Sürix Federal Politexnik Məktəbinin professoru, immunoloq Say Reddi açıqlaması ilə ictimaiyyəti qorxuya salıb.

"Yol-xeber.az" medicina.az-a istinadən xəbər verir ki, alim xəstələnmiş və peyvənd olunmuş insanlarda koronavirusa qarşı yaranan antikorlardan qaçan super qabiliyyətli yeni mutasiyaların ortaya çıxacağını deyib. Onun sözlərinə görə, gələcəkdə belə bir təkamül qaçılmazdır və bu, 2022 -ci ildə epidemioloji vəziyyəti ciddi şəkildə çətinləşdirə bilər.

"Payızda yoluxma hallarının artacağını, bununla da vaksinin təsirinin azaldığını görəcəyik. Bu, peyvəndlər effektsiz olduğundan deyil, vaksinasiya nisbətinin aşağı olması səbəbindən baş verəcək. Müvafiq olaraq virusun ötürücülüyü də artacaq. Peyvənd prosesi sürətlə artmazsa, gərginliyin qarşısını yalnız sərt məhdudlaşdırıcı tədbirlər ala bilər. Peyvəndlərin "delta" variantına qalib gələ bilməməsinin səbəblərindən biri də virus yükünün çox yüksək olmasıdır. Yüksək səviyyədə antikorlar qazanmaqla bu riskə qarşı çıxmalıyıq.

İsrail və ABŞ-dan alınan son hesabatlar göstərir ki, 6 aydan sonra simptomatik "delta" infeksiyalarına qarşı mövcud mRNA peyvəndləri yalnız 60 faizə qədər təsirli olacaq. Amma vaksinlər ağır simptomlara qarşı hələ də təsirlidir.

Çox güman ki, təkcə peyvəndlərə güvənə bilməyəcəyimiz yeni ştamm ortaya çıxacaq. Bu səbəbdən önümüzdəki bir neçə ildə davamlı olaraq yeni variantlara uyğunlaşan bir neçə peyvəndə hazırlaşmalıyıq. Yeni variantın ortaya çıxması böyük riskdir. Onu mümkün qədər erkən tanımalı və peyvənd istehsalçıları peyvəndi tez uyğunlaşdırmalıdır. Gələn payız və qış keçən ilki kimi olacaq. Bu, "delta" variantından və daha yüksək peyvənd nisbətinə malik olmamağımızdan qaynaqlanır. Ştamm üzərində nəzarətimiz yoxdur, ancaq peyvənd dərəcəsini artırmaqla ona təsir edə bilərik", - professor bildirib.

Eskpert qeyd edib ki, virus və immun sistemi bir-birinə sıx bağlıdır: immun sistemi hərəkət edir və virus ona reaksiya verir:

"Virusla uzun müddət rəqs edəcəyik. Yəqin illərlə, bəlkə də ömrümüzün sonuna qədər".

Yaponiyanın əllə düyü yeməyə çalışan səfiri gündəm oldu

Yaponiyanın Səudiyyə Ərəbistanındakı səfiri Fumio İvai tvitter səhifəsində paylaşdığı videosu ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, videogörüntüdə yapon səfir əlləri ilə ərəblərin məşhur düyü yeməyi olan mofatahı yeməyə çalışır.

“Mən naharda əlahəzrət qubernatorun tövsiyəsi ilə mofatahı əlimlə yeməyə cəhd etdim”, - deyə İvai paylaşımına yazıb.

Yapon səfirin videosunu qısa müddətdə milyondan çox insan izləyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi İrəvanın Türkiyə ilə bağlı açıqlama verib.

Yol-xeber.az erməni mediasına istinadən xəbər verir ki, o, hökumətin bugünkü iclasında ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib.

Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı açıqlamasını xatırladaraq "Biz bu bəyanatlarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması barədə müzakirələri görürük", deyib.

O, həmçinin daha geniş kontekst ala biləcək danışıqlara hazır olduqlarını dilə gətirib.

"Burada avtomobil və dəmir yollarının bərpası məsələsi də var və danışıqlarda Rusiya, Avropa İttifaqı, Fransa, ABŞ, Çin və Hindistan da maraqlıdır".

2001-ci ildə ABŞ-da törədilən silsilə terror aktları ilə bağlı yeni məlumat üzə çıxıb.

Yol-xeber.az xarici KİV-ə istinadla xəbər verir ki, teraktlardan 20 il sonra hadisə qurbanlarından daha 2 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Faciə qurbanlarından birinin adının Doroti Morqan olduğu bildirilsə də, digər şəxsin kimliyi ailəsinin istəyi ilə gizli saxlanılıb.

Bununla da silsilə terror aktları nəticəsində şəxsiyyəti müəyyənləşdirilən şəxslərin sayı 1647-yə çatıb.

Qeyd edək ki, Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı silsilə terror aktları həyata keçirilib. Rəsmi məlumatlara görə, hücumlar nəticəsində 3 minə yaxın mülki vətəndaş həlak olub, 6 min şəxs yaralanıb.

Terror qurbanlarından 1106 nəfərin şəxsiyyəti hələ də müəyyənləşdirilə bilməyib.

