![]() |
|
“ÜST-nin məqsədi bu il ərzində bütün dünya ölkələrində əhalinin ən azı 40 faizinin peyvənd olunmasıdır”.
"Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumuna göndərdiyi videomüraciətində deyib.
“Biz bundan sonra da növbəti böhrana hazırlaşmalıyıq. Bizim səhiyyə sistemlərimiz daha müvafiq olmalıdır. Ən zəngin və inkişaf etmiş dövlətlər belə bu xəstəlikdən qorunmayıb. Bu pandemiya bir daha göstərdi ki, sağlamlıqla bağlı olan məsələ həmişə diqqət mərkəzində olmalıdır. Biz səhiyyəyə, ilkin xidmətlərə ayrılan vəsaitləri artırmalıyıq. Biz qlobal çərçivədə xüsusi maliyyə çərçivəsi yaratmalıyıq”, - deyə o bildirib.
"Azərbaycan öz torpaqlarını geri qaytardı və bununla da, 30 illik ədalətsizliyə son qoyuldu".
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın VIII Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı və Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımın səsləndirdiyi müraciətdə deyilir.
Türkiyə Prezidenti öz müraciətində Ermənistanın, təxminən, 30 il ərzində Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxladığını, nəticədə minlərlə insanın ev-eşiyindən məhrum olduğunu, xeyli insanın itkin düşdüyünü xatırladıb.
“Azərbaycan uzun müddət gözlədi. Axır ki, ədalətsizliyə son qoyuldu və Azərbaycan öz torpaqlarını geri qaytardı”, - R.T.Ərdoğan bildirib.
O, Türkiyənin uzun illər heç bir münasibət saxlamadığı Ermənistan ilə münasibətləri inkişaf etdirmək təşəbbüsü ilə çıxış etdiyini vurğulayaraq, gələcəyə baxmağın vacibliyini deyib: “Əsas vəzifələrimizdən biri regiondakı bütün ölkələr arasında dost münasibətlərinin qurulmasıdır. Biz, Qafqazda sülhün bərqərar olmasına xüsusi töhfə veririk”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun iştirakçılarına müraciət göndərib.
“Yol-xeber.az"ın xəbərinə görə, müraciəti Türkiyənin Baş naziri Binəli Yıldırım təqdim edir.
“Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər davam etdirilir”.
"Yol-xeber.az"ın “Report”a istinadən xəbərinə görə, bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım Bakıda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu dəhliz bütün region ölkələri üçün faydalı olacaq:
“Bu dəhliz İran və digər bölgə ölkələri üçün, o cümlədən Ermənistan üçün də faydalıdır. Onu da qeyd edim ki, İran Türkiyə kimi köklü bir dövlətdir. Zəngəzur dəhlizinin bir çox yöndən bölgə ölkələrinə faydası olacaq”.
"Bunu Almaniyanın “Yerin əhalisi” fondunun əməkdaşları açıqlayıblar.
Fondun məlumatına görə, alimlər bir çox ölkələrdə əhalinin sayının azalmasına çoxdan diqqət çəkiblər. Yalnız Saxaradan cənubdakı bir neçə Afrika ölkəsində əhali sürətlə artır.
Dünyanın əksər yerlərində qadınlar daha az uşaq dünyaya gətirir, xüsusilə bir qadına düşən uşaqların orta sayı azalır. 1990-cı ildə bu göstərici bir qadına 3.2 uşaq təşkil edirdisə, bu gün dünyada hər qadına orta hesabla 2.3 uşaq düşür. Yalnız Afrikada, Saxaradan cənubda bir qadına 4.7 uşaq düşür, yüksək gəlirli ölkələrdə bu göstərici 2,6 dəfə azdır.
Afrikada doğumun artması onunla izah olunur ki, burada kontrasepsiya (Arzuolunmaz hamiləlikdən qorunma üsulları) vasitələrinin mövcudluğu ilə bağlı problemlər hələ də qalır.
