ABŞ-dakı “delta” variantı COVID-19-un son böyük variantı ola bilər.

Yol-xeber.az xəbər verir ki, bunu ABŞ Dərman və Qida İdarəsinin sabiq rəhbəri həkim Skot Qotlib CNN-ə müsahibəsində deyib. O bildirib ki, başqa bir ştamm ilə mövcud immunitet məhv edilməzsə, “delta” variantı sonuncu böyük infeksiya dalğası olacaq:

“Amma bu yayılmış risk halına gələcək”.

ABŞ-da böyük yaşdakı şəxslərin 76%-nin azı bir doza vaksin olunduğunu deyən Qotlib söyləyib ki, yoluxma səviyyəsinin aşağı düşdüyünü və yayılma sürətinin zəiflədiyini görmək üçün əhalinin təxminən 80-85%-i peyvənd olunmalıdır.

Mütəxəssisin sözlərinə görə, havalar soyuduqca “delta” variantının təsiri artacaq və yoluxmalarda artım müşahidə olunacaq.

S.Qotlib həmçinin bildirib ki, qriplə paralel koronavirusa yoluxma halları ölümlərin də artması ilə nəticələnəcək.

"Nikol Paşinyan Ermənistanın Baş naziri seçildikdən və hökuməti qurduqdan sonra pozitiv mesajlar verdi. Prezident Rəcəp Tayyip Ərdoğan da ona müsbət qarşılıq verdi".

"Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Report"a müsahibəsində "Türkiyə ilə Ermənistan arasında yaxın vaxtlarda danışıqların başlanılması gözlənilirmi?" sualını cavablandırarkən deyib.

"Ancaq biz bundan sonra atılacaq addımlar mövzusunda Azərbaycanla bərabər hərəkət edirik. Bizim arzumuz münasibətlərin normallaşmasıdır. Əlbəttə ki, Ermənistanın da bu mövzuda addım atması lazımdır. Azərbaycanın Ermənistana bir sülh müqaviləsi təklifi oldu. Hesab edirəm ki, bununla bağlı da müzakirələrinin başlanması faydalı olardı. Aydındır ki, biz bu mövzuda Azərbaycanla koordinasiyalı şəkildə addımlar atacağıq və şərtlərə əməl olunarsa, həm Azərbaycan, həm də Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər. Ancaq Ermənistanın bu mövzuda sadəcə sözdə deyil, nəticə verən və görünən addımları atması lazımdır", - Türkiyə XİN başçısı vurğulayıb.

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski sensasion açıqlama verib.

"Yol-xeber.az" Musavat.com-a istinadən məlumat verir ki, LDPR sədri Jirinovski ermənilərə Azərbaycana qarşı edilən yardımların kəsilməli olduğunu deyib.

Bu açıqlama erməni Teleqram kanallarında sürətlə yayılmaqda və həmin kanalların oxucuları tərəfindən ən müxtəlif məzmunlu tənqidlərə məruz qalmaqdadır. LDPR sədri həmçinin qeyd edib ki, Rusiya xarici dövlətlərə yardımları dayandırmalıdır.

Sitat:

"Hazırda biz Ermənistana Azərbaycana qarşı yardım edirik. Artıq Əfqanıstanda aclıq çəkənlər üçün təyyarələr formalaşıb-qruplaşır. LDPR bunlara qarşıdır. Biz daim bunlara qarşı olacağıq. Bir qram da olsun ərzaq heç bir xarici dövlətə verilməməlidir. Heç bir ölkəyə heç bir qəpik, heç bir əsgər göndərilməməlidir. Biz öz vətəndaşlarımıza kömək etməliyik. Bu, ən doğru addımdır".

Burada xüsusilə heç bir dövlətə əsgər göndərilməməsi ilə bağlı fikir heyrət doğurmaya bilməz. Çünki Vladimir Jirinovski bir müddət əvvəl bunun tamamilə əksi olan açıqlamalar vermişdi. Hazırda isə Rusiyanın xarici ölkələrdə əsgərləri Ukrayna, Suriya və Azərbaycandadır. Belə aydın olur ki, Jirinovski Qarabağdan Rusiya sülhməramlılarının çıxacağı ilə bağlı informasiyaya malikdir və bu cür açıqlamalar verir.

