![]() |
|
“Yol-xeber.az” erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirilyi məlumat yayıb.
Hadisə 13 sentyabr gecə saat 22:00 radələrində baş verib. Ermənistanın cənub-şərq bölgəsindəki hərbi hissələrin birində 1978-ci il təvəllüdlü ehtiyatda olan çavuş Mkrtiç Ovakimyan aldığı güllə yarasından ölüb.
İlkin məlumatlara görə, hərbçi döyüş növbətçiliyinin təşkili qaydalarının pozulması nəticəsində ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.
“ABŞ heç vaxt Rusiya və Çinlə müharibəyə başlamayacaq, çünki bütün dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq”.
“Yol-xeber.az” xarici mətbuata istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinin sədrinin müavini, general Con Hayten çıxış edib.
Hələ soyuq müharibə dövründə nüvə silahına malik dünyanın iki nəhəng gücləri olan ABŞ-la SSRİ müharibə etmədiyini xatırladan amerikalı genaral əlavə edib ki, bu gün də dünyanın böyük dövlətlərindən olan Çin və Rusiya ilə müharibə etmək niyyətimiz yoxdur: “Çünki bu müharibə planet və ölkələrimiz üçün qorxunc olacaq. Dünyanı məhv edər. Qlobal iqtisadiyyatı məhv edəcək. Hər kəs üçün pis olacaq, buna görə də bu yoldan getmədiyimizə əmin olmalıyıq”.
Ağ Ev ABŞ Prezidenti Co Baydenin çıxışının canlı yayımını yarıda kəsib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident ABŞ Prezidenti Aydaho ştatında ölkənin qərbində baş verən meşə yanğınları ilə bağlı danışarkən olub.
Məlumata əsasən, Bayden sual vermək istəyərkən çıxışı yarıda kəsilib və o, “Üzərində işlədiyimiz məsələlərdən biri...” deyərkən yayım səbəbi izah olunmadan kəsilib.
“New York Post”un məlumatına görə, Ağ Ev əvvəllər də Baydenin çıxışının canlı yayımını dayandırıb. Belə güman edilir ki, bu, 78 yaşlı Prezidentin jurnalistlərin suallarına cavab olaraq fikirlərini düzgün izah edə bilib-bilməməyindən ehtiyat etməklə bağlıdır.
Qeyd edək ki, bu yaxınlarda Co Bayden Ağ Evdə çıxış edərkən mikrofon söndürülmüşdü.
İranın şimal-şərqində 5,1 bal gücündə zəlzələ baş verib.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Xəbərə görə, zəlzələnin episentri Kuçan şəhərindən 43 km şimal-şərqində olub.
Şəhərdə 111 min əhali yaşayır.
Dağıntılar barədə məlumat verilmir.
“Yol-xeber.az” “Türkiyə” qəzetinə istinadən xəbər verir ki, Rusiyanın Çelyabinsk şəhərindən olan “Məzlum rus” adlı terrorçu 2000-ci illərin əvvəlindən FTX agenti olub bir müddət Gürcüstan, Ermənistanda fəaliyyət göstərib.
İraq xüsusi xidmət orqanlarının verdiyi xəbərə görə, bu şəxs Türkiyə, Suriya və İraqda bir sıra terror katlarında iştirak edib. Bu şəxsin rus kəşfiyyat orqanları tərəfindən dəstəkləndiyi bildirilir.
"Məzlum rus" ilk terror təlimini Ermənistanın Vardenis, daha sonra Qarabağın işğal altında olduğu zamanlarda burada təlimlərdə olub.
Ermənistan və Rusiya vətəndaşlarından ibarət yaradılan “Ağrı qartalları” qrupunun başçılarından olan "Məzlum rus" Suriyada PKK-nın tabeliyində olan Nubar Ozanyan taborunun qurucusu olub. Rusiya vətəndaşı olan terrorçu bundan əlavə olaraq Hakkari, Şırnak, Van, Binöl, Ağrı və Şimali İraqdakı terror fəaliyyətində aktiv iştirak edib. Onun adı Türkiyədəki Hendek təxribatında da keçir. O, 60-dan çox erməni, rus, serb silahlılarının iştirakı ilə Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücum əməliyyatı həyata keçirsə də, özü bu əməliyyatdan sağ qurtara bilib.
Diyarbakəkirin Sur qəsəbəsində onların mühasirəyə alınmasından sonra “heç bir halda sağ ələ keçirilməsinlər, öldürün” əmrini də məhz "Məzlum Rus verib.
Talibanın Əfqanıstana nəzarəti ələ keçirməsindən sonra universitetlərdə sinifləri pərdə ilə yarıya bölərək dərs keçildiyi görüntülər dünya mediasında gündəm olmuşdu.
Yol-xeber.az xarici KİV-ə istinadla xəbər verir ki, müzakirələrdən sonra açıqlama verən Talibanın yeni Ali təhsil naziri Əbdül Baqi tədrislə bağlı yeni qaydalar tətbiq ediləcəyini deyib. O, qadınlara təhsil almağa icazə veriləcəyini desə də, kişilərlə qadınların pərdə ilə bölünən eyni siniflərdə deyil, fərqli siniflərdə dərs alacağını bildirib.
Nazir həmçinin kişilər və qadınlar üçün islam dininə uyğun qayadada yeni paltarlar hazırlanacağını söyləyib.
