![]() |
|
Moskvada Paşinyan Putinlə, Şeyx Allahşükür Paşazadə II Qareginlə görüşəcək: hər iki görüşün gündəmi regional münasibətlərin qurulmasıdır.
Putin Soçidə Ərdoğanla Cənubi Qafqazın gələcəyini birgə inşa etmək üzərində razılaşdı: “altılıq platforması”nın (bu, hətta “dördlük formatı”nda belə olsa – Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan – həyata keçirməyə çalışacaqlar) qurulması, kommunikasiyaların açılması, münasibətlərin normallaşdırılması və s.
Soçi görüşündən sonra Paşinyanın Moskvaya səfəri məhz razılaşmanın icrası ilə bağlı müzakirələrin aparılmasına hesablanıb.
1. Ermənistanın əməkdaşlıq platformasına qoşulması;
2. Zəngəzur dəhlizi də daxil olmaqla kommunikasiyaların bərpasının icra mərhələsinə keçilməsi;
3. Ankara-İrəvan münasibətlərinin normallaşmasında Moskvanın rol oynaması.
Putinin Paşinyanla bu məsələlər üzərində müzakirə aparacağı və bunun qərarların verilməsinə təsir edəcəyi istisna deyil.
Lakin Ankara və Moskvanın Qafqaz planının - əməkdaşlıq platformasının yaradılması – gerçəkləşməsi üçün Azərbaycan və Ermənistan arasındakı məsələlərin həlli qaçılmazdır:
- Humanitar məsələlərin həlli: ermənilərin qaytarılması, mina xəritələrinin verilməsi və s;
- Sərhədlərin delimitasiyası və demarkasiya prosesinin yekunlaşması;
- Sülh müqaviləsinin imzalanması.
Bakının mövqeyi bəllidir, Ərdoğan-Putin görüşündə Azərbaycan məsələsinin ayrıca müzakirə edilməsi də Əliyevin şərtlərinin Putinə çatdırıldığı fikrini önə çıxarır.
Putin-Paşinyan görüşünün gündəmində sülh sazişinə hazırlıq əsas maddələrdən biri ola bilər: bura Moskvada Əliyev-Putin-Paşinyan üçtərəfli görüşünün zamanının və gündəliyinin razılaşdırılması da daxildir.
İranın Ermənistan üzərindən Qafqaz planına qarşı addımları da prosesin sürətləndirilməsini şərtləndirir. Bunun fonunda Putinin Soçi razılaşmasının icrasını Paşinyana izah edəcəyini deyə bilərik.
Putin-Paşinyan görüşündən bir gün sonra – 13 oktyabrda Şeyx Allahşükür Paşazadənin Moskvada Rusiya Patriarxı Kirillin vasitəçiliyi ilə ermənilərin katolikosu II Qareginlə görüşəcəyi təsadüfi deyil.
Şeyxin Qareginlə görüşünün ruslar tərəfindən təşkili iki kontekstdə diqqət çəkir:
Birincisi, Vatikanın prosesə müdaxiləsinə qarşı hərəkətə keçmək: Qaregin ötən həftə Roma Papası Fransisklə görüşdü və ondan Qarabağ məsələsində dəstək istədi; Moskva Kirilli vasitəçi edərək, dini liderlərin görüşünü təşkil etməklə Vatikanın bölgədə iştirakını məhdudlaşdırır; Moskva üçün bunu şərtləndirən amil Vatikan və Rusiyanın erməni qriqorian kilsəsini ələ almaq uğrunda apardıqları mübarizədir;
İkincisi, ruslar xalqları sülh sazişinə hazırlamaq prosesini də Qərbin əlinə buraxmaq istəmir və məhz dini liderlər üzərindən daha effektli ola biləcək gediş edirlər.
Şeyxin Moskvada Qareginlə görüşə getməsi detalı Putin-Paşinyan görüşündə Azərbaycan-Ermənistan sülh sazişinin gündəmin ana maddələrindən biri olacağı ehtimalını daha da gücləndirir.
İran və Səudiyyə Ərəbistanı hər iki ölkədə konsulluqların yenidən açılması barədə razılıq əldə ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə diplomatik mənbələrə isitnadən “Frans Press” məlumat yayıb. Bildirilir ki, yaxın həftələrdə əlaqələrin normallaşması ilə bağlı razılıq əldə ediləcək.
