Kiyevə silah tədarükü Avropa dövlətlərinin büdcəsinə ciddi təsir edib və bu da öz növbəsində Afrika ölkələrinə yardıma təsir göstərib.

Axar.az xəbər verir ki, bunu “Maykrosoft” şirkətinin qurucusu Bill Qeyts deyib.

“Ukrayna böhranı Avropanın büdcəsini boşaldıb və bu da ehtiyacı olanlara yardımın azalmasına səbəb olub. Bir çox xeyriyyə fondları vəsaitləri Ukraynaya yönəltməyə başlayıblar”, - milyarder bildirib.

Rusiyanın Saxalin adasındakı yaşayış binalarından birində partlayış baş verib.

Tımovskoye şəhər tipli qəsəbədə yerləşən beşmərtəbəli binadakı partlayışa məişət qazı səbəb olub.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bədbəxt hadisə nəticəsindən binanın bir hissəsi dağılıb. Əvvəl dağıntılar altında 6 nəfərin olduğu ehtimal edilib. Daha sonra isə partlayış nəticəsində ölənlərin sayı 3, xəsarət alanların sayı isə 9-a çatıb.

Hələ də dağıntılar altında qalanların olduğu güman edilir. Hazırda xilasetmə işləri aparılır. 

 

 

 

“KTMT əslində Putinin adını daşıyan hərbi-siyasi klubdur”
“Əslində hamımız yaxşı başa düşürük ki, KTMT Putinin təşəbbüsü ilə NATO-ya alternativ yaradılmış hərbi-siyasi strukturdur. KTMT əslində Putinin adını daşıyan hərbi-siyasi klubdur. Bu, Putin üçün çox vacib klubdur, ona görə də o, bütün əsas tədbirlərdə mütləq iştirak edir. Təbii ki, Ermənistanla münasibətlərin aydınlaşdırılması da Putin üçün çox vacibdir”.
Bunu erməni politoloq Viqen Akopyan “haraparak”a müsahibəsində deyib.
Putinin İrəvana səfərini şərh edən politoloqun sözlərinə görə, Putinin Ermənistana səfərinin bir neçə məqsədi var. “Birincisi, bu, KTMT çərçivəsində baş tutan səfərdir. Belə ki, KTMT-yə sədrlik edən ölkədə ən azı bir sammit keçirilməlidir”-o qeyd edib.

Putinin səfərinin ikinci əsas məqsədinə gəldikdə isə politoloqun fikrincə, həm Putin, həm də Rusiyanın siyasi elitası çox yaxşı başa düşür ki, Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətlərində ciddi narahatedici məqamları mövcuddur: “Ermənistan hakimiyyətinin apardığı siyasi kurs Rusiyada narahatlıq yaradır. Bunu Ermənistan-Azərbaycan münasibətləri aspektində də göstərmək olar. Ermənistan hakimiyyəti açıq-aşkar Vaşinqton müqaviləsinə üstünlük verirdi.
Bu gün Ermənistan-Azərbaycan danışıqlar prosesi kifayət qədər mühüm mərhələyə qədəm qoyub və indi Rusiya moderator roluna qayıtmağa çalışır. Rusiya hətta prosesi üçtərəfli format müstəvisinə gətirməyə çalışdığını da gizlətmir. Təsadüfi deyil ki, son vaxtlarda Putin regional məsələlər və danışıqlar prosesləri ilə məşğul olmağa başlayıb. Rusiyanın regionda öz mövqelərini bərpa etmək problemi var. Ruslar onu da yaxşı başa düşürlər ki, Rusiya-Ukrayna müharibəsi ilə məşğul olduqlarından bölgədəki strateji təşəbbüs bir anlıq Qərbin əlinə keçib və bu gün də Qərbin əlindədir... Rusiya prosesi nəzarətdə saxlamaq üçün hər şeyi etməyə çalışır. Hesab edirəm ki, Soçi hadisələrindən sonra Rusiya bu istiqamətdə uğur qazana bilməsə də, amma Qərb ssenarisini dayandıra bildi”.

Konstantin Zatulin, Marqarita Simonyan və başqalarının Ermənistana girişinə qadağa qoyulması Rusiyanın nüfuzuna ciddi zərbədir.

Bunu erməni politoloq Vigen Akopyan erməni mediasına açıqlamasında deyib.

“Bu, Rusiyanın imicinə ciddi zərbədir. Bununla Rusiyanın zəifliyini göstərməyə cəhd edilir ki, bu da öz növbəsində digər ölkələr üçün presedent yarada bilər”- Akopyan qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin gələn həftə Ermənistana səfər edəcək.

Bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

V.Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçiriləcək sammintdə iştirak edəcək.

Qeyd edək ki, qurumun Təhlükəsizlik Şurasının sammiti noyabrın 22-23-də baş tutacaq.

Ermənistanın Baş naziri Nikol Paşinyan İstintaq Komitəsində şahid qismində dindirilib.

“Azatut” saytı xəbər verir ki, bu barədə komitədən bildirilib.

Məlumata görə, mayın 4-dən Ermənistanın bir qrup yüksək vəzifəli məmuru tərəfindən 44 günlük müharibə zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayəti ilə bağlı başlanmış cinayət işi üzrə ibtidai istintaq davam edir.