Efiopiyanın Tiqray əyalətində avqust ayı ərzində təxminən 150 nəfər aclıqdan ölüb.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, əyalətdə ərzaq ehtiyatları tamamilə tükənib. Bu əyalətin mərkəzi, cənub və şərq hissələrində, eləcə də Şire bölgəsindəki köçkünlər üçün yaradılan düşərgələrdə aclıq hökm sürür.

Bundan əvvəl BMT-nin Dünya Ərzaq Proqramı qarşıdakı 6 ayda Efiopiyada, xüsusən Tiqray regionunda 5,2 milyon insanın aclıq fəlakəti ilə qarşı-qarşıya qalması ilə bağlı xəbərdarlıq edib. Təşkilat fəlakətin qarşısını almaq məqsədilə 426 milyon dollar məbləğində vəsaitə ehtiyac olduğunu bildirib.

Türkiyədə 2 nəfərdə koronavirusun “Mu” ştammı aşkarlanıb.

Yol-xeber.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Tükiyənin səhiyyə naziri Fahreddin Koca açıqlayıb. O bildirib ki, hazırda əlavə tədbirlər görülməsinə ehtiyac yoxdur.

Qeyd edək ki, koronavirusun yeni yaranmış "Mu" ştammında yoluxuculuq və ölüm halınının "Delta" ilə müqayisədə az olduğu bildirilir. Sözügedən ştamm 39-dan çox ölkədə aşkarlanıb.

Liviyanın keçmiş lideri qəddafinin kiçik oğlu Saadi Qəddafi təhlükəsizliyi baxımından bazar günü ölkəni tərk edib.

 “Yol-xeber.az”  “Al-Marsad”a istinadən xəbər verir ki, Tripolidə məhkəmninin Saadi Qəddafiyə bəraət hökmü çıxardıqdan sonra ölkəni tərk etmək icazəsi verilib. Onun Türkiyəyə uçduğu bildirilir.

Saadi 2011-ci ildə öldürlən Liviya lideri Qəddafinin üçüncü və ən kiçik oğludur. O əvvəlcə Nigerə qaçsa da, 2014-cü ildə ölkəsinə saxlanılaraq ölkəsinə ekstradisiya olunub. O bir neçə il Tripolidə həbsdə olub, ancaq 2018-ci ildə bəraətə alıb. 

"Əfqanıstan ərazisindən insanların təxliyəsinə davam etmək üçün Talibanla danışıqlara başlamağın lazımdır".

Yol-xeber.az lenta-ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.

O bildirib ki, indi onlarla işləmək məcburiyyətindədirlər: "Almaniya təşkilatları ilə əməkdaşlıq edən və hazırda təhlükə altında olanları ölkədən çıxarmaq istəyirik. Bundan başqa, Talibanla dialoq ölkəyə humanitar yardım idxalına imkan verəcək".

“Rusiya və Çin terror təşkilatlarının Əfqanıstanı öz məqsədləri üçün istifadə edəcəkləri bir yerə çevrilməsinin qarşısını almalıdırlar”.

“Bunu NATO Baş katibi Yens Stoltenberq “Sunday Telegraph”a açıqlamasında deyib.

“Rusiya və Çin də daxil olmaqla, beynəlxalq aləmin Əfqanıstanın terror təşkilatlarının istədikləri kimi hərəkət edə biləcəyi, ölkələrimizə qarşı hücumlar hazırlaya biləcəyi, təşkil edə biləcəyi, planlaşdıra biləcəyi və maliyyələşdirəcəyi bir yer halına gəlməsinin qarşısının alınması məsələsinə qatılıram”, - o bildirib.



Taliban Çini özünün əsas xarici tərəfdaşı hesab edir. 

“Yol-xeber.az” “interfax”-a istinadən xəbər verir ki, belə bir bəyanatla Talibanın sözçüsü Zabiullah Mücahid çıxış edib.  

Mücahid bildiirb ki, Çin ölkəmizə sərmayə qoymaq istəiyini bəyan etməklə bizə fundamental və müstəsna bir fürsət təqdim etmiş olur.

Onun sözlərinə görə, Çin müharibədən sonra döyüşçülərə Əfqanıstanın yenidən qurulmasında da kömək edəcək.

Çinin "Bir kəmər, bir yol" iqtisadi layihəsini yüksək qiymətləndirən Mücahid deyib ki, Pekin bununla  "qədim İpək Yolunu" canlandırmağa çalışır.

Mücahid onu da bildirib ki, Taliban Əfqanıstanın mədən sənayesini yenidən qurmaq üçün Pekinin köməyinə arxalanır. O xüsusilə Əfqanıstandakı mis mədənlərinin işlənməsini dilə gətirib: “Məhz çinlilərin sayəsində bu sahədə istehsal yenidən başlaya və modernləşdirilə bilər”.

Mücahid sonda Çini Kabil üçün "dünyanın bütün bazarlarına çıxışı" adlandırıb.

Qeyd edək ki, Taliban Türkiyə ilə də əməkdaşlıq etməkdə maraqlıdır. Taliban Ankaradan Əfqanıstanın səhiyyə, təhsil, iqtisadiyyat, tikinti və energetika sahəsində onlara yardım etməsini istəyir.

Xəbər lenti