“DSW” Fondunun rəhbəri Jan Kröyzberqin sözlərinə görə, Afrikada bir çox arzuolunmaz hamiləlik yeniyetməlik dövründə baş verir. Kröyzberq bildirib ki, afrikalı qadınların sadəcə olaraq müasir kontrasepsiya vasitələrinə çıxışı yoxdur və bu, beynəlxalq təşkilatların köməyinə baxmayaraq, həllini tapmayan böyük sosial problemdir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Nəşr qeyd edir ki, Maskın gəliri 7,4 milyard dollar artaraq 298,7 milyard dollar olub. Bu isə 6,1% artım deməkdir.
Maskın sərvəti keçən həftə başlayaraq “Tesla” səhmlərinin qiymətlərində davam edən artımlar fonunda yüksəlib.
Bazar ertəsi ticarət zamanı şirkətin qiymətli kağızlarının dəyəri rekord qıraraq 1154,49 dollara çatıb.
“ABŞ-da Cənubi Qafqazda yeni regional formatın yaradılmasında maraqlıdır. O şərtlə ki, bu əməkdaşlıq formatı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin paralel iştirakı ilə yaradılsın”.
Bunu “news.am”a müsahibəsində beynəlxalq ekspert Suren Sərkisyan ABŞ və Türkiyə prezidentlərinin G20 sammitində keçirilən görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ağ Evin bəyanatında qeyd olunub ki, iki ölkə liderləri digər məsələlərlə yanaşı, “Cənubi Qafqazda diplomatik səyləri” müzakirə ediblər.
“Ağ Evin bəyanatından əlavə, Ərdoğan daha geniş formada açıqlama verərək bölgəmizdə sülhün bərqərar olması üçün istifadə edilə biləcək formatları da müzakirə etdiklərini söyləyib. Son zamanlar Cənubi Qafqaz ölkələri və İran, Türkiyə, Rusiyanı əhatə edən 3+3 formatı və ya ABŞ və Aİ-nin də daxil olduğu 3+3+2 formatı geniş müzakirə olunur. İndi hansı formatın müzakirə edildiyini söyləmək çətindir, amma hesab edirəm ki, ABŞ da belə bir formatın yaradılmasında maraqlıdır, lakin Ağ Ev bölgədəki proseslərdə iştirak etmək üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrin də iştirakını istəyir”, - o bildirib.
ABŞ-ın dolayı yolla Türkiyə vasitəsilə regiona təsir göstərməyə çalışması versiyasından danışan Sərkisyan qeyd edib ki, Vaşinqton bunu əsasən Gürcüstan vasitəsilə etməyə çalışacaq: “ABŞ bu məsələdə strateji müttəfiqi Gürcüstanla işləyir. Bunu Pentaqonun rəhbərinin Gürcüstana son səfəri və qəbul olunmuş birgə bəyanatlar sübut edir. ABŞ təklif olunan 3+3 formatından kənarda qalsa belə, Gürcüstan və Türkiyə vasitəsilə prosesə müəyyən təsir göstərməyə çalışacaqlar”.
"ABŞ Türkiyənin Cənubi Qafqazda artan təsirini və onun ekspansionist meyillərini tanıyırmı" sualına cavabında ekspert qeyd edib ki, Vaşinqton Türkiyəni mühüm regional güc hesab edir.
“Birləşmiş Ştatlar da Türkiyəni strateji müttəfiq hesab edir, bu gün münasibətlər yaxşı səviyyədə olmasa da, Türkiyənin bir gün NATO-ya qayıdacağını anlayır və təbii ki, həm yumşaq gücdən, həm də sanksiyalardan istifadə edərək bu istiqamətdə çalışır”, - Sarkisyan bildirib.
Ərdoğanın Fransa prezidenti Emanuel Makronla Cənubi Qafqazdakı mövcud vəziyyəti və regional formatın yaradılmasını müzakirə etməsinə gəldikdə Sərkisyan deyib ki, Fransa həmsədr formatında təkcə özünü deyil, həm də Avropa İttifaqını təmsil edir: “Aİ-nin də müəyyən təsiri var, bu formatda Fransa təmsilçiliyi vasitəsilə baş verənlər haqqında məlumat var. Fransa, xüsusən də Böyük Britaniya Aİ-dən çıxdıqdan sonra daha fəal oyunçuya çevrilib və müəyyən mənada hazırda Aİ-nin lokomotivlərindən biridir, ona görə də bu prosesdə Aİ-nin iştirakı vacibdir”, - deyə ekspert bildirib.
