Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı məhkəmə iclası dekabrın 9-da keçiriləcək.

Bu barədə Saakaşvilinin vəkili İliya Lomiya məlumat verib.

O bildirib ki, iclas Tiflis Şəhər Məhkəməsində keçiriləcək.

Vəkil qeyd edib ki, hakim Georgi Arevadze vəkillərin Mixail Saakaşvilinin səhhətindəki ağırlaşmalarla bağlı xaricə köçürülməsi məsələsini müzakirə edəcək.

Məlumat üçün bildirək ki, 1 dekabr tarixində Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze sabiq prezidentin cəzadan azad olunması üçün məhkəməyə müraciət edib.

Əgər Rusiya Qərblə hazırkı qarşıdurmadan zəifləsə, o zaman Gürcüstan və Azərbaycandan qoşunlarını əvvəllər çıxardığı kimi, sülhməramlılarını da Qarabağdan çıxaracaq.

Bunu erməni ekspert Artur Martirosyan deyib.

Onun fikrincə, hər şey Qarabağda sülhməramlıların olmasının Rusiya üçün ekzistensial maraq olub-olmamasından asılıdır.

“Nədənsə biz hesab edirik ki, imzalanmış bəyanata əsasən onların mövcudluğu əbədi xarakter daşımalıdır. Beynəlxalq münasibətlərdə bu, baş vermir. 2025-ci ilə qədər Rusiyada nə dəyişəcək? Sabah Rusiyanın maraqları dəyişə bilər. Bakı sülhməramlıları gözdən salır və ola bilsin ki, bu, danışıqlarda müzakirə olunub ki, 2025-ci ildən sonra sülhməramlılar Qarabağdan çıxarılsın”, - ekspert qeyd edib.

Martirosyanın sözlərinə görə, ən pis varianta hazır olmalıdırlar.

“Siz başa düşməlisiniz ki, mövcud vəziyyətə əsasən, 2025-ci ildə sülhməramlılar Qarabağda etdiklərini etməyə bilər. Belə olan halda Azərbaycan güc tətbiq edə bilər”, - ekspert əlavə edib.

"Amazon"un qurucusu və rəhbəri Cef Bezos və ABŞ-nin "Space X" şirkətinin rəhbəri İlon Mask 2-6 oktyabr 2023-cü ildə ölkəmizdə baş tutacaq Beynəlxalq Astronavtika Konqresində iştirak edə bilər.

Apa xəbər verir ki, bunu Beynəlxalq Astronavtika Konqresinə dair Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndələr ilə görüş zamanı "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

O bildirib ki, “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda Bakıda keçiriləcək konqresə kosmik sahənin aparıcı qurumlarından – ABŞ-ın (NASA), Fransanın (CNES), “Airbus”, “Boeing”, Yaponiyanın (JAXA), Türkiyənin (TUA) və bir çox digər dövlətlərin nümayəndələri də olmaqla 6 mindən çox qonaq bir araya gələcək. Bu qonaqlar dünyanın kosmos gündəliyini müəyyən edən qurumların rəhbərləridir, nümayəndələridir, eyni zamanda elm xadimləri və tələbələrdir.

ABŞ-li milyarder İlon Mask həyatının təhlükə altında olduğunu deyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Mask bu fikirləri tviter izləyizilərinin suallarını cavablandırarkən bildirib.

Belə ki, son günlərdə sui-qəsd ehtimalının olduğunu deyən Mask bunu yeni aldığı Tviter platforması ilə əlaqələndirib.

Lakin hadisə Maskın ABŞ Prezidenti Cozef Baydenin oğlu Hunter Bayden haqqında xəbərlərə senzura tətbiq edən sənədləri açıqlamasından sonra ortaya çıxıb.

İranda Məhsa Əmininin qətlindən sonra başlayan etirazlar 3 aydır davam edir.

Xarici KİV xəbər verir ki, aylardır davam edən etirazlardan sonra əxlaq polisinin ləğv edildiyi açıqlanmışdı.

