Kim Çen In KXDR Ali Xalq Məclisi sessiyasının açılışında iştirak etməyib.

“Yol-xeber.az” xarici mediaya  istinadən xəbər verir ki, Şimali Koreyada 14-cü Ali Xalq Məclisinin (SNC) sessiyası açılışı olub. 

Ölkə lideri Kim Çen In KXDR parlamentinin iclasının açılış mərasimində iştirak etməyib.

Tədbirdə  Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Choi Ren Hae və Şimali Koreya Baş naziri Kim Dok Hoon da daxil olmaqla yüksək vəzifəli məmurlar iştirak ediblər.

Sessiyanın işinin daxili siyasi məsələlər üzərində qurulduğu qeyd olunur. Millət vəkilləri bir sıra qanun layihələrini, o cümlədən şəhərin və rayonun inkişafı və gənclərin təhsili ilə bağlı qanun layihələrini müzakirə ediblər. Bundan başqa, milli iqtisadiyyat planı haqqında qanuna dəyişikliklərə baxılıb.

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

“Yol-xeber.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R.T.Ərdoğan görüşdə səfərinə qarşılıq olaraq V.Putinin də Türkiyəyə səfər etməsini istədiyini və bu təklifə müsbət cavab aldığını vurğulayıb. 

“İlin sonuna qədər Türkiyədə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuranın iclasının keçirilməsini təklif etdim və buna da müsbət cavab verdi”, - o deyib.

Ermənistanın paytaxtı İrəvanda yaşayan Vladimir Vardanyan İkinci Qarabağ Müharibəsinin içtirakçısı olub. O, döyüşlərdə bir qolunu itirib.

"Qaynarinfo xəbər verir ki, Vardanyan "BBC"yə müsahibəsində Qarabağ müharibəsi zamanı olanları etiraf edib.

"Onların (azərbaycanlıların - red.) qarşısını almaq mümkün deyildi. Bir halda ki, onlar Şuşaya çatmışdı, Xankəndiyə girmələri dəqiqə məsələsi idi.

Biz qalib gələ bilməzdik. Bu, birmənalıdır. Əgər üçtərəfli bəyanat olmasaydı, Azərbaycan müharibəyə davam etsəydi, indi müharibədən geri qayıdan olmayacaqdı”, - deyə Vardanyan etiraf edib.
 

Əfqanıstanda Taliban keçid dövrü hökuməti şahlıq dövrünün konstitusiyasına əsaslanacaq.

Yol-xeber.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu keçid dövrünün ədliyyə naziri Əbdül Hakim Şeri deyib. O bildirib ki, Əfqanıstan konstitusiyası Kral Məhəmməd Zahir şahın dövründəki 1964-cü il konstitusiyanın bazası əsasında formalaşdırılacaq.

Nazir həmçinin söyləyib ki, sözügedən konstitusiyanın şəriət və Talibanın prinsiplərinə zidd olmayan maddələrinin hamısı yenidən tətbiq ediləcək.

Ə.H.Şeri qadınlara səsvermə və siyasətə atılmaq hüququ tanıyan 1964-cü il konstitusiyasının sözügedən maddələrinin tətbiq olunub-olunmaması ilə bağlı sualları cavablandırmayıb.

Qeyd edək ki, səlahiyyətlərin əksəriyyətinin şaha verildiyi bu konstitusiya Əfqanıstanda “monarxiya qanunu” adlandırılır.

“YouTube” iki alman RT kanalını silib.

Rusiya mediası xəbər verir ki, bu barədə “Rusiya bu gün” və RT telekanalının baş redaktoru Marqarita Simonyan bildirib.

O, həmin kanalların birdəfəlik silindiyini deyib. Kanalların silinməsinə "xidmətdən istifadə şərtlərinin pozulması" səbəb göstərilib. 

Simonyanın sözlərinə görə, RT DE almandilli media arasında təsir baxımından dördüncü yerdə olub və 2021-ci ilin iyun ayında 21 milyon baxış toplayıb.

Simonyan xatırladıb ki, Lüksemburq da daha əvvəl Almaniya hakimiyyət orqanlarının rəyini əsas gətirərək, RT-yə yayım lisenziyası verməkdən imtina edib.