Daha əvvəl İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə bildirmişdi ki, Tehran və Ər-Riyad arasında danışıqlar 5 mərhələdə keçirilib. Onlardan 4-ü Bağdadda, 1-i isə BMT Baş Assambleyasının Nyu-Yorkdakı sammitində baş tutub. Dialoqlar fars körfəzi və Yəməndəki vəziyyət daxil olmaqla, regional və ikitərəfli məsələləri əhatə edib.
Qeyd edək ki, Ər-Riyad və Tehran arasında münasibətlər 2015-ci ilin martında Səudiyyə ərəbistanının Yəməndə “Ənsar Allah” (husilər) hərəkatına qarşı hərbi əməliyyatlara başlamasından sonra gərginləşib. İran krallığın bu addımını bölgədəki vəziyyətin stabilliyinin pozulması kimi qiymətləndirib. Öz növbəsində, Səudiyyə tərəfi Tehranı silahlarını, xüsusən də pilotsuz uçan aparatlarını satdığı husiləri dəstəkləməkdə və Səudiyyə Ərəbistanına qarşı istifadə etməkdə günahlandırıb.
Bununla bağlı “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məlumatlara görə, barələrində məhkəmə qərarı çıxarılan şəxslər Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtəza Pərvin , Müctəba Pərvin, Həmid Heydəri, Məhəmməd Colani, Səccad Colani, Sübhan Bəxşi, Mehdi Huşmənd, Pərviz Siyabi və Bəhmən Xeyrcudur.
Fəallar “hüquq-mühafizə orqanlarının məmurlarına qarşı itaətsizlik” ittihamına görə 7 ay 16 gün, “ictimai asayişi pozmaq” ittihamına görə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər.
Qeyd edək ki, həmin fəallar sentyabrın 28-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı üçün hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna dəstək verdiklərinə görə İran təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər.
Sonrakı günlərdə də oxşar məqsədlə Cənubi Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda aksiyalar keçirən fəallar da saxlanılmış və girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.
"Yol-xeber.az" xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Afrika-Fransa zirvəsində açıqlayıb.
Makron bildirib ki, XIX əsrdə fransız əsgərləri tərəfindən Abomey sarayından oğurlanan 26 tarixi əsər ayın sonuna qədər Beninə geri göndəriləcək.
Qeyd edək ki, Fransada Afrikaya aid təxminən 90 min tarixi əsər var. Onlardan 46 mini 1885-1960-cı illərdə qaçaqmalçılıq yolu ilə Fransaya gətirilib. 2016-cı ildə Benin Prezidenti Patris Talon tarixi əsərlərin geri qaytarılması üçün Makrona müraciət etmişdi. Makron 2018-ci ildə geri qaytarılacağını vəd etsə də, buna əməl etməmişdi.
"Məsul şəxslər müharibədə qalib gəlməməyimizin səbəbini müzakirə etməlidirlər. Əlbəttə, biz nəyin səhv olduğu barədə danışmalıyıq".
“Yol-xeber.az” erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan deyib.
O bildirib ki, Qarabağ müharibəsində hər şey silah və texnika ilə həll edildi və bu məsələlərdə erməni tərəfi geridə qaldı.
Türkiyə 80 ədəd F-16 hərbi təyyarəsinin modernləşdirilməsi və 40 yeni F-16 Block 70 alışı üçün ABŞ-a müraciət edib.
Bu iddia ilə “Reuters” agentliyi çıxış edib. Bu tələbin gələcək razılaşmaya dair müraciətin ilkin mərhələsi olduğu qeyd edilib.
"LoR" (Letter of Request) adlandırılan məktubun ABŞ Dövlət Departamenti və ABŞ Konqresi tərəfindən təsdiqlənməli olacağı vurğulanıb.
Qeyd edək ki, rəsmi Ankara daha əvvəl ABŞ müdafiə şirkəti “Lockheed Martin”dən 100-dən çox F-35 qırıcıları sifariş versə də, S-400 böhranına görə 2019-cu ildə F-35 proqramından çıxarılmışdı.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziriliyinin mətbuat katibi Ripsime Xaçatryan məlumat verib.
R. Xaçatryanın sözlərinə görə, hazırda bununla əlaqədar müzakirələr davam edir, yekun qərar hələ verilməyib.
O, əlavə edib ki, koronavirusa yoluxmuş şəxsin müalicəsi təxminən 800 min drama (təxminən 1 600 ABŞ dollarına - red.) başa gəlir.
