Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edilib.

Bunu noyabrın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin Özbəkistanın Səmərqənd şəhərində keçirilən ilk Zirvə Görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, müvafiq qərar TDT-nin Səmərqənd sammitində qəbul edilib: “Türk dünyasının ayrılmaz bir parçası olan kipirli qardaşlarımızın tək olmadığını göstərərək həll prosesinə də töhfə verdik. Bu həmrəylik iradəsini sərgilədiyiniz üçün siz qiymətli qardaşlarıma ayrı-ayrı təşəkkür edirəm”.

Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün sonunda Səmərqənd Bəyannaməsi qəbul olunub.

Sənədi təşkilata üzv olan ölkələrin liderləri imzalayıblar.

Qeyd edək ki, noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində TDT-nin IX Zirvə Görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Rusiya Ukraynadakı müharibəyə Əfqanıstandan İrana gedən muzdluları cəlb etmək istəyir.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksey Getman bildirib.

“ABŞ qoşunları geri çəkiləndən sonra Əfqanıstandan İrana gedən 40 min hərbçini də nəzərə almalıyıq. Və Rusiyanın bu insanları müharibəyə cəlb etmək planları məlumdur. Əfqanıstan Silahlı Qüvvələrinin rəhbəri Heybətullah Əlizai Rusiyanın 5000 hərbçini Ukraynadakı müharibəyə cəlb etmək istədiyini söylədi. İndi də İslam İnqilabı Keşikçiləri Korpusunun bazasının yerləşdiyi Məşhəd şəhərində təlimlər keçirilir və bu muzdluların bir hissəsi artıq Rusiyanın tərəfində vuruşur. Onlar birbaşa “PMC Vaqner” ilə işləyirlər. Ola bilsin ki, ruslar Dnepr çayının sol sahilindən sağa doğru hücum baxımından bu şəkildə nəsə planlaşdırırlar”, - ekspert qeyd edib.

ABŞ Azərbaycanı İranın təhlükələrindən qorumaq niyyətindədir.

“Bunu Dövlət Departamentinin sözçüsü Ned Prays bəyan edib.

O bildirib ki, İranın region üçün təhdid olduğu çox aydındır.

“İran Azərbaycana qarşı ritorikasını davam etdirsə, ABŞ bu qonşu ölkələri qoruya biləcəkmi” sualına cavab olaraq Prays deyib:

“Bu həftənin əvvəlində ABŞ dövlət katibinin azərbaycanlı həmkarı ilə görüşmək imkanı olub. İranın region üçün təhlükə olduğu bizə çox aydın idi. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəhayət, İranın öz regionunda və ola bilsin ki, onun hüdudlarından kənarda sabitliyi pozan təsirinə qarşı durmağa davam edəcəyik”.

Əgər ABŞ Rusiyaya bəzi oyun qaydalarını qəbul etdirəcəyi təqdirdə, növbəti hədəfi İran olacaq.

"Yol-xeber.az" xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan Facebook səhifəsində yazıb.

“Gəlin Ukraynada nə baş verdiyini və bunun Ermənistana necə təsir edəcəyini anlamağa çalışaq.

Aydındır ki, Xersonun təslim olması olmasaydı, müharibə dondurulmazdı, çünki bütün mərkəzi Ukrayna Kiyevə qədər Dnepr çayı vasitəsilə Qara dənizə, eləcə də ölkə daxilində yük daşıyır. Rusiya Dnepr çayının sağ sahilini təhvil verməklə ABŞ və Ukraynanın müharibəni dondurmaq tələbini yerinə yetirir...

Əgər Rusiya müharibəsini dondursa, ABŞ-ın bəzi oyun qaydalarını qəbul edəcəyini düşünmək lazımdır.

İndi bu fərziyyədən çıxış edərək ABŞ-ın növbəti addımları barədə düşünmək lazımdır. Deyəsən, növbəti teatr Yaxın Şərq olacaq və əsas hədəf bölgəmizdə yerləşən İran olacaq”, - o yazıb.

Ukrayna ABŞ-dan “Grey Eagle MQ-1C” pilotsuz təyyarələri almayacaq. Ağ Ev hesab edir ki, bu cür yardım münaqişənin kəskinləşməsinə gətirib çıxaracaq.

Bu barədə “The Wall Street Journal” yazıb.

Mətbu orqanı qeyd edir ki, Konqres üzvləri Bayden administrasiyasını “Grey Eagle MQ-1C” də daxil olmaqla, orta hündürlükdə uçan silahlı dronları Ukraynaya köçürməyə çağırıb. Eyni zamanda, mənbələr bu məsələ ilə bağlı müsbət qərar qəbul etmədiklərini bildiriblər.

"Bu, Ukraynanı Kiyevin aylardır tələb etdiyi müasir silahlardan məhrum edir. Pentaqon "Grey Eagle MQ-1C" PUA-sını verilməklə münaqişəni qızışdıra biləcəyindən ehtiyatlanır. Ona görə də onu Ukraynaya göndərmək tələbini rədd edib”, - məqalədə deyilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinin qoşunların Xerson vilayətindən çıxarılması qərarını yüksək qiymətləndirib.

O, qərarın müsbət olduğunu bildirib.

“Əgər Putin G20 sammitində iştirak edərsə, onunla Ukraynadakı vəziyyəti orada müzakirə edəcəyik, olmasa, telefonla əlaqə saxlayacağıq”.

Qeyd edək ki, Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib ki, Rusiya Silahlı Qüvvələri Dnepr çayının sol sahili boyunca müdafiəyə çəkilir.

