![]() |
|
“Yunanıstan qara pr-dan əl çəkməlidir”.
Oxu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib.
“Yunanıstan beynəlxalq hüquqa əməl etməlidir. Avropa İttifaqına güvənərək bu addımları atırlar. Amma hərəkətlərindən əl çəkməlidirlər. Türkiyə kimi qonşunun qiymətini bilməlidirlər. Münasibətlərin yumşalmasının mənası yoxdur. Çünki Yunanıstan səmimi deyil”, - o deyib.
Rusiya Prezidenti Vladimir Putin ictimai xadim Aleksandr Duqinin qızı Dariyanın ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətnində deyilir: “Peşəkar borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və fədakarlığa görə Darya Aleksandrovna Duqina (ölümündən sonra) “İgidliyə görə” ordeni ilə təltif edilsin”.
Bundan əvvəl Putin teleqram kanalında Duqinanın ailəsinə başsağlığı verib.
Rusiyanın Ukraynaya aylarla davam edən hücumu nəticəsində Donetsk bölgəsində qarşıdurmalar şiddətlənərək müharibə Krıma da sıçrayıb.
Xarici xəbər verir ki, Ukrayna 2014-cü ildə Rusiyanın nəzarətinə keçən bölgədə pilotsuz təyyarələr və raketlərlə silsilə hücumlar həyata keçirib. Ukraynanın bölgədəki Rusiya hədəflərini necə vurduğu günlər sonra üzə çıxıb.
Nazirliksözügedən turistin S-400 sistemləri qarşısında fotosunu paylaşaraq məlumatı sosial şəbəkələrdən əldə etdiyini bildirib.
Daha əvvəl bölgədəki turistləri evə getməyə çağıran Ukrayna nazirliyi sözügedən turistə təşəkkür edib.
“Bəlkə biz rus turistlərə qarşı çox sərt davranırıq. Bu adam həqiqətən bizə kömək etdi”-açıqlamada qeyd edilib.
Naməlum rus turistin bu paylaşımı Rusiyada da böyük əks-səda doğurub. Bir çox sosial media istifadəçisi kişinin bu fotonu məkan məlumatı ilə paylaşmasını “axmaqlıq” kimi şərh edib.
Rusiyanın tanınmış siyasi eksperti Aleksandr Duqin qızı Darya Duqinanın bombalı hücumda ölməsindən sonra ilk dəfə açıqlama verib.
Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi "Belə dözülməz zərbələr bizi, xalqımızı qıra bilməz" deyib.
Duqinin yaxın dostu Konstantin Malofeyev isə sosial media hesabında Duqinin yazılı açıqlamasını yayıb.
Hücuma görə Ukraynanı ittiham edən Duqin, “Hamınız bildiyiniz kimi, nasist Ukrayna rejiminin terror hücumu nəticəsində qızım Darya Duqina avqustun 20-də Moskva yaxınlığında “Tradisiya” adlı festivaldan qayıdarkən baş verən partlayışda vəhşicəsinə öldürülüb. Belə dözülməz zərbələr bizi, xalqımızı qıra bilməz. Onlar qanlı terror hücumları ilə iradəmizi qırmaq istəyirdilər. Bunu edə bilməyəcəklər”, - deyə bildirib
Qızının ölümünə görə yalnız "intiqam" istəmədiklərini vurğulayan Duqin, "Ürəyimiz intiqam və ya cavab verməkdən daha çoxunu istəyir. Bizə sadəcə qələbə lazımdır” ifadəsini işlədib.
Duqin sabah Darya Duqinanın dəfn mərasiminin keçiriləcəyi barədə də məlumat paylaşıb.
Kərbəla şəhərindən təxminən 25 kilometr aralıda təbii çökəklikdə yerləşən məqbərə uçub.
İraqın rəsmi İNA agentliyi xəbər verir ki, əyalətin Qəttarat əl-İmam Əli məqbərəsində dağıntılar altından dörd cəsəd çıxarılıb. Xilasetmə əməliyyatı davam edir. Uçquna səbəb torpaq sürüşməsi göstərilir. Uçqun altında sağ qalanların olduğu bildirilir.
İNA-nın xəbərinə görə, gecələr proyektorlar altında işləyən xilasetmə qrupları dağıntılar altında qalan insanları oksigen, həmçinin qida və su ilə təmin edə biliblər.
Təcili yardım xidmətləri şənbə günü baş verən fəlakətdən sonra üç uşağın xilas edildiyini və onların vəziyyətinin yaxşı olduğunu və xəstəxanada nəzarət altında olduğunu bildirib.
İraq prezidenti Barham Saleh xilasediciləri çətin vəziyyətdə qalan insanları xilas etmək üçün bütün səyləri səfərbər etməyə çağırıb.
