Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak Rusiyanı “yarmaz dövlət” adlandırıb.

Rusiyanın qlobal iqtisadiyyatıda rolunun azldılması ilə bağlı hökumət başçısının “The Telegraph”da məqaləsi dərc olunub.

Onun fikrincə, ölkələr Rusiya enerjisindən asılılığı azaltmağa və daha çox ərzaq istehsal etməyə davam etməlidir.

Sunakın planı beş bənddən ibarətdir:

1. “Gələn qışda buna ən çox ehtiyacı olanlar” üçün davamlı dəstək.
Baş nazir qeyd edib ki, Böyük Britaniya Ukraynaya, onun vətəndaşlarına elektrik enerjisi ödənişlərində kömək etməkdə davam edir, həmçinin dünya aclığının qarşısını almaq üçün tədbirlər görür.

2. İmkanı olan ölkələr daha çox ərzaq istehsal etməli və ehtiyatlarını azad etməlidir.
Rişi Sunak Rusiyanı qidadan silah kimi istifadə etməkdə günahlandırıb və BMT-nin taxıl müqaviləsini uzatmaq səylərini dəstəkləyib.

3. Təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmək və Rusiya kimi ölkələrdən enerji asılılığından sürətlə çıxmaq.

4. Azad bazarların və açıq qlobal iqtisadiyyatın təşviqinə sadiq qalmaq.

5. İnkişaf etməkdə olan ölkələr üçün “kredit tələləri” yaratmaq üçün öz güclərindən istifadə edənləri müəyyən etmək (kreditor ölkənin borc alan ölkəyə borcunu artırmaqla öz təsirini artırdığı siyasət), həmçinin inflyasiyanın artmasının səbəblərini həll etmək.

“Beynəlxalq ictimaiyyət bilməlidir ki, dinc əhalimizə qarşı törədilən terror aktları bəzi dövlətlərin terror təşkilatlarına verdiyi dəstəyin birbaşa və dolayı nəticəsidir”.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun öz tviter səhifəsində yazıb.

“Əgər bu ölkələr Türkiyənin dostluğunu istəyirlərsə, terrora birbaşa və dolayı dəstəyini dərhal dayandırmalıdırlar”, - o qeyd edib.

F.Altun əlavə edib ki, terrorçuları cəzalandırmaq üçün əllərindən gələni edəcəklər: “ Terrorçular hələ də bu dəhşətli hərəkətlərlə millətimizi və hökumətimizi qorxuda biləcəklərini düşünürlərsə yanılırlar”.

Teraktda şübhəli bilinən qadın belə saxlanıldı

Xəbər verdiyimiz kimi, noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində partlayışı törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

“Sözügedən şəxsin saxlanılma anını əks etdirən görüntülər yayılıb.

 

 

 

 

İsrail İran və Rusiya hərbçiləri tərəfindən istifadə edilən Suriyanın böyük Şayrat aviabazasına raket zərbəsi endirib.

Bu barədə “Reuters” Suriya mətbuatına istinadən məlumat yayıb.

Suriyanın SANA xəbər agentliyinin məlumatına görə, aerodroma endirilən zərbə nəticəsində 2 əsgər ölüb, 3-ü yaralanıb. Hərbi mənbələr hücuma məruz qalan hava bazasından bir müddət əvvəl İran hərbçiləri tərəfindən istifadə edildiyini iddia edirlər.

Rusiya Xersondakı uğursuzluğu Donbasda aktiv hücuma keçməklə kompensasiya etmək istəyir. Bu baxımdan da rus qoşunlarının yaxın həftələrdə Donetsk vilayətində hücum əməliyyatlarını daha da güclənəcək. Ora Xersondan və digər ərazilərdən çıxarılan qüvvələri yerləşdirməklə hücum əməliyyatlarına başlanacaq.

Bu məlumat Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiklərinin son hesabatında yer alıb.

Hesabatda deyilir ki, Donbasdakı Ukrayna ordusu güclü təzyiqə məruz qalacaq.

“Kiyev çox güman ki, Rusiyanın bu canlanmış hücumlarından müdafiə üçün qoşunlarını yenidən yerləşdirməli olacaq”, - hesabatda qeyd edilib.

Analitiklərin fikrincə, rusların səylərinə baxmayaraq, ciddi əməliyyat uğurları əldə etmək ehtimalı azdır. Amma buna baxmayaraq zamanla böyük itkilər bahasına Baxmutu ala bilərlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan İndoneziyanın Bali adasına səfər edib.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumata yayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti G20 sammitində iştirak edəcək.

Terrorun həyata keçirilməsi ilə bağlı təlimat Kobanidən gəlib. İstanbul şəhərində terror hadisəsini törədən qadın saxlanılıb.

Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu 6 nəfərin həlak olduğu və 81 nəfərin xəsarət aldığı partlayışla bağlı danışarkən bildirib.

“Təxminən 6 ildir İstanbulda dünən gecə yaşadığımız kimi təsirli bir hadisə, terror hadisəsi yaşamırdıq. Təkcə bu il 200-ə yaxın terror hadisəsinin qarşısı alınıb. Bu mövzudan utanc hissi duyuruq. Bu hadisəni həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Heç narahat olmasınlar, əvəzini daha ağır ödəyəcəklər".  və bu mesajın da cavabı çox açıq şəkildə ortaya çıxacaq”.

O, ABŞ-nin verdiyi başsağlığı mesajını qatilin hadisə yerinə ilk çatanlardan biri olduğu kimi dəyərləndirib: "Bu mesajın da qarşılığı konkret şəkildə ortaya çıxacaq. Allahın izni ilə tezliklə görünəcək".

 

 
  •  

 

İlkin məlumata görə, İstanbulun İstiqlal prospektindəki partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat daxil olmayıb.

APA-nın İstanbul müxbirinin verdiyi məlumata görə, ölən və xəsarət alanların şəxsiyyətinin müəyyən edilməsi prosesi davam edir.

NATO müttəfiqi Türkiyə ilə həmrəydir.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq tviter hesabında yazıb.

O, İstanbulda baş verən terror aktının görüntülərindən şoka düşdüyünü qeyd edib. “Bütün zərərçəkənlərə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm. NATO müttəfiqi Türkiyə ilə həmrəydir”, - Stoltenberq sosial şəbəkə hesabında yazıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şakir Özkan Torunları Türkiyənin İsraildəki səfiri təyin edib.

Təyinat qərarı Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”də dərc olunub.

Şakir Özkan Torunlar 2017-2021-ci illərdə Hindistanda səfir olub.

2021-ci ildən Xarici Siyasət Məsləhət Şurasının üzvü olan diplomat ingilis və fransız dillərini bilir, ailəlidir və bir övladı var./oxu.az

Xəbər lenti