![]() |
|
“Hazırda Ukraynada ABŞ-nin yüzlərlə hərbi qulluqçusu yerləşdirilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Böyük oyun” proqramına müsahibəsində deyib.
“Onlarla, bəlkə də yüzlərlə Amerika əsgəri Ukraynadadır, onlar çevrilişdən əvvəl də orada olublar”, - deyə nazir bildirib.
Lavrov əminliklə qeyd edib ki, hazırda Ukraynanın paytaxtında ABŞ hərbi attaşesinin əhəmiyyətli ofisi var və Kiyev rəhbərliyinə “birbaşa məsləhətçi, bəlkə də məsləhətçilikdən daha çox” xidmət göstərir.
“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə İranda artıq 100 gündür davam edən etirazların nəticələri və gələcək inkişafına dair proqnozlar yer alıb.
Davam edən etirazlar nəticəsində 500-dən artıq etirazçının həlak olduğu, 18 mindən çox iranlının həbs edildiyi xatırladılıb, “Bəsic” qüvvələrinin həyata keçirdiyi təqib və təzyiq metodlarına toxunulub.
Daha ətraflı “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti analitik buraxılışda:
Ukrayna ordusu Baxmut yaxınlığında ağır itkilər verir və məğlub olmaqdadır.
Bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp administrasiyasında müdafiə nazirinin müşaviri olmuş polkovnik Duqlas Makqreqor deyib.
“Onlar Baxmutu nəzarətdə saxlamaq istəyirlər. Bu bölgə dəmiryol və nəqliyyat qovşaqlarını özündə birləşdirən logistik qovşaq kimi yaradılıb. Ukrayna Silahlı Qüvvələri burada minlərlə əsgərini itirir”, - deyə polkovnik bildirib.
İranın hökumət mollaları etirazçıların əl və ayaqlarının kəsilməsi ilə bağlı qərar qəbul ediblər.
Bu barədə azad İran teleqram kanalı məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində daha bir təbii qaz yatağının kəşf olunduğunu açıqlayıb.
Bu barədə Türkiyə dövlət başçısı hökumətin 2022-ci ilin son iclasından sonra çıxışında deyib.
Onun sözlərinə görə, Qara dənizdə "Fatih" qazma gəmisi "Caycuma-1" sahəsində 3 023 kilometr dərinlikdə 58 milyard kubmetr təbii qaz ehtiyatını kəşf edib: "Məlumatların təhlili nəticəsində daha əvvəl elan etdiyimiz 540 milyard kubmetrlik ehtiyatımız 652 milyard kubmetrə çatıb".
Türkiyə Prezidenti, ümumilikdə bu rəqəmin 710 milyard kubmetr təşkil etdiyini vurğulayıb.
Türkiyə Suriya ilə sərhədboyu ərazidə terrorçularla mübarizədə yeni mərhələyə keçəcək.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı bildirib.
Onun sözlərinə görə, 30 kilometrlik təhlükəsizlik zolağının qurulması və terrorçuların maddi-texniki bazasını məhv etmək üçün yeni mərhələ başlayacaq.
O qeyd edib ki, rəsmi Ankara ölkə ərazsində yaşayan suriyalı miqrantların vətənlərinə geri dönmələri prossesini tezləşdirmək niyyətindədir.
Ərdoğan, həmçinin əlavə edib ki, Türkiyənin 2023-cü il üçün nəzərdə tutulan hərbi sanaye layihələrində ləngiləmərin olmaması üçün bütün vacib işlər görüləcək.
“Ukrayna silahlı qüvvələri Melitopola ildırım sıçrayışı etməyə qadirdir. İndi bu istiqamət düşmənin yeni məğlubiyyət ala biləcəyi ən perspektivli zonadır”.
Bizimyol.info xəbər verir ki, bunu RBC-Ukraynaya müsahibəsində hərbi ekspert, polkovnik Sergey Qrabski deyib.
"Mənim üçün obyektiv olaraq cənub istiqaməti üstünlük təşkil edir, xüsusən də Melitopol. Biz Melitopola getsək, iki problemi həll edirik. Birincisi, Krıma gedən quru dəhlizini kəsirik. İkincisi, Krımı adaya və onun bütün strateji dəyərinə çeviririk”,- deyə ekspert izah edib.
Qrabskinin fikrincə, bu, həm Vuhledardan cənuba təzyiqlə, həm də işğalçıların atəşə tutula biləcəyi Dnepr çayının sağ sahilində geniş cəbhə ilə təmin olunacaq və düşmənin müdafiəsini sarsıdacaq, sıçrayış üçün ilkin şərtlər yaradacaq.
Ekspert hesab edir ki, ruslar özləri üçün təhlükənin fərqindədirlər və buna görə də Melitopol yaxınlığında mümkün olan hər şeyi bir yerə yığırlar. Qrabski qeyd edib ki, eşelon texnika və əlavə heyət oraya, yəni Tokmak, Melitopol, Veseleyə gedir. Bundan əlavə, Primorskda örtük bazaları yaradılır və Novaya Kaxovka ərazisində manevrlər həyata keçirilir.
