Böyük Britaniyanın “The Economist” jurnalı 2023-cü ildə baş verə biləcək hadisələrlə bağlı material hazırlayıb.

“The Economist”in proqnozlarına görə, iqtisadi problemlər və geosiyasi gərginlik 2023-cü ildə də dünyanın əsas gündəmi olmaqda davam edəcək.

Nəşr növbəti il üçün iqtisadi proqnozlarını da sadalayıb. Qeyd olunub ki, enerji qiymətləri, inflyasiya, yüksək temperatur, quraqlıq, yüksək faiz dərəcələri, iqtisadi artım və ərzaq qıtlığı Ukraynadakı münaqişənin yaxın aylarda necə inkişaf edəcəyindən asılıdır. Ukraynanın sürətli irəliləməsi Vladimir Putini təhdid edə bilər, lakin vəziyyətin dalana dirənməsi ən çox ehtimal olunan nəticə kimi görünür.

Rusiya diqqətini Ukraynadakı müharibəyə yönəltdikcə, başqa yerlərdə münaqişə riski artır və başqa toqquşmalar baş verir.

“The Economist”in təxminlərinə görə, Çin düşünə bilər ki, Tayvana qarşı hərəkət etmək üçün daha yaxşı vaxt olmayacaq. Qeyd olunur ki, belə bir vəziyyətdə Himalay dağlarında Hindistan-Çin gərginliyi də arta bilər.

Bundan əlavə, siyahıda Türkiyə ilə bağlı məqamlara da yer verilib. Jurnalın yazdığına görə, Egeydə Türkiyə-Yunanıstan gərginliyindən sonra Türkiyənin müdaxiləsi ola bilər.

ABŞ çox məxfi silahını təqdim etməyə hazırlaşır. 203 milyard dollarlıq layihə üzərində 8 min adam çalışıb. Əvvəllər görünməmiş müharibə texnologiyalarını özündə birləşdirən gizli silah dekabrın 2-də təqdim olunacaq

ABŞ Hərbi Hava Qüvvələri gələn ayın əvvəlində indiyə qədər istehsal edilmiş ən təkmil təyyarəsini təqdim etməyi planlaşdırır. B-21 Raider gizli bombardmançı təyyarəsi dekabrın 2-də Kaliforniya ştatındakı müdafiə şirkəti olan Northrop Grummanın zavodunda təqdim ediləcək.

Musavat.com xəbər verir ki, təyyarə ən son gizli texnologiyalardan istifadə edərək uzunmənzilli bombardman və nüvə missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.

350445

Northrop Grumman şirkətinin rəhbəri Tom Cons bildirib ki, təyyarə yüksək rəqabətli mühitlərdə əməliyyatlar üçün optimallaşdırılıb. Cons bombardmançı təyyarənin hazırlandığı "Defense One" inkişaf layihəsinin 40 əyalətdə 8000-dən çox işçini əhatə etdiyini vurğulayıb.

Hərbi Hava Qüvvələri B-21-i altıncı nəsil təyyarə adlandırıb. Bu xüsusiyyət B-21 Raider-i ən qabaqcıl təyyarə kimi müəyyənləşdirir.

Təyyarələrin nəsilləri uçuş texnologiyasının əsas mərhələləri ilə adlandırılır. B-21-ə qədər dünyanın ən qabaqcıl döyüş təyyarələri beşinci nəsil kimi tanınırdı. 1990-cı illərdə və 21-ci əsrin əvvəllərində hakim olan beşinci nəsil texnologiya indi öz yerini 6-cı nəsil təyyarələrə verməyə başlayıb.

350446

Doolittle Raiders

Raider adını İkinci Dünya Müharibəsi zamanı Doolittle Raiders kimi tanınan bombardmançı ekipajdan alıb.

Raiders Yaponiyanın Pearl Harbora hücum edərək ABŞ-ı müharibəyə daxil etməsindən bir neçə ay sonra, 18 aprel 1942-ci ildə Tokioya hücum etmək üçün könüllü olan 80 Hərbi Hava Qüvvələri üzvündən ibarət idi. Bomba basqını polkovnik-leytenant Ceyms Dulitl tərəfindən planlaşdırılıb və idarə olunub. Tokio hücumu USS Hornet gəmisinin göyərtəsindən atılan 16 B-25 bombardmançı təyyarəsi ilə həyata keçirilib.

350447

350448

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin paytaxtı Kvettada baş verən partlayış nəticəsində üç nəfər həlak olub, 30-dan çox adam yaralanıb.

Oxu.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, yaralananlar arasında 15 polis əməkdaşı da var.

Həyatını itirənlərin biri polis, biri uşaq, biri isə qadındır.

İlkin məlumatlara görə, kamikadze polisin mühafizəsi altında olan peyvənd məntəqəsinin yaxınlığında kustar üsulla hazırlanan partlayıcı qurğunu işə salıb.

Bazar ertəsi Pakistan hakimiyyəti Pəncab, Sind və Bəlucistan əyalətlərinin 23 regionunda beş yaşdan kiçik 13,5 milyon uşaq üçün ilin üçüncü poliomielit peyvəndi kampaniyasına başlayıb.

Uşaqların poliomielit xəstəliyinə qarşı kütləvi peyvənd edilməsi ilk dəfə Pakistanda 2020-ci ildə başlayıb, lakin Əfqanıstanla həmsərhəd ərazilərdə “Taliban” yaraqlıları tərəfindən bu peyvənd dayandırılıb. Ekstremistlər poliomielit kampaniyasının “İslam dəyərlərini sarsıtmaq” üçün “Qərb planının” bir hissəsi olduğunu bəhanə edərək peyvənd məntəqələrinə, həkimlərə və Pakistan təhlükəsizlik qüvvələrinə hücum ediblər.

Kreml Belarus ordusunu Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün radikal variant planlaşdırıb. Plana əsasən Aleksandr Lukaşenkonu aradan götürülməsi və bu yolla Belarus ordusuna nəzarəti ələ keçirmək nəzərdə tutulur.

Belə bir iddia ilə Robert Lansinq İnstitutunun (RLI) analitikləri çıxış edib.

“Unian”ın yazdığına görə, Rusiya hərbi rəhbərliyindəki mənbələr Kremlin Lukaşenkonu aradan qaldırmaq barədə artıq qərar qəbul etdiyini təsdiqləyiblər.

Kreml sui-qəsd cəhdi uğursuz olsa belə, Lukaşenkonun qətlində “NATO kəşfiyyatının rəhbərliyi altında Ukrayna və Polşanın iştirakı” barədə uydurma sübutlar təqdim etməyi planlaşdırır.

Rusiya Federasiyasının hərbi kəşfiyyatı yaxın günlərdə ya Belarus Prezidenti Aleksandr Lukaşenkonun həyatına qəsd, ya da onun təqlidi ilə ssenari hazırlamağa cəhd edə bilər. Bu əməliyyatın məqsədi Belarus liderini qorxutmaq, onu Rusiya tərəfində müharibəyə girmək əmrini verməyə sövq etmək olacaq.

Rusiya xüsusi xidmət orqanı artıq əməliyyat zamanı Lukaşenkonun öldürülməsi ssenarisi üzərində işləyir.

Analitiklər hesab edir ki, bundan sonra Rusiya iki ordunu vahid komandanlıq altında birləşdirmək istədiyini istisna etmirlər.

Erməni terrorçusu, ASALA-nın keçmiş üzvü Martiros Jamkoçyan İrəvanın Yerablur məzarlığında olarkən “Hraparak” qəzetinə müsahibə verib və orada terrorçu və cani Monte Melkonyanla İran xüsusi xidmət orqanları arasında əməkdaşlıq faktlarını açıqlayıb.

Xatırladaq ki, Melkonyan 1993-cü ilin iyununda Azərbaycanın Ağdam rayonunun Mərzili kəndində Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.

350210
 

Caliber.Az-ın arayışı:

Martiros Jamkoçyan 21 iyun 1958-ci ildə Livanın paytaxtı Beyrutda anadan olub. Gənc yaşlarından erməni terror təşkilatı ASALA-ya qoşulub. Jamkoçyan 1981-ci il iyunun 9-da Cenevrənin mərkəzində türk konsulluğunun əməkdaşı Mehmet Yerquzu üç güllə ilə öldürüb. İsveçrə məhkəməsi terrorçunu 10 il müddətinə azadlıqdan məhrum edib. Jamkoçyan həbsxanadan çıxdıqdan sonra Ermənistana, oradan isə qanunsuz olaraq Qarabağa köçüb və burada Monte Melkonyanın komandanlığı altında olan dəstənin tərkibində etnik təmizləmə və dinc azərbaycanlı əhalinin qətlə yetirilməsi işlərində fəal iştirak edib. Komandirindən fərqli olaraq, Jamkoçyan haqq etdiyi cəzadan qurtula bilib və bu gün Ermənistanda yaşayır.

Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində M.Jamkoçyan bildirib ki, 1992-ci ilin yazında terrorçu Monte Melkonyanla birlikdə Xocavənddə azərbaycanlılara qarşı etnik təmizləmə ilə məşğul olub.

“Orada yolboyu türklərin (azərbaycanlıların - red.) yaşadıqları kəndlər var idi. Və qrupumuz bu əraziləri “təmizləməyə” başladı. Dəstəmiz bütün regionda ən çox hərbi texnika və silaha malik idi”, - deyə Jamkoçyan yada salıb.

Eyni zamanda terrorçu maraqlı epizoddan - Monte Melkonyanın İran tərəfi ilə əməkdaşlığından danışıb.

350211

“Qubadlının azad edilməsindən” (Qubadlının işğalı 1993-cü il avqustun 31-də baş verib, o zaman Monte Melkonyan artıq məhv edilmişdi – red.) əvvəl farslar Monteyə zəng etdilər, onunla hesablaşırdılar. Bu bir sirdir və mən onu bu gün sizə açıram. Farslar Monte ilə görüşmək üçün Qorisə (Gorus - red.) gəldilər, onlar əməliyyatın hazırlanmasından xəbərdar idilər. Həmin vaxt biz Laçın şəhərində idik, oradan Zəngilana, Qubatlıya (Qubadlıya - red.), Horadizə hücum etmək üçün tank diviziyamızın bir hissəsini buraya gətirmişdik. Farslar bu əməliyyatdan xəbər tutdular, bütün bunları kimin təşkil etdiyini öyrəndilər. Və o zaman İranın marağı ondan ibarət idi ki, bizimlə əməkdaşlıq etsinlər, heç nə olmasın, müharibə Araksın (Araz - red.) o tərəfinə keçməsin. Onlar zəmanət istəyirdilər və bizimlə danışıq aparmağa gəlmişdilər. Bu, 1993-cü ilin əvvəlində, yazda idi. Dostlarımız və düşmənlərimiz kimlə qarşı-qarşıya gəldiklərini bilirdilər. Ona görə də bizimlə hesablaşdılar, danışıqlar apardılar. Təbii ki, biz farslara təminat verdik ki, əsgərlərimiz İran istiqamətində və həmin istiqamətdə geri çəkilən azərbaycanlılara atəş açmayacaqlar. Belə də oldu”, - Jamkoçyan açıqlamasında bildirib.

Erməni terrorçunun əslində hamıya məlum olan bu “sirr”i Tehranın ikibaşlı siyasətinin daha bir göstəricisidir.

Azərbaycanın ərazi bütövlüyünü şifahi şəkildə dəstəkləyən, Azərbaycan və İran xalqları arasında tarixi, dini və mədəni bağlardan danışan İran, buna baxmayaraq, Qarabağda erməni terrorçular ilə əməkdaşlıq edib.

Məlumdur ki, 1992-ci ildə biz Şuşanı da İranın vasitəçilik adı altında apardığı danışıqlar zamanı itirdik.

Buna görə də heç təəccüblü deyil ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin qabaqcıl dəstələri Araz çayı boyu Xudafərin elektrik stansiyasının ərazisindən keçərək ən qısa və təhlükəsiz yolla Zəngilana daxil olmaq istəyərkən onların qarşısını İran ordusunun bölmələri kəsib.

İran tərəfinin müharibə zamanı Azərbaycan ordusunun bölmələrinin hərəkətləri ilə bağlı ermənilərə kəşfiyyat məlumatları ötürməsi də mollaların Ermənistanın işğalçılıq siyasətinə və onun Qarabağda həyata keçirdiyi işğalçı siyasətinə nə qədər isti yanaşdıqlarından xəbər verir.

Mənbə: Caliber.Az

Antalyada silahlı insident zamanı 2 polis əməkdaşı yaralanıb.

Türkiyə mətbuatı xəbər verir ki, Antalyanın Manavqat rayonunda xidmət aparan yol polis əməkdaşları şübhəli gördükləri bir avtomobili dayandırmaq istəyib. Bu zaman polisin “saxla” əmrinə tabe olmayan şəxslər polis əməkdaşlarına odlu silahdan atəş açıb.

 Atışma nəticəsində iki polis əməkdaşı yaralanıb. Şübhəli şəxslərdən bir nəfər silahlı insident zamanı ölüb, üç nəfər isə saxlanılaraq şöbəyə gətirilib.

Araşdırma aparılır.

 

 

 

“British Petroleum (BP) Azərbaycanın təkcə enerji sektoruna 80 milyard dollara yaxın sərmayə qoyub. Bundan əlavə olaraq Azərbaycanın digər sektorlarına qoyulan on milyardlarla investisiyalar yatırıb. Bura Mərkəzi Asiyaya, o cümlədən enerji sahəsinə on milyardlarla dollarlıq Britaniya sərmayəsi də əlavə edilməlidir. Məhz bunun üçün də Böyük Britaniyaya Rusiya və İrandan yan keçəcək türk dünyasını iqtisadi cəhətdən birləşdirəcək Zəngəzur dəhlizinə ehtiyacı var”.

Bunu erməni politoloq Stepan Danielyan öz facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Fransaya gəldikdə isə “Total” şirkəti Azərbaycana cəmi 1 milyard, digər sektorlarla birlikdə cəmi 3 milyard sərmayə qoyub, Azərbaycan isə Fransaya yatırdığı sərmayələrin həcmi təxminən 6 milyard təşkil edir.

“Bundan əlavə, Fransa 2017-ci ildə Total Trampın İranın nüvə proqramı razılaşmasını tərk etməsindən sonra İrana 4,8 milyard sərmayə qoyub. İndi isə Fransa özünü qurban hesab edir”, - o qeyd edib.

Erməni politoloq əlavə edib ki, Böyük Britaniya Aİ-dən çıxandan sonra Fransa-Britaniya rəqabəti daha da güclənib və indi Fransa Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasının qarşısını almaqla Britaniyaya cavab zərbəsi endirmək istəyir: “Buna görə də Fransa Senatı fəallaşıb. Fransa Azərbaycandan nəsə qoparmayanadək, yəqin ki, sakitləşməyəcək. Rusiya da öz maraqlarını rəhbər tutur, bu da təbiidir, amma indi məğlubiyyət mərhələsindədir.

Burada başqa bir şey yoxdur, sadəcə biznes. Qeyri-adi heç nə yoxdur, insanlar bizneslə məşğuldurlar, amma bunu həyatı oriyentasiya baxımından qəbul edən kütləyə necə izah etmək olar...”, - deyə o bildirib.

İranlı futbolçuların yaxınları Qətərdə keçirilən dünya çempionatında ABŞ-la III turun oyunundan əvvəl yerli hakimiyyət tərəfindən təzyiqlərlə üzləşiblər.

"Report" xəbər verir ki, bu barədə CNN müxbiri Sem Kili iddia irəli sürüb.

Onun sözlərinə görə, iranlı oyunçular özlərini "düzgün aparmasalar", onların qohumları həbs və işgəncə ilə hədələniblər.

İslam İnqilabı Keşikçilərinin futbolçuları izlədiyi də bildirilib. Onlara yığmanın düşərgəsindən kənara çıxmaq və əcnəbilərlə görüşmək qadağan edilib.

Qeyd edək ki, İran - ABŞ matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Asiya təmsilçisinə qrupdan çıxmaq üçün heç-heçə də sərf edir.

Türkiyə terrorun cavabını döyüş meydanında verir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O qeyd edib ki, Türkiyənin cənub sərhədlərində həyata keçirdiyi əməliyyatlarda bir neçə terrorçu məhv edilib.

Türkiyə liderinin sözlərinə görə, terrorçular buna qarşılıq olaraq çirkin üzünü göstərərək mülki insanları hədəf aldı.

“Vətənimizin, xalqımızın təhlükəsizliyi ilə bağlı addımlar atarkən heç kimdən icazə almırıq və heç kimin qarşısında cavab verməyəcəyik. Türkiyənin təhlükəsizlik zolağını genişləndirməyə yönəlmiş hərbi əməliyyatları heç kəsi narahat etməməlidir”,- deyə Türkiyə Prezidenti əlavə edib.

Almaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

APA məlumatına görə, səfir Hans Udo Motsel Almaniyada İranda baş verən son hadisələrlə bağlı İnsan Hüquqları Şurasının növbədənkənar iclasının keçirilməsi təşəbbüsünə və Almaniya hakimiyyətinin İrandakı etirazlarla bağlı bəyanatlarını təkrarlamasından sonra İran XİN-ə çağırılıb. Ona İran hökumətinin rəsmi etiraz notası təqdim olunub.


Həmçinin Almaniya səfirinə İnsan Haqları Şurasının növbədənkənar iclasının son qətnaməsinin siyasi yanaşmaya əsaslanan yanlış addım olduğu bildirilib. İranın bu qətnamə əsasında

Xəbər lenti