![]() |
|
“2006-cı ildə Artur Tovmasyan “Qarabağ məsələsində neft faktorunun rolu” mövzusunda dəyirmi masa keçirirdi, dəfələrlə demişdim: 2014-2015-ci illərdə müharibə başlaya bilər və əgər inkişaf o vaxtkı kimi olsa, nəinki Qarabağı, hətta Ermənistanı da itirəcəyik”.
Bunu Xankəndindəki separatçı tör-töküntülərin sözdə lideri Araik Arutyunyan deyib.
O xatırladıb ki, həmin dəyirmi masada çıxışı konkret olub: “Qazanmaq və ya məğlub olmamaq üçün yeganə amil Ermənistanın illik iqtisadi artımının ən azı 8%-ni təmin etmək olardı, çünki Azərbaycan 2007-2008-ci illərdə artıq Bakı-Tbilisi-Ceyhan neft kəmərini istismar etmiş və gündə 1,2 milyon barel neft hasil etməyə başlamışdı. Ovaxtkı qiymət 70-80 dollar idi, bu da hər il ən az 30 milyard dollar təmin edirdi və təbii ki, Azərbaycan məsələni hərbi yolla həll etməyə hazır olduğu fürsətini qaçırmadı”.
Separatçı məğlubiyyəti özündən əvvəlkilərin üzərinə atmaq məqsədilə deyib ki, iqtisadi artım və kifayət qədər silah ehtiyatları olsaydı, mübarizə də mümkün olardı: “Neft zirvəsi Azərbaycanda davam etdi, Ermənistanda isə 2008-ci ildə iqtisadi geriləmə 14% oldu. Daha sonra artım ən yaxşı halda 4-5% idi. 2016-cı il bizim üçün bir xəbərdarlıq oldu. Dünya gözləyirdi, hamı bu nəticələri gözləyirdi, çünki 2015-ci ildən sonra təzyiq göstərərək problemin məlum bir variantla həll etməyə çalışdılar”.
Litvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi və Şuşa ilə bağlı danışıb.
“BBC News Azərbaycanca” xəbər verir ki, Paşinyan sözlərinə görə, müharibədən yayınmaq üçün torpaqları geri qaytarılmalı idi:
“Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Bunun yeganə şərti ərazilərin qaytarılması idi. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu, o biri iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq”.
Şuşa barədə də danışan Paşinyan bildirib ki, bu şəhər ermənilərin nəzarəti altında olarkən heç bir yaşayış binası tikilməyib:
“Bu gün əlehdarlar Şuşa haqqında danışırlar. Bəs, 30 il ərzində Şuşada neçə yaşayış binası tikililib? Cavab verirəm, heç biri. Pulları olmayıb? Nədir bunun səbəbi? Məncə, cavabı aydındır”.
Görüş iştirakçılarından birinin “Yəqin saxlaya biləcəklərinə əmin olmayıblar” replikasına “bunu siz dediniz, mən yox” cavabını verib.
Dünyada qlobal böhrana son vaxtlarda enerjinin, xüsusən də qazın qiymətinin artması, o cümlədən bir sıra tədarük məhsullarının qiymətinin artması və qıtlığa səbəb olacağı pronozlaşdırılır.
“Yol-xeber.az” xəbər verir ki, belə bir qənaətə “Bloomberg” mətbu orqanı gəlib.
Bloomberg-in jurnalisti Maykl Uinfrinin (Winfrey) yazdığına görə, COVID-19 pandemiyası bəşəriyyət üçün böyük bir böhran oldu. Artıq bütün dünyada taxıldan tutmuş kompüter çiplərinə qədər əksər malların tədarükündə problemlər var. Ancaq bəzi ölkələrin başqa problemləri də var. Məsələn, İngiltərə kəskin yanacaq çatışmazlığı ilə üzləşib. Sürücü çatışmazlığı səbəbindən supermarketlər boşdur. Jurnalist yazır: “Problemlər planetimizin digər ölkələrini də təhdid edir”.
Onun sözlərinə görə, bu qışda Şimal yarımkürəsində temperatur rejimi fərqli bazarlara təsir edəcək. Meteoroloqların ən bədbin proqnozları gerçəkləşərsə, enerji resurslarının qıtlığı tam miqyaslı böhrana səbəb olacaq.