"Və bu, onların Melitopola nə qədər önəm verdiyini və Ukrayna hücumunun perspektivlərini nə dərəcədə aydın şəkildə bildiklərini göstərir. Ona görə də deyərdim ki, Melitopol düşmənin yeni məğlubiyyətə uğrayacağı ən perspektivli ərazi kimi görünür. Və bu məğlubiyyət onlar üçün fəlakətli olacaq”, - deyə ekspert yekunlaşdırıb.
Qeyd edək ki, Rusiyanın vəziyyətinin yaxşı olmadığı Kremldən gələn açıqlamalarda da hiss olunur. Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yenidən nüvə silahı ilə hədələyib. Belə hədələr, adətən, Rusiyanın vəziyyəti ağlamalı səviyyədə olanda gəlir. Görünür, Kreml Ukraynanın ağır zərbə hazırladığını bilir...
Rusiya Prezidenti Vladimir Putin üçün ABŞ-nin Ukraynaya verdiyi “Patriot” hava hücumundan müdafiə sistemini döyüş meydanında məhv etməsi, strateji əhəmiyyətdən daha çox siyasi əhəmiyyət kəsb edəcək.
Bu barədə “Forbes” yazır.
Nəşr hesab edir ki, Putin Ukrayna “Patriot”unu məhv etmək üçün İran tərəfindən verilən silahlardan istifadə edə bilər.
İran ordusunun belə bir hücumun planlaşdırılmasında və həyata keçirilməsində Rusiyaya kömək etməsi təəccüblü deyil. Çox güman ki, Rusiya “Patriot”un məhv edilməsini təmin etmək üçün öz radarına qarşı misli görünməmiş sayda “Shahed” və raketlər ata bilər.
Bununla da Kreml açıq şəkildə bildirəcək ki, ABŞ və müttəfiqlərinin Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək cəhdlərinə baxmayaraq, onun hücumlarını dayandırmaq mümkün deyil.
“Patriot”un məhv edilməsi, Putin üçün də simvolik ola bilər. Putin ondan öz təbliğatı üçün istifadə edə bilər”, – Forbes yazıb.
ABŞ-ın Nyu-York şəhərində yaşayan azərbaycanlı fəalların BMT-nin mənzil-qərargahı önündə dinc etiraz aksiyası keçirilib.
Azərbaycan-Amerika Qadınlar Assosiasiyasının rəhbəri Minəvvər Vahabovanın təşkilatçılığı ilə baş tutan aksiya Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindəkı faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının ermənilər tərəfindən qeyri-qanuni istismarına etiraz səsini ucaltmaq, Şuşa-Xankəndi yolunda etiraz edən azərbaycanlı ekofəalları, vətəndaş cəmiyyətinin təmsilçilərini və könüllüləri dəstəkləmək məqsədilə gerçəkləşdirilib.
Aksiya iştirakçıları üzərində “Ermənistanın ekoloji terrorunu dayandırın!”, “Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına son qoyulsun!”, “Ekoloji cinayətə son!”, “Azərbaycanın ətraf mühütinə qarşı cinayətlərə son qoyun!”, “Erməni separatçılarının qeyri-qanuni fəaliyyətinə son qoyulsun!”, “Laçın yolundan hərbi məqsədlərlə istifadəyə son qoyulmasını tələb edirik!”, “Bəşəri cinayət!”, “Ətraf mühitə aradan qaldırılması mümkün olmayan zərərlər vurmağı dayandırın!” şüarlarının əks olunduğu plakatları nümayiş etdiriblər.
Münəvvər Vahabova BMT-yə müraciətində bildirib ki, Ermənistanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycanın tarixi-hüquqi torpaqlarında faydalı qazıntı yataqlarını qeyri-qanuni olaraq istismar etməsi cinayətdir. Bu, yalnız Azərbaycanın deyil, dünyanın ekosisteminə və bütövlükdə bəşəriyyətə vurulan ən böyük zərbədir.
Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoterror barədə ətraflı məlumat verilib.
Böyük Britaniya Kralı III Çarlz yetkinlik yaşına çatmayan azyaşlını cinsi istismar etməkdə təqsirli bilinən kiçik qardaşı şahzadə Endryunu Bukingem sarayından qovub.
Bu barədə “The Sun” məlumat yayıb. Saraya yaxın mənbə nəşrə bildirib ki, Endryunun Bukengemdə qalması artıq rəsmi olaraq mümkün deyil. Kral bunu açıq şəkildə vurğulayıb ki, Endryu artıq krallıq vəzifələrini yerinə yetirməyəcək, o, təkbaşınadır.
Belə ki, bundan sonra şahzadə Endryu sarayının ünvanından yazışmalar üçün istifadə edə bilməyəcək.
Bununla yanaşı, nəşr yazır ki, Endryu Sandrinqem sarayında kral ailəsinin digər üzvləri ilə Milad bayramı üçün nəzərdə tutulan ziyafətdə iştirak edəcək.
Qeyd edək ki, amerikalı Virciniya Roberts-Qiuffre 17 yaşında olanda dəfələrlə şahzadənin təcavüzünə məruz qaldığını iddia edib. Virciniyanın dediyinə görə, bu, onun dostu, pedofiliyada və yetkinlik yaşına çatmayanların cinsi alverində ittiham olunan milyonçu Cefri Epşteynin malikanəsində baş verib. Mərhum Kraliça II Elizabet onu hərbi rütbə və titullardan məhrum etmişdi. (axşam.az)