Qeyd edək ki, Qarabağdakı Rusiya sülhməramlıları 5 il müddətinə bölgədə fəaliyyət göstərəcəklər. 5 ilin tamamında tərəflərdən hansı etiraz etsə, sülhməramlılar həmin ərazidən çıxmalıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorka səfəri çərçivəsində İngiltərinin Baş naziri  Boris Consonla  görüşüb. Görüşdə maraqlı hadisələr yaşanıb.

 “Yol-xeber.az” “yeni şafak”a istinadən xəbər verir ki, Ərdoğanla Conson arasında hərbi təyyarə alınması barədə məsələ müzakirə olunan zaman ingiltərəli nazir 107 il öncə Raşidiyyə hərbi gəmisi ilə bağlı baş verən hadisəni yada salaraq zarafat edir: “Bizimkilər pulu alıb gəmiləri göndərmir”. 

Hadisə 1914-cü ildə baş verib. Osmanlı dövləti İngiltərədən iki döyüş gəmisi sifariş verdikdən sonra, bu gəmilərin pulunu  xalqdan toplanılan yardımla nağd ödəyir. Gəmilərin inşası  1914 -cü ildə başa çatır, amma “Sultan Osmani Evvel” və “Reşadiye” adlı gəmilərin təhvil veriləcəyi vaxt İngiltərə rəhbərliyi ani bir qərar verərək, pulu əvvəlcədən ödənilən hərbi gəmiləri Osmanlı dövlətinə təhvil verməkdən imtina edir. Bu rəsmən  gəmilərin qəsb edilməsi kimi başa düşülür.

Çatdırılmadığı üçün ödənilən pul da geri qaytarılmır.

Çörçillin türklərin haqqı olan gəminin verilməməsinin səbəbini  Osmanlı dövlətinin Almaniya ilə yaxınlaşması  göstərilir.

Onu da qeyd edək ki, belə bir  vəziyəti Türkiyə F-35 qırıcıları zamanı yaşayıb. Türkiyə F-35 qırıcı təyyarələrinin hazırlanmasında iştirak edib, pulunu versə də, ABŞ Ankaranı Rusiyadan S-400 raketlərini aldığını bəhanə edərək verməkdən imtina edib.

Maraqlı cəhət isə ondan ibarətdir ki, amerikalıların bu ikili standart yanaşmasına o zamankı prezident Donald Trampın gözlənilməz bir etirafı olub. Belə ki, 2020-ci ildə Osakada keçirilən G-20 sammiti zamanı  kameralar qarşısında Türkiyənin S-400 raket almasına dəstək verərək bunları deyib: “Türkiyə bunun pulunu ödəsə də, F-35 proqramından çıxarıldı, belə bir ticarət olarmı? Biz Patriot raketlərini vermədiyimiz üçün gedib ruslardan bu raketləri aldılar”.

İngiltərə Baş naziri eyni zamanda Türkiyənin SİHA-larını tərifləyib.

Türkiyədəki köklərindən bəhs edərkən Conson Çankırının adı çəkilən zaman etiraz edir və Çankırıdan deyil, Kalfatdan olduğunu söyləyir. ( Kalfat Çankırı rayonuna aid bir kənddir)

Ukraynada “Bayraktar” istehsal edən zavod tikiləcək

Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarını istehsal edən zavod tikiləcək.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin xarici işlər naziri Dmitri Kuleba verib.

Nazir BMT Baş Assambleyası çərçivəsində Prezidentlər Vladimir Zelenski və Rəcəb Tayyip Ərdoğan arasında görüşü şərh edərkən bunları söyləyib.

“Ölkələrimiz arasında bir neçə ambissiyalı layihə var. Burada həm pilotsuz uçuş aparatlarının, həm də Ukrayna Hərbi Dəniz Qüvvələri üçün gəmilərin istehsalı nəzərdə tutulur”,- deyə nazir açıqlayıb.

Rusiyada koronavirusun yeni ştamı aşkar olundu

Rusiyada koronavirusun yeni B.1.1.523 ştamı aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “bioRxiv” jurnalı yayıb. Bildirilir ki, niderlandlı alimlər özündə daha əvvəl aşkar olunan “Beta” və “Delta” ştamlarının mutasiyasını əks etdirən yeni ştam aşkar ediblər.