Uinfri hesab edir ki, bu isə resurslar uğrunda “davalara” səbəb olacaq. Beləliklə, Çin kvotaları aşan kömür tədarükünü təmin etmək barədə göstəriş verib. Avropada qaz və elektrik enerjisinin qiymətlərində rekord artma müşahidə olunur. Bu da öz növbəsində qitənin Hollandiyadakı ən böyük istixana şəbəkəsinin bağlanmasına səbəb olub. İstixananın bağlanması isə ərzaq tədarükünə təsir göstərə bilər.
Bununla belə Fransa hakimiyyəti tənzimlənən qaz tariflərinin artırılmasını qadağan edib və elektrik enerjisinə olan vergini azaldıb. Bundan əlavə olaraq dünyada buğda ehtiyatları azalır və taxıl istehsalı ilə bağlı proqnozlar daha da pisləşir.
Sonda jurnalist keçən qışın pandemiya səbəbindən çox ağır olduğunu qeyd edərək, insanları bu il vəziyyətin yaxşılaşmasını gözləməməyə çağırıb.
Sentyabr ayında “The Guardian” yazırdı ki, əgər karbon qazı tullantıları azalmazsa, əsrin sonuna qədər onun hər tonu dünya iqtisadiyyatına üç min dollar ziyan vuracaq.
Kembric Universiteti, London Universiteti Kolleci və London İmperial Kollecinin mütəxəssisləri, həmçinin İsveçrə, Almaniya, ABŞ və Avstriyadan olan beynəlxalq tərəfdaşlar tərəfindən aparılan araşdırmalar 21 -ci əsrdə dünya iqtisadiyyatının çirklənmənin qarşılığını artıq ödədiyib. Bu səbəbdən də dünya ÜDM-i 37 faiz azalıb.
“Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinə girişin saatlarla mümkün olmaması, insanlar arasında müxtəlif iddiaların yayılmaına səbəb olub. Qlobal miqyasda daha çox istifadəçi məlumatlarının oğurlanması ilə bağlı narahatlıqlar yaranıb. Sosial şəbəkələrin Azərbaycan seqmenində isə kəsinti ağıllara “müharibə başlayır?” sualını gətirib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi narahatlıqları nəzərə alaraq açıqlama yaydı.Məlumatda qeyd olunurdu ki, problem lokal yox, qlobal xarakter daşıyır.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan İnformasiya Texnologiyaları sahəsi üzrə mütəxəssis Elşad Yusifli istifadəçi məlumatlarının oğurlanması ilə bağlı iddialardan danışıb. O söyləyib ki, belə bir ehtimal hər zaman var:
“Əslində, bu, bir tərəfdən mümkündür. Çünki baş verənlər texniki problemlə yox, hücumla bağlıdır. Feysbuk, instaqram və votsapın serverlərinə hücum edilib və nəticədə çökmə yaşanıb. Amma bu hücum nəticəsində istifadəçi məlumatlarının oğurlanıb-oğurlanmadığını demək çətindir. Yəqin ki bir neçə gündən sonra məlum olacaq”.
Mütəxəssis bildirib ki, ötən gün baş verənlər “dost” hücumu adlanır:
“Dünənki hücumun növü olaraq “dost” hücumu olduğu deyilir. Bu daha çox ona hesablanıb ki, sistemlər işləməsin. Yəni, “dost” hücumunda dataların oğurlanması nəzərdə tutulmur. Az olsa da, yenə də məlumatların oğurlanması ehtimalı var. Bu, bir neçə gündən sonra daha dəqiq bilinəcək. Çünki belə oğurluq halları olanda bir neçə gün sonra o datalar satılmağa başlayır”.
E.Yusifli hazırda Azərbaycanda ən çox istifadəçisi olan sosial şəbəkələrdən də danışıb:
“Bizdə ən çox istifadəçi instaqramdadır. Votsap da çox istifadə olunan sosial şəbəkələrdən biridir. Votsapın bənzəri teleqramdır, instaqramın bənzəri yoxdur, “tiktok” son vaxtlarda bir az istifadə olunur. Teleqramla “tiktok”, votsapla instaqramı bir növ əvəzləsə də, Azərbaycanda geniş yayılmayıb. Votsapa bənzər “siqnal” prqramı da var, amma Azərbaycanda çox istifadə olunmur.
