Fransa Statistika Agentliyinin dərc etdiyi hesabatda ölkədə hər 2 gündə 1 qadının öldürüldüyü məlum olub.

Xarici KİV xəbər verir ki, ölkədə 2022-ci ilin əvvəlindən 121 qadın öldürülüb.

Öldürülən qadınların 86-nın öz evində hücuma məruz qaldığı, 54-nün isə zorakılıq və ya ayrılıq səbəbiylə qətl edildiyi bildirilir.

Həyatını itirən qadınların 63-nün ana olduğu, 6-nın isə uşaqları ilə birlikdə öldürüldüyü məlum olub.

Həmçinin, qətlə yetirilən qadınlardan 2-nin 5 və 8 aylıq hamilə olduğu qeydə alınıb.

2022-ci ildə Fransada törədilən qadın cinayətləri nəticəsində 129 uşaq yetim qalıb.(qafqazinfo)

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevin fəxri vətəndaşı olub.

Bu barədə Kiyev meri Vitali Kliçko “Telegram” kanalında məlumat verib.

“Kiyev Şəhər Şurası Ukraynanın böyük dostu Boris Consona Kiyevin fəxri vətəndaşı adının verilməsi barədə qərarı təsdiqləyib. Boris Ukrayna paytaxtına dəfələrlə səfər edib - həm sülh dövründə, həm də ruslara qarşı mübarizəmizin ən dramatik vaxtında. Əminəm ki, Conson Böyük Britaniya və dünya liderlərinin Ukraynaya lazımi yardımı göstərməsi üçün mümkün olan hər şeyi edib və etməyə davam edəcək”, - Kliçko yazıb.

O, ölkəsinə verdiyi dəstəyə görə Consona təşəkkür edib.

“Biz bu fəxri mükafatı təqdim etmək üçün onu yenidən Kiyevdə gözləyirik!”, - mer əlavə edib.

ABŞ-ın paytaxtı Vaşinqtonda Çin dronlarına görə həyəcanlı anlar yaşanıb.

" Çin istehsalı olan yüzlərlə dron Vaşinqtonda məhdudlaşdırılmış hava məkanı üzərindən uçub.

Bu uçuşların həyata keçirildiyi hava məkanında Ağ Ev, Kapitoli binası və Pentaqonun yerləşməsi casusluqla bağlı təşvişə səbəb olub.

"Senatorlar Ağ Ev, Kapitoli və Pentaqonun hava məkanına yüzlərlə dronun müdaxilə etdiyini eşitdikləri üçün narahatdırlar", yazan "Politiko" məsələ ilə bağlı brifinq təşkil edildiyini də iddia edib.(axar.az)

“Təl-Əvivlə Kiyev arasında problemlərin olmasına baxmayaraq İsrail Ukraynaya kömək etməyə hazırdır. Burada isə Ukrayna İsrailə qarşı çıxır. Bu, işimizi sıfıra endirə bilər. Ukraynanın buna çox ehtiyacı var...”

Bu barədə Ukraynanın ravvini Moşe Asman “YouTube” kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu gün İsraildə rus mediası işləyir və insanları zombiləşdirirlər.

“Yaxşı haldır ki, bir çox insanlar alternativ məlumat mənbələrindən istifadə edirlər. Mən Təl-Əvivdə Ukraynaya dəstək mitinqində idim və hansı dildə danışacağımı soruşdum. Çünki Rusiyadan çoxlu mühacir var idi. Mən onların Ukraynaya dəstək verməsinə təəccübləndim. Sonra anladım ki, onlar Rusiyanın nə olduğunu başa düşdükləri üçün oranı tərk ediblər”, - ravvin qeyd edib.