Ermənistanın məsələyə mövqeyinə gəldikdə ekspert bildirib ki, Ermənistan bu formatla böyük mənada razılaşıb: “İrəvan hesab edir ki, bu formatda iştirak Ermənistanın maraqlarına cavab verir və onların heç bir qeyd-şərti yoxdur. Yenə deyirəm, formatın necə formalaşacağı tam bəlli deyil, çünki ortada müxtəlif təkliflər var idi.
Burada əsas məsələ hansı ölkənin nə istəyindən getmir, söhbət bizim regionda həqiqətən nə baş verdiyindən gedir və bu, vacib məsələdir. Açığı, Türkiyə müharibədən sonra bölgədə müəyyən nüfuz qazandı, İranın da ciddi təsirə malik olduğu göz qabağındadır, çünki ən azı onun qoşunları İran-Azərbaycan sərhədində yerləşir. Bunlar regionda qüvvələr balansının dəyişməsindən xəbər verən faktlardır və o, bir sıra nəticələri və yeni reallıqları ilə artıq əvvəlki kimi ola bilməz.
Rusiya regional fövqəldövlət olmaqla bu reallıqları nəzərə almalıdır: 5 il əvvəl Türkiyə indiki Türkiyədən əhəmiyyətli dərəcədə fərqlənirdi və Rusiya bunu bizim regionda ciddi çağırış və rəqib kimi görür”, - Sarkisyan bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Amerika lideri Co Bayden ABŞ Konqresinin üzvlərini Ankaraya yeni F-16 təyyarələri almaqla bağlı razılaşmanı təsdiq etməyə kömək edəcəyinə söz verib.
“Cənab Baydenlə səmimi və konstruktiv görüşümüz oldu. Görüşdə Mövlud bəy, İbrahim bəy və Hakan bəy yanımda idi. Onu xarici işlər naziri, təhlükəsizlik və kəşfiyyata məsul şəxslər müşayiət ediblər. Biz görüşü çox müsbət atmosferdə davam etdirdik”.
Ntv xəbər verir ki, bunu Türkiyə prezidenti Ərdoğan Baydenlə görüşünün yekunu barədə danışarkən deyib.
Ərdoğan ümid edir ki, iqtisadiyyatda ikitərəfli ticarət həcmində 100 milyard dollarlıq hədəflərinə çatacaqlar.
“Təbii ki, bizim NATO müttəfiqliyi və strateji tərəfdaşlıq kontekstində atılacaq addımlarla bağlı məsləhətləşmələr aparmaq imkanımız oldu. Hər şeydən əvvəl, əlbəttə ki, bizim bu F-35 məsələmiz var. Bildiyiniz kimi, bizim 1 milyard 400 milyon dollar ödənişimiz var. Bununla bağlı biz F-16-ların tədarükü ilə bağlı danışıqlar apardıq”, - Ərdoğan qeyd edib.
Ərdoğan əlavə edib ki, müdafiə nazirləri bir-biri ilə görüşəcəkləri üçün iki ölkə arasında münasibətlərə aid bu məsələni xarici işlər nazirləri görüşərək yekunlaşdıracağına ümid edir.
“Görüşdə Bayden dedi ki, "ola bilsin tezliklə nəticələr əldə etməyək. Bilirsiniz ki, qərar iki fərqli instansiyadan - Nümayəndələr Palatası və Senat tərəfindən qəbul edilməlidir. Bildiyiniz kimi, vəziyyət 50/50-dir, amma əlimdən gələni edəcəyəm”. Mən isə cavabımda ona dedim: “İnanıram ki, sən buna nail ola bilərsən və görürəm ki, nüfuzun olduğuna görə sözün keçər. İnşallah, müdafiə nazirlərimiz bir-biri ilə danışıqlarını davam etdirəcəklər. Bugünkü toplantıda iştirak edən dostlarımızın köməyi ilə bunu yekunlaşdıra bilsək, burada iki mühüm mövzumuz olacaq: biri təchizat, digəri isə əlimizdə olan F-16-ların modernləşdirilməsidir”, - Ərdoğan bildirib.
