İranın kəşfiyyat naziri İsmayıl Xətib ölkədəki etirazlarda ölümlə nəticələnən hadisələrin xarici güclər tərəfindən təhrik edildiyini bildirib.

İRNA xəbərinə görə, hadisələrin ABŞ, İsrail, İngiltərə və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən media tərəfindən təhrik edildiyini iddia edən Xətib, “İranın nöqteyi-nəzərindən region ölkələrində hər hansı qeyri-sabitlik yoluxucudur və İranda istənilən qeyri-sabitlik region ölkələri üçün yoluxucu ola bilər”, - deyib.

Bölgədəki qeyri-sabitliyin mənbəyinin qeyri-regional aktorlar olduğunu bildirən Xətib, "İran indiyə qədər möhkəm rasionallıqla strateji səbir nümayiş etdirdi, lakin düşmənçiliklərin davam edəcəyi təqdirdə bu strateji səbrin davamı üçün heç bir zəmanət vermir", deyib.

O, açıqlamalarına davam edərək, “İran qarşılıq vermək qərarına gəlsə, bu ölkələr sabitlik görməyəcək” söyləyib.

“Ermənistanın Baş naziri Nikol Paşinyanla Praqada görüşmüşəm”.

Report xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Ermənistana mesaj verib: “Dedik ki, Azərbaycanla münasibətləri normal saxlasaz, biz də münasibətləri normallaşdırarıq. Amma hələ bunu görmürük. Çünki diaspor fəaliyyət göstərir və prosesə mənfi təsir göstərir”.

Rusiya prezidenti Vladimir Putinin yaxın vaxtlarda İrəvana gedəcəyi gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə V.Putin dünən Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı müzakirə aparıb.

Liderlər Rusiya prezidentinin noyabrın 22-də Ermənistana səfərinin gündəliyini müzakirə ediblər.

Noyabrın 23-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçiriləcək.

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümüdür.

“Haber Global” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anıtqəbirdə Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.

Həmin görüntüləri təqdim edirik:

Rusiya qoşunlarını Xersondan çıxarır. Səbəb isə Ukrayna ordusunun körpüləri vurmasına görə Xersonda təchizatın zəifliyi və müdafiənin çətin olmasıdır.

Axar.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

“Xersonun təslim edilməsi Rusiyanın SSRİ-nin dağılmasından bəri ən böyük geosiyasi məğlubiyyətidir. Bu böyük məğlubiyyətin siyasi nəticələri həqiqətən də böyük olacaq. Bu məğlubiyyətin əsas səbəbi real müharibədən imtina və müharibənin başlanması ilə bağlı qərarların verilməsində fəlakətli gecikmədir. Xersonun təslim olması sülhə səbəb olacaqmı?

Xersonun təslim olmasının siyasi səbəbləri ilə bağlı ən ümumi nöqteyi-nəzər Xersonun döyüşsüz təslim olmasıdır. Çünki Vaşinqton Xersonun təslim olmasından sonra danışıqlara başlayacağına və Rusiya üçün alçaldıcı, de-fakto kapitulyasiya mənasına gəlməyən atəşkəs müqaviləsinin bağlanmasına söz verib. Bəs Sallivanın planı nədən ibarətdir? Əgər Rusiya ordusu Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulmadan sakit şəkildə Xersonu tərk edərək Dneprin qarşı tərəfinə keçsə, biz bunun təsdiqini görəcəyik. Əgər keçid zamanı atəş açılsa, deməli, ABŞ-la heç bir razılaşma yoxdur”.

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 84 il ötür.

57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb.

Atatürk 1881-ci ildə Selanikdə anadan olub.

Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər Mustafadan fərqləndirmək üçün istedadlı şagirdinə “Kamal” adını qoyub.