İranın Baş prokuroru Məhəmməd Cafer Müntəzeri açıqlamasında məcburi hicab tətbiqi ilə bağlı məsələyə baxılacağını demişdi.

İran parlamentinin üzvü Rəfsəncan Hüseyn Cəlali isə baş prokurorun tam əksinə danışıb. O, açıqlamasında hicabın məcburi şəkildə olmasının ləğv edilməyəcəyini deyib:

“Üsyan hərəkatı nəzarət altına alınıb. Amma bu dəfə qiyamçılar fərqli bir istiqamətə yönəlib. Onlar tərəfdarlarına "hicabınızı açın ki, hədəfimizə çataq” deyirlər. Bu hərəkətlər küçə nümayişlərindən daha təhlükəli deyil. Bizim hicab qaydasından əl çəkməyimiz mümkün deyil. Bu qaydadan əl çəkməyimiz, İslam Respublikasından imtina etməyimiz mənasına gəlir”, - deyə o bildirib.

Lənkəran rayonunun Gərmətük kənd sakini Babayev Xəyyam Fəryad oğlunun Ukraynada öldüyü deyilir.

Bununla bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu şəxs haqqında məlumat yoxdur.

“Ölən vətəndaşlar haqda məlumat Xarici İşlər Nazirliyinə göndərilir, lakin yaralılar haqda yox”, - deyə qeyd olunub.

Bildirilib ki, Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, aktiv evakuasiya elan olunandan sonra 16 mindən çox vətəndaşımız Ukraynadan köçürülüb: “Azərbaycanın Ukraynadakı Səfirliyinin Azərbaycan Respublikası vətəndaşları ilə əlaqədar işləri əvvəlki kimi təşkil olunub, yalnız daha da artan həcmdə - sərbəst olaraq ölkəni tərk edənlərin, həmçinin miqrasiya qaydalarının pozulması səbəbiylə ölkədən qovulanların Ukraynadan çıxış sənədləri ilə təmin edilməsi, illərdir sənədlərini bərpa etməyən vətəndaşların sənədlərinin bərpası, yaşayış icazəsi alanlara müxtəlif arayışların verilməsi, əlaqə kəsilmiş şəxslərin axtarışı və bir sıra digər problemlərin həlli.

Qeyri-dəqiq hesablamalara əsasən, bu günə qədər Ukraynada 10 min qanuni vətəndaş, minlərlə qeyri-qanuni və potensial vətəndaş qalmaqdadır. Sonuncu kateqoriya o kəslərdir ki, illərdir heç bir sənədləri yoxdur, ancaq vətəndaşlıq üçün müraciət etdikləri halda onlara vətəndaşlıq verilir.

Vətəndaşlarla bağlı xeyli problem var, bizim 2 konsulumuz böyük gərginlik altında çalışır və gündəlik olaraq çox sayda vətəndaşımıza kömək edir” – deyə səfirlikdən bildirilib.

Həm Rusiya, həm də Ukrayna yaxın iki həftə ərzində həlledici hücuma keçəcək.

Bunu ukryanalı politoloq Vadim Karasev deyib.

Onun fikrincə, Rusiya Donbasın tam azad edilməsi, Ukrayna Azov dənizinə çıxışı təmin etmək üçün Melitopol və Berdyansk iqtisamətində hücuma keçəcək.

O deyib ki, hava şəraiti tərəflərin planlarını həyata keçirməsinə mane olub və indi yer donmağa başlayır, ona görə də hərbi əməliyyatların intensivləşməsini gözləməyə dəyər.

“Düşünürəm ki, 5-dən 20-nə qədər olan iki həftə həlledici həftə olacaq”, - o qeyd edib.

"ABŞ administrasiyası İran və Çində insanların dinc etirazlarda iştirak etmək hüququnu dəstəkləyir".

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken CNN telekanalının efirində bildirib.