Alimlər sözügedən yeni ştamın mənşəyinin Rusiya olduğunu elan ediblər. Belə ki, ştamın hansı ölkədən digər ölkələrə yayılması və ilk yoluxma halları ilə bağlı məlumatları təhlil edərək ştamın ilk dəfə məhz Rusiyada peyda olduğu qənaətinə gəlinib.

Alimlərin müşahidə etdiyi dövr ərzində Rusiyada yeni ştama 345 yoluxma halı qeydə alınıb. İkinci yerdə 92 yoluxma halı ilə Almaniya qərarlaşıb.

Alimlər qeyd edir ki, yoluxma 2021-ci ilin may ayında pik həddə çatıb. Ştamın özünün isə cari ilin fevralında ortaya çıxdığı zənn edilir.

Rusiyanın Xabarovsk diyarında dünən radarlardan itən “An-26” markalı təyyarəsinin qalıqları tapılıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Xabarovskda yerləşən “Zapovednoye Priamurye” Dövlət Təbiət Qoruqları və Milli Parklar Birgə Direksiyasından da “An-26” tipli təyyarənin qalıqlarının tapılması ilə bağlı məlumatı təsdiqləyiblər.

Dünən axşam axtarış işləri əlverişsiz hava şəraiti səbəbindən dayandırılmışdı. Səhər Xabarovsk diyarına – təyyarənin qalıqlarının olduğu ehtimal edilən əraziyə Fövqəladə Hallar Nazirliyinin M-8 helikopteri göndərilib. Əraziyə həmçinin Rusiya aviasiyasının təyyarəsi cəlb edilib.

Axtarış işlərinə ümumilikdə 70 xilasedici və 20 texnika cəlb olunub.

Təyyarənin göyərtəsində 6 nəfər olub. Onların aqibəti barədə məlumat verilmir. 

İlkin məlumata görə, qəzaya əlverişisiz hava şəraiti səbəb olub.

Xatırladaq ki, ötən gün Rusiyada “An-26” tipli hərbi təyyarə radarlardan itib. Təyyarənin göyərtəsində altı nəfər olub.

Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır, sülhdən danışsa da “2 erməni dövləti” xəyalı ilə yaşayır; Paşinyanın nala-mıxa vurmaq limiti bitir...

Gözlənildiyi kimi, Ermənistan formal “müstəqilliyinin” 30-cu ildönümünü matəm ovqatında qeyd elədi. Bir sıra avantürist erməni siyasətçiləri, həmçinin baş nazir Nikol Paşinyan həmin gün növbəti dəfə boş vədlərlə bədbəxt erməni xalqına yenə əsassız ümidlər verməyə çalışsalar da, bu, reallığı təbii ki, dəyişməyəcək. Ona görə ki, erməni cəmiyyətinin əksəriyyəti 44 günlük müharibədə Azərbaycanın möhtəşəm hərbi qələbəsindən və Türkiyənin bölgədə möhkəmlənməsindən sonra vəziyyətin fərqindədir.

Bu səbəbdən erməni elektoratının yarıdan çoxu 20 iyun 2021-ci il parlament seçkilərində kapitulyant Nikol Paşinyanın partiyasına səs verib onu qalib elədi. Yəni müharibəni yox, sülhü seçdi - Paşinyan bu dəstəyin mahiyyətini hələ də düz-əməlli anlamasa da, sülh yolunda, qonşularla barışıq yolunda 11 aydır real addımlar atmasa da.

Aktual.ge - Gürcüstan və dünyada baş verən son xəbərlər

Məsələn, srağagün İrəvanın Respublika Meydanında keçirilən “Müstəqillik günü” ilə bağlı tədbirdə çıxışı zamanı Paşinyan revanşist-radikal erməni xadimlərdən geri qalmayaraq və erməni xalqının sülh istəyinin əleyhinə gedərək, ölkəmizə qarşı ərazi iddiasını növbəti dəfə rəsmən bəyan edib, belə bir populist ifadə işlədib: “Biz məğlubiyyətimizi qələbəyə çevirməliyik. İki erməni dövləti var olduqca (?! - red.) qəhrəmanlarımız sağdır, ölməyib. Qarabağ və Ermənistan respublikaları inkişaf edirsə, demək, onlar boş yerə qurban getməyiblər. Çünki söhbət onların uşaqlarının, qardaşlarının və bacılarının vətənindən gedir”.

