![]() |
|
Baş nazir Nikol Paşinyan Polsi rəisinin müavini Ara Fidanyanı bir həftəlik İstanbula ezam edib.
“Sputnikarmenia” xəbər verir ki, Ermənistanın Polis rəisinin müavini
Fidanyana İstanbula noyabrın 21-də gedəcək. Noyabrın 26-dək davam edəcək səfər çərçivəsində o İnterpolun Baş Asssambleyasının 89-cu sessiyasında iştirak edəcək.
Makron Britaniyaya qarşı sanksiyaların tətbiqi tarixini və şərtlərini açıqlayıb.
Fransa prezidenti Emanuel Makron Böyük Britaniyanın baş nazirinə balıqçılıq lisenziyaları ilə bağlı vəziyyətin həlli metodologiyasını təsdiq edən sənədi təqdim edib. London bu problemin həllinə yönəlmiş addımlar atmasa, noyabrın 2-dən Britaniyaya qarşı sanksiyalar tətbiq olunacaq.
“Mən hər hansı gərginliyin olmasını istəmirəm, amma bunu ciddi qəbul etməliyəm. Biz doqquz aydır qarşı tərəfdən işləyirik”, - Makron Romada mətbuat konfransında deyib.
RİA-Novosti xəbər verir ki, Makronun sözlərinə görə, məsələ həllini tapmasa, sərt addımlar atılacaq.
“Mən qisas almaq qədər irəli getməyimizi istəmirəm, çünki bu, balıqçılarımıza heç nə verməyəcək. Balıqçılarımızın işləyə bilməsi üçün razılaşma əldə etmək daha yaxşıdır”, - Makron bildirib.
Makron onu da əlavə edib ki, məsələnin həlli ilə bağlı sənədi Baş nazir Consonun komandasına təqdim ediblər: “Böyük Britaniya heç bir aşkar addım atmasa, noyabrın 2-dən nəzərdə tutulan tədbirlər tətbiq ediləcəklər”.
O deyib ki, sanksiyalara gəldikdə isə Böyük Britaniyadan Fransaya malların idxalı qaydalarının sərtləşdirilməsini, həmçinin Fransa limanlarında Britaniya gəmilərindən dəniz məhsullarının boşaldılmasını qadağan edilməsi nəzərdə tutulur.
ABŞ Prezidenti Co Baydem İtaliyadaki G20 zirvəsindən sonra mətbuat konfransı keçirib.
Xarici KİV xəbər verir ki, Bayden çıxşı zamanı Rusiya Prezidenti Vladimir Putinlə Çin Prezidenti Si Tsinpinin zirvə görüşündə olmamasından dolayı xəyal qırıqlığı yaşadığını deyib:
“Biz iqlim böhranı ilə bağlı G20 Sammitinin ən mühüm layihələrindən birini hazırlamışıq. Görəcəksən ki, bu da keçəcək. Vergilərdən tutmuş elektrik cihazlarına və nəqliyyat vasitələrinə qədər investisiya üçün resurslar ayıracağıq. Rusiya və Çin bura gəlmədikləri üçün iqlim böhranı ilə bağlı öhdəlik götürmədilər. Mən məyus oldum”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə ofisi ardıcıl dördüncü həftədir ki, COVID-19 infeksiyasına yoluxma sayında davamlı artım qeydə almasına baxmayaraq, təşkilat məktəblərə uyğun profilaktik və cavab tədbirləri görmək şərtiylə qapanmamağı tövsiyə edir.
Trend bildirir ki, ÜST-ün Avropadakı ofisinin rəhbəri Hans Kluq bildirib ki, keçən il məktəblərin bağlanması, milyonlarla uşaq və yeniyetmənin təhsilini yarıda qoyması, xüsusən də uşaqların psixi və sosial rifahına xeyirdən çox zərər vurdu: "Biz eyni səhvi təkrarlaya bilmərik", - deyə o vurğulayıb.
Son məlumatlara görə, oktybarın üçüncü həftəsində Avropa regionu üzrə yoluxma saylarında 57%-dək artım qeydə alınıb.
Bu günə qədər Avropa regionunda 76 milyon COVID-19 yoluxma halı və virusdan 1,4 milyon ölüm halı qeydə alınıb.
Türkiyə F-35 böhranının həlli üçün ABŞ-a 3 variant təklif edib.
Türkiyə mətbuatı xəbər verir ki, bu variantlar Türkiyənin F-35 proqramına geri qəbul edilməsi, istehsal xəttindən çıxan və sınaqdan keçən 6 ədəd F-35 verilməsi və F-35-lər üçün ödənilən 1.4 milyard dolların geri qaytarılması və ya bu pulun yeni F-16-ların alınmasına sərf edilməsidir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-lı həmkarı Co Bayden arasında baş tutacaq üzbəüz görüşdə F-35 böhranı, Suriya məsələsi, Şərqi Aralıqdakı son vəziyyət, Əfqanıstanın gələcəyi, terrorla mübarizə, hərbi və siyasi münasibətlər müzakirə ediləcək.
Noyabrın 2-də “Glasgow'da keçiriləcək görüşdə yol xəritəsinin müəyyən olunması gözlənilir.
“Yeni Şafak” qəzeti bu görüşdən nəticə çıxmazsa, Türkiyənin üzünü Rusiyaya çevirəcəyini yazıb.
Qeyd edək ki, ötən gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da ABŞ-ın problemi həll etməyəcəyi təqdirdə Rusiya istehsalı Su-35 və Su-57 daxil olmaqla digər variantlara baxılacağını demişdi.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində keçirilən hökumət saatı çərçivəsində deputatların suallarını cavablandırıb.