Rusiya vətəndaşlığı alanların sayına görə Ermənistan bütün ölkələr arasında birinci yerdədir.
“Son beş ilin (2017-2021) statistikasına nəzər salanda maraqlı, eyni zamanda da tamamilə anlaşılan bir mənzərə üzə çıxır. Bizim regionu tərk edərək Rusiya vətəndaşlığı alan hayların sayı hər il artır. Və 2021-ci ildə (34145) Rusiya vətəndaşlığı alan haylar 2017-ci ildəkindən(17825) 2 dəfə çoxdurlar”.
“Bunu deputat Sahib Alıyev deyib.
Onun sözlərinə görə, ancaq regionu tərk edib vətəndaşlıq ala bilməyən ermənilərin sayı isə alanlardan dəfələrlə artıqdır.
“Elələri təkcə Rusiya deyil, Qərbə, hətta Türkiyə və Qazaxıstana belə köçüb gedirlər”, - o qeyd edib.
Deputat əlavə edib ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin kütləvi erməni köçünün səbəbini forpostun təhlükəsizliyinin yetərincə təmin edilməməsində görür və Moskvanın bu yöndə müəyyən addımlar atacağını bildirir: “Halbuki əsas səbəb geosiyasi alət rolunda çıxış edən Ermənistanın qonşularına, ilk növbədə də Azərbaycanla Türkiyəyə yanaşmada yeritdiyi siyasət və qarşılığında üzləşdiyi təcriddir”.
“Azatutyun.am”ın yazdığına görə, 2021-ci ilin ilk 6 ayında Ermənistanın 22 min vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib. Bu, son dörd ilin eyni dövrləri ilə müqayisədə rekord göstərici olub.
Məsələn, 2017-ci ilin eyni dövründə bu rəqəm onun təxminən yarısı - 11,5 min nəfər olub.
Rəsmi məlumatlara görə, ümumilikdə Rusiya vətəndaşlığını qəbul edənlər arasında Ermənistan mütləq sayda Ukrayna, Qazaxıstan və Tacikistandan sonra 4-cü yerdə olsa da, lakin öz əhalisinin nisbətinə və Rusiya pasportu alanların sayına görə Ermənistan bütün ölkələr arasında birinci yerdədir.
Bu barədə “Azatutyun.am”a açıqlama verən ARMROST Rusiya-Ermənistan Hüquqşünaslar Assosiasiyasının prezidenti, miqrasiya məsələləri üzrə hüquqşünas Ruben Kirakosyan bildirib ki, müstəqillik əldə etdikdən sonra davamlı olan iqtisadi problemlərə indi müharibədən sonrakı qorxular əlavə olunub.
“Problem ondadır ki, bu gün Ermənistanda müharibədən sonrakı depressiv vəziyyət hökm sürür və bu, təbii ki, insanların gündəlik həyatına təsir edir. Təəssüf ki, çoxları heç olmasa müvəqqəti olsa da Rusiyaya köçməyə üstünlük verir, çünki yaxın gələcəkdə ölkəni nə gözləyir bəlli deyil. Gələnlərin çoxunun isə burada (yəni Rusiyada-red) qalması tendensiyası var”- o bildirib.
Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə baxmayaraq, bu il (2021-ci ildə-red) Rusiyanın Miqrasiya Xidmətində qeydiyyatda olan ermənilərin sayı artıb və Rusiyada hüquqi status almağa başlayıb. Bu ilin ilk 6 ayında 300 min belə erməni qeydə alınıb, ötən ilin eyni dövründə isə bu rəqəm 200 minə belə çatmayıb.
Başqa sözlə, bu ilin birinci yarısına olan məlumata görə, Ermənistan əhalisinin demək olar ki, 10%-i Rusiyada qeydiyyatdadır. Burada söhbət sırf qanuni miqrantlardan gedir. Rusiyada heç bir hüquqi statusu olmadan yaşayıb işləyənlər də az deyil.
Hüquqşünas qeyd edib ki, əgər bir neçə il əvvəl məxməri inqilabdan dərhal sonra çoxları Ermənistana qayıtmaqdan danışırdısa, indi, xüsusən də müharibədən sonra belə tendensiya müşahidə olunmur.