![]() |
|
Futbol üzrə dünya çempionatı çərçivəsində keçirilən Mərakeş-Fransa (0:2) matçından sonra Fransanın Paris, Nitsa, Monpelye şəhərində iğtişaşlar başlayıb.
Küçələrə axışan fransalı azarkeşlərlə mərakeşlilər arasında toqquşma olub.
Xəsarət alanların sayı barədə hələlik məlumat verilmir.
ABŞ Yəməndəki “Əl-Qaidə” terror təşkilatının liderlərindən biri olan Əbu Əymən əl-Misri kimi tanınan İsam əl-Bənna haqqında məlumat verənlərə mükafat vəd edib.
“Star” qəzeti xəbər verir ki, bu barədə ABŞ-ın Yəməndəki səfirliyinin tviter hesabında paylaşım edilib.
Açıqlamada Əbu Əymən kimi tanınan terrorçu haqqında məlumat verənə 5 milyon dollar mükafat veriləcəyi bildirilib.
Qeyd edək ki, Əl-Qaidə Yəməndə vaxtaşırı terror aktları təşkil edir. ABŞ həmçinin Yəməndə Əl-Qaidə ünsürlərinin yerləşdiyini iddia etdiyi nöqtələrə PUA-larla zərbələr endirir.
Putin sağlam düşüncəyə malik olmadığından, biz gözlənilməz vəziyyətlərə hazır olmalıyıq.
“Xarici mətbuatı xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Culian Smit deyib.
Onun sözlərinə görə, bu baxımdan ABŞ və NATO müttəfiqləri istənilən fövqəladə vəziyyətə hazır olmalıdırlar.
O əlavə edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi bir çox NATO ölkələrini təəccübləndirib, çünki Putinin hərəkətləri istənilən siyasi, iqtisadi və ya hərbi məntiqə ziddir.
Smit hesab edir ki, Rusiyanın müasir rəhbərliyinin Qərb təfəkkür tərzini qəbul etmək artıq mümkün deyil.
“İnanıram ki, onlar öz strateji məqsədlərinə nail ola bilməyiblər, lakin biz onu da qəbul edirik ki, Putin heç də həmişə öz strateji məqsədlərini və niyyətlərini imkanlarla uzlaşdırmır. Ona görə də hesab edirəm ki, biz onun göstərdiyi hər hansı rasional mülahizələrə qarşı diqqətli olmalıyıq. O sağlam düşüncəyə malik olmayan və gözlənilməz addım atmağa qadir birisidir. Buna görə də hesab edirəm ki, biz hər hansı gözlənilməz vəziyyətlərə hazır olmalıyıq. Ona görə də hesab edirəm ki, ABŞ və NATO Rusiyada və Ukrayna ətrafında baş verənlərə diqqət yetirməlidirlər”.
Kiyevdə hesab edirlər ki, Rusiya Prezidenti Vladimir Putinin həyatı təhlükə altındadır.
“Bunu “qordon”a müsahibəsində Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putini çox güman zəhərləyəcəklər”, - Arestoviç qeyd edib.
Onun fikrincə, Putinə yaxın adamlar xalqın öz lideri üçün “kütləvi uğursuzluğa uğradığını” başa düşdükdən sonra Putinin ətrafındakı vəziyyət kəskin şəkildə dəyişə bilər.
Arestoviç hesab edir ki, Putinlə danışılmayacaq, çünki o, arqumenti düzgün qavramaq qabiliyyətini itirib:
“Hesab edirəm ki, onunla heç bir söhbət olmayacaq. Çox güman ki, zəhərlənəcək. Nə danışaq? O, küncə sıxışdırılıb”.
Roma Papası Fransisk bazar günü Vatikanda keçirilən mərasimdə bəşəriyyəti qaranlıq vaxtların yaxınlaşması barədə xəbərdar edib.
Bəşəriyyətin mövcud problemlərinə - münaqişələr, yoxsulluq, aclıq, artan yaşayış dəyəri və enerji böhranına baxmayaraq, o, gələcəkdə daha dəhşətli şeylər baş verəcəyini söyləyib.
