![]() |
|
Ermənistanda daha 2 476 nəfərdə koronavirus aşkarlanıb.
Report xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 104 249-a yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 27 nəfər artaraq 1 533-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 397-yə yüksəlib. İndiyədək 63 258 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 39 055 aktiv koronavirus xəstəsi var.
Yaxın Şərq və Afrika regionunda 16 ölkə kütləvi aclıq təhlükəsi ilə üzləşib.
Report xəbər verir ki, BMT-nin məlumatına görə, həmin ölkələrdə münaqişələr, iqtisadi böhran, təbii fəlakətlər, koronavirus pandemiyası kimi amillər üzündən yüz minlərlə sakin ərzaq əldə etməkdə böyük çətinliklər çəkir.
Ən kəskin vəziyyətin Burkina Faso, Nigeriyanın şimal-şərqi, Cənubi Sudan, Yəmən kimi bölgələrdə yarandığı bildirilir.
İşğalçı Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanla Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan arasında “Məxməri inqilab”dan əvvəl və sonra Ermənistana silah tədarükü ilə bağlı mübahisə yaranıb.
Qafqazinfo xəbər verir ki, hər şey Ovannisyanın İctimai Televiziyanın efirində çıxışı zamanı son iki ildə ordunun 10 il əvvələ nisbətən daha çox yeni texnoloji silah aldığını söyləməsi ilə başlayıb.
Bu açıqlamaya Sarkisyanın ofisindən belə reaksiya gəlib:
“Ya Ovannisyan rəqəmlərlə tanış deyil, ya da bilərəkdən gerçəkliyi təhrif edir”.
Keçmiş prezidentin nümayəndələri “168.am” qəzetinə müsahibəsində Ovannisyanın sözlərinin reallıqla heç bir əlaqəsi olmadığını söyləyiblər:
“Ölkə müharibə şəraitində ikən və Azərbaycan Silahlı Qüvvələri Şuşa kənarında olduğu üçün Müdafiə Nazirliyinin nümayəndəsinin bu barədə danışmağı və günahkar axtarmağını yersiz hesab edirik. Müharibədən sonra bu mövzunu daha ətraflı müzakirə edəcəyimizə söz veririk”.
Ovannisyan isə öz “Facebook” hesabında qeyd edib:
“Özünüzü ələ alın. Məndə çox məlumat var”.
Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyə bayraqlarının alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Report xəbər verir ki, tenderin qalibi “Maskat-LM” MMC-dir.
Qalib şirkətə 46,5 min manat ödəniləcək.
Məsələ ilə bağlı Komitədən bildirilib ki, satınalmaya təkcə Türkiyə bayraqları daxil deyil. Söhbət hər biri 15 manata 2 000 ədəd Azərbaycan bayrağından, hər biri 10 manata 100 ədəd stolüstü Azərbaycan bayrağından, hər biri 1,8 manatdan 2 000 ədəd aksiyalarda əldə tutulan Azərbaycan bayrağından, hər biri 3 manata 1 000 ədəd bayraq dirəyindən, hər biri 280 manata metal dirəkli 5 ədəd Azərbaycan bayrağından və hər biri 15 manata 500 ədəd Türkiyə bayrağından gedir.
Report xəbər verir ki, bu barədə Avstraliya Türk Vəkilləri İttifaqı məlumat yayıb.
Məlumatda deyilir ki, hökumət kaset bombaları kimi qadağan olunmuş döyüş sursatlarının satın alınmasını təmin edərək bu pulların toplanmasından, insanlığa qarşı cinayətlərə şərik olmaqdan narahatdır.
"Bu yaxınlarda “Amnesty International” Ermənistanın Bərdədə mülki əhaliyə qarşı kaset bombalarından istifadə etdiyi təsdiqləyib. Bəzi banklar və digər müvafiq qurumlar çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə öhdəliklərinin pozulub-pozulmadığını araşdırırlar, çünki Avstraliya pullarının yekun olaraq hara çatdırıldığını izləmək demək olar ki, mümkünsüzdür. Bu barədə əlavə məlumat alınan kimi ətraflı məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.
"Ermənistanın müharibəni dayandırıb işğal olunmuş bütün torpaqları qaytarmasının vaxtı çatıb. Ermənilər onlara məxsus olmayan, qanunsuz işğal etdikləri torpaqlar uğrunda ölürlər".
Bunu "Report"a Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer deyib.
Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan indi "Qarabağ klanı"nın güclü siyasi təzyiqi altındadır.
"Ermənistan əvvəl-axır başa düşməlidir ki, beynəlxalq hüquq öz müqəddəratını təyin etmək hüququndan daha üstündür. Dağlıq Qarabağ dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistanın özü tərəfindən tanınmır. Belə olan halda işğalı davam etdirməyin mənasını başa düşmürəm", - o söyləyib.
Onun sözlərinə görə, cəbhə xəttindən xeyli uzaqda yerləşən Azərbaycan şəhərlərinin raket atəşinə tutulması ilə Ermənistan tərəfi Azərbaycanı Ermənistan ərazisinə cavab zərbəsi endirməyə təhrik edir, təxribat törədir.
"Bununla onlar Rusiyanı müharibəyə cəlb etməyə çalışırlar. Çünki Rusiya onların müttəfiqidir. Bu, ermənilərin çarəsizliyindən xəbər verir. Buna görə insanların ölməsi dəhşətlidir. İndi Ermənistanın torpaqları Azərbaycana qaytarmaq, sülh yaratmaq üçün şansı var", - O.Hauzer deyib.
Ermənistanda daha 2 210 nəfərdə koronavirusa yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 101 773 nəfərə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 30 nəfər artaraq 1 506-ya çatıb. COVID-19 dianozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 397-a yüksəlib. İndiyədək 61 782 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 38 088 aktiv koronavirus xəstəsi mövcuddur.
Bu barədə Baş Konsulluqdan məlumat verilib.
Bildirilib ki, 4 noyabr 2020-ci il tarixində axşam radələrində Beverli Hils şəhərində erməni icmasının radikal üzvləri türklərə məxsus “Cafe Istanbul” restoranına hücum edib. Qeyd edək ki, Beverli Hils şəhəri Los-Anceles vilayətində yerləşir və Los-Anceles şəhəri ilə əhatə olunur.
Beverli Hils Polis İdarəsinin məlumatına əsasən 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək və restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vuraraq, Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər. Hazırda Beverli Hils polisi hadisəni etnik nifrət zəminində törədilən cinayət kimi araşdırır.
Türkiyənin baş konsulu Can Oğuz və bütün türk icması ilə həmrəylik nümayiş etdirmək məqsədilə 5 noyabr tarixində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycan icmasının üzvləri ilə birgə hadisə yerində olublar.
Baş konsul Nəsimi Ağayev çıxış edərək, sözügedən nifrət cinayətinin qurbanlarının yalnız türk olduqları üçün bu vəhşi hücuma məruz qaldıqlarını bildirib. O, 2020-ci ilin iyul ayında radikal ermənilər tərəfindən Azərbaycan icmasının üzvlərinə qarşı da nifrət zəminində Los Ancelesdə cinayət törədildiyini xatırladaraq, erməni ekstremistlər tərəfindən hər iki icmaya qarşı törədilən bu kimi cinayətlərin və aqressivliyin son zamanlar artdığını qeyd edib. N.Ağayev, yerli siyasi xadimlər və hüquq-mühafizə orqanlarının azərbaycanlıları və türkləri hədəf alan bu cinayətləri kəskin şəkildə pisləmələrinin, hər iki icmanın təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görülməsinin və bu kimi halların qarşısını almaq üçün cinayətkarların ən qısa zamanda tapılaraq məsuliyyətə cəlb olunmalarının vacibliyini qeyd edib.
Pakistan icmasının rəhbərlərinin də qatıldığı həmrəylik tədbiri Los-Ancelesin FOX, ABC kanalları və digər mətbu orqanlar tərəfindən işıqlandırılıb.
Bu barədə “Report” Kanada hökuməti başçısının mətbuat xidmətinə istinadən məlumat verir.
Qeyd olunub ki, tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Bundan başqa, iki ölkə arasında mövcud vəziyyət və pandemiyaya qarşı mübarizə diqqət mərkəzində olub.
Poqosyan bu barədə "Facebok" səhifəsində paylaşım eidb.
Avropadakı teror hadisələrindən danışan Poqosyan, bu terror hücumlarının onu maraqlandırmadığını bildirib. Onun sözlərinə görə, Avropa İsrailin nə olduğunu anlayacaq:
"İsrail 1933-cü il Almaniyası ilə bərabərdir. Heç kəsi bağışlamayacağıq və zaman gələcək sizdən qisasımızı alacağıq, bilin".trend