Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Türkiyənin Düzce vilayətində baş vermiş 5,9 bal gücündə zəlzələdən sonra əksəriyyəti dörd baldan yuxarı olmaqla 70-dən artıq avterşok qeydə alınıb.

***

Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərbində hiss olunub.

Məlumata görə, 35 nəfər xəsarət alıb.

Türkiyə rəsmilərinin məlumatına görə, zəlzələ nəticəsində tələfat yoxdur.

Qüdsün şəhərində iki fərqli nöqtədə ardıcıl partlayışlar baş verib.

Xarici KİV xəbər verir ki, İsrail polisinin verdiyi yazılı açıqlamaya görə, yerli saatla saat 07:00 radələrində Qərbi Qüdsün girişində yerləşən Givat Şaul bölgəsində avtobus dayanacağında partlayış baş verib.

Partlayış nəticəsində 11 mülki vətəndaşın yaralandığı bildirilib.

Yarım saat sonra Yerusəlimin başqa bir girişi olan Ramot qovşağında avtobus dayanacağı yaxınlığında növbəti partlayış baş verib və 3 nəfər yaralanıb.

Faktlarla bağlı araşdırma aparılır.

İsrail mediası partlayışların çantaya yerləşdirilən partlayıcının işə salınması nəticəsində baş verdiyini bildirib.

27 il sonra ilk dəfə Türkiyəyə gələcək
Kuba prezidenti Migel Mario Diaz-Kanel Bermudes Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə gəlir.

Türkiyə mətbuatı xəbər verir ki, noyabrın 24-dək Türkiyədə qalacaq olan Bermudezin səfəri iki ölkə arasındakı əlaqələr baxımından xüsusi əhəmiyyət kəsb edir.
Kanel 27 ildən sonra Türkiyəyə gələn ilk Kuba prezidenti olacaq. Sabah Ankarada keçiriləcək rəsmi görüşlərdə Türkiyə-Kuba münasibətləri bütün aspektlərdə nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq birgə addımlar müzakirə olunacaq.

Kaneli səfərdə baş nazirin müavinləri, xarici işlər naziri, xarici ticarət və xarici investisiyalar naziri, energetika və mədənlər naziri və ictimai səhiyyə naziri müşayiət edəcək.

Qeyd edək ki, Fidel Kastronun 1995-ci ildə Türkiyə ilə təması Kubadan Türkiyəyə bu səviyyədə ilk səfər idi.

Ərdoğanın 10-11 fevral 2015-ci il tarixlərində Kubaya səfəri Türkiyədən Kubaya prezidentlər səviyyəsində ilk səfər olub.

Bundan sonra isə iki ölkə arasında 2017 və 2019-cu illərdə nazirlər səviyyəsində qarşılıqlı səfərlər təşkil edilib.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bütün dövlət məmurlarının əmlakını yoxlamaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.

Report xəbər verir ki, bunu “Joqovurd” qəzeti yazıb.

Qeyd olunub ki, məmurların gizli biznesi, daşınar və daşınmaz əmlakı ilə bağlı araşdırma aparılacaq.

Nəşrin məlumatına görə, MTN-ə təqdim olunan siyahıda yüksək vəzifəli məmurlar, o cümlədən baş nazir Nikol Paşinyan, baş nazirin müavinləri, prezident, parlamentin sədri, deputatlar və başqalarının da adı var.

Türkiyə mərkəzli kosmetika istehsalçısı Azərbaycana gəlir.

“Him Kozmetik İlaç ve Gıda Sanayi Ticaret Anonim Şirketi”nin Azərbaycanda filialı açılıb.

Şirkətin Azərbaycan filialı Bakı şəhəri Xətai rayonu, Kazimağa Kərimov ev.15/3 ünvanında yerləşir və qanuni təmsilçisi Əliyev Orxan Rafiq oğludur. Şirkət cari ilin sentyabrın 26-da dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, “Him Kozmetik İlaç ve Gıda Sanayi Ticaret Anonim Şirketi” 2001-ci ildə yaradılıb və kosmetik məhsulların istehsalı və satışı ilə məşğuldur.

Çexiya ordusunda təcili modernləşdirmə aparmağa hazırlaşır. Ölkə Ukraynada müharibənin mümkün eskalasiyasından narahatdır və bu, Rusiya ilə NATO arasında münaqişəyə çevrilə bilər".

Bunu Çexiya Baş Qərargahının rəhbəri Karel Rzeka deyib.