"Yol-xeber.az" xəbər verir ki, “Ermənistan” fraksiyasından olan millət vəkili Aram Vardevanyanın Azərbaycanın hücumundan öncəki iki gün ərzində hökumətin hansı addımlar atması, niyə görə həyəcan siqnalının verilməməsi, hazırlanan hücum barədə məhz kimin Baş nazirə məlumat verməsi barədə sualları Paşinyanı özündən çıxarıb.
“O zaman sizin şefinizin hesabında neçə milyono var idi. Bunu niyə demirsiniz. Bu pulları o düzgün yolla qazanmışdı, yoxsa ordudan oğurlamışdi?”, - deyə Paşinyan hiddətlənib.
“Squid game” serialının ssenarisini mən yazmışam".
Panorama pub” xəbər verir bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Aşqabad Dövlət Universitetində tələbələr qarşısında çıxışı zamanı deyib.
“Hamınız əsərlərimi yaxşı tanıyırsınız, ancaq ədəbi istedadımın başqa bir hipostazı var – bəzən ssenari yazıram. Hazırda dünya miqayasında on milyonlarla insan “Kalamar oyunu” serialından məmnundur və bu kaset, ərazi və bütün dialoqlar fikrini ortaya mən atmışam. Təəssüf ki, yaradılışımın dərin mənasını hər kəs başa düşmədi. Çünki ədəbiyyat, fəlsəfə və sənət klassiklərinin əsərlərinə istinadlar həddən artıq çoxdur.
Hər halda şadam ki, işlərim bir daha dünyada tanınır. Təəssüf ki, vaxtım azdır, çünki təkcə keçən ay dünyanın aparıcı rejissorlarından ondan çox əməkdaşlıq təklifi almışam”, - deyə Berdıməhəmmədov bildirib.
Qeyd edək ki, “Squid Game” 17 sentyabr 2021-ci ildə “Netflix”də yayımlanan Cənubi Koreya serialıdır.
“Əsas məqsəd Qarabağ yox, Ermənistan olmalıdır”.
Bunu Ermənistan parlamentinin deputatı Vigen Xaçatryan açıqlamasında deyib.
“O zaman belə çıxır ki, Ermənistanın gələcəyini Qarabağ müəyyən edir. Qarabağ varsa, Ermənistan olacaq, Qarabağ yoxdursa, Ermənistan da olmayacaq. Bu siyasi mövqe baxımından yanlışdır...”, - erməni deputat Vigen Xaçatryan deyib.
Ermənistan Demokratiya və Təhlükəsizlik Mərkəzinin təşkil etdiyi tədbirdə çıxış edən Vigen Xaçatryan bəyan edib ki, "Qarabağsız Ermənistanın gələcəyi yoxdur" tezisini təbliğ etmək çox təhlükəlidir.
Xaçatryan erməni cəmiyyətini belə iddialardan əl çəkib reallığa nəzər salmağa çağırıb.
Onun sözlərinə görə, bu ərazilərin Ermənistan ərazisi sayılmasından söhbət gedə bilməz, bu insanların Azərbaycanın tərkibində gələcəyindən danışmaq lazımdır.
“Qarabağ məsələsi daxili siyasi mübarizənin predmetinə çevrilməməlidir. Qarabağ münaqişəsinin həllinə yanaşmalar manipulyasiya mexanizminə, vətəndaşların gözündə xoşuna gəlmək və ya xal qazanmaq yoluna çevrilməməlidir. Bu yolverilməzdir, eyni nəticələrə nail olmaq üçün bir çox başqa yollar var”, - o vurğualyıb.
Koronavirusun “Delta” ştamının ilk fotosu yayılıb.
Ştamın fotosunu Rusiyanın virusologiya və biotexnologiya üzrə “Vektor” elmi mərkəzi yayıb.
Qeyd edək ki, koronavirusun “Delta” ştamı adlanan “Hind” variantı yüksək yoluxuculuğu ilə seçilir. Bu ştama yoluxanlar özləri də bilmədən digərlərini yoluxdura bilərlər.
Adından da göründüyü kimi, “Hind” ştamı ilk dəfə ötən ilin payızında Hindistanda aşkar olunub. Ümumdünya Səhiyyə Təşkilatı virusların adında coğrafi adlardan imtina etdiyi üçün ştam “Delta” adlandırılıb. İlk olaraq Hindistanda yayılan virus daha sonradan digər ölkələrə də yayılıb.
Əfqanıstanda Taliban üzvlərinin 20 yaşlı voleybolçu qızı edam etmələri barədə məlumatlar yayılıb.
Yol-xeber.az xəbər verir ki, bu iddia ilə ilə “İndependent Persian” (Farsca) çıxış edib.
Voleybolçu Mahjabin Hakiminin ailəsinin danışmaması üçün təhdid edildiyi bildirilib.
Daha sonra isə bir sıra xarici KİV-lərdə xəbərin həqiqəti əks etdirmədiyi barədə xəbərlər yayımlanıb.
Qeyd edilib ki, voleybolçu qız Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən 10 gün əvvəl vəfat edib. Hakiminin meyiti Kabildə nişanlısının evindəki hamam otağında tapılıb. 20 yaşlı qızın nişanlısı voleybolçunun intihar etdiyini bildirib.
M.Hakiminin məzar daşında da ölüm tarixi 15.5.1400 - miladi təqvimlə 6 avqust 2021 qeyd edilib.
Mərhumun qardaşının paylaşımında da Hakiminin edam edilməsi barədə hər hansı bir məlumat yer almayıb.
Həmçinin əfqan jurnalistlər də paylaşım edərək, yayılmış məlumatların doğru olmadığını yazıblar.