Belarusdan olan könüllü hərbçilər Ukrayna ordusunun sıralarına qoşulub.
"Bu barədə “Belaruski Qayun” monitorinq layihəsi məlumat yayıb.
“Poqonya” alayının aviakəşfiyyatının hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulublar. Onlar hazırda “Boquna” xüsusi təyinatlı birinci əlahiddə briqadasının tərkibindədirlər”, - məlumatda qeyd olunub.
Bildirilib ki, belaruslu hərbçilər avropalı təlimatçılar tərəfindən hazırlıq keçiblər.
Rəcəb Tayyib Ərdoğanın diplomatiyası Türkiyəni beynəlxalq səhnədə əvəzolunmaz mövqeyə gətirdi.
Bu barədə “Le Fiqaro” qəzetində yayımlanan məqalədə deyilir.
“Türkiyə Ukraynada müharibənin qalibi ola bilərmi? Bu, real diplomatik uğurdur. Bu, dünyada 6-cı ən böyük səfirliklər şəbəkəsinə sahib olan və hər şeydən öncə sülhsevər, aktiv türk xarici siyasətinin göstəricisidir.
Ukrayna ixtilafı Şərq, Qərb və ərəb dünyasında iftixarla bəhs edilən türk xarici siyasətini yenidən ön plana çıxardı”, - deyə bildirilib.
Fransalı diplomat Jin dö Gliniasti Türkiyənin Qərb blokunun üzvü olmaqla yanaşı, ittifaqlarını genişləndirdiyini qeyd edib:
“Mənafeyinə zidd olduğu təqdirdə belə, daim dialoqdadır. Artıq hər kəs üçün gərəklidir və hər kəs tərəfindən tərif edilir. Türkiyə çoxqütblü dünyanın virtuozuna çevrilib”.
İranın ali dini lideri Əli Xamneyi yazıçı Salman Rüşdiyə qarşı hücumu dəstəkləyib.
Bu barədə “The Guardian” məlumat yayıb.
Nəşrin məlumatına görə, Xamneyinin mövqeyindən çıxış edən İranın “Kayhan” qəzeti Rüşdiyə hücum edəni tərifləyərək “onun əllərindən öpmək” lazım olduğunu yazıb. Material “Şeytan boynu qılınc altında” başlığı ilə dərc edilib.
Qeyd edək ki, bir müddət əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani Çafi bildirib ki, Nyu-Yorkda çıxışı zamanı yazıçı Rüşdiyə hücumun günahkarı yalnız yazıçının özü və onu dəstəkləyənlərdir.
Avqustun 24-də Rusiyadan raket hücumu ehtimalı var. Bu da rus təbliğatçısı Duqinin qızının ölümü ilə bağlıdır. Düşmənin ictimai səhifələrində onlar artıq Ukraynadakı qərar qəbul edən mərkəzlərə hücum tələb edirlər.
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi müşahidəçi Denis Popoviç deyib.
“Avqustun 24-ü simvolik tarixdir. “Xüsusi hərbi əməliyyat” adlandırılan əməliyyatın başlamasından yarım il ötür. Hesab edirəm ki, Rusiya buna hazırlaşır və şiddətli atışma olacaq. Əsasən də Ukraynanın dinc şəhərlərinə. Buna diqqət etmək lazımdır. Və biz ruslar üçün də sürpriz hazırlaya bilərik", - o bildirib.
Rusiya qoşunlarının sursatları tükənir ki, bu da hücum potensialının azalması prosesini sürətləndirir.
Bunu Pentaqonun qapalı brifinqində ABŞ kəşfiyyatının rəsmisi bildirib.
Onun sözlərini ITN telekanalının əməkdaşı Emma Berrous “Twitter”də paylaşıb.
“Bizim sursatların tükəndiyinə dair çoxlu sübutlarımız var, o cümlədən də dərin anbarlardan çıxarılan sursatların”, - ABŞ kəşfiyyatının nümayəndəsi bəyan edib.
O, qeyd edib ki, sursatların miqdarının azalması nəhayət, Rusiyanın hücuma başlamaq qabiliyyətini sarsıtmağa başlayır. ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya indi batalyon taktiki qruplarını birləşdirib və öz qüvvələrini yenidən qurmağa çalışır.
Jurnalistin sözlərinə görə, kəşfiyyat rəsmisi Ukraynadakı müharibənin fərqli mərhələyə keçdiyini, lakin hələ pik həddə çatmadığını vurğulayıb.
“Hər iki tərəf bunun sprint deyil, marafon olduğunu artıq dərk edib”, - deyə kəşfiyyatın nümayəndəsi qeyd edib.