Sosial şəbəkələr demək olar ki, eyni sistem üzrə işləyir. Hansısa sosial şəbəkədə problem yaşandıqda istifadəçilər digərinə üz tutur. Etibarlılıq baxımından hansının daha güvənli olduğunu isə demək çətindir. Məsələn Teleqram və Siqnal sosial şəbəkələri dataların heç kimə verilmədiyini deyir. Bu baxımdan daha etibarlı imic qazanıbalar, amma bu barədə dəqiq söz söyləmək çətindir”.
"Yol-xeber.az" APA-ya istinadən bildirir ki, İran İslam Respublikasının mövqeyi ölkənin diplomatik missiyası tərəfindən yayılan qısa bəyanatda qeyd olunub.
Hindistan və ABŞ "Taliban"ı Əfqanıstandan terror məqsədli istifadə etməməyə çağırıb
İran səfirliyi İsrailin "İrana qarşı əsassız ittihamlar" irəli sürdüyünü bildirib.
Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri – general-polkovnik Zakir Həsənov, Hulusi Akar və Cuanşer Burçuladze arasında üçtərəfli görüş başlayıb.
"Yol-xeber.az" Report-a istinadən xəbər verir ki, görüş Kaxeti bölgəsində keçirilir.
Tərəflər üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gələcək perspektivlərini müzakirə edəcəklər.
“Facebook” qurucusu Mark Zukerberq bir sıra ölkələrdə “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinin işində yaranan problemə görə sosial şəbəkələrin istifadəçilərindən üzr istəyib.
Bu barədə “Facebook” şirkətinin məlumatında deyilir.
“Məlumat mərkəzlərimiz arasında şəbəkə trafikini əlaqələndirməkdə cavabdeh olan magistral marşrutlaşdırıcılarda konfiqurasiya dəyişiklikləri şəbəkənin kəsilməsi ilə nəticələnib”.
Bildirilib ki, nasazlıq istifadəçi məlumatlarının oğurlanmasına səbəb olmayıb.
Türkiyənin rabitə naziri Fahrettin Altun prezident Rəcəb Tayyib Ərdoğanın basketbol oynadığı görüntüləri sosial şəbəkədə paylaşıb.
"Yol-xeber.az" Türkiyə mediasına istinadən xəbər verir ki, bir neçə gün əvvəl baş tutan oyunda Ərdoğanla bərabər eks basketbolçu, hazırda Basketbol Federasiyasının başqanı olan Hidayət Türkoğlu, prezidentin mətbuat xidmətinin rəhbəri İbrahim Kalın, rabitə naziri Fahrettin Altun, idman naziri Mehmet Kasapoğlu və digər nazirlər, rəsmilər də yer alıb.
Həmin görüntüləri təqdim edirik:
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini ölkənin hazırkı lideri tərəfindən əfv edilməsi və ya ekstradisiya yolu ilə azad etmək olar.
“Report” xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Beka Basilaya bildirib.
O, Gürcüstan prezidenti Salome Zurabişvilinin Saakaşvilini əfv etməyəcəyinə dair bəyanatını xatırladıb, lakin qeyd edib ki, sabah vəziyyət dəyişə bilər.
Vəkilin sözlərinə görə, Gürcüstanın sabiq prezidentinin taleyi siyasi iradədən asılıdır".
Beka Basilaya hesab edir ki, Gürcüstanda bu gün keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələri ölkə prezidentinin qəti qərarına təsir edəcək.
Saakaşvilinin Ukraynaya ekstradisiyası haqqında danışan vəkil vurğulayıb ki, bu prosedur uzun vaxt aparır. Bundan başqa, Ukrayna hakimiyyəti hələ Gürcüstana bununla bağlı müvafiq sorğunu göndərməyib.
Mixeil Saakaşvili dünən Gürcüstanda həbs edilib.
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Gürcüstanda olduğunu bildirib.
Yol-xeber.az xəbər verir ki, o bu barədə “Facebook” səhifəsində yazıb.
“8 il sonra Gürcüstandan, Sabahın xeyir, Gürcüstan”, - Saakaşvili qeyd edib.
Xatırladaq ki, sabiq prezident oktyabrın 2-də Gürcüstana geri qayıdacağını elan etmişdi.