![]() |
|
“Bu gün PUA-ların ən yaxşı nümunələri Rusiyada deyil. Dünyada Rusiyadan da qat-qat yaxşı PUA analoqu olan ölkələr var. Biz 44 günlük müharibədə şahid olduq”.
Bunu jurnalistlərə açıqlamasında erməni deputat Armen Xaçatryan deyib.
“Ermənistan silah əldə etmək prosesini fəal şəkildə davam etdirir, bu müzakirələr lazım olanı verməyə hazır olan ölkələrlə aparılır.
Ermənistanın hərbi potensialının əsas hissəsini Rusiya silahları təşkil edir. Rusiyanın özünü doğrultmuş kifayət qədər yaxşı silahları olsa da, başqa ölkələrdən alınması lazım olan silahlar da var. Biz 44 günlük müharibəni gördük. Ukraynada, Suriyada döyüşləri görürük və bizim mütəxəssislər Ermənistana hansı silahlara ehtiyacı olduğunu çox yaxşı bilirlər”, - deyə erməni deputat qeyd edib.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyadan bütün ukraynalı məhbusları azad etməyi tələb edib.
“FP” xəbər verir ki, o, belə bir bəyanatla G20 sammiti ilə bağlı videomüraciətində çıxış edib.
O, qarşılıqlı əsir mübadiləsini təklif edib.
Bundan əvvəl Zelenski Zaporojye AES-də “radiasiya təhlükəsizliyinin” bərpasını, Rusiyanın enerji resurslarına qiymət tavanının tətbiqini və taxıl müqaviləsinin uzadılmasını tələb edib.
Ukrayna Silahlı Qüvvələri Rusiya Prezidenti Vladimir Putinin səhvindən istifadə edərək əks-hücm əməliyyatlarını sürətləndirməlidirlər.
Bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiklərinin son hesabatında qeyd olunub.
Hesabatda deyilir ki, Putinin hazırkı şəraitdə generallarını hücuma keçməyə çağırmaqda davam etməsi hərbi baxımdan ciddi səhvdir.
“Bu, çox güman ki, Putini işğalı əmr etməyə vadar edən psixoloji amillərlə, həm də onun Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojinə öz sərtliyini nümayiş etdirmək ehtiyacı ilə bağlıdır. Ona görə də, Putinin müşayiət olunmayacağı təqdirdə atəşkəsə nail olmaq ehtimalı azdır”, - hesabatda qeyd olunub.
ISW analitikləri onu da qeyd edirlər ki, Ukrayna və onun müttəfiqləri “Moskvadan çox Kiyev üçün daha əlverişli şəraitdə əks-hücum əməliyyatını davam etdirməklə Putinin səhvindən istifadə etməlidirlər”.
Türkiyənin Taksim bölgəsi, İstiklal prospektində bombalı terror aktı törədən şəxsin polislər tərəfindən yaxalandığı zaman əynində olan sviteri sosial şəbəkələrdə müzakirə olunub.
Sosial şəbəkə istifadəçilərinin bir çoxu geyimin üzərində yazılmış “Nyu York” sözlərinə diqqıt çəkib.
Vyana Universiteti, Siyasi Elmlər İnstitutunda PhD dərəcəsinə namizəd Aytən Əliyeva "mətn və vizual keyfiyyət yanaşması" analizi ilə geyimin üzərindki digər detalların mənasını açıqlayıb:
“Terrorçunun köynəyində “New York” sözü böyük hərflərlə yazılıb, içində “New York University” loqosu var. Loqoda “perstare et praestare” (to persevere and to excel) “səbir etmək və üstün olmaq” və öyrənmə məşəlinə doğru qaçan dörd insan fiquru var. Universitetin rəsmi loqosunun rəngi bənövşəyi rəngdir. Deyilənə görə, univesitetin hazırkı əsas binası olan yerdə bənövşə çiçəyi bitirmiş, həmçinin bənövşə qədim zamanlarda elmin mərkəzi hesab olunan Afinanın (Yunanıstan) milli gülü qəbul olunduğu üçün rəsmi rəng olaraq qəbul edilib. Köynəkdə rum rəqəmləri ilə MDCCCXXXI (= 1831) yazısı da var. 1831-ci ildə Nyu York Universiteti yaranıb, eyni ildə Misir-Osmanlı arasında müharibə başlayıb, Suriya müvəqqəti olaraq Misir tərəfindən işğal edilib. Terrorçunun köynəyi bənövşəyi rəngdir və suriyalıdır.
Türkiyə rəsmiləri terror aktı ilə bağlı rəsmi açıqlamada ABŞ səfirliyinin başsağlığı mesajının qəbul edilmədiyini və terrorçu həbs olunmasa, Yunanıstana qaçırılacağını vurğulayıb. Türkiyə Suriyada hərbi əməliyyatlar etməyi planlaşdırır. “Səbir edin, üstün olacaqsınız” mesajının sahibiləri kimdir? Təsadüf və ya planlı…”, - deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Terror aktını törədən şəxs PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.