"Bu, artan ədalətsizlik, aclıq, yoxsulluq və iztirablarla dolu acı bir zamandır. Ancaq bu qaranlıq və qeyri-müəyyən dövrlərdə daha çox məhv və dağıntılar var", - Papa deyib.
Frensis yaxın gələcəkdə dünyada nəyin baş verə biləcəyini açıqlamayıb.
"Milad bayramından əvvəl Rəbbin məhəbbəti də yerə enir ki, bu həm də xilas vaxtıdır", - Papa əlavə edib.
Çərşənbə günü neft qiymətləri ABŞ-ın xam neft ehtiyatlarının analitiklərin azalma proqnozuna qarşı gözlənilməz artım nümayiş etdirməsinin ardından ucuzlaşıb.
" "Brent" markalı neft fyuçersləri 0,19 dollar və ya 0,2% ucuzlaşaraq bir barel üçün 80,49 dollara, ABŞ-ın Qərbi Texas (WTI) markalı xam neftinin fyuçersləri isə 0,15 dollar və ya 0,2% ucuzlaşaraq 75,24 dollara düşüb.
Amerika Neft İnstitutunun məlumatlarına görə, ABŞ-ın xam neft ehtiyatları dekabrın 9-na qədər həftə ərzində təqribən 7,8 milyon barel artıb, analitiklər isə ehtiyatların 3,6 milyon barel azalacağını gözləyirdilər.
Analitiklər ABŞ Federal Ehtiyatlar Sisteminin Açıq Bazar Komitəsinin iclası ərəfəsində risklərin davam etdiyini düşünür.
Qeyd edək ki, FED-in çərşənbə günü uçot faiz dərəcələrini 0,5 baza bəndi artıracağı gözlənilir.
Ermənistan mediası Xankəndidəki separatçılara istinadən yazır ki, dünəndən “yoxa çıxan” Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkov ermənilərin “yolu açın” tələbinə cavab olaraq, “azərbaycanlılara heç nə edə bilmərik” deyib. Eyni zamanda, qondarma “arsax nümayəndələri”nin azərbaycanlılarla danışıqlarda iştirakına və separatçıların “deputatlarına” aksiyanın keçirildiyi əraziyə yaxınlaşmasına icazə verilməyib.
Baş separatçı Araik isə “yolun açılması” üçün Volkova məktub yazmaq qərarına gəlib.
Azərbaycan xalqı Qarabağda siyasi mənzərəni dəyişdirir.
ABŞ uzun müddətdir üzərində işlədiyi yeni silahı olan hipersəs raketini ilk dəfə atıb.
Xarici KİV xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bunun ilk əməliyyat sınağı olduğunu vurğulayıb.
B-52 bombardmançı təyyarəsindən atılan raketin səsdən 5 dəfə daha sürətli hərəkət etdiyi bildirilib.
Üç ildir bir sıra uğursuz sınaqlara imza atan ABŞ Rusiya və Çindən sonra bu silaha sahib olduğunu dünyaya bəyan edib. Hərbi analitiklər, sözügedən sınaqın Rusiya və Çinə bir mesaj olduğunu vurğulayır.
Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda ilin sonuna qədər hipersəsli “Satan-2” nüvə raketinin ikinci sınağına dair təcili göstəriş vermişdi. Putinin tapşırığından sonra ABŞ öz donanmasına aid yeni hazırlanmış döyüş gəmilərinin nüvə silahı potensialının artırılmasına dair tənzimləmələr edib.
Qeyd edək ki, “Satan 2”nin İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombalarından 2000 dəfə güclü olduğu bildirilir.
Bu yaxınlarda Türkiyədə verilən bəyanatla razılaşdığımı bildirmək istəyirəm ki, Türkiyə, Azərbaycan və Ermənistan da daxil olmaqla, bütün region ölkələrinin təhlükəsizliyin, suverenliyin və müstəqilliyin təmin edilməsi baxımından bir-birinə ehtiyacı var, bu, çox mühüm formuladır.
“Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, Cənubi Qafqazda Azərbaycan-Gürcüstan-Ermənistan formatında müzakirələrə başlamaq ideyasını xatırladıb.
Paşinyan eyni zamanda Türkiyə-Ermənistan, Azərbaycan- Ermənistan münasibətlərini çox vacib adlandırıb.