İranda Molla Respublikasının banisi ayətullah Ruhullah Xomeyninin evi yandırılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı kadrlar yayıb.

Bildirilir ki, Xomeyn şəhərində molla rejimindən narazı gənclər Xomeyninin evinə “Molotov kokteyli” atıblar.

İstiqlal küçəsində partlayış törədən qadın terrorçu Əhlam Əlbəşirlə bağlı daha bir detal məlum olub.

“Star” qəzeti xəbər verir ki, partlayışdan sonra Əmmar Cakrasla Əhləm Əlbəşir arasında votsap yzışması olub. Cakras həmçinin Əlbəşirə səs yazısı göndərərək ondan paltarlarını dəyişdirməsini istəyib.

Şübhəli Əmmar Cakrasın partlayışdan sonra paltarını dəyişmək üçün səs yazısı etdiyi öyrənilib.
Hakim şübhəlilərə qarşı irəli sürülən cinayətin yuxarı həddini, qaçmalarını, dəlilləri qaraltmaq şübhələrini, cinayətin ağırlığını və əhəmiyyətini nəzərə alaraq, onların azadlıqdan məhrum edilməsinə qərar verib.

Qeyd edək ki, ötən bazar günü Taksim meydanı İstiqlal küçəsində suriyalı terrorçu Əhlam Əlbəşirin terakt törətməsi nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Hadisədən sonra Əlbəşir də daxil olmaqla 51 nəfər saxlanılıb. Prokurorluqda aparılan dindirmələrdən sonra Əhlam Əlbəşir də daxil olmaqla 17 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.

Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın dünən Tripoli hava limanında təyyarədən enmədən geri qayıtması Liviya ilə diplomatik böhrana səbəb olub.

Xarici KİV xəbər verir ki, dünən Yunanıstanın xarici işlər naziri Nikos Dendiası və heyətini Liviyanın paytaxtına gətirən təyyarə qapısını açmadan Tripolidən ayrılıb.

Dendias ötən gün Liviya Prezident Şurasının sədri Məhəmməd Menfi ilə görüşməli idi. Ancaq yunan nazirin bu proses zamanı Milli Barışıq Hökumətinin heç bir rəsmisi ilə əlaqə saxlamamaq şərti qoyduğu bəlli olub. Liviyanın xarici işlər naziri Leyla əl Menquşun onu qarşılamaq üçün hava limanına gəldiyini öyrənən Dendias təyyarədən enməmək qərarına gəlib. Tərəflər arasında kompromis əldə olunmadığı üçün Dendiasın Menfi ilə görüşü ləğv edilib.

Daha sonra Liviya hakimiyyəti çevriliş edən Xəlifə Haftar və Tobrukda yerləşən Liviya Nümayəndələr Palatasının rəhbəri Akile Salehlə görüşmək üçün Benqaziyə getmək istəyən Dendiasın uçuş marşrutuna icazə verməyib. Daha sonra təyyarə Malta üzərindən Benqaziyə getməli olub.

Liviya XİN-in sosial şəbəkə hesablarında Yunanıstan xarici işlər naziri Dendiasın davranışından təəssüfləndikləri ifadə edilib:
“Liviya dövlətinin nüfuzunu və suverenliyini qorumaq üçün müvafiq diplomatik tədbirlər görüləcək”-paylaşımda qeyd edilib.

Yunanıstan mətbuatının yazdığına görə, Liviya məsləhətləşmələr üçün Afinadakı müvəqqəti işlər vəkilini geri çağırmaq qərarına gəlib. Yunanıstanın Tripolidəki müvəqqəti işlər vəkili Liviya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, Yunanıstan Türkiyə ilə Liviya arasında dəniz yurisdiksiyasının sərhədlərinin müəyyən edilməsinə dair 27 noyabr 2019-cu ildə imzalanmış anlaşma memorandumunu və bu il oktyabrın 3-də imzalanmış karbohidrogen sahəsində əməkdaşlığa dair anlaşma memorandumunu tanımır. Yunanıstan hökuməti Liviyada xalqı təmsil etməyən müvəqqəti hökumətin beynəlxalq müqavilələr imzalamaq səlahiyyətinin olmadığını iddia edir. Dendiasın da sözügedən siyasətə zidd bir görüntü verməmək üçün belə bir addım atdığı bildirilir.

ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçılar Ukraynaya verilən maliyyə yardımını yoxlamağı təklif ediblər.

Bu barədə ABŞ parlamentinin baş müxbiri Henri Rocers məlumat verib.

Qanunvericilər ayrılan vəsaitlərin auditini nəzərdə tutan layihə təqdim etdilər. Onlar həmçinin Ukraynaya vəsaitin ayrılması ilə bağlı bütün sənədlərin və müzakirələrin təsdiq üçün əvvəlcədən göndərilməsini tələb edirlər.

Sənədin müəllifi konqresmen Marcori Teylor Qrin idi. O, “Kiyevin köməyinə gedən hər qəpiyi” yoxlamaq istədiyini bildirib:

"ABŞ zəhmətlə qazanılan dollarlardan vergi yığır və əlil ukraynalı əsgərlər Konqresə gəlir və kukla kimi istifadə olunur ki, bu pullar Zelenskiyə gedir".

Xəbər lenti