![]() |
|
“Ümid edirəm ki, Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan bəyanatın imzalanması münaqişə bölgəsindəki mülki şəxslərin həyatını qoruyacaq”.
Report xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli bildirib.
O, müharibə zamanı həlak olanlarla bağlı başsağlığı verib və tərəfləri meyitlərin, hərbi əsirlərin mübadiləsinə dərhal başlamağa çağırıb.
G.Tseretelinin sözlərinə görə, dayanıqlı sülhə aparan yol bəzən müharibədən daha çətindir: “Məcburi köçkünlər və qaçqınların təhlükəsiz qayıtmasını təmin etmək, münaqişənin hərtərəfli həllinə nail olmağa və birgə gələcək qurmaq üçün bütün tərəfləri sülh danışıqlarına sadiqliklərini təsdiqləməyə çağırıram”.
Bu fikirlər Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda öz əksini tapıb.
“Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşma Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olması üçün yeni bir fürsət təklif edir. Azərbaycan hökumətini və qardaş xalqını ərazilərinin azad edilməsi münasibətilə təbrik edirik. Bunun bölgədəki sabitlik və firavanlıq dövrünə, məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıtmasına yol açacağına ümid edirik".
Azərbaycanda post-konflikt quruculuğu tam gücü ilə aparılacaq.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib.
O bildirib ki, vətən müharibəsində Azərbaycan dünya döyüş tarixində yeniliklər etməklə yanaşı, həm də dünyada ilk dəfə olaraq onlayn qələbə aktına imza atdı. Ermənistan isə dünyada ilk dəfə onlayn kapitulyasiya edən ölkə oldu.
İcraçı direktor əlavə edib ki, Azərbaycan Ordusu dünyanın ən döyüş qabiliyyətli silahlı qüvvələrindən birinə çevrilib. Azərbaycanın Ali Baş Komandanı qələbə aktına imza atmaqla ölkəmizi regionda gücün bütün parametrləri - iqtisadi, siyasi və hərbi cəhətdən liderliyini bir daha təsdiqləmiş oldu. Resurs müharibəsinə tab gətirə bilməyəcəyi əvvəlcədən proqnozlaşdırılan Ermənistana dəyən ziyanı isə bağlamaq üçün bu ölkəyə onilliklər lazım olacaq.
Həmçinin vurğulayıb ki, Azərbaycan regionun geopolitik mənzərəsini dəyişmək üçün quru, su və hava üstünlüyünə malikdir. Azərbaycan dəniz donanması, dənizdə neft-qaz hasilatı, dəniz infrastrukturu, Xəzərdə ən böyük limanı və Xüsusi İqtisadi Zonası ilə dəniz gücünü təsbit edib. Eləcə də, Azərbaycanın Cənubi Qafqazda ərazisinin yarısına yaxınına, əhali və iqtisadiyyatın isə 2/3-ə qədərinə malik olması ölkənin quru gücünü göstərir. Hazırda, Xəzər dənizi də nəzərə alınmaqla 160 min kvadrat kilometrdən artıq hava məkanına və 20 beynəlxalq hava dəhlizinə nəzarət edən Azərbaycan Cənubi Qafqazda ən böyük mülki hava infrastrukturuna, ən böyük təyyarə parkına, ən çox sayda süni peykə sahib olan ölkə kimi Vətən müharibəsində hərbi hava qüvvələrinin üstünlüyünü nümayiş etdirdi. Beləliklə, Azərbaycanın regional liderliyi hava-su-quru istiqamətlərdə komplektləşir.
Vüsal Qasımlının sözlərinə görə, Qələbə aktına əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Bu imkan verəcək ki, Azərbaycan regional nəqliyyat-logisitika qovşağı kimi mövqelərini daha da gücləndirsin və şaxələndirməni həyata keçirsin. Başqa tərəfdən isə Azərbaycanın qərb rayonları və Naxçıvan arasında yeni nəqliyyat kommunikasiyalarının inşası Naxçıvanın inkişafını daha da sürətləndirəcək. Ən əsası odur ki, Azərbaycan Naxçıvan üzərindən Türkiyə ilə birbaşa əlaqə yaradacaq.
Report xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Rusiya və Türkiyənin Müdafiə nazirləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib və Suriyadakı vəziyyətin sabitləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.
Bu barədə “Report”a Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, Sazişə əsasən, Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlılıq müddəti ən azı 6 (altı) ay olmalıdır.
“Bu baxımdan, Türkiyəyə səfər etmək istəyən, ya da Azərbaycana Türkiyə üzərindən getməyə hazırlaşan Azərbaycan Respublikasının vətəndaşları pasportlarının etibarlılıq müddətinə diqqət yetirməli və onun bitməsinə 6 aydan az vaxt qalıbsa, mütləq yenisi ilə əvəzləməlidirlər”.
Qeyd edək ki, Rusiya martın 27-dən koronavirus pandemiyası səbəbilə bır sıra ölkələrlə, o cümlədən Azərbaycanla müntəzəm reysləri dayandırıb. Rusiyadakı Azərbaycan vətəndaşları Türkiyədən tranzit keçərək Azərbaycana səfər edirlər. Bunu nəzərə alaraq, Azərbaycan vətəndaşları Türkiyəyə səfər edərkən pasportunun etibarlılıq müddətinə nəzər yetirməlidir.
Böyük Britaniya Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə olunan razılığı alqışlayır.
Report xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər naziri Dominik Raab özünün tvitter hesabında yazıb.
“Onlar daha çox insan itkisinin qarşısını almaq üçün çətin qərarlar veriblər. Bütün tərəflər vətəndaşların rifahı naminə davamlı sülhə nail olmaq üçün birlikdə çalışmalıdırlar” – deyə, nazir bildirib.
"Resurslar tükəndiyi üçün ordu Qarabağ üzrə razılşamanı imzalamağa təkid etdi".
Report xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında atəşkəsə dair razılaşma imzalanıb.
Oxu.az xəbər verir ki, Sarkisyan bu mövzuda heç bir müzakirə, məsləhətləşmə və danışıqda iştirak etmədiyini bildirib.
O qeyd edib ki, bölgədəki vəziyyət ümummilli əhəmiyyət daşıyır. Buna görə hər hansı bir qərar hərtərəfli məsləhətləşmələr və müzakirələr nəticəsində verilməlidir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı müharibəni 10 noyabrdan etibarən dayandırmaq barədə razılığa gəliblər. Razılaşmaya əsasən, bölgəyə Rusiya və Türkiyə sülhməramlıları yerləşdiriləcək.
Bakı vaxtı ilə saat 07:00-dan başlayaraq Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasına başlanır.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.
Məlumatda deyilir ki, Rusiya Dağlıq Qarabağ zonasında sülhməramlı kontingentini yerləşdirir.
Bu barədə S.Bayraktar “Twitter” hesabında yazıb.
“Zəfəri nəsib edəndə, mütləq zəfər sahibi də Allahdır. Şəhidlərimizin ruhları şad olsun, Rəbbin türkün şanını ucaltsın. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - o bildirib.