Fransa Senatında Azərbaycan əleyhinə olan qətnaməyə mənfi yanaşan yeganə senator Natali Qule olub.

64 yaşlı millət vəkili ölkəmizi hədəfə alan qətnamənin əleyhinə səs verib.

Bununla da o, Azərbaycanınn haqlı mövqeyini bir daha dəstəkləyib.

Qeyd edək ki, Natali Qule Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini, habelə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür.

O, Mərkəzin dəvətilə ötən il ölkəmizdə səfərdə olub. (Oxu.az)

“Polşa ərazisinə düşən raket Ukrayna qoşunları tərəfindən atılıb”.

“Qafqazinfo xəbər verir ki, bu barədə məlumatı amerikalı məmurlara istinadən “Associated Press” agentliyi yayıb.

Məlumata görə, Ukrayna qoşunlarının Rusiya raketlərini vurmaq üçün atdığı raketlər Polşaya düşüb.

Xatırladaq ki, noyabrın 15-i yayılan məlumata görə, Rusiyanın atdığı 2 raket Polşa ərazisinə düşüb. Raketlərin taxıl qurutma maşınlarına dəyməsi nəticəsində iki nəfər həlak olub.

Baş nazir Nikol Paşinyan bir neçə il bundan öncə 2050-ci ildə Ermənistan əhalisinin 5 milyona çatacağını bəyan etsə də, BMT-nin Əhali Fondunun məlumatına əsasən bu rəqəm 2,6 milyona bərabər olacaq.

BMT-nin Əhali Fondunun ofisinin “Əhali və inkişaf” proqramının açıqladığı məlumata görə, 2050-ci ilə qədər Ermənistanın əhalisi azalaraq 2,6 milyon nəfər təşkil edəcək.

Məlumatda deyilir ki, buna səbəb 2050-ci ilə qədər ümumi doğuşun azalması olacaq. Ermənistan əhalisinin azalmasının digər səbəblərindən biri də miqrasiya prosesi olacaq.

BMT-nin Əhali Fondunun ofisinin “Əhali və inkişaf” proqramının koordinatoru Anna Ovanesyan əmin olduğunu bildirib ki, əhalinin sayının artırılması üzrə proqramlar həyata keçirilsə belə, əhalinin azalma prosesinin qarşısını tamamilə dayandırmaq mümkün deyil.

O bildirib ki, Gürcüstan və Rusiya əhalisinin sayı da 2050-ci ilə qədər azalmağa davam edəcək, digər region ölkələrində isə artacaq.

O qeyd edib ki, dünya əhalisi artıq 8 milyarddır ki, bu da 2011-ci illə müqayisədə 1 milyard çoxdur. “2050-ci ilə qədər dünya əhalisi 9,7 milyard, 2080-ci ildə isə 10,4 milyard nəfər olacaq. 2100-cü ildən planetin əhalisi azalmağa başlayacaq.

İstanbulda daha bir terror aktı baş verib.

Ölkə mediasında yayılan məlumata görə, bu dəfə bombanın yerləşdiyi avtomobil partladılıb.

Tələfat barədə hələ ki məlumat verilməyib.

Hadisənin təfərrüatı araşdırılır.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.

 

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Balidə keçirilən G20 Liderlər Zirvəsi çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşüb.

“Haberturk” xəbər verir ki, görüş mətbuata qapalı keçirilib.

Görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Nurəddin Nebati və milli müdafiə naziri Hulusi Akar da iştirak edib.

 

 

 

 

Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrdə müqavilə əsasında xidmət etmək istəyənlər üçün yaş həddinin aradan götürülməsi haqqında fərman imzalayıb.

Rus mediası xəbər verir ki, fərmana əsasən xarici ölkə vətəndaşları da hərbi xidmət keçə biləcəklər.

Yeni qaydaya görə, 18 yaşına çatmış xarici vətəndaşlar ordu sıralarına qoşulacaq.

Bundan əvvəl müqavilə əsasında hərbi xidmət etmək istəyənlər ruslar üçün 40 yaş, digər ölkələrin vətəndaşları üçün isə 30 yaş həddi var idi. Fərmana əsasən bu hədd aradan qaldırılıb.

İstanbulun Taksim meydanı, İstiqlal küçəsində törədilən terror aktı ilə əlaqədar daha 2 şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə ədliyyə naziri Bəkir Bozdağ bildirib.

Beləliklə, hadisə ilə bağlı saxlanılanların sayı 50-yə yüksəlib.

Xatırladaq ki, terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.

***

İstanbulun Taksim meydanı, İstiqlal küçəsində törədilən terror aktı ilə əlaqədar daha 2 şəxs saxlanılıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, beləliklə hadisə ilə bağlı saxlanılanların sayı 48-ə yüksəlib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin kişilərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı bu il fevralın sonunda imzaladığı fərman ukraynalıların döyüş ruhunu sarsıdır.

Bu fikri ABŞ-nin "Foreign Policy" (FP) jurnalının köşə yazarı Çarli Karpenter deyib .

"Ölkədə işsizlik səviyyəsi 34 faizdir. Fərman vəziyyəti daha da gərginləşdirir, çünki bir çox kişi işləyə bilmir, əmanətlər və ərzaqlar tükənir. Ukraynalıların çoxu bu qadağanı indiki formada dəstəkləmir. Bunu yeni sorğunun nəticələri sübut edir. Ukraynadakı fəallar belə bir fərmanın gender bərabərliyini və bütün mülki şəxslər üçün hərəkət azadlığını təmin edən beynəlxalq müqavilələrə zidd olduğunu deyirlər", - Karpenter iddia edib.

Ukrayna rəsmiləri ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millinin Rusiya ilə danışıqların mümkünlüyü barədə bəyanatına görə qəzəbləniblər .

Bu barədə "Politico" nəşri məlumat yayıb .

Bir neçə gün əvvəl Milli danışıqların mümkünlüyünün qışda gələ biləcəyini təklif etdi.

“Sözün əsl mənasında hərbi qələbə hərbi yolla əldə olunmaya bilər və ona görə də başqa vasitələrə müraciət edilməlidir”, - deyə o bildirib. Eyni zamanda, danışıqlar baş tutmasa və ya uğursuz olarsa, Vaşinqton Ukraynaya silah tədarükünü davam etdirəcək .

"Danışıqlar üçün fürsət olanda, sülh mümkün olanda ondan yararlanın", - Mark Milli bildirib.

Qəzetin yazdığına görə, Vaşinqton indi Kiyevi inandırmağa çalışır ki, hərbi əməliyyatlarda gözlənilən qış fasiləsi yaxın gələcəkdə danışıqlara hazırlaşmaq demək deyil. Üstəlik, ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynaya hərbi yardımı davam etdirəcəyinə söz verir.

"Eyni zamanda, ABŞ Dövlət Departamenti Rusiya və Ukrayna arasında gələcəkdə baş verə biləcək danışıqlar üçün zəmin hazırlayır", nəşr yazır və vurğulayır ki, Vaşinqtonda belə addımların zəruriliyi ilə bağlı fikir ayrılıqları var. Eyni zamanda, Pentaqonda bir çoxları Moskva ilə Kiyev arasında danışıqların mümkünlüyünün qışda olacağını düşünürlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balidə keçirilən G20 liderlərinin sammiti çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanla görüşüb.

İki lider sammitin keçirildiyi Apurva Kempinskidə mediaya qapalı görüş keçirib.

İclasda xarici işlər naziri Mövlud Çavuşoğlu, maliyyə naziri Nurəddin Nebati, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi, Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da iştirak ediblər.

Xəbər lenti