Ukraynada son sutkada Rusiyanın 530 canlı qüvvəsi zərərsizləşdirilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 76 460 hərbçisi məhv edilib.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin indiyədək digər döyüş itkiləri 2 771 tank, 5 630 zirehli maşın, 1 472 operativ-taktiki PUA, 1 782 artilleriya sistemi, 399 reaktiv yaylım atəşi sistemi, 202 hava hücumundan müdafiə sistemi, 277 təyyarə, 260 helikopter, 4 199 avtomobil və tanker, 157 xüsusi texnikadan ibarətdir

İranın nüvə yanacağı istehsalı üçün materialların əldə edilməsində və Tehranın nüvə silahı yaratmaq proqramının sürətləndirilməsində Rusiyadan kömək istəyir.

“Report” xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatının adı açıqlanmayan rəsmisinin məlumatlarına istinadən xəbər verib.

Kəşfiyyat məlumatlarına görə, İran Rusiya Federasiyasından əlavə nüvə materialları əldə etmək və nüvə yanacağı istehsalı üçün kömək istəyir:

“Yanacaq potensial olaraq İranın nüvə silahı əldə etmə müddətini daha da qısalda bilər”.

Qeyd olunub ki, eyni zamanda Moskvanın Tehranın tələblərinə razı olub-olmaması qaranlıq olaraq qalır.

CNN bildirib ki, ABŞ prezident administrasiyası Moskva ilə Tehran arasında münasibətlərin mümkün inkişafını narahatlıqla izləyir.

Katoliklərin ruhani lideri Papa Fransisk dünyanı Ukraynada davam edən müharibəni dayandırmağa çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Roma Papası Fransisk Bəhreynin Sihayr Kral Sarayında keçirilən "Bəhreyn Dialoq Forumu: Şərq və Qərb insanların birlikdə yaşaması üçün" adlı iclasında çıxışı zamanı insanları sülhə səsləyib.

O, dünyanı Rusiyanın Ukraynaya hücumu qarşısında səssiz qalmamağa çağırıb:

"Görünür, faciəvi bir ssenarinin şahidi oluruq. Diqqət və qayğı əvəzinə atəşə, raketlərə, gözyaşlarına və ölümə səbəb oluruq. Silahla oynayırıq".

"Ukraynada davam edən müharibəni dayandırmaq və tərəflər arasında ciddi danışıqlara başlamağa vaxtıdır",- deyə o bildirib.

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə etimad məsələsi ilə bağlı araşdırmanın nəticələrini dərc edib.

Müvafiq sorğu 2022-ci il oktyabrın 24-dən oktyabrın 30-dək aparılıb.

Ekspertlər müəyyən ediblər ki, 80,1 faiz Rusiya vətəndaşı Putinə etibar edir. Üstəlik, respondentlərin 76,5 faizi Putinin qərarlarını bəyənir.

Respondentlərin 16,6 faizi Rusiya liderinə inanmır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tviterin yeni sahibi İlon Maskla profilin yoxlanılması üçün aylıq 8 dollar rüsumun tətbiqinin ləğvini müzakirə etməyə hazırdır.

“Bunu Ərdoğan yerli mediaya müsahibəsində bildirib.

“Biz diplomatik danışıqlar apara bilərdik”, - deyə Ərdoğan zarafat edib.

Onun tviter profilində mavi işarə var.

Mask sözügedən platformanı aldıqdan sonra mavi işarəsi olanlara ayda 8 dollar ödənilməsini təklif edib. Əvvəllər təsdiqlənmiş hesablar onu pulsuz alırdı.

Pxenyan nüvə silahından istifadəyə gedərsə, ABŞ Şimali Koreya rejiminə son qoyacaq.

belə bir bəyanatla ABŞ-ın müdafiə naziri Lloyd Ostin çıxış edib.

Vaşiqntonda Cənubi Koreya arasında təhlükəsizlik məsələləri ilə bağlı keçirilən məsləhətləşmənin birgə yekun bəyannaməsində deyilir:

“Nazir Ostin ABŞ-ın nüvə, adi və raket əleyhinə imkanlar, eləcə də qabaqcıl qeyri-nüvə imkanları da daxil olmaqla, ABŞ-ın müdafiə imkanlarının tam spektrindən istifadə edərək, uzunmüddətli çəkindirməyə dair qəti öhdəliyini bir daha təsdiqlədi”.

Pentaqon rəhbəri vurğulayıb ki, həm ABŞ-a, həm də onun müttəfiqlərinə və tərəfdaşlarına, o cümlədən qeyri-strateji nüvə silahlarından istifadə ilə edilən istənilən hücum “Kim Çen In rejiminin sona çatmasına gətirib çıxaracaq”.

Görüşdə Cənubi Koreya tərəfdən müdafiə naziri Li Conq Sop iştirak edib.

Birgə sənəddə qeyd edilir ki, tərəflər “KXDR-in nüvə və ballistik raket imkanlarının inkişaf etdirilməsi üzrə davam edən səylərindən, eləcə də taktiki nüvə silahlarından istifadə ilə bağlı ritorikadan narahat olduqlarını bildiriblər”.

Kremlin rəhbəri Vladimir Putin çox çarəsiz görünür. Müharibədə böyük uğursuzluq göz qarşısındadır. Putin özünə müttəfiq tapmaq üçün sağa-sola vurnuxur. Hiss olunan odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bütün məsələlərdə hesablaşmağa çalışır. Valdayda türkiyəli həmkarını tərifləməsi də təəccüblü görünmədi. Putin Ərdoğanla dialoq imkanını itirməkdən qorxur.

Bizimyol.info xəbər verir ki, rusiyalı politoloq Andrey Piontkovski də Türkiyə Prezidentinin bölgədə çox əhəmiyyətli siyasi fiquq olduğunu düşünür. Onun fikrincə, Ərdoğan hansı situasiyada necə davranmağı yaxşı bilir. Piontkovski Putinin bir müddət əvvəl taxıl razılaşmasından necə yayındığını xatırladır. Amma Ərdoğanla bir söhbət geri addım atmağa kifayət etdi.

“Türkiyə Rusiyaya xatırlatdı ki, Qara dənizin ağası kimdir və hərbi donanması nəyə qadirdir. Ərdoğan İkinci Qarabağ Müharibəsində Azərbaycana açıq dəstək verməklə ambisiyalarını tam ortaya qoydu. Putin onda müharibəyə qoşulmağa qorxdu. İndi başa düşdük ki, nə üçün. Hələ onda dünyanın ikinci ən güclü ordusu söhbətləri qalmışdı. Ukrayna mühsribəsi göstərdi ki, Türkiyə Cənubi Qafqazda Rusiya ordusunu nə günə qoyar. Putin qorxduğuna görə geri çəkildi. Bax, onunla yalnız belə danışmaq lazımdır”.

Piontkovski əvvəlki açıqlamalarında da Türkiyənin, o cümlədən Ərdoğanın gücünü xüsusi fərqləndirirdi. Rusiyalı politoloq Putinin çox şişirdildiyini düşünür. Piontkovski əmindir ki, Ukrayna müharibəsi Kreml rəhbərinin axırına çıxacaq, məğlubiyyəti ilə bitəcək.

Putin xilas yolları axtarır. Buna görə Ərdoğana çox güvənir. Rusiya Prezidenti inanır ki, Qərbi məhz türkiyəli həmkarı yola gətirə bilər. ABŞ və Avropa onunla heç bir danışıq aparmır. Ərdoğanla isə Qərbdə də çox hesablaşırlar.

Putin bir müddət əvvəl Ankarada təbii qaz mərkəzinin yaradılması ideyasını ortaya atanda da həmkarına çox güvənirdi. Onun üçün problemin bütün həll yolları Ərdoğanın iştirakı ilə mümkündür.

Son aylarda Rusiya Prezident Administrasiyası mütəmadi olaraq ultra-mühafizəkar filosofları və tarixçiləri, ilk növbədə, Aleksandr Duqini, Aleksandr Proxanovu və Vardan Baqdasaryanı Kremldə “söhbətə” dəvət edir.

Axar.az xəbər verir ki, bu barədə “Meduza” Prezident Administrasiyasına yaxın iki mənbəyə istinadən məlumat yayıb.

“Onlar konkret məsələlərlə, məsələn, 2024-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı görüşlərdə iştirak etmirlər, onların fərqli iş cəbhəsi var. Onlarla xüsusi söhbətlər və görüşlər ideoloji məsələlər ətrafında müzakirə aparılır: Rusiyanın məqsədi nədir, nə istəyir?

Eyni zamanda, Kreml “Tsarqrad” kanalının yaradıcısı, “pravoslav oliqarx” Konstantin Malofeyevlə “məsləhətləşməyə” başlayıb. Əvvəllər PA-nın iş adamı ilə münasibətləri gərgin olub. Malofeyev, Duqin, Proxanov və Baqdasaryan Kremlə yeni ideologiyanın bəzi konturlarına kömək etməlidirlər. Həm Kremlin siyasi blokunun rəhbəri Sergey Kiriyenko, həm də onun ən yaxın adamları, məsələn, Dövlət Şurasının İşlər İdarəsinin rəisi Aleksandr Xariçev və ictimai layihələr şöbəsinin müdiri Sergey Novikov “ideoloqlarla” görüşür. Bu görüşlər nəticəsində təkcə ideologiyanın konturları deyil, həm də Kiriyenko və Vladimir Putinin daha sonra öz çıxışlarında istifadə edə biləcəkləri konkret tezislər hazırlanır”, - mənbələr bildirib.

Qeyd edək ki, Aleksandr Duqin Avrasiya filosofu, politoloq, “Rus dünyasının” ən görkəmli ideoloqlarından biridir. 2000-ci illərin əvvəllərindən o, keçmiş SSRİ-nin bütün ölkələrini birləşdirməli olan Aİ-nin yaradılması ideyasını müdafiə edir. Onun əsas nəzəriyyələrindən biri Rusiya ilə “kollektiv Qərb” arasındakı qarşıdurma ətrafında qurulub. Bir çox mütəfəkkir Duqini, əslində, faşist baxışlarını qəbul etməkdə ittiham edir.

Aleksandr Proxanov - "Zavtra" qəzetinin baş redaktorudur. Sovet stalinizmi və pravoslav Çar Rusiyasının xüsusiyyətlərini özündə birləşdirən dövlət baxışlarına sadiqdir.

Tarixçi Vardan Baqdasaryan geniş ictimaiyyətə Duqin və Proxanovdan daha az tanınır. O, əvvəllər Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninlə sıx əlaqədə olub, hətta ortaq kitablar da nəşr etdirib. Baqdasaryan da tez-tez sivilizasiyaların qarşıdurması haqqında yazır və o, Donbası “Rusiyanın sivilizasiya sərhədi” adlandırır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TikTok” sosial şəbəkə platformasında hesabı açılıb.

“rtedijital” istifadəçi adı ilə fəaliyyətə başlayan profili qısa müddət ərzində 100 minə yaxın istifadəçi izləməyə başlayıb. 

Paylaşımlar arasında isə ən çox izlənmə sayı yığan video isə Türkiyə liderinin Sincan səfəri ilə bağlı görüntülərdir.

Türkiyə istehsalı olan ballistik raketlərin uçuş məsafəsi artaraq 560 kilometri də keçəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Yaxın günlərdə “Tayfun” raketinin sınağını keçirdik. Bu raket 561 kilometrdən uzaq məsafəya uçur və bu, son hədd deyil. Tezliklə siz “Cəng” və “Traveler” kimi yeni raketlər barədə yaxşı xəbərlər eşidəcəksiniz”, - Ərdoğan bildirib.

Xəbər lenti