1923-cü ilin 29 oktyabr tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edilərkən, Mustafa Kamal Atatürk dövlət başçısı seçilir (cümhurbaşkanı). 1938-ci ilə, vəfat etdiyi zamana qədər ard-arda dörd dəfə dövlət başçısı seçilən Atatürk bu vəzifədə ən uzun müddət qalan prezident olub.

1921-ci il 23 avqustda yunanlarla aparılan Sakarya döyüşündə qələbə qazanan Mustafa Kamala “Marşal” və “Qazi” rütbəsi verilib. 1934-cü ildə isə ona qanunla “Atatürk” soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadə olunması qadağan edilib.

Atatürk 1938-ci il 10 noyabrda, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya muzeyindən Anıtqəbirə köçürülüb.

“Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri Rusiya, yəqin ki, əsas döyüş tanklarının yarısını itirib”.

“Report” xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin (Pentaqon rəhbərinin) müavini Kolin Kal deyib.

O bildirib ki, Rusiya, həmçinin dəqiq silahların əksəriyyətindən istifadə edib: “Rusiya Prezidenti Vladimir Putin uğursuzluğa düçar oldu. Rusiya bu müharibənin nəticəsində zəifləyəcək”.

K.Kal söyləyib ki, Rusiyanın itkiləri SSRİ-nin Əfqanıstandakı itkilərindən qat-qat çoxdur.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı savaş bu ilin fevral ayında başlayıb.

İran holdinqi Rusiya şirkətlərinə dəstək məqsədilə neft kəməri çəkməyi planlaşdırır.

Bu sözləri “Sina Energy Gostar Holding”in rəhbəri Məhəmməd Ziyar deyib.

O, bir müddət əvvəl İranın neft naziri Cavad Ovcinin Rusiyaya səfəri zamanı imzalanan sənədin detallarını təqdim edib:

“Sənəd şərq enerji bazarını təmin edən Rəfsəncan-Məşhəd (“Təbaş” kəməri) neft kəmərinin çəkilməsində əməkdaşlıqla bağlıdır. Kəməri “Sina Energy Gostar Holding” və Rusiyanın “Pronsıreimport” şirkəti çəkəcək”.

Kəmərin uzunluğu 948 km-dir, iki nasos stansiyası və 3 terminal olacaq.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi dörd il çəkəcəkŞ maliyyəsini isə Rusiya ayıracaq. Bu kəmərin istismarı sayəsində sutkada 150 min barrel neft məhsullarını nəql etmək mümkün olacaq.(Axar.az)

Amerika Birləşmiş Ştatları və Kanada arasında yerləşən məşhur Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim “Twitter” hesabından video paylaşıb.

“Dövlət Bayrağı Gününüz mübarək”, - deyə səfir şəlalənin videogörüntüsünü paylaşaraq qeyd edib.

“İran Rusiyaya silah tədarük etdiyinə görə cavab verməlidir”.

“Ukrinform” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.

“Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen ilə telefon danışığında İran rejiminə qarşı təzyiqin gücləndirilməsini müzakirə etdik. İranın Rusiya terrorunda iştirakı cəzalandırılmalıdır. Biz bu məsələni yalnızca ənənəvi tərəfdaşlarımız səviyyəsində qaldırmayacağıq. Bütün dünya biləcək ki, İran Rusiyaya bu müharibəni uzatmağa kömək edir”, - deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, İran Rusiyaya silah göndərməsəydi, Ukrayna hazırda qələbəyə yaxın olardı: “Rusiyaya bu müharibəni uzatmağa kömək edən hər bir kəs onunla birgə bu müharibənin nəticələrinə görə cavab verməlidir”.

Qeyd edək ki, Ukrayna tərəfinin açıqlamasına görə, ölkə müharibədə hər gün azı 10 ədəd İran istehsalı “Shahed-136” pilotsuz uçuş aparatları zərərsizləşdirir. İran tərəfi isə Rusiyaya PUA göndərməsi ilə bağlı xəbərləri təkzib edir.

Xəbər lenti