O qeyd edib ki, Rusiyanın Ukraynadakı hərbi təcavüzü faşistlərin törətdiklərindən heç nə ilə fərqlənmir: “Biz bunun Buça və Stoyanka yaxınlığındakı Anatevka yəhudi qəsəbəsində şahidi oldum. Rus qoşunları mülki avtomobilləri güllələyiblər. Onlar faşistlər haqqında kitablardakı kimi davranırdılar. Onlar cəzalandırıcı kimi davrandılar. Şəxsən mənim üçün şok oldu. Mən SSRİ-də böyümüşəm, antifaşist kitablar üzərində tərbiyə almışam və alman faşistləri kimi vəhşilikləri görəndə anladım ki, dünya alt-üst olub. Bu, bütün dünyanı məhv edəcək qədər dəhşətli bir pislikdir. Müharibə olacağını anlayırdım, amma belə bir miqyasda olacağını təsəvvür edə bilməzdim”.

O hesab edir ki, zəruri infrastrukturlara və obyektlərə məqsədyönlü zərbələr vurmaqla, insanları aclıq, soyuqla imtahana çəkmək istəyir: “Düşünürlər ki, insanlar dərhal təslim olmaq üçün qaçıb qul, təhkimli olmağı xahiş edəcəklər. Bu insanlar təslim olmayacaqlar. Ukrayna xalqı qürurlu xalqdır. Rusların etdikləri isə əks nəticəyə gətirib çıxarır. Heç kim sovet əsarətinə keçmək istəmir. İnsanlar azad həyat yaşamaq istəyirlər və yaxşılıq şərə qalib gələcək. Dünya Ukraynanın yanındadır və hər şey yaxşı olacaq”.

İrəvanda KTMT dövlət başçılarının toplantısı bir sıra məqamları ilə yadda qalan olub.

Toplantıda iştirak edən “kommersant”ın müxbiri Andrey Kolesnikovun yazdığına görə, KTMT-nin sammiti, şübhəsiz ki, təkcə Avrasiya məkanında deyil, “ümumiyyətlə, unikaldır”.

O qeyd edib ki, fotomüxbir fotoçəkmə marsimində bir sıra ölkə liderlərinə irad tutub. Fotomüxbir hətta Qırğızıstan və Ermənistan liderinə qalstuk düzəltməmələrinə kəskin formada irad tutub.

Qırğızıstan Prezidenti dodaq altında nəsə deyib, fotomüxbirin dediklərinə əhəmiyyət verməyib.

Ermənistanın baş nazirinin narahat olacağı bir şey yox idi, amma o özünü saxlaya bilməyib zəif gülümsəyərək, fotomüxbirə bir növ ümidverici siqnal göndərməklə yanaşı qalstukunu düzəltməyə başlayıb.

Foto çəkilişi zamanı hiss olunacaq dərəcədə Putin Paşinyanın üstünə çımxırıb. Nə dediyi anlaşılmasa da, Paşinyan Putinin qarşısında pərt formada dayanmalı olub.

Kolesnikov qeyd edib ki, KTMT-də ötən ilin əsas uduzanı Ermənistanın baş naziri Nikol Paşinyan, əsas faydalananı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, əsas çıxış edən Prezidenti isə Aleksandr Lukaşenkodur.

Onun fikrincə, Ermənistanın KTMT-də sədrliyi başa çatdığından və heç bir nəticə əldə edə bilmədiyindən Nikol Paşinyan qapını çırpması aydın sezilirdi.

“Lakin sammitdə Paşinyanın nə çıxışlarına, nə də hərəkətlərinə məhəl qoydu. Bu acı bir reallıq idi”, - o qeyd edib.

Paşinyan KTMT üzvlərini pis vəziyyətdə qoymaq üçün təşkilatı hər vəchlə Azərbaycanla qarşıdurmaya sövq etməyə çalışırıdı, lakin onun bu cəhdləri uğursuz alındı. Paşinyan bu hərəkətləri ilə öz həmkarlarını bundan sonra da yöndəmsiz vəziyyətə salmağa çalışdığı açıq-aydın görünürdü. KTMT-yə üzv dövlətlərin liderləri onun bu niyyətini başa düşdüyündən, Ermənistan-Azərbaycan münaqişəsinə qarışmaq istəmir. Lukaşenko bu barədə ona açıq şəkildə, bir neçə dəfə ardıcıl və hətta kobud şəkildə reaksiya vermək zorunda qalıb.