O hesab edir ki, bu halda ölkəsinin ordusu ilk dəqiqələrdən müharibənin fəal iştirakçısına çevriləcək.

"Biz, ilk növbədə, ən çətin və təhlükəli ssenariyə, yəni qabaqcıl düşmənə qarşı genişmiqyaslı müharibəyə hazırlaşmalıyıq. Ukraynadakı müharibə bütün cəmiyyət üçün böyük həyəcan siqnalıdır. Ukraynada müharibənin eskalasiyası potensialı artmaqda davam edir. Hətta ən ciddi ssenarini də istisna etmək olmaz", - Çexiya Baş Qərargahının rəhbəri xəbərdarlıq edib.

O, hökuməti Çexiya Ordusunun tarixində ən böyük silahlanmaya çağırıb:

"Avropada müharibə yenidən reallığa çevrilib və Şimali Atlantika Alyansının sərhəddində baş verir. Əbədi sülh utopiyadır. Bu böhran üçün xəbərdarlıq dövrü ən azı 2014-cü ildən davam edir. Biz hər şeyin sakitləşəcəyinə ümid edirdik. Amma ümid strategiya deyil".(publika.az)

“Vaqner” terror təşkilatı kimi tanına bilər Avropa Parlamenti Rusiyaya məxsus "Vaqner" hərbi qruplaşmasını terror təşkilatları siyahısına daxil etməyə çağırıb.

“Politico” xəbər verir ki, parlament Avropa Şurasının rəhbəri Şarl Mişel və Çexiyanın baş naziri Petr Fiala məktub göndərib.

Avropa Parlamenti “Vaqner”i münaqişələrdə iştirak etməkdə və beynəlxalq hüququ pozmaqda ittiham edirlər.

Ötən gün Türkiyədə baş verən zəlzələ zamanı NTV-nin aparıcı Buse Yıldırımın davranışı qısa zamanda gündəm olub.

Buna səbəb 5.9 ballıq zəlzələ zamanı aparıcının təmkinini pozmadan zəlzələ barədə məlumat verməsidir.

“Hazırkı dəqiqələrdə zələlə baş verir. Zələlə getdikcə şiddətlənir. Təxminən 30 saniyədir davam edir, hələ də silkələnmə davam edir”, - deyə o söyləyib.

Canlı efir vaxtı aparıcının soyuqqanlı şəkildə hadisə haqqında məlumat verməsi, izləyicilər tərəfindən “professionallıq” kimi qiymətləndirilib.

Qeyd edək ki, ötən gün Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərbində hiss olunub. 

Məlumata görə, hadisə nəticəsində 35 nəfər xəsarət alıb. 

Həmin görüntüləri təqdim edirik:

Türkiyənin Düzcə vilayətində qeydə alınan 5.9 ballıq zəlzələ zamanı təşvişə düşən əhali küçələrdə gecələyib.

Təbiət hadisəsi nəticəsində bəzi binalarıən üzərindəki lövhələr yerə düşüb, həmçinin çatlar əmələ gəlib.

Zəlzələ nəticəsində zərər görən binalardan biri də Düzce Ədliyyə binası olub.

Qeyd edək ki, ötən gün Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində baş verən 5,9 bal gücündə zəlzələ İstanbul və Ankara şəhərləri daxil olmaqla bir sıra ərazilərdə hiss olunub. 

Məlumata görə, hadisə nəticəsində 46 nəfər xəsarət alıb. 

Həmin fotoları təqdim edirik:

 

 
  •  

 

ABŞ Dövlət Departamenti Türkiyənin terrora son qoymaq üçün başlatdığı “Pəncə-Qılınc” əməliyyatı ilə bağlı qalmaqallı açıqlama verib.

"Sabah" qəzeti xəbər verir ki, ABŞ Dövlət Departamenti PKK/YPG terror təşkilatının Türkiyəyə qarşı raket hücumlarını qınamayıb, əksinə Türkiyəyə çağırış edib:

"Suriya və Türkiyədə mülki vətəndaşların itkisi ilə bağlı səmimi başsağlığımızı bildiririk. Mülki insanları qorumaq və İŞİD-i məğlub etmək üçün ortaq hədəfi dəstəkləmək üçün Suriyada gərginliyin azaldılmasına çağırırıq.

Biz İraqda İraqın suverenliyini pozan razılaşdırılmamış hərbi əməliyyatlara qarşı çıxmağa davam edirik" - məlumatda qeyd edilib.

Xəbər lenti