“İki erməni dövləti”ndən dəm vuran bu anormal (birini qurdular, qaldı o biri) guya indi Türkiyə ilə barışıq yolu tutmaq, onun lideri Ərdoğanla görüşmək istəyir...

***** 

Diqqətçəkicidir ki, eyni gündə ABŞ-ın İrəvandakı səfiri Linn Treysi Ermənistan İctimai TV-yə müsahibəsində bu tezisi, yəni Ermənistanın Azərbaycana əsassız ərazi iddiasını, revanşizmi körükləyən növbəti fitnəkar fikir söyləyib. Sitat: “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin eləməsi münaqişənin nizamlanmasının əsas prinsiplərindən biri olub və olaraq qalır”.

Hansı “Dağlıq Qarabağ xalqı”, hansı “öz müqəddəratı təyinetmə”?! Erməni ağzı ilə danışan bu yaşlı amerikalı qadın diplomat ağılınımı itirib, görəsən, yoxsa fil qulağında yatır, 11 ayda bölgədə hansı böyük geosiyasi gəlişmələrin baş verməsindən, o sırada artıq nəinki “Dağlıq Qarabağ xalqı”, ümumiyyətlə, Dağlıq Qarabağ anlayışının mövcud olmamasından, yalnızca Qarabağ inzibati-iqtisadi zonasının mövcudluğundan bixəbərdirmi?

Yəqin ki, ikincidir. Yoxsa ki, xanım Treysi, üstəlik, 10 noyabr üçtərəfli bəyanatını sırf “atəşkəs sənədi” adlandırmaqla onu əhəmiyyətsiz saymazdı. Halbuki heç Treysinin təmsil elədiyi dövlətin prezidenti Co Bayden, dövlət katibi Entoni Blinken belə mənasız və gerçəklə əlaqəsi olmayan ifadələr işlətmir...  

*****

Bu yerdə “İt hürər, karvan keçər” deyib, eyni gündə baş vermiş başqa qat-qat önəmli açıqlamaya keçək.

Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı

Srağagün Türkiyə lideri Ərdoğön Treysinin vətəni ABŞ-da, Nyu-York şəhərində BMT Baş Məclisinin sessiyasındakı çıxışı zamanı bütün dünyaya bəyan elədi ki, Azərbaycan BMT TŞ-nin Qarabağa dair uzun illər yerinə yetirilməyən məlum qətnamələrinə uyğun surətdə özünün müdafiə hüququndan istifadə edərək işğala son qoyub. Bu, həm də ABŞ və onun İrəvandakı ifrat ermənipərəst səfirinə aydın mesajdır ki, “qatar” çoxdan gedib, yaxanızı cırmayın, erməni separatizminə və faşizminə dəstək verməkdən əl çəkin və beynəlxalq hüquqa, o sırada ölkələrin ərazi bütövlüyünə, vaxtilə özünüzün də səs verdiyiniz BMT qətnamələrinə sayğılı olun! Necə ki, Krım məsələsində Rusiyaya qarşı bu xüsusda Vaşinqton prinsipial mövqe tutur, hətta Moskvaya qarşı 8 ildir sanksiyalar tətbiq edir.

Bəs işğalçı Ermənistana, erməni separatizminə gələndə nə üçün ABŞ rəsmiləri valı çevirir, Azərbaycanı az qala, “işğalçı” qismində görürlər? Nədən erməni revanşistlərini ümidləndirib böyük sülhün əldə olunmasına, beləliklə də Ermənistanın öz əsas qonşuları Türkiyə və Azərbaycanla barışığına əngəl yaradır, erməni toplumunu təzədən radikallaşdırırlar?..

*****

Qriqori Trofimçuk: “Mixail Qorbaçov Azərbaycan üçün ikinci Hitlerdir” |  Alpaninfo

Qriqori Trofimçuk 

Bu arada Ankara-İrəvan, Bakı-İrəvan barışığı üçün dialoqun mümkünlüyündən danışan rusiyalı politoloq Qriqori Trofimçuk bildirib ki, hazırda Paşinyan Rusiya təsirindən uzaqlaşmaq üçün situasiyanı düzgün tutmağa  və ya hələlik Moskvanı dolayı yolla şantaj eləməyə çalışır.