Rusiya Prezidenti Vladimir Putinin ABŞ-ın keçmiş dövlət başçısı Donald Trampla 2019-cu ildə baş tutan görüşü ilə bağlı maraqlı iddialar səsləndirilib.
Iddialara görə, Putin 2019-cu ildə G20 sammiti çərçivəsində Trampla görüşündə amerikalı həmkarının diqqətinin yayındırmaq istəyib. Buna görə o, Trampla görüşə həvəskar rəqqas olan tərcüməçi Daria Boyarskaya ilə qatılıb.
İddiaya görə, 36 yaşlı Daria, Yaponiyanın Osaka şəhərində dünya liderləri arasında keçirilən toplantıya qatılmaq üçün xüsusi vəzifələndirilib. Məlumata görə, onun bu işə cəlb olunması heç də xarici dil biliklərinə görə olmayıb.
Ağ Evin keçmiş mətbuat katibi Stefani Qrişam bu yaxınlarda işıq üzü görəcək kitabında bu məsələyə də toxunub. O bildirib ki, həmin təcüməçi Trampın fikrini dağıtmaq üçün toplantıya gətirilmişdi:
“Toplantı başlayanda Fiona Hill (Rəhbərliyin Rusiya üzrə mütəxəssisi ) qulağıma pıçıldadı. O, məndən Putinin uzun saçlı, əsmər, gözəl və mükəmməl bədən quruluşuna sahib olan tərcüməçisinə diqqqət edib-etmədiyimi soruşdu. Mənə qadının Putin tərəfindən özəlliklə Trampın diqqətini yayındırmaq üçün seçildiyindən şübhələndiyini bildirdi”.
Putinin sözcüsü Dmitri Peskov isə iddiaları rədd edib.
“Tərcüməçilər Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunur. Bu prosesdə Putinin özü yer almır” - deyə o, qeyd edib.
Qeyd edək ki, Daria Boyarskaya daha öncə də Putinin bir ABŞ prezidenti ilə görüşündə tərcüməçi kimi yer alıb. Bu, 2016-cı ildə Pekində Putinlə Barak Obama arasında baş tutan görüşdə qeydə alınıb.
Herzen adına Rusiya Dövlət Pedaqoji Universitetinin məzunu olan Boyarskayanın hazırda ATƏT-in Parlament Assambleyasında və Xarici İşlər Nazirliyində çalışdığı bildirilir. Onun Vyanada yaşadığı qeyd olunur. Daria həvəskar şəkildə baçata və salsa rəqsi ilə məşğuldur.
“Yol-xeber.az” ria.ru-ya istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Vaşinqtonda konfransda çıxışı zamanı Ukrayna və Gürcüstanın NATO-ya daxil olması məsələsinə münasibət bildirərkən deyib.
NATO-nun baş katibi Stoltenberq Baydenlə Gürcüstan və Ukraynaya yardım məsələsini müzakirə etdiyini də söyləyib.
“Yalnız NATO üzvləri, Gürcüstan və Ukraynanın üzvlüyünə qərar vermək haqqı var. Nə Rusiyanın, nə də başqasının bu qərara veto qoymaq hüququ yoxdur”, – Baş katib qeyd edib.
Bununla belə o əlavə edib ki, Bunun nə vaxt olacağını deyə bilməz: "Aydındır ki, sabah olmayacaq”.
O, NATO ölkələrini müraciət edənlərin ittifaqa qoşulması üçün dəstəyi genişləndirməyə çağırış etməklə yanaşı, məsələni ABŞ prezidenti Co Baydenlə müzakirə etdiyini söyləyib.
İran İslam Respublikası hazırda sabit ölkə kimi görünsə də, sonda çökəcək.
“Yol-xeber.az” “Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin istefada olan kəşfiyyat rəisi general-mayor Tamir Hayman deyib.
“Vətəndaşlarını sıxışdıran və nəticədə yıxılan haqsız bir totalitar rejim olsa da, hazırda sabitdir”, - qeyd edən general əlavə edib ki, tarix bizə bu cür qaranlıq rejimlərin nə olduğunu öyrədib.
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Aviv Kohavi isə bəyan edib ki, bundan sonra da nüvə proqramı da daxil olmaqla İranın hərbi potensialına qarşı hərbi əməliyyatları davam etdiriləcək.
“İran potensialını məhv etmək əməliyyatları istənilən arenada və istənilən vaxt davam edəcək və İranın nüvə proqramına qarşı əməliyyat planları inkişaf etməyə və təkmilləşməyə davam edəcək”, - Kohavi qeyd edib.