hansı gözlənilməz vəziyyətlərə hazır olmalıyıq. Ona görə də hesab edirəm ki, ABŞ və NATO Rusiyada və Ukrayna ətrafında baş verənlərə diqqət yetirməlidirlər”.

Kiyevdə hesab edirlər ki, Rusiya Prezidenti Vladimir Putinin həyatı təhlükə altındadır.

“Bunu “qordon”a müsahibəsində Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putini çox güman zəhərləyəcəklər”, - Arestoviç qeyd edib.

Onun fikrincə, Putinə yaxın adamlar xalqın öz lideri üçün “kütləvi uğursuzluğa uğradığını” başa düşdükdən sonra Putinin ətrafındakı vəziyyət kəskin şəkildə dəyişə bilər.

Arestoviç hesab edir ki, Putinlə danışılmayacaq, çünki o, arqumenti düzgün qavramaq qabiliyyətini itirib:

“Hesab edirəm ki, onunla heç bir söhbət olmayacaq. Çox güman ki, zəhərlənəcək. Nə danışaq? O, küncə sıxışdırılıb”.

Roma Papası Fransisk bazar günü Vatikanda keçirilən mərasimdə bəşəriyyəti qaranlıq vaxtların yaxınlaşması barədə xəbərdar edib.

Bəşəriyyətin mövcud problemlərinə - münaqişələr, yoxsulluq, aclıq, artan yaşayış dəyəri və enerji böhranına baxmayaraq, o, gələcəkdə daha dəhşətli şeylər baş verəcəyini söyləyib.

"Bu, artan ədalətsizlik, aclıq, yoxsulluq və iztirablarla dolu acı bir zamandır. Ancaq bu qaranlıq və qeyri-müəyyən dövrlərdə daha çox məhv və dağıntılar var", - Papa deyib.

Frensis yaxın gələcəkdə dünyada nəyin baş verə biləcəyini açıqlamayıb.

"Milad bayramından əvvəl Rəbbin məhəbbəti də yerə enir ki, bu həm də xilas vaxtıdır", - Papa əlavə edib.

Xəbər lenti