O deyib ki, əgər Ukrayna su anbarından daha çox su buraxsa, yaxud Kaxov su bəndinə daha güclü raket zərbəsi endirsə, böyük ərazi su altında qalacaq, əhali arasında qurbanların sayı artacaq, Rusiya Ordusunun bölmələri Dnepr çayının çağ sahilində tam təcrid vəziyyətində qalacaq. Onun sözlərinə görə, yaranmış şəraitdə Dneprin sol sahili boyunca müdafiə xəttinə çəkilmək daha məqsədəuyğundur.

"Putin hakimiyyəti ötürmək niyyətindədir. Hər şey onun üçün yaxşı olarsa, bu il bu prosesə başlamaq istəyir. Onun üçün əsas mövzu hansı varis məsələsidir".

Bunu tarixçi və siyasi analitik Valeri Solovey “Qroşi” yutub kanalının efirində deyib.

“Əgər fevralın 24-ü olmasaydı və o, hələ payızda başlayan hakimiyyətin ötürülməsini davam etdirsəydi, o zaman Rusiya tarixində Rusiyanı diz çökdürən şəxs kimi qalacaqdı”, - Solovey qeyd edib.

Analitik qeyd edir ki, Putin üçün hakimiyyətin ötürülməsi təkcə reputasiya, imic məsələsi deyil, hətta şəxsi yaşamaq məsələsidir.

"Kreml indi hərbi məğlubiyyətin astanasındadır və Rusiya hərbçiləri bunu yaxşı bilirlər", - Solovey deyir.

Onun sözlərinə görə, Putin ona təklif olunan prezidentliyə əsas namizədlə - Nikolay Patruşevin oğlu Dmitri ilə razılaşıb.

"Məhz Patruşev-Sallivan xətti boyunca ABŞ və Rusiya məsləhətləşir. İkinci xətt Uşakovdur. Lakin Patruşev daha vacibdir", - o deyir.

Solovyovun fikrincə, amerikalılarla müzakirə olunan məsələlər arasında iki xətt var - bunlardan biri nüvə silahından istifadə etməmək, ikinci xətt isə Rusiya-Ukrayna qarşıdurmasından necə çıxmaq və üçüncü xətt hakimiyyətin ötürülməsi məsələsidir.

"Bu üç məsələ bir-biri ilə sıx bağlıdır. Onun Patruşevlə yaxın münasibəti var və o, maksimum təminatlara ümid edir. Patruşevin bir mühüm keyfiyyəti var ki, bu da verdiyi vədə əməl etməsidir. Amma mən deməzdim ki, Putin özünə şirin pensiyaçı həyatını təmin etmək istəyir. Çox güman ki, onun üçün hər şey kədərli bitəcək. Alternativ bütün dünyanı özü ilə aparmaqdır. O, elə bir həddə çatıb ki, hamını özü ilə aparmağa hazırdır”, - deyə politoloq bildirib.

"NewsWeek"in məlumatına görə isə Rusiyada hakimiyyət dəyişikliyi istiqamətində ciddi iş gedir. əsas problem Putini kim əvəzləyəcək məsələsidir.

Nəşrin yazdığına görə, Kremldə prezidentlik uğrunda mübarizə aşağıdakı 5 namizəd arasında gedir. Bunlar Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedev, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, Rusiya Kənd Təsərrüfatı Naziri Dmitri Patruşev, həmçinin atası Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev və "Vaqner" PMC-nin təsisçisi Yevgeni Priqojindir.

Jurnalist Barış Doster Türkiyənin “Cumhuriyet” nəşri üçün yazdığı məqalədə bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə dialoqa hazır olmasını bəyan etməsi, Şimali Atlantika Alyansında "çat var".

Onun fikrincə, Ukrayna liderinin bu addımı Ukrayna Silahlı Qüvvələrinin mövqeyi haqqında təsəvvür yaradır və NATO-da parçalanma olduğunu nümayiş etdirir.

Jurnalist onu da vurğulayıb ki, ABŞ təsirini itirir və Avropa ölkələri “öz simalarını qorumaq” üçün bir-birindən uzaqlaşırlar. Nümunə olaraq o, Vaşinqtonun qadağalarına baxmayaraq, Berlinin Moskva və Pekinlə münasibətləri inkişaf etdirməyə hazır olduğunu göstərib.

Dosterin sözlərinə görə, hazırda dövlətlər birliyi qorumaqdan daha çox öz milli maraqlarına diqqət yetirirlər.

Mən inanıram və əvvəl də demişəm ki, Rusiya sülhməramlıları 3 ildən sonra Qarabağı tərk edəcəklər.

"Bunu Xankəndidəki separatçı rejimin “təhlükəsizlik şura”sının keçmiş üzvü Samvel Babayan "Azadlıq" radiosuna müsahibəsində bildirib.

“Onların getməyəcəkləri, nəyin bahasına olursa olsun Qarabağı saxlayacaqları və s. bu kimi bütün bəyanatlara baxmayaraq, mən inanıram ki, bu, reallıqdan uzaqdır. Rusiyanın bu gün Türkiyə və Azərbaycanla olan maraqları və s. bunu deməyə əsas verir. Bu güzəştlər də bizim hesabımıza olacaq, ona görə də əvvəlcədən deyirəm ki, biz mövqeyimiz dəyişməliyik...”, - o qeyd edib.

Babayanın sözlərinə görə, Rusiyanın bəzi iqtisadi maraqları var ki, o, Qarabağ məsələsindən üstün olacaq.

Xəbər lenti