Qeyd edək ki, Talibanın hakimiyyətdə olduğu 1996-2001-ci illərdə qadınların orta və ali məktəblərdə təhsil almasına icazə verilmirdi.
Bu gün ABŞ tarixinin ən böyük terror hücumu olan 11 sentyabrdan 20 il ötür.
Yol-xeber.az xarici KİV-ə istinadla xəbər verir ki, 20 il bundan əvvəl 11 sentyabrda Nyuvark, Boston və Vaşinqtondan havalanın San Fransisko və Los Angelesə gedən 4 sərnişin təyyarəsi qaçırılıb.
ABŞ hava yollarına aid olan təyyarə yerli saatla 08:46-da əkiz qüllələrin binasına çırpılıb.
"United Ailines"a aid təyyarədə ilk hücumdan 17 dəqiqə sonra canlı yayım zamanı əkiz qüllələrin digər binasına çırplıb.
Binalar bütün dünyanın gözü önündə yerlə bir olduğu zaman qalxan "toz buludu"nun altında Əfqanıstan və İraq qaldı.
Hücumun 20-ci ili ABŞ-ın Əfqanıstanda terrorla mübarizə adı altında başlatdıı müharibəyə son verməsi, Talibanın ölkədə hakimiyyəti ələ keçirməsi ilə yadda qaldı.
O dövrdə Taliban Əl Qaidə lideri Usamə bin Ladenin onlara veilməsini istəyən ABŞ-a yox cavabı vermişdi. Bu da ABŞ-da Buş rejiminin Əfqanstana girərək Taliban hakimiyyətini devirməsi və iqtidara Qərbə daha yaxın olan Həmid Kərzai keçməsi ilə nəticələndi.
ABŞ-da Barak Obama prezident olduğu dövrdə - 2011-ci ildə Bin Ladenin Pakistanda gizləndiyi evdə öldürüldüyünü bütün dünyaya elan etdi.
ABŞ-ın Əfqanıstana girməsindən sonra 2003-cü ildə Buş administrasiyası 2003-cü ildə kimyəvi silah saxladığını əsas gətirərək İraqa girdi və Səddam Hüseyni devirərək edam etdi. Bu da Yaxın Şərqdə qeyri-sabitlik və qarışıqlığa səbəb oldu. Beləliklə İraq Yaxın Şərqin ən problemli ölkələrindən birinə çevrildi, İŞİD kimi yeni terror təşkilatları meydana çıxdı.
11 setnyabr terroRu ilk dəfə bu il ABŞ hərbçilərinin Əfqanıstandan çıxması ilə müharibəsiz şəraitdə anılır.
11 sentyabr "dünyanın dəyişdiyi gün" adlandırılır.
Billurə Yunus
Əfqanıstanda Talibanının hakimiyyətə gəlməsi ilə bir çox şey dəyişib.
Yol-xeber.az xarici KİV-ə istinadla xəbər verir ki, Talibanın qoyduğu qadağlara bir çox sahələr kimi idmana da təsir edib.
Əfqanıstanda 1996-2001-ci illərin əksində daha yumşaq idarəetmə vəd edən Taliban verdiyi sözün əksinə əfqan qadınların idman etməsini qadağan edib. Talibanın mədəniyyət komissiyasının sədr müavini Əhmədullah Vasik açıqlamasında qadınların idmanla məşğul olmasının uyğunsuz və gərəksiz olduğunu deyib:
“Qadınların kriket oynaya biləcəyini zənn etmirəm. Çünki kriket oynayan zaman üzlərini və bədənlərini örtə bilməyəcəklər. İslam isə qadınların bu formada görünməsinə icazə vermir”.
Bundan əlavə, Taliban üzvləri payaxt Kabildə onlara qarşı keçirilən etirazları izlədiklərini əsas gətirərək fotomüxbir Nemətullah Naqdi və jurnalist Taqi Daryabini döyüb.
AFP-yə danışan N.Naqdi bir Taliban üzvünün ayağı ilə onun üzünü əzdiyini, başını betona vurduğunu və başına təpik atdığını deyib.
T.Daryabi isə ağrıdan hərəkət edə bilmədiyini söyləyib.
Digər tərəfdən Talibanın İnformasiya nazirinin müavini də açıqlamasında məzhəblərarası qarşıdurmalara səbəb ola biləcəyini əsas gətirərək yeni hökumətin ölkədə siyasi partiyalaraqarşı olduğunu deyib.
Həmçinin Əfqanıstanda qida və neftin qiymətinin sürətlə bahalaşması, Talibanın qadınlara işləməyə icazə verməməsi və ictimai sektorda maaşların azaldılması xalqın gəlir mənbəyinə zərbə vurub.
Rusiyalı hərbçi Suriyada həlak olub.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, humanitar yardım karvanının yoluna partlayıcı yerləşdirilib.
Nəticədə baş vermiş partlayışda Rusiya hərbçisi ağır yaralanıb və dünyasını dəyişib.
Rusiya və ABŞ liderlərinin yenidən görüşə bilər.
Yol-xeber.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın diplomatik dairələrindəki mənbə "Strana"ya məlumat verib.
Hazırda Vladimir Putinlə Co Bayden arasında yeni bir zirvə təşkil etmək üçün danışıqlar aparır.
İki prezidentin görüşü oktyabr ayında baş tuta bilər.
Görüş zamanı strateji sabitlik, silah nəzarəti, kiber təhlükəsizlik, Ukrayna, Əfqanıstan və Mərkəzi Asiya, Yaxın Şərqdir.