![]() |
|
Ankara Suriyada gərginliyin qarşısını almaq üçün “müəyyən təmkin” nümayiş etdirməlidir.
Apa xəbər verir ki, bunu Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.
Rusiyalı diplomat Astanada Suriya nizamlanmasına dair görüş başlamazdan əvvəl bu mövzunu müzakirə edib. Onun fikrincə, “kürd məsələsi də daxil olmaqla, hər hansı doğru həll yolu tapmağa çalışmaq” lazımdır.
“Əlbəttə, biz təkcə Suriyanın şimalında deyil, bütün Suriya ərazisində gərginliyin artmasının qarşısını almaq üçün türkiyəli həmkarlarımızı müəyyən təmkin nümayiş etdirməyə çağıracağıq”, - Lavrentyev vurğulayıb.
Diplomatın sözlərinə görə, Rusiya son aylarda Türkiyənin Suriyada genişmiqyaslı hərbi əməliyyat keçirməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi edib: “Rusiya Federasiyası buna nail oldu və ümid edirik ki, biz türkiyəli tərəfdaşlarımızı Suriya ərazisində ifrat güc tətbiq etməkdən çəkinməyə inandıra biləcəyik”.
Almaniya Aİ-nin Azərbaycandan qaz almaq planlarında heç bir ziddiyyət görmür.
Bunu Almaniyanın İqtisadiyyat Nazirliyi və XİN-in nümayəndələri jurnalistlərə bildirib.
Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib ki, Rusiya qazı Almaniyaya boru kəmərləri vasitəsi ilə birbaşa idxal edilmir. O eyni zamanda qeyd edib ki, idxal edilən qaz Rusiya mənşəli ola bilər və bunu istisna etmək olmaz.
“Hazırda bizim Rusiya qazının Aİ-yə idxalına qarşı heç bir sanksiyamız yoxdur. Biz Rusiya qazından müstəqil olmağı planlaşdırırdıq. Biz faktiki olaraq Rusiya qazını idxal etmirik. Lakin Aİ-də buna qarşı heç bir sanksiya yoxdur ki, bunu kömür və neft haqqında söyləmək olmaz”, - Almaniya XİN sözçüsü əlavə edib.
Almaniya İqtisadiyyat Nazirliyinin sözçüsü deyib ki, Rusiyanın qaz təchizatından müstəqil olmaq istədiyimizi açıq şəkildə bildirdik.
“Bu, şəffaf prosesdir. Avropa İttifaqına qaz axını, dolayı yolla, Azərbaycan ərazisindən həyata keçirilir. Almaniya Aİ-nin Rusiya mənşəli olmasına baxmayaraq, Azərbaycandan qaz almaq planlarında heç bir ziddiyyət görmür”, - o qeyd edib.
Çinin Henan vilayətindəki fabrikdə baş verən yanğında ən azı 36 nəfər ölüb.
Axar.az xəbər verir ki, bu barədə vilayət hökumətinin açıqlamasında bildirilib. Qeyd edilib ki, Anyan şəhərindəki yanğın nəticəsində 2 nəfər itkin düşüb, 2 nəfər isə xəsarət alıb.
Noyabrın 21-də günorta saatlarında başlayan yanğın axşam saat 20:00 radələrində nəzarət altına alınıb.
Hazırda ərazidə axtarış işləri aparılır. Ölü və yaralı sayının artması istisna olunmur.
Rusiya-Ukrayna müharibəsində danışıqların dalana dirəndiyindən nə vaxt bitəcəyi hamını düşündürür. Nə siyasətçilər, nə də hərbi ekspertlər müharibənin nə vaxt bitəcəyi barədə hələlik dəqiq bir söz deyə bilmirlər. Amma insanın biliyi bitən yerdə ulduzlar danışmağa başlayır.
Xarici mətbuat xəbər verir ki, astroloqların fikrincə, Rusiya-Ukrayna müharibəsində ən çətin dövr başa çatıb.
Xarici medianın yazdığına görə, mütəxəssislər düşünür ki, Ukrayna üçün ən çətin dövr fevralın 23-də başlayıb və bu təhlükəli müddət martın 3-dək davam edib. Martın 3-dən etibarən isə müharibədə tədricən dönüş dövrü başlayıb.
Astroloqlar hesab edir ki, hazırda Ukrayna transformasiyanı gözləyir.
Belə ki, astroloji qanunlarda Rusiya Dolça bürcü ilə idarə olunur. Son həftələrdə Saturn bu bürcdə möhkəm yerləşib. Saturn isə keçmiş günahlar üçün ciddi məhdudiyyətlər və qisas simvolu olan bir planet hesab edilir. Maraqlıdır ki, Saturnun Rusiyaya mənfi təsiri 2023-cü ilin birinci yarısına qədər davam edəcək. Gələcəkdə Rusiyanı da böyük təlatümlər gözləyir.
Ukraynada müharibə nə vaxt bitəcəyinə gəldikdə isə astroloqlar hesab edir ki, 2023-cü ilin martın 12-dən etibarən xaos və özünü məhv edən Pluton planeti tədricən fəaliyyət meydanını tərk edəcək. Onu münaqişə vəziyyətlərini danışıqlar və kompromislər yolu ilə həll etməyə üstünlük verən Yupiter əvəz edəcək. Aprelin əvvəlində Marsın Saturnla qarşılıqlı əlaqəsi də azalacaq. Bu vəziyyətdə sonuncular üstünlük təşkil etməyə başlayacaq. Bu hadisələri kifayət qədər birmənalı şərh etmək olar. Yəni döyüşçü Mars artıq vəziyyəti nəzarətdə saxlamayacaq. Bu o deməkdir ki, müharibə 2023-cü ilin birinci yarısında başa çata bilər.
Rusiya sərhəd-keçid məntəqəsində tələbləri sərtləşdirməsi nəticəsində Ermənistan-Gürcüstan sərhədində yenidən uzun növbələr yaranıb.
“erməni mediası xəbər verir ki, tələblərin sərtləşdirilməsi nəticəsində Lars keçid məntəqəsinə qədər 180 kilometrlik bir növbə yaranıb.
Rusiya tərəfi gömrük-keçid məntəqəsində bütün maşınları rentgendən keçirməsi nəticəsində gün ərzində cəmi 30-40 yük maşını sərhəddən keçir.
Türkiyənin məşhur seriallarından olan "Kurtlar Vadisi"ndə qumarxana səhnəsinin çəkildiyi məkanda əməliyyat keçirilib.
Hüquq-mühafizə orqanlarının İstanbulun Üsküdar bölgəsində keçirdiyi əməliyyat zamanı obyektin qumarxana kimi istifadə olunduğunu aşkarlanıb.
Nəticədə 29 qumarbaz və qumarxananı işlədən şəxslər məsuliyyətə cəlb edilib.
Həmin obyektin 18 il əvvəl "Kurtlar Vadisi" serialında qumar oynanılan məkan kimi görüntülənməsi hər kəsin təəccübünə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
SEPAH polkovniki Qasim Nəsiri Qərbi Azərbaycan əyalətinin Sarıdaş (Sərdəşt) şəhərində öldürülüb.
Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Toqquşmalarda çoxlu sayda rejim mühafizəçisinin də yaralandığı bildirilir.
Rusiyanı təcrid siyasətinin Avropa ölkələri üçün ciddi fəsadları olacaq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya mediasına müsahibəsində deyib.
“Bədəli sonsuz olacaq. Avropa Polşa ilə birlikdə bunu bədəlini daha çox ödəyir”, - deyə türk lider bildirib.