Bu barədə o, açıqlamasında söyləyib.

“Əslində Paşinyan həmişə bu üslubda hərəkət edib, burada qeyri-adi bir şey yoxdur. Daha maraqlısı, Ankaranın 2-ci Qarabağ müharibəsindən sonra Paşinyana təkliflər verməklə kölgədən çıxmasıdır. Ancaq Paşinyan konkret şərtləri yerinə yetirməklə”, - analitik deyib.

Beləliklə, Trofimçuka görə, Ankara Paşinyana “sınaq müddəti” qoyub və o da bu şərtləri yerinə yetirməyə hazır olduğunu əməldə tez bir zamanda təsdiqləməlidir.

“Söhbət ilk növbədə dəhlizlərin və kommunikasiyaların açılmasından gedir - hansı ki, həm də elə Moskvanın planına daxildir. Ərdoğanın özü prosesə qoşulduqdan sonra Paşinyanın nala-mıxa vurmağa vaxtı qalmayacaq və bunu özü də görünür yaxşı başa düşür”, - deyə ekspert vurğulayıb və onu da qeyd edib ki, “müəyyən qüvvələr nisbəti yarananda Türkiyə Ermənistanı Moskvanın əlindən almağa” çalışacaq.

*****

İqor Korotçenko Azərbaycanın öz əsgər və zabitlərinin həyatını qorumasına  imkan verən amillər barədə danışıb - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

İqor Korotçenko

Bu yerdə əlavə edək ki, digər bir tanınmış rusiyalı analitik İqor Korotçenko öz telegram kanalında yazmışdı ki, Nikol Paşinyan etibarlı adam deyil və ilk fürsətdəcə Rusiyaya “atacaq”.

Bunun belə olub-olmadığını yəqin ki, yaxın zamanlarda biləcəyik. Hələliksə Paşinyan da sələfləri kimi “ikili” oyununu oynamaqdadır. Yoxsul erməni xalqına yalnız növbəti fəlakət vəd edən, hətta barıt qoxusu verməyə başlamış qorxulu oyun...  

“Yeni Müsavat”

Hakimiyyətdən və xalqdan yorulan Angela Merkel hakimiyyəti ilə vidalaşır

Almanların “dəmir ledi” adlandırdıqları 67 yaşlı Angela Merkel 4 gündən sonra - sentyabrın 26-da kansler vəzifəsinə vida edəcək. Bununla da Almaniya Merkel erasına son verəcək. Yeni bir era başlanacaq. Ancaq bu necə olacaq, indi hamını düşündürən məsələ budur. Merkeli əvəz edəcək şəxs kim və hansı qabiliyyətlərə sahib olacaq?

265937

Bu, təkcə alman xalqını deyil, dünya liderlərini, siyasilərini, beyin mərkəzlərini bir şey düşündürür. 

Bəs Merkelin 16 illik hakimiyyəti Alman xalqına nə verdi. Merkelin 16 illik  hakimiyyəti dövründə ciddi qlobal iqtisadi-maliyyə böhranı, miqrantlar, humanitar fəlakətlər, Rusiya qazı, iqlim dəyişikliyi, koronavirus pandemiyası kimi  başqa ciddi proseslərlə qarşı-qarşıya qaldı. Bu illər ərzində Mekel ciddi tənqid olunaraq ölkə iqtisadiyyatının çöküşünə yol açmaqda, xüsusən də avtomobil sənayesinə ciddi zərbə vurmaqda, sərhədləri miqrantlara açmaqda ittiham edirlər.

265935

Amma buna baxmayaraq Merekli həm də 16 illik hakimiyyət dövründə böhran meneceri olduğunu qeyd etməyi də unutmurlar. Çünki bu dövr ərzində baş verən qlobal böhranlarda Merkel ölkəsinin minimum zərərlərlə çıxması üçün əlindən gələni edib.

Onu qeyd etmək lazımdır ki, Merkel dünya siyasətində bir fenomen olmağı bacarıb və özünəməxsus rolu olub.

