![]() |
|
Rusiyalı məşhur politoloq və hərbi ekspert İqor Korotçenko Azərbaycanın Dağlıq Qarabağ uğrunda Ermənistanla müharibədə qalib gəlməsinin səbəblərini izah edib.
Oxu.az xəbər verir ki, bu barədə hərbi ekspert “Telegram” kanalında yazıb.
“Azərbaycan nəyə görə Dağlıq Qarabağ uğrunda Ermənistanla müharibədə qalib gəldi:
1. Güclü və iradəli prezident, Ali Baş Komandan İlham Əliyev.
2. Effektiv hazırlıqlı, texniki cəhətdən təchiz edilmiş müasir ordu.
3. Azərbaycan əsgərlərinin və zabitlərinin ruh yüksəkliyi.
4. Müharibənin ədalətli xarakteri – işğal altındakı ərazilərin azad edilməsi.
5. Səriştəli hərbi planlaşdırma, döyüş əməliyyatlarının hərtərəfli işlənməsi.
6. Ordu və xalqın birliyi.
7. İnkişaf etmiş hərbi-sənaye kompleksi.
8. Güclü və çoxşaxəli iqtisadiyyat.
9. Ölkə üçün optimal siyasi hakimiyyət sistemi”, - deyə İ.Korotçenko qeyd edib.
“Biz bu sənədi imzaladıq, çünki bir neçə min hərbçi mühasirəyə düşə bilərdi, Xankəndini qorumaq üçün artıq heç kim yox idi”.
Oxu.az xəbər verir ki, bu sözləri Qarabağdan qovulmuş separatçı rejiminin başçısı Araik Arutunyan “Facebook” hesabında canlı yayım zamanı deyib.
“Bu gün satqınları tapmağa çalışan siyasətçilər qoy öz övladlarının, qohumlarının döyüşlərdə iştirakı ilə bağlı məlumatları açıqlasınlar. Selfi çəkərək, hər kəsi aldatdılar, guya cəbhədə olduqlarını göstərdilər. Ancaq əslində orada deyildilər”, - deyə Araik Arutunyan bildirib.
O, qeyd edib ki, oktyabrın 3-də “çağırış edib, yalvarıb ki, cəbhəyə yollanmaq lazımdır, canlı qüvvə çatmır”, lakin tək qalıb.
“Hadrutdan 1500 erməni hərbçisi bir neçə kəşfiyyat-diversiya qrupunun qarşısından qaçdı. Geri dönməyə və döyüşməyə razı salmağa çalışdım. Satqınlar Qarabağdan qaçan, cəbhəyə getməmək üçün Yerevanda gizlənən həmin kişilərdir”, - deyə A.Arutunyan bildirib.
O, həmçinin keçmiş, o cümlədən Şuşadakı müraciətlərindən hissələri təqdim edib və qeyd edib ki, bunlar satqınları və “torpaqları satanları” axtarmamaq üçün edilib. İlk epizod azərbaycanlıların Talışı aldığı və Suqovuşana qədər gəlib çıxdığı zaman oktyabrın 3-də çəkilib.
Onun sözlərinə görə, həmin vaxt hərbçilərin bir hissəsi təşviş içində geri çəkilib və arxa cəbhəni təmin etmək üçün resurslar çatışmayıb. Bəzi qeyri-nizami birləşmələr ön xətt mövqelərini tutmaqdan imtina ediblər.
“Mən dedim ki, öndə gedəcəyəm, onlar isə imtina etdilər”, - deyə A.Arutunyan qeyd edib.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İslam irsinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağda və ətraf rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını bildirir.
Bu barədə İƏT-in yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilir: “Maddi və mənəvi dəyərlərin, xüsusən Qubadlı rayonunun bu yaxınlarda azad edilmiş Məmər kəndindəki məscidin qəsdən dağıdılması və talan edilməsi, tarixin mənimsənilməsi və saxtalaşdırılması təcavüz siyasətinin bariz sübutudur. İşğal olunmuş ərazilərdə əsrlər boyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən “Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası”nın və 1954, 1999-cu il Protokollarının açıq şəkildə pozulmasıdır. Xarici İşlər Nazirləri Şurasının 46-cı iclasında İƏT “İslamın müqəddəs yerlərinin qorunması haqqında” 3/46-S saylı Qərar qəbul edib. Qərarda erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında İslama aid tarixi və mədəni irsin tamamilə məhv etmək məqsədi, barbar hərəkətləri pislənilib”.
Bunu Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli Türkiyə Böyük Millət Məclisindəki çıxışı zamanı deyib.
“Çox şükür sonda haqq öz yerini tapdı və Türklər böyük zəfər qazandı. Qatil Paşinyan məğlub şəkildə, əlləri əsə-əsə sülh sazişinə imza atmaq məcburiyyətində qaldı. Keçmiş intiqamımız alındı. Biz çox xoşbəxtik ki, Ermənistan indiyə qədər tökdüyü qanların cəzasını ağır ödədi. İlham Əliyevin də qeyd etdiyi kimi Paşinyan danışıqlara öz iradəsi ilə deyil, Azərbaycanın dəmir yumruğu ilə gəlib. Qarabağ Türkdür, Qarabağa Azərbaycandır”, - deyə o, əlavə edib.
