ABŞ-ın keçmiş prezidenti Donald Tramp yaxın 3 il ərzində Amerikanın sonunun gələcəyini deyib.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə o, “Newsmax” efirində danışıb. Tramp bildirib ki, Co Baydenin vəzifəyə başlamasından sonra ABŞ əvvəllər heç olmadığı qədər eniş yaşayıb:

“2022 və 2024-cü illərdə seçkilərə getmək istəyəndə ölkəmiz olmayacaq”. Bu sözlərdən sonra aparıcı Şon Spayser müsahibəni bitirib.

Avropa İttifaqı müdafiə olunmaq üçün öz ordusunu qurmaq niyyətindədir.

“Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bəyan edib.

Onun sözlərinə görə, Əfqanıstanda baş verən son hadisə təkcə NATO bloku üçün deyil, həm də Aİ-yə daxil olan ölkələr üçün də ciddi suallar doğurur.

“Avropa Müdafiə İttifaqının yaradılmasını sürətləndirmək lazımdır. Yeni bölmələrin də yaradılmasına ehtiyac yoxdur. ABŞ və NATO -nun köməyi olmadan beynəlxalq işlərdə hərbi vasitələrdən istifadə etmək üçün kifayət qədər siyasi iradəyə malik olması lazımdır. Artıq növbəti mərhələyə keçmək vaxtıdır”.

KTMT-nin iclasında iştirak etməmənin səbəbini isə belə izah etdilər: XİN başçısının təyyarəsi xarab oldu, müdafiə nazirinin isə anası ölüb.

Təyyarədə yaranan nazasızlıq səbəbindən Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan  Düşənbədə KTMT-yə üzv dövlətlərin xarici işlər nazirləri, müdafiə nazirliklərinin şuralarının və Təhlükəsizlik Şurasının katiblərinin iclasında iştirak etmək üçün Tacikistana səfər edə bilməyib.

“Yol-xeber.az” “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan məlumat verib. 

Onun sözlərinə görə, Ararat Mirzoyan bir gün sonra Düşənbəyə gedəcək və KTMT strukturlarının işində iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Onu da qeyd edək ki, sentyabrın 15-də Rusiya Xarici İşlər Nazirliyi, Ermənistan xarici işlər nazirləri və müdafiə nazirlərinin olmadığı KTMT üzv ölkələrinin xarici işlər nazirləri, müdafiə nazirlikləri və Təhlükəsizlik Şurası katiblərinin iclasının yekunlarına dair bir fotoşəkil yayımlayıb. Birgə fotoçəkilişdə yalnız Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak edib. 

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, məsələ mülki planlı təyyarəyə aiddir və məsələnin digər detalları barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi KTMT-nin iclaslarında nazir Arşak Karapetyanın iştirak etməməsi ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Xatırladaq ki, müdafiə naziri Arşak Karapetyanın anası dünyasını dəyişib.

KTMT-nin toplantısında iştirak etmək üçün baş nazir Nikol Paşinyan işgüzar səfərlə sentyabrın 15-də axşam saatlarında Düşənbəyə gedib.

Paşinyan bu gün Düşənbədə KTMT-nin iclasında iştirak edəcək. Onu da xatırladaq ki, iclasda  təşkilata rəhbərlik Ermənistana keçəcək.

ABŞ-da həkimlərin kütləvi şəkildə işdən çıxması doğum şöbələrinin bağlanması ilə nəticələnib.

ABŞ-ın Nyu-York ştatındakı bəzi xəstəxanalarda doğum şöbələri bağlanıb. Buna səbəb tibb işçilərinə məcburi peyvəndlənmə qərarının tətbiq edilməsidir.

27 sentyabr tarixinə qədər COVID-19 əleyhinə peyvəndlərin vurulmasının tibb işçilərinə məcbur edilməsi 165 işçinin istefa verməsi ilə nəticələnib. İstefa verənlərin əksəriyyəti isə doğum şöbələrində çalışan həkimlərdir. Hazırda bu say durmadan artmaqdadır.

Ştatdakı bəzi xəstəxanalar həkimlərin istefa verməsindən sonra doğum şöbələrinin xidmətlərini dayandırıblar.

Yerli medianın məlumatına görə, həkimlər məcburi peyvəndlənmə qərarına görə etiraz aksiyaları təşkil edəcəklər.

Qeyd edək ki, ABŞ COVİD-19 virusunun "Delta" ştammına görə kritik vəziyyət yaşayan ölkələrdən biridir. Son məlumatlara görə, bu ölkədə reanimasiya şöbələri tam olaraq dolub.

Yeni Zelandiyada Maori partiyası ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi üçün petisiya başladıb.

Xarici KİV xəbər verir ki, partiyanın liderləri Yeni Zelandiya adının Hollandiyadan qaynaqlandığını bildiriblər. 

Hökumətdən qarşıdakı beş il ərzində ölkənin bütün şəhərləri və yerləri üçün orijinal “Te Reo Maori” adlarını təyin etmələri və rəsmi olaraq qəbul etmələri istənilib.

Prosesin 2026 -cı ilə qədər yekunlaşdırılması tələb olunur.

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur.

"Yol-xeber.az" bildirir ki, Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır. O, bunu real hesab etdiyini bildirib.

Həmçinin, dünyanın ən varlı şəxslərindən biri olan iş adamı ABŞ hökumətinin növbəti mümkün pandemiyalara hazırlıq üçün 65 milyard dollar ayırmasını dəstəklədiyini qeyd edib.

“Koronavirus haqqında hələ 1930-cu illərdən bəllidir. İlk koronavirus 1930-cu illərdə toyuqlarda tapıldı və aradan qaldırıldı. O baxımdan da  90 ildən çoxdur ki, koronavirusla bağlı tədqiqatlar aparılır. Təbiətdə minlərlə koronavirus var və bu günə qədər ən az 5 koronavirus pandemiyası olub və onların hamısı hələ də aramızdadır. Bu SARS-CoV2 beşincidir”.

“Ölkə.Az” Milliyet-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində yaşayan virusoloq Semih Tareen deyib. O, iyirmi ildən artıqdır ki, virusları araşdırır və tədqiqatları “Molekulyar Terapiya” və “Journal of Virology” kimi elmi jurnallarda nəşr olunur. 

Mütəxəssis bildirib ki, insanlara daha çox yarasa və ya gəmirici mənşəli ən azı 7 koronavirus epidemiyasının olduğu məlumdur.

“Bütün genetik ardıcıllıqlara baxdıqda görürük ki, koronavirus da təbiətdəki viruslara bənzəyir, ona görə də bu, bioloji silah deyil”, - o qeyd edib.

264802

Bəzi vaksinlərin, xüsusən də Çin istehsalı olan "Sinovac"a və onun Avropada vurulmasına imkan verilməməsinə gəldikdə isə virusoloq deyib ki, "Sinovac" Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qəbul edilib: “Amma Avropa Dərman Agentliyi tərəfindən qəbul edilməməsinin səbəbi əslində çox sadədir. Çünki onlarda daha təsirli ola biləcək çoxsaylı peyvəndlər var; "Pfizer-BioNTech" və "AstraZeneca" peyvəndi kimi. Buna görə təsirli olmadığını deyə bilmərik. "Sinovac" peyvəndi də qoruyur, amma "Delta" variantına qarşı, 2 doza Sinovac peyvəndi təsirli görünmür və deyə bilərik ki, üçüncü dozanın vurulması gündəmə gəldi”. 

Koronavirusun bundan sonra nə qədər davam edə biləcəyinə gəldikdə mütəxəssis deyib ki, bütün canlılar mutasiyaya uğrayır və bir variant dediyimiz şey bir sıra mutasiyalardır.

“Bu SARS-CoV2 virusu da mutasiyalara uğrayıb. Epidemiyaların başlandığı andan indiyədək yüz minlərlə mutasiya və variant gəldi və getdi. Ona görə də koronavirusun mutasiya nəticəsində yox olması yanlış məlumatdır. Virusların mutasiya yolu ilə yox olması, virusologiyanı başa düşməyənlər tərəfindən elmi əsası  olmayan, yanlış məlumatlardır. Təkamül, virusologiya belə işləmir. Mutasiyalar seleksiya təzyiqi altında baş verir və virus əhali arasında yayıldıqca mutasiyalar meydana gəlir. Bu, davam edəcək, daim fərqli variantlar görəcəyik. O başqa məsələ ki mutasiyalar daha pis ola bilərmi? Bu başqa məsələ. Əlbəttə ki, daha da pisləşə bilər. Delta variantında daha uzun qaldığını və hüceyrələrə daha yaxşı bağlı olduğunu gördük. Seçim təzyiqi səbəbilə mutasiyalar seçilərək meydana gəlir və təkamül bu şəkildə baş verir”.

Koronavirusa qarşı qısa zamanda peyvəndlərin hazırlanmasının insanlar tərəfindən birmənalı qarşılanmaması ilə bağlı səslənən fikirlərə gəldikdə həkim bildirib ki, ilk peyvənd 1967-ci ildə hazırlanıb.

264803

“Bugünkü elm, texnologiya və sərmayəni həmin dövrlə müqayisə etmək olmaz. Qeyd etdiyim kimi, 90 ildir koronavirusları tanıyırıq və 50-60 ildir insan koronavirusları ilə işləyirik. 2002-ci ildə SARS epidemiyasından və 2012 -ci ildə MERS epidemiyasından sonra peyvənd işlərinə artıq başlanılıb. Bu epidemiyalar yox olduğundan peyvəndlərə ehtiyac qalmamışdı. COVID-19 başlayanda artıq buna hazır idik.

Bu gün mövcud olan texnologiya sayəsində peyvəndi tez əldə etmək çox sadədir. Xüsusilə RNT sayəsində, bu virusu təcrid etmək və ardıcıllıqla düzəltmək və mRNA peyvəndini o sıradan çıxarmaq cəmi 1 həftə çəkdi. Bu həftə müasir elm və texnologiyanın təqdim etdiyi imkanlar sayəsində. Digər tərəfdən, fövqəladə vəziyyət səbəbilə istifadəyə icazə verən qurumlar var, məsələn, FDA (Əczaçılıq və Qida Təsdiqi Agentliyi) təcili istifadə icazəsi altında təsdiqlər verir və məlumatların təqibi tələbi var. 

Klinik sınaqlar altında iki ay təqib edildi və peyvəndlərin təsirli və təhlükəsiz olduğu təsbit edildi.
Şirkətlər klinik sınaqlara başladıqda, eyni zamanda istehsal etməyə başladılar. Başqa sözlə, normalda təcrübələr başlayır və təsdiqləndikdən sonra istehsal başlayır, ancaq burada aylarla və ya illərlə gecikmələr olur. Bu gecikmələrin qarşısını almaq üçün klinik sınaqlar ilə maliyyə riskləri nəzərə alınaraq istehsala başladılar. Bu səbəbdən təcili istifadə təsdiqlənəndə milyonlarla doza vaksin artıq hazır idi. Bildiyiniz kimi, bu yaxınlarda əvvəlcə təcili istifadə icazəsi verildi”, - S. Tareen qeyd edib.

264801

O əlavə edib ki, peyvəndlərlə bağlı bütün bilgilər ortadadır: “Bütün məlumatlar bu peyvəndlərin təsirli və təhlükəsiz olduğunu göstərir. Baxın, ən təsirli peyvənd İsraildə tətbiq edildi, təxminən 1,7 milyon insana vuruldu. Onun da bütün yan təsirlər oradadır, hamısını bilirik. Bunun nə qədər riskli olduğunu və nə üçün narahat olmağımızı da bilirik. Bütün məlumatlar göstərir ki, SARS-CoV2-nin riskləri peyvənd risklərindən daha təhlükəlidir.

Vaksinlərdə nadir hallarda miokardit halları olur, lakin demək olar ki, hamısı yüngül və keçicidir. Ancaq SARS-CoV2-də daha çox miokardit hadisəsi var və bu, daha ciddidir”.  

Semih Tareen onu da əlavə edib ki, epidemiyalar  daimi olub bütün dünyada hər həftə demək olar yeni epidemiyalar baş verir: “Biz də virusoloq olaraq onları izləyirik. Məsələn, hazırda Afrikada Ebola epidemiyası var. Oradakı insanlar həm Ebola, həm də COVID-19 epidemiyası ilə məşğul olurlar. Başqa sözlə, viruslar həmişə olub, var və olacaq. Bu həyatın bir hissəsidir. COVID-19-dan sonra birdən çox epidemiya ola bilər. COVID-19 bitməmiş eyni anda yeni bir qrip pandemiyası ilə qarşılaşa bilərik.

264804

Həm də unutmadan, hazırda iki pandemiya içindəyik. Biri COVID-19, digəri isə QİÇS-ə səbəb olan HİV virusudur. Bu HİV virusu 80-ci illərdən bəri pandemiya olan bir virusdur. Odur ki hər zaman epidemiyalar olub və olacaq. Amma müasir elm və texnologiya sayəsində ümid edirəm ki, hər kəsin sağlam, xoşbəxt və dinc günlər yaşaması üçün bu cür pandemiyalarla mübarizə qabiliyyətimiz daha yaxşı olacaq”.

Hazırladı Mürtəza

Özbəkistan Genom və Bioinformatika Mərkəzi koronavirusa qarşı yeni peyvənd hazırlayıb.

Yol-xeber.az xarici KİV-ə istinadla xəbər verir ki, peyvəndi pomidordan hazırladıqlarını açıqlayan özbək rəsmilər bu peyvəndin qida kimi yeyiləcəyini bildiriblər.

Peyvənd koronavirus proteininin pomidora köçürülməsi üsulu ilə hazırlanıb.

Mərkəzin müdir müavini Zabardast Buriyev əvvəlcə tütün pomidor və pambıq üzərində sınaqlar aparılsa da, qida olduğu üçün sonda pomidor üzərində peyvənd hazırlamağa qərar verdiklərini söyləyib.

Həmçinin qeyd olunub ki, bu peyvəndin xüsusi saxlanma şəraitinə ehtiyacı yoxdur və yan təsirlərinin az olacağı ehtimal edilir.

Hazırda peyvəndin siçanlar üzərindən sınaqdan keçirildiyini deyən özbək rəsmilər bu mərhələ tamamlandıqdan sonra insanlar üzərində sınaqlar aparılacağını bildiriblər. 

Peyvəndin uğurlu olduğu deyilsə də, hələlik beynəlxalq səhiyyə orqanları tərəfindən tanınmayıb.

Rusiya prezidenti Vladimir Putin Suriya hökumət başçısı Bəşər Əsədlə görüşüb.

Yol-xeber.az xəbər verir ki, bu barədə Rusiya liderinin rəsmi saytında məlumat yayılıb.

Danışıqlar Kremldə baş tutub.

Rusiya mətbuatı Əsədin Moskvaya səfərini "gözlənilməz" adlandırıb.

Söhbət zamanı iki ölkə arasındakı münasibətlərdən, Suriyadakı vəziyyətdən danışılıb.

Fələstin Səhiyyə Nazirliyi 50 min doza “'Sputnik Lite” peyvəndini məhv edib.

Yol-xeber.az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb peyvəndlərin istifadəyə yararsız olmasıdır.

Nazirlik sözügedən peyvəndlərin 9 sentyabrda İsrailin nəzarəti altındakı Kerm Əbu Səlim sərhəd qapısı vasitəsilə təhvil götürüldüyünü açıqlayıb.

Qeyd olunub ki, sözügedən peyvəndlər təhlükəsiziyinin və keyfiyyətləriniun yoxlanması üçün bəzi prosedurlardan keçirilib.

Yoxlamalar nəticəsində peyvəndlərin istifadəyə yararsız vəziyyətdə olduğu üzə çıxıb.

Fələstin peyvəndlərin çatdırılmasını gecikdirdiyi üçün saxlanılma şəraitinin pozulduğunu və buna görə İsrailin məsuliyyət daşıdığını açıqlayıb.

Xəbər lenti