Merkel Almaniya tarixində ilk qadın kanslerdir ki, 16 il  bu vəzifədə oldu. Hətta onun hakimiyyəti Almaniya Federativ Respublikasının qurucusu  Konrad Adenauerdən, Adolf Hitler hakimiyyətindən də çox çəkib. Hitlerin hakimiyyəti 12 il davam edib. 

Merkel, karyerasının çox hissəsini 1990 -cı ildə Almaniyanı birləşdirən nüfuzlu kansler Helmut Kol himayədarlığına  borcludur.  O, belə bir güclü şəxsi keyfiyyətləri və bəzi uğurlar olmadan kansler vəzifəsinə yüksəlməyi bacarmazdı.

Merkelə bu qədər uzun müddət hakimiyyətdə olmaq bacarığına görə Forbes  onu  dünyanın ən güclü qadın siyasətçisi və ən etibarlı lideri adlandırdı.

The Fateful Chancellor: What the end of the Merkel era means for the world  - New Statesman

Almanlar da onu  Mutti (almanca ana deməkdir-red.) adlandırdı.

Almanlar üçün ana, alman romantiklərinin əsərlərindən "Əfsanəvi Ana" Almaniyanın arxetipinin təcəssümüdür. 

Pioner və komsomolçu Merekel necə oldu kansler oldu

Merekelin siyasətdə uğur qazanması nəslinin şərqi alman elitasından olması mühüm rol oynayıb. Onun atası 1950-ci ildə könüllü olaraq Qərbi Almaniyadan Rusiyanın siyasi təsir dairəsində olan Almaniya Demokratik Respublikasına (ADR) köçən Lüteran keşişi idi və burada kommunistə sadiq bir keşiş kimi uğur qazanmışdı. ADR SSRİ-nin təsir dairəsində olduğundan Merkel də yeniyetmə və gənclik illərində o dövrün fəal pioner və komsomolçularından biri olub. 1989-cu ildə Berlin divarı sökülüb AFR-lə ADR birləşdikdən sonra yaranmış boşluqda faydalanan Merkel siyasətdə ciddi uğurlar əldə edə bilib.

Angela Merkel'in sakin gücü - BBC News Turkce

6 illik hakimiyyəti dövründə uğurları olsa da, o ciddi tənqid atəşinə tutulur və hakimiyyətdən getməsi tələb olunurdu. “Merkel muss weg” (Merkel getməlidir) şüarı uzun müddət sosial şəbəkələrdə və küçələrdə siyasi bir memə çevrildi.

Beynəlxalq ekspertlər hesab edir ki, Merkel artıq  özü də hakimiyyətdən yorulduğunu və gücünün tükəndiyini hiss edərək hakimiyyətinə son vermək qərarını verib. Onların fikrincə, bu artıq özünü açıq büruzə verir. Merekelin hətta  alman xalqından bezdiyini də qeyd edirlər. Bu fikri əsaslandırmaq üçünsə onun son çıxışlarındakı təkəbbürü və digər fikirləri qeyd edirlər. Merkelin bu hərəkətlərini duyan alman xalqının ona olan inamı itməyə və nəticədə kanslerin reytinqi ciddi olaraq enməyə başladı. Artıq son gəlib. Merkel gedir və bununla onun erası bitir.

ABŞ-ın dövlət katibi Antoni Blinken BMT Baş Assambleyası çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Əfqanıstan və Qarabağdakı vəziyyəti müzakirə etdi.

 “Yol-xeber.az” TASS-a istinadən  xəbər verir ki, bunu ABŞ-ın BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı ilə bağlı jurnalistlərə xüsusi brifinqdə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.

Dövlət Departamentinin sözçüsünün sözlərinə görə, Blinken çərşənbə axşamı günü Çavuşoğlu və Braziliya Xarici İşlər naziri Karlos Fransa ilə ikitərəfli görüşlər keçirib.

“Xarici işlər naziri Çavuşoğlu ilə günorta saatlarında (Dövlət Departamenti rəhbərinin) baş tutan görüş təxminən bir saat davam edib”- Dövlət Departamentinin sözçüsü deyib.

O bildirib ki, görüşdə  Əfqanıstanla yanaşı, Suriya məsələsini müzakirə ediblər: “Bundan başqa, Qafqaz - Ermənistan, Azərbaycan və Qarabağ məsələsi barədə nisbətən uzun müzakirələr aparıblar”.

Xəbər lenti