Daha sonra Bahçeli türk sülhməramlılarının Qarabağa yerləşdirilməsi məsələsinə də münasibət bildirib:
“Dağlıq Qarabağ və Laçın dəhlizi təmas xətti boyu Rusiya və Türkiyə sülhməramlıları yerləşdiriləcək”, - deyə, o, vurğulayıb.
Bu barədə məlumatı Türkiyənin Kandilli Rəsədxanası yayıb.
Zəlzələ ətraf ərazilərdə də hiss olunub.
“Qarabağ müharibəsinə son qoymaq barədə razılığın xəyanət kimi qiymətləndirilməsi təhqiramizdir”.
“Qafqazinfo”nun “aysor.am” portalına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan müdafiə naziri David Tonoyan bildirib.
“Ermənistan Silahlı Qüvvələri, Müdafiə Nazirliyinin bütün sistemi, hökumətin uğur qazanmağımız üçün əlindən gələni etməsinə baxmayaraq Qarabağ müharibəsinə son qoymaq barədə razılığın xəyanət və ya məğlubiyyət kimi dəyərləndirilməsini təhqiramiz hesab edirəm”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan tərəfi silah və texnika tədarükünün bütöv bir blokadası şəraitində hərəkət etdikdə geosiyasi vəziyyət yaranıb.
“Biz çox böyük bir qüvvəyə - super silahlı Azərbaycan ordusuna qarşı vuruşduq. Məndən “bəs siz niyə silahlanmadınız?” deyə soruşa bilərsiniz. Biz də silahlı idik, ancaq kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi”, -deyə Tonoyan qeyd edib.
Tonoyan rus sülhməramlılarının yerləşdirilməsi ilə Qarabağ müharibəsinə son qoyulması barədə razılaşmanın ən yaxşı seçim olduğunu da sözlərinə əlavə edib.
Səfir Q.Osmanov çıxış edərək ölkəmizin əldə etdiyi şanlı qələbə münasibətilə azərbaycanlıları təbrik edib, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, bu böyük zəfərin xalqımıza və dünya azərbaycanlılarına bəxş etdiyi qürür və fəxarət hissinin əvəzsiz olduğunu dilə gətirib, Qarabağ qələbəsinin ölkəmizin rəhbərliyinin səriştəsi, milli ordumuzun gücü və xalqın dəstəyi nəticəsində əldə olunduğunu vurğulayıb.
Daha sonra moldovalı deputat Sergiu Sirbu çıxışında azərbaycanlıları bu əlamətdar hadisə ilə bağlı təbrik edib, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı əldə edilən uğurun digər oxşar münaqişələrin həlli yolunda da nümunə olacağına ümid etdiyini bildirib.
Meydana toplaşanlar arasında qardaş Türkiyənin Moldovadakı Səfirliyinin əməkdaşları da nitq söyləyərək soydaşlarımızı ölkəmizin hərb və siyasət meydanında əldə etdiyi şərəfli qələbəyə görə təbrik edib.
Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov Azərbaycanın əldə etdiyi uğurlar və bu böyük zəfər gününün bütün həmyerlilərimizi bir araya gətirərək bir yumruq ətrafında sıx birləşməsinə və daha da güclənməsinə səbəb olduğunu bildirib. MAK-ın gənc istedadlı üzvləri ölkəmizin həqiqətlərini, siyasi və hərbi sahədə qazandığı qələbə barəsində rumın dilində nitq söyləyərək Moldova ictimaiyyətini məlumatlandırıb. Bundan əlavə, Moldovada Azərbaycan icmasının ağsaqqalı Firuz İsayev təbrik nitqi söyləyərək Kişineu meydanında keçirilmiş tədbirin ilk hissəsini yekunlaşdırıb.
Qeyd edək ki, tədbirin sonunda Moldovanın bir sıra xəbər agentlikləri və telekanallarının iştirakı ilə səfir Q.Osmanov tərəfindən mətbuat brifinqi keçirilib. Brifinqdə səfir Moldova ictimaiyyətinə Azərbaycanın şanlı qələbəsi və ölkəmizim haqlı mövqeyini əks etdirən məlumatlar verib, yerli jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Daha sonra həmin gün zəfər tədbirinin iştirakçıları Türkiyənin Moldovadakı Səfirliyinə gedərək Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün vəfatının ildönümü münasibətilə büstü önünə gül dəstələri qoyub, görkəmli şəxsiyyətin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir Moldovadakı səfirliyimizdə davam etdirilərək ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, müstəqil Azərbaycanın qurucusu və xilaskarı olan ümummili liderimizin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən söhbət açılıb.
Qələbə münasibətilə Səfirlikdə bayram ziyafəti təşkil edilmiş, tədbir iştirakşılarına milli mətbəxə məxsus şirniyyatlar təqdim edilib, həmvətənlərimiz Azərbaycanın xalq rəqslərinin sədaları altında rəqs edib, vətənpərvərlik şeirləