Hollandiyanın Overijssel əyalətində Almelo şəhərində baş verən atışmada iki erməni qadın öldürülüb.

 “Sputnikarmenia” xəbər verir ki, hadisə  sentyabrın 17 -də  baş verib.

Almelo şəhərində əlində silah olan şəsx mənzilinin balkonundan yoldan keçənlərə atəş açıb. Bu barədə Ermənistan Ümumi Xeyriyyəçi Birliyinin Hollandiya şöbəsi (AGBU Holland) məlumat yayıb.

Sosial şəbəkələrdə çoxmərtəbəli binanın eyvanına çıxan və yoldan keçənlərə tüfəngdən atəş açan Almelo şəhərindən çəkilmiş görüntülər yayılıb. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

Məlum olub ki, atışma nəticəsində ölən iki qadın AGBU Holland üzvləri olan ermənilərdir. Onlar  72 yaşlı Maral Ter-Movsesyan (qadınlar komitəsinin sədri) və 50 yaşlı Tsnund Kartanakyandır. Silahlı şəxs çağırışa gələn polis əməkdaşlarını da hədəfə alıb, lakin polislər onu yaralaya biliblər.  Həmin şəxs saxlanılsa da, adı açıqlanmayıb. Polis  baş verən hadisəni araşdırdığını bəyan edib.

 

 

 
  •  

 

Delta ştammı peyvənd olunmayan hər kəsi ovlayacaq.

Bu barədə İngiltərə alimlərinin apardığı araşdırmada bildirilib.

Alimlərin fikrincə, peyvənd olunmayan hər kəs bu ştamma yoluxacaq:

"BioTech peyvəndinin deltadan qoruma faizi 88-dir. Bu ştamm əvvəlkilərə nisbətdə daha yoluxucudur. Deltadan qorunmaq demək olar ki, mümkünsüzdür".

Amerikalı politoloq, Duqlas və Sara Allison Xarici Siyasət Mərkəzinin rəhbəri Lyuk Cofi hesab edir ki, son 5-6 ildə Türkiyənin dünyadakı rolu artmaqdadır və bunun nəticəsi olaraq Yaxın Şərq, Qafqazda, Orta Asiya və Əfqanıstanda təsir dairəsi genişlənməkdədir.

“Anadolu” xəbər verir ki, amerikalı politoloq  Cofi Tükiyənin artıq  daha təsirli bir aktyor rolunu oynamağa başladığını qeyd edib. 

O, ABŞ-Türkiyə münasibətlərinin gərgin olmasına baxmayaraq hesab edir ki, Türkiyənin NATO-da olması  ABŞ üçün çox böyük faydası var. 

“Mən 7-8 il ərzində iki ölkə arasında gərgin münasibətlər yaşandı deyə,  Türkiyə  kimi 70  illik müttəfiqimizlə münasibətlərin soyumasının tərəfdarı deyiləm. Əksinə hesab edirəm ki, bizi birləşdirən daha çox məqamlar var  və onlardan istifadə edib, ondan faydalanmaq lazımdır. Məsələn, Türkiyə Əfqanıstan məsələsində  ABŞ üçün faydası ola bilər”- o qeyd edib.
Amerikalı politoloq onu da əlavə edib ki,  Türkiyə Əfqanıstanda Talibanla koordinasiya rolunu oynaya  bilən yeganə dövlətdir: “Çünki bütün  tərəflər Türkiyənin Əfqanıstan məsələsində tərəfsiz vasitəçi rolunda ola bilən yeganə ölkə kimi görür. Məncə, Türkiyə və türk bayrağı tərəfsilziyin simvoludur. Ona görə də Türkiyənin vasitəçiliyi  bu məsələdə önəmlidir. Bunun  həm ABŞ, həm də əfqan xalqına faydası olacaq.