O, jurnalistin ABŞ administrasiyasının Çindəki etirazçılara dəstək olub-olmaması ilə bağlı sualına “Bəli, əlbəttə” deyə cavab verib.

"Biz hər yerdə, istər Çində, istər İranda, istərsə də başqa yerdə insanların dinc şəkildə etiraz etmək, öz fikirlərini çatdırmaq, narazılıqlarını bildirmək hüququnu dəstəkləyirik. Və əgər hər hansı ölkədə bu və ya digər şəkildə yatırılırsa, o zaman öz sözümüzü deyirik, buna qarşıyıq”, - dövlət katibi qeyd edib.

O xatırladıb ki, Vaşinqton əvvəllər etirazlarla əlaqədar İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

"Rusiya artıq Kiyevi alıb, Krım isə Üçüncü Dünya Müharibəsi olacaq".

Publika.az xəbər verir ki, bunu "Russia Today" telekanalının baş redaktoru Marqarita Simonyan deyib.

Simonyan bəyan edib ki, Rusiya guya "ziyarətgahları" orada olduğu üçün Kiyevi daha bombalamayacaq. O, Berlin və Londonu nüvə zərbələri ilə hədələyib. O, Ukraynanın paytaxtına nüvə hücumunu isə istisna edir.

"Bu, bir neçə səbəbə görə tamamilə qeyri-mümkündür. Bu, heç nəyi həll etməyəcək, çünki biz Kiyevi ilk həftədə qazandıq. Biz onu. Mən orda olan əsgərləri tanıyıram və onlara getmə əmri verildiyi üçün dəhşətə gəlmişdi. Biz Kiyevlə yox,Qərblə vuruşuruq. Bəs niyə Kiyevə nüvə bombası atırıq? Biz yox. Kiyevlə müharibə vəziyyətində. Biz heç vaxt Kiyevi bombalamayacağıq, çünki birinci səbəb var - bizim ziyarətgahlarımız oradadır", - Simonyan bildirib.

Eyni zamanda , o əlavə edib ki, "Vaşinqtonda, Berlində və Londonda rusların "ziyarətgahları" yoxdur, ona görə də ora hücum etməliyik".

Bununla belə, Simonyan bildirib ki, Rusiya Krımı Ukraynaya verməyəcək. Onun finrincə, yarımada üçün "Üçüncü Dünya Müharibəsi" başlayacaq.

Biz Ermənistan hakimiyyətinin nümayəndələri olaraq riskləri ehtiva edən bəyanatı qəbul edə bilmərik.

Bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyan qanunverici orqanın dekabrın 2-də Azərbaycanla bağlı bəyanatın qəbul edilməməsinin əsas səbəbini şərh edərkən deyib.

“Bəyanatda ətrafında razılığa gəlmək mümkün olan bir çox müddəaların olmasına baxmayaraq, bununla belə, tərəflərin mövqelərinin fundamental olduğu və onlar ətrafında razılığa gəlmək mümkün olmadığı ifadələr var”, - deyə o bildirib.

Onun sözlərinə görə, “Ermənistan” fraksiyasının təklif etdiyi düsturlar müharibədən əvvəlki xarici siyasətin məntiqinin davamı və təkrarıdır: “Bu, qəbuledilməzdir. Çünki bu günkü mövcud vəziyyət həmin yürüdülən siyasətin nəticəsidir”.

Ağacanyan bildirib ki, “ Vətəndaş müqaviləsi” fraksiyası “Ermənistan” blokunun hazırladığı bəyanat layihəsində yer alan terminologiyanın Ermənistanın təklif etdiyi sülh gündəliyinin təbliğinə töhfə verməkdən daha çox risk yaratdığını nümayiş etdirir. “Ona görə də “Vətəndaş müqaviləsi” fraksiyası iqtidar partiyası olaraq Ermənistan üçün bu cür riskləri ehtiva edən bəyanatı qəbul edə bilməz”.

Xəbər lenti