"İstanbul terroru ilə bağlı qeyd ediləsi iki əsas məqam var. Türkiyə Silahlı Qüvvələri "Bura türk əsgəri girə bilməz, burada dövlət qurduq, bura sərbəst bölgədir" deyən PKK-nı əzib keçdi. Bu onlara çox ağır gəldi".
Bunu Musavat.com-a Türkiyənin tanınmış təhlükəsizlik eksperti Abdullah Ağar deyib.
O bildirib ki, PKK Türkiyəyə iftiralar atmağa çalışdı:
"Onlar kimyəvi, termobarik silahlar və s. dedilər, öz əsgərim etdi dedilər. Lakin onların iftiraları türk əsgərinə yapışmadı. Mağaralardakı terrorçular təslim olmağa başladı. Bu, PKK üçün çox böyük bir utanc idi. Bu utancı bir yolla örtməsi lazım idi. İkincisi, Kandil dağındakı terror baronları ilə Suriyadakı terrorçular arasında problem yaşanır.
Türkiyə terrorla çox sərt şəkildə mübarizə aparıb
Bu istiqamətdə terror təşkilatları ilə dolayı və birbaşa yollarla əlaqələr quran dövlətlərin ayağını əzdi. Buraya Qarabağı, Liviyanı, Şərqi Aralıq dənizini, Yunanıstanı aid edə bilərik. Burada Türkiyənin Rusiya-Ukrayna savaşındakı mövqeyini, enerji siyasətini də xüsusi qeyd etmək lazımdır. Digər tərəfdən, Türkiyə siyasət aləmində müəyyən problemlər var. Seçkilər yaxınlaşır. İqtidarın idarəetmə üsulundan, müstəqil siyasət yürütməsindən xoşlanmayanlar var. YPG/PKK-nın İranla əlaqələrini də görmək lazımdır. Ancaq onların əlaqələrini bizdən başqa görənlərin də olduğunu və onların bu işi manipulyasiya edəcəyini də görmək lazımdır. YPG/PKK-nın ABŞ-la əlaqələrini də görmək mütləqdir. Aidiyyəti qurumlar bu işi - terroru deşifrə etmək üçün hazırda hərəkətdədir. Bu istiqamətdə bəzi açıqlamalar var. Bu açıqlamalar ümumi görüntü ilə uzlaşır".
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun G20 sammitinə getdiyi Bali adasında xəstəxanaya yerləşdirilməsinə sözçüsü Maria Zaxarova reaksiya verib.
O, Lavrovun yanından video paylaşaraq onun xəstələnmədiyini bildirib.
Lavrov da öz növbəsində qeyd edib: “Bizim prezidentimiz haqqında da 10 ildir xəstə olduğu deyilir. Bu, siyasətdə yeni olmayan oyundur”.
Xatırladaq ki, İndoneziya rəsmilərinə istinadla Lavrovun xəstəxanaya yerləşdirilməsi xəbəri yayılıb.
***
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyada xəstəxanaya aparılıb.
Report xəbər verir ki, məlumatı “Bloomberg” yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Xersonda səfərdədir.
Report xəbər verir ki, dövlət başçısı döyüşçülər qarşısında çıxış edəcək.
Qeyd edək ki, noyabrın 11-də Ukrayna ordusu Xersona girmişdi. Bu, işğaldan sonra Zelenskinin həmin əraziyə ilk səfəridir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyada xəstəxanaya aparılıb.
Report xəbər verir ki, məlumatı “Bloomberg” yayıb.
İstanbulda baş verən partlayışla əlaqədar saxlanılan şəxsin kimliyi məlum olub və o, PKK ilə əlaqəsi olduğunu etiraf edib.
“Bu barədə İstanbul polis idarəsindən bildirilib.
Bundan əlavə, Türkiyə KİV-i həmçinin qadının hadisə yerindən qaçdığı anın görüntülərini yayıb.
Qeyd edək ki, dünən İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Həmin görüntüləri təqdim edirik:
Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulun İstiqlal küçəsində baş verən xain hücumdan sonra açıqlamalar verib.
Nazir açıqlamasında saxlanılan terrorçu ilə bağlı bunları deyib: “Terror aktını törədən şəxs sorğu-sualda PKK/PYD/YPG terror təşkilatı tərəfindən kəşfiyyatçı kimi yetişdirildiyini və Afrindən qeyri-qanuni yollarla Türkiyəyə daxil olduğunu bildirib”.
ABŞ-nin baş verən terror aktı ilə bağlı Türkiyəyə verdiyi başsağlığa gəldidkə Soylu deyib: “Biz ABŞ səfirliyinin başsağlığını qəbul etmirik”.
Soylu həmçinin onu da əlavə edib ki, terror hadisəsindən sonra keçirilən texniki dinləmədə terror təşkilatının təlimatı çox açıq şəkildə terrorçunu öldürmək və ya kanala atmaqla izi itirmək olub.
O qeyd edib ki, terrorçular saxlanılmasaydılar, bu gün Yunanıstana keçəcəkdilər.