Burada məni narahat edən yeganə məsələ gələcəkdə Taliban  daxilində birlik olmayacağı təqdirdə yaranacaq problemlərdir və hansı ki biz indidən bunun işarələrini görməkdəyik. Bax o zaman ciddi problemlər yarana bilər”.



“İslam düşmənçiliyi virusdan daha sürələtlə yayılmaqdadır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  belə bir bəyanatla Nyu-Yorkda Türk-Amerika Milli Rəhbər Komitəsinin  təşkil etdiyi  “Daha ədalətli bir dünya mümkündürmü” konfransında çıxış  edib.

 “Yol-xeber.az” “haber7”yə istinadən xəbər verir ki,  konfransda çıxış edən Ərdoğan dünyaya mesaj verərək son dövrlərdə  artan İslam düşmənçiliyinə diqqət çəkib: “İslam düşmənçiliyi virusu daha sürətli bir şəkildə yayılmaqdadır. Bir çox ölkədə müsəlmanlar dinlərinə, dilinə və geyimlərinə görə kənarda qalırlar. Müxtəlif cəmiyyətlərdə İslam düşmənçiliyinin  kök saldığını görüməkdəyik. Türkiyə olaraq, beynəlxalq platformalarda islamofobiya və dözümsüzlüklə mübarizə aparırıq”.

İranlı nüvə alimi və fizik Möhsün Fəxrizadənin qətli ilə bağlı yeni detal ortaya çıxıb.

Yol-xeber.az xarici KİV-ə istinadla xəbər verir ki, fizikin qətlinin peykdən idarə olunan və  ya "süni intellekt"lə təchiz edilmiş pulemyotla həyata keçirildiyi iddia edilib.

"The New York Times" (NYT) qəzeti  sui-qəsd zamanı dəqiqədə 600 mərmi atan süni intellektli robot silahdan istifadə edildiyini yazıb. Fəxrizadənin 1600 km uzaqlıqdakı ərazidən peyk vasitəsilə Mossadın snayperi tərəfindən vurulduğu da iddia edilib.

Qəzetin yazdığına görə, Fəxrizadənin avtomobillə dönüş edəcəyi yolda yüksək texnolji imkanlara malik kameraların olduğu  avtomobil və robot silahın olduğu “pick-up “yerləşdirilib.

Qeyd olunub ki, kamera məlumatlarının gəlməsi və kəşfiyyatın göstərişi ilə snayperin atəş açması arasındakı 1.6 saniyəlik müddəti təşkil etmək üçün süni intellektdən istifadə olunub.

Ümumilikdə 15 dəfə atəş açıldığı və Fəxrizadənin burnu belə qanamayan həyat yoldaşının qollarında vəfat etdiyi bildirilib.

Qeyd edək ki, ötən ilin 27 noyabrında İranlı fizika və nüvə alimi, İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadəyə qarşI sui-qəsd olub.

Mətbuatda bir qrup silahlı şəxs Tehran yaxınlığında aliminin olduğu avtomobilə hücum etdiyi və baş verən atışma nəticəsində M.Fəxriadənin öldüyü bildirilirdi. 

Perm Dövlət Universitetinə silahlı basqın olub.

 “Ren.Tv” xəbər verir ki, Rusiyanın Perm Dövlət Universitetdə baş verən atəş nəticəsində tələbələr özlərini pəncərədən atıb. 

Silahlı universitetinin 8-ci korpusunda girib və necə gəldi oradakılara atəş açırlar. 

İlkin məlumata görə, 4 nəfər xəsarət alıb.

Universitet rəhbərliyi tələbələrə müraciət ünvanlayıb.
Müraciətdə deyilir: “Əgər Siz indiki məqamda Universitetdəsiniz və yaxud auditoriyadasınızsa, o zaman qapıları içəridən bağlayın və içəridə qalın”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri çərçivəsində silsilə görüşlər davam etməkdədir.

“Yol-xeber.az” “anadolu”ya istinadən xəbər verir ki, belə bir görüşlərdən biri də ABŞ-dəki müsəlman toplumunun liderləri ilə olub.

“The Manhattan Center”də reallaşan görüş qapalı keçirilib və müzakirə olunan məsələlər barədə məlumat verilmir. 

 

 

 

Tərəflər yükdaşımalar və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Ermənistan baş naziri Nikol Paşinyan KTMT sammiti çərçivəsində İran prezidenti İbrahim Rəisi ilə Düşənbədə görüşüb.

 “Yol-xeber.az” “sputnikarmenia”ya istinadən xəbər verir ki, tərəflər Cənubi Qafqazda gedən prosesləri, o cümlədən İranla Ermənistan arasındakı gələcək əməkdaşlığın perspektivlərini  müzakirə ediblər.

Tərəflər eyni zamanda  fasiləsiz yükdaşımaların təmin edilməsi məsələsini də müzakirə ediblər. 

İran prezidenti görüş zamanı qonşularla əlaqələrin inkişaf etməsinə böyük önəm verdiyini qeyd edib.

Səkkizinci çağırış Rusiya Dövlət Dumasına seçkilər başlayıb.

"Yol-xeber.az" xəbər verir ki, seçki məntəqələri ilkin olaraq Çukotka və Kamçatkada açılıb.

Qeyd edək ki, “Birlikdə seçirik” şüarı altında keçirilən parlament seçkiləri üç gün davam edəcək. Həmçinin Rusiya subyektlərinin regional və yerli orqanlarına da seçkilər baş tutacaq.

450 deputat yeri olan parlamentin aşağı palatasına 14 siyasi partiyadan 3910 namizəd irəli sürülüb.

Pandemiya ilə bağlı parlament seçkilərində xarici ölkələrdən və beynəlxalq təşkilatlardan müşahidəçilərin sayı azlıq təşkil edir. Seçkiləri müşahidə etmək üçün Rusiyaya dəvət olunan müşahidəçilər arasında MDB müşahidəçilər missiyasının tərkibində Milli Məclisin deputatları da var.

Yekun nəticə oktyabrın 4-də elan olunacaq.

“Taliban” hərəkatı Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl fəallığı ilə məşhur olan, qadın hüquqları müdafiəsi üzrə fəal Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır.

“Yol-xeber.az” xəbər verir ki, hazırda “Taliban” rejimindən gizlənən Taranom Seyidi “CNN” müxbiri ilə söhbəti zamanı yaşadığı dəhşəti dilə gətirib.

Müxbirin sözlərinə görə, bu qadının yeganə “cinayəti” küçələrdə bərabər hüquqlarını tələb etməkdir. Müxbir bildirir ki, o döyülüb və təzyiqlərə məruz qalıb. Bunun ardınca da “Taliban” qorxusu onu hər yerdə izləyir.

“Onlar bizə hədə-qorxu gəlməyə və gizlincə edam etməyə çalışırlar. Necə ki bunu mənim bir çox qadın dostuma ediblər. Mən ölümdən qorxmuram. Lakin onlar məni tapdıqda arzu edirəm ki, məni tez öldürsünlər. Əgər onlar ilk olaraq mənə işgəncə versələr, sonradan ləyaqətsiz şəkildə öldürəcəklər. Hər kəs şərəfli şəkildə ölməyi arzulayır”, - deyə Seyidi əlavə edib.

T. Seyidi hazırda ailəsinin və zorakılıqdan xilas etdiyi uşaqların qayğısına qaldığı yeganə insan olduğunu deyib. Bununla belə, ölkədə qalmağın onun üçün ölüm riski daşıdığını vurğulayıb.

Seyidi bildirib ki, onun gələcək taleyi kömək üçün müraciət etdiyi ABŞ, Böyük Britaniya, Kanada və digər ölkələrdən asılıdır. O, ölkəni tərk edəcəyi halda da, mübarizəsini davam etdirəcəyini əlavə edib.

Xəbər lenti