2017-ci ildən bu yana Ermənistanda vətəndaşlıqdan imtina edənlərin sayında sürətli artım müşahidə edilir.

Bu barədə Ermənistan polisinin rəhbəri Vaqe Kazaryan bildirib ki, son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 nəfər müvafiq orqanlara müraciət edib.

2017-2020-ci illərdə ümumilikdə 22 277 nəfər vətəndaşlıqdan imtina üçün dövlət qurumlarına müraciət edib. Onlardan 6 576 nəfəri 2018-ci ildə, 7 138 nəfəri 2019-cu ildə, 3 313 nəfəri isə 2020-ci ildə yazılı şəkildə ölkənin vətəndaşı olmaq istəmədiyini açıqlayıb.

Ermənistan ətəndaşlığından çıxmaq istəyənlərin ümumi sayı 4 165 nəfər təşkil edir.  Bu isə vətəndaşlıq almaq istəyənlərin sayından 23 faiz çoxdur.

“News.am” agentliyi bu göstəricilərlə bağlı bunları qeyd edir:

"Nikol Paşinyan və onun komandasının üzvlərinin heç vaxt bu göstəricilər barədə danışmamaları diqət çəkir. “Məxməri inqilab”ın lideri son iki il yarım müddət ərzində vətəndaşların Ermənistana “görünməmiş axını” barədə müxtəlif göstəriciləri açıqlayıb. Rəqəmlər göstərir ki, Ermənistana gələnlərin çox az hissəsi vətəndaşlıq almaq üçün müraciət edir, eyni zamanda on minlərlə insan Ermənistan vətəndaşlığından imtina edib".

ABŞ Prezidenti Donald Tramp yenidən seçkilərdə qalib gəldiyini açıqlayıb.

Bu barədə ABŞ lideri “Twitter” hesabında yazıb.

“Mən seçkilərdə qalib olmuşam”, - deyə D.Tramp bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib.

Türkiyə ordusunun hərbi qulluqçusu Hakkari əyalətində terrorçularla döyüşdə şəhid olub.

Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, çavuş Abdurrəhman Topuksuz bu gün İraqla sərhəd zonası olan Hakkari-Çukurcada keçirilən əməliyyat zamanı terrorçuların açdığı atəş nəticəsində şəhid olub.

Ermənistan prezidenti Armen Sarkisyan xalqa müraciət edib.

"Ölkə.Az" bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Dövlət başçısı müraciətində bildirib ki, ölkədən növbədənkənar parlament seçkiləri qaçılmazdır.

Pentaqon rəhbərinin səlahiyyətlərini icra edən Kristofer Miller ABŞ-ın iştirakı olan bütün müharibələrə son qoymağın lazım olduğunu bildirib.

Oxu.az xəbər verir ki, “The Hill” qəzeti bu barədə departamentin işçilərinə göndərilən memorandumun mətninə istinadən xəbər yayıb.

“Biz daim müharibə edən bir xalq deyilik, bu, tərəfdar olduğumuz hər şeyə və atalarımızın uğrunda mübarizə apardıqlarına ziddir. Bütün müharibələr sona çatmalıdır”, - Miller deyib.

O qeyd edib ki, ABŞ Əfqanıstandakı müharibəni bitirməyə sadiq qalır.

Ermənistanda daha 1 472 nəfərdə koronavirus aşkarlanıb.

 Report xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 114 383-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 41 nəfər artaraq 1 738-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 448-a yüksəlib. İndiyədək 74 105 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 39 564 aktiv koronavirus xəstəsi var.

Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “60 minut” (“60 dəqiqə”) verilişində qonaq olan Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, “Kommersant” Nəşrlər Evinin Xarici siyasət şöbəsinin müdir müavini Aleksey Naumov Kəlbəcəri tərk edən ermənilərin oradakı evlərini, mağazalarını və digər tikililəri yandırmasını əks etdirən videogörüntüləri şərh edib.

 “Qafqazinfo” xəbər verir ki, Aleksey Naumov bunları deyib:

“Biz yadda saxlamalıyıq ki, Qarabağ - Azərbaycandır. Bu torpaq isə beynəlxalq hüquqla ona məxsusdur, o bu torpağın qaytarılması uğrunda vuruşub. Ən maraqlısı odur ki, Azərbaycan Şuşanı tutduqdan sonra – zəfərdən əvvəl dayandı və sülhməramlıların buraxılmasına və rayonları mərhələ-mərhələ, yavaş-yavaş Azərbaycana qaytarılmasına alicənabcasına razılıq verdi. Azərbaycanın özünü bu vəziyyətdə bundan artıq alicənabcasına necə apara biləcəyini təsəvvür etmirəm. Ermənilərə bu rayonlardan çıxmaları üçün bir həftə verdilər”.

Bununla belə, Naumov xatırladıb ki, 1993-cü ildə azərbaycanlılar Kəlbəcərdən çılpaq, ayaqyalın qaçırdılar, kim qaçmırdısa, o biri şəhərə yox, “o biri dünya”ya gedirdi:

“Tamamilə faciəli vəziyyət, hansını ki, unutmaq olmaz. Bəli, bu, çoxdan olub, amma biz bunu unuda bilmərik. Ən əsası odur ki, biz bu gün Ermənistan hakimiyyətinin özünü necə apardığını görürük. Aydındır ki, hərbi məğlubiyyətdən sonra qisas almaq çox istəyirsən, yumruğunu sıxmaq və onların hesab etdiyi kimi - “özünkünü” qaytarmaq istəyirsən. Lakin biz revanşizmin nəyə gətirib çıxardığını bilirik. Biz bunu Avropada 20-ci əsrdə çox gözəl görmüşük".

Rusiya son sutka ərzində Qarabağa göyərtəsində 170 sülhməramlının da olduğu 20 təyyarə göndərib. 

Oxu.az xəbər verir ki, son 24 saat ərzində 20 ədəd İl-76 təyyarəsi Ulyanovsk-Vostoçnıy aerdromundan havaya qalxıb. Təyyarələrdə 20 ədəd qoşqulu ağır nəqliyyat vasitəsi də daşınıb. 

“Vurulan helikopterlə bağlı Bakının dərhal reaksiyası Moskvanın bu üzrü qəbul etməsinə imkan verdi”.

Oxu.az məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, bu hadisəni fəlakət adlandıraraq, iki hərbçinin ölümünün hər kəs üçün çox ağrılı olduğunu vurğulayıb.

“Azərbaycanlıların, Azərbaycan Prezidentinin ani reaksiyası və şərtləri qərəzsiz araşdırmağa, cavabdehləri cəzalandırmağa hazır olduğunu elan etməsi bu üzrün qəbuluna imkan verdi”, - deyə Peskov izah edib.

Qeyd edək ki, Rusiyanın Mi-24 helikopteri noyabrın 9-da Ermənistanla Azərbaycan sərhədi yaxınlığında vurulub. Hadisə nəticəsində iki heyət üzvü ölüb, biri yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi helikopterin respublika Silahlı Qüvvələri tərəfindən səhvən vurulduğunu etiraf edib və Bakının Moskvaya təzminat ödəməyə hazır olduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi veb-saytında Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağdakı sülhməramlı missiyası barədə bölmə yaradılıb.

Bölmə “xəbərlər”, “brifinqlər”, “multimedia” və “infoqrafika” altbölmələrdən ibarətdir.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, Rusiya Silahlı Qüvvələrinin kontingenti Azərbaycanın Dağlıq Qarabağ ərazisinə yerləşdirilib.

Xəbər lenti