“Bu Almaniyanın Rusiyaya qarşı elan etdiyi əsl media müharibəsidir”, - deyən erməni baş redaktor Rusiyanı da "Deutche Welle" başda olmaqla bir sıra alman KİV-nin fəaliyyətini dayandırmağa çağırıb.

Fransa prezidenti Emmanuel Makrona yumurta atan tələbə müalicə üçün psixatriya xəstəxanasına yerləşdirilib.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə Lion prokurorluğundan məlumat yayıb.

Şübhəli şəxs qismində saxlanılan tələbə psixiatrik müayinədən keçirilib. 

Həmçinin əlavə edilib ki, əvvəllər bu şəxs ədliyyə və polis qurumlarında qeydiyyatda durmayıb.

“BBC news Azərbaycan” İkinci Qarabağ müharibəsinin il dönümü ilə bağlı İrəvanda əhali arasında sorğu keçirib. 

"Yol-xeber.az" xəbər verir ki, süjetdə ermənilər məğlubiyyəti çox ağır yaşadıqlarını, bunun onlar üçün dəhşət olduğunu deyiblər. 

Onlar ötən bir ili sanki yaşamadıqlarını, məğlubiyyətlərini millət üçün rüsvayçılıq kimi qiymətləndiriblər.

Sakinlərdən biri ölkənin get-gedə kiçildiyini, şəhərlərinin boş qaldığını, nə etsələr də əvvəlki şadlıqlarının qalmadıqlarını deyiblər.

Daha ətraflı Baku TV-nin süjetində:

"Hazırda qanuni olaraq peyvənd vurdurmağıma icazə verilmir".

Medicina.az bildirir ki, "BioNTech"in qurucusu Uğur Şahin müsahibəsində sualları cavablandırarkən deyib:

"Əlbəttə, vaksinasiya olunmağı düşünürük. Amma bizim üçün işçilərin və partnyorlarımızın vaksinasiya olunması daha önəmlidir. Hədəfimiz 2021-ci ildə 1.3 milyarddan çox doza istehsal etməkdir. Bunu 7/24 işləyərək, hansısa problem yaranmazsa çalışmağa davam etsək mümkün olar. İş yoldaşlarımızın və çalışanların koronovirusdan qoruduğumuzdan əmin olmalıyıq".

"Bəs nə üçün vaksin olunmağınıza icazə yoxdur?", - sualına isə "Çünki daha əvvəl, birinci sırada olan insanlar var. Hətta, kliniki çalışmalara qatılmağımıza belə icazə verilməyib. Çünki qanuni olaraq şirkətdə çalışan kənar şəxsləri bu proseslərə daxil etmək mümkün deyil. Bu da çox yaxşı bil haldır".

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir.

Yol-xeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, görüş zamanı Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.

Xatırladaq ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.

 

 

 
 
 

Bu gün Türkiyədə  iki dəfə Rusiya və Türkiyə bayraqları altında üzən gəmilərdə qəza baş verib.

İstanbul Boğaziçində Tekirdağdan Rusiya quru yük aparan Boğazdan çıxarkən balıqçı gəmisi ilə toqquşub.

“Yol-xeber.az” DHA-ya istinadən xəbər verir ki, hadisə yerinə xilasetmə qrupu göndərilib.  Belə ki, Tekirdağdan Rusiyaya gedən 140 metr uzunluğundakı VOLZHSKİY-40  quru yük gəmisi Boğaza çıxana zaman balıqçı gəmisi ilə toqquşub.

***

İstanbulda Yeniköy ərazisində Türkiyə və Rusiya bayraqları altında üzən iki yük gəmisi toqquşub.

Yol-xeber.az "Hurriyet"ə istinadla xənbər verir ki, əraziyə xilasedicilər cəlb edilib.

Sahil Təhlükəsizliyi İdarəsindən qəza ilə bağlı verilən açıqlamada bildirilib:

"Kocaeliden Qaradeniz Ereğliyə gedən 90 metr uzunluğundakı TAHSİN İMAMOĞLU gəmisi ilə Gemlikdən Rusiyaya gedən 128 metr uzunluğunda iki yük gəmisi toqquşub. əraziyə xilasetmə qayıqları göndərilib".

Billurə

 

 

 

 
 
 

Xəbər lenti