Hətta Paşinyan KTMT-dəki uğrusuzluğunu açıq şəkildə etiraf edib: “Mən bunu Ermənistanın KTMT-dəki əsas uğursuzluğu kimi qiymətləndirirəm”.

İrəvandakı sammitdə digər diqqət çəkən məqam toplantının 1,5 saat ərzində bitməsi nəzərdə tutulsa da, 3 saat davam edib. 1,5 saatdan sonra toplantı genişləndirilmiş fomatda keçirilməsi və orada Rusiyanın müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin də iştirakı nəzərdə tutulub. Foyedə tədbirə qatılmağı gözləyərək, bir-biri ilə şən söhbət edirdilər, amma bir müddətdən sonra nədənsə kədərli hal alaraq fotojurnalistləri zalda qoyub oranı tərk ediblər.

Rusiya Ukraynada mühüm infrastruktur obyektlərinə hücumlarını gücləndirdikdən sonra təhlükəsizlik təhdidləri yaranmağa davam edir.

Xarici KİV xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) verdiyi açıqlamada Ukraynanın Zaporojya Atom Elektrik Stansiyasının milli elektrik şəbəkəsindən ayrıldığı bildirilib.

Agentlik generatorların işlək vəziyyətdə olduğunu açıqlayıb:

“Zaporojye AES-də nüvə təhlükəsizliyi vəziyyəti getdikcə daha təhlükəli hala gəlir" - məlumatda qeyd edilib.

MAQATE-nin əməkdaşları bildirirlər ki, hazırda 6 reaktor təhlükəsiz və dayanıqlıdır. İki reaktor isti, 4 reaktor isə soyuq bağlanma rejiminə salınıb.

Qeyd edək ki, bundan əvvəl Xmelnitski AES və Cənubi Ukrayna AES Rusiyanın raket hücumları səbəbindən milli elektrik şəbəkəsindən ayrılmışdı. Ukrayna Ali Şurasının üzvü Oleksiy Honçarenko Ukraynanın cənub-qərbində ikinci ən böyük atom elektrik stansiyası olan Cənubi Ukrayna AES-in enerji bloklarının fövqəladə vəziyyətə uyun olaraq qapadıldığını bəyan etmişdi.

Lavrov bu dəfə İrəvanda fotoqrafı danladı

Xəbər verdiyimiz kimi, Rusiyanın XİN rəhbəri Sergey Lavrov noyabrın 23-ü İrəvanda KTMT-nin sammitində iştirak edib.

“Qazeta.ru” məlumatına görə, sammit çərçivəsində KTMT ölkələrinin nümayəndələri birgə foto çəkdirərkən Lavrov tədbiri lentə alan fotoqrafa irad bildirib. Onun bu addımı erməni mediasında müzakirələrə səbəb olub.

Məlumata görə, fotoqraf hər kəsin kadra düşə bilməsi üçün Ermənistanın müdafiə naziri Suren Papikyandan bir qədər sağa çəkilməsini xahiş edib. Bəzi məlumatlara görə isə, fotoqraf bu xahişini məhz Lavrova ünvanlayıb.

Rusiya XİN rəhbəri isə fotoqrafın bu xahişinə cavabında ondan öz öhdəliklərini yerinə yetirməsini tələb edib: “Başqa nə istəyirsiniz? Sizin işiniz foto çəkməkdir, göstəriş vermək yox!”

Bildirilir ki, Lavrov daha sonra ikinci sırada dayanan Rusiya müdafiə naziri Sergey Şoyqunun da kadra düşməsi üçün bir qədər aşağı əyilib.

Xatırladaq ki, Sergey Lavrov müxtəlif tədbirlər zamanı jurnalistlərə sərt cavab verməsi ilə tez-tez gündəmə gəlir.

 

 
 
Zelenski işıqsız qalan vilayətlərin sayını açıqladı

“Noyabrın 23-nə olan məlumata görə, Rusiya tərəfinin açdığı atəş nəticəsində Ukraynanın 11 vilayəti elektrik enerjisiz qalıb”.

“Kommersant xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.

Onun sözlərinə görə, işıqsız qalan bölgələrdə tədricən elektrik enerjisinin verilişi bərpa olunur.

Xatırladaq ki, Rusiya oktyabrın əvvəlindən başlayaraq Ukrayna ərazisinə kütləvi hücumlar həyata keçirməyə başlayıb. Dünən Kiyevə endirilən zərbələr nəticəsində 6 nəfər həlak olub, daha 36 nəfər isə yaralanıb.

Ukraynanın ravvin Moşe Reuven Asman İsrailin Ukraynaya açıq yardım edə bilməməsinin şok detallarını açıqlayıb.

İsrail Ukraynaya hər cür kömək etmək istəyir, lakin öz təhlükəsizliyi baxımdan yardım edə bilmir.

Bu barədə ukraynalı ravvin Moşe Asman yutub kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, müəyyən səbəblərdən Rusiyanın bir neçə ildir ki, Suriya boyunca İsraillə sərhədi var: “Rusiya ilə yanaşı, orada İran, Hizbullah da var. Onlar orada İsraili təhdid edir”.

O deyib ki, İsrail açıq münaqişə istəmir, çünki Hizbullahın orada İsrailə uça bilən raketləri var.

“İran isə onlara raket göndərməyə davam edir. Rusiya da orada nəsə edir. Ona görə də İsrail Rusiya ilə açıq münaqişə istəmir. Çünki Rusiya İsraili şantaj edir. İsraili başa düşə bilərsiniz. Mən İsrail cəmiyyətinin fikrini dəyişdirmək üçün əlimdən gələni etdim, baş nazir Benyamin Netanyahu ilə üç dəfə görüşdüm və ona Ukrayaya kömək etməyin nə qədər vacib olduğunu izah edə bildim”, - o qeyd edib.

O əlavə edib ki, bu gün Rusiya İranın yanındadır: “İran açıq şəkildə bəyan edir ki, yəhudi dövlətini məhv etmək istəyir. Rusiya indi onunla strateji müttəfiqdir. İranın pilotsuz təyyarələri isə Ukraynada İsraili vurmaq üçün sınaqdan keçirilir. Təbii ki, bütün bunlar pulsuz həyata keçirilmir. Bəzi məlumatlara görə, Rusiya İrana nüvə texnologiyası verir. Bu çox təhlükəli məqamdır. Əminəm ki, İsrail kəşfiyyatı bütün bunları bilir. Yəni Rusiya açıq şəkildə təkcə Ukraynaya deyil, İsrailə də qarşı çıxır”.

Böyük Britaniya Ukraynaya üç “Sea King” helikopteri və 10 min artilleriya mərmisi bağışlayıb.

“Bbc xəbər verir ki, Britaniyanın müdafiə naziri Ben Uolles Osloda çıxışı zamanı bildirib ki, üç “Sea King” helikopterindən birincisi artıq Ukraynaya çatıb.

Ukrayna ekipajları son altı həftə ərzində Böyük Britaniyada bu axtarış-xilasetmə helikopterlərinin uçması və saxlanması üçün təlim keçiblər.

Uolles əlavə edib ki, Ukrayna yeni işğaldan azad edilmiş ərazilərin müdafiəsi üçün 10 min artilleriya mərmisi də alacaq.

Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Ukraynaya dəstəyin sarsılmaz olaraq qalacağını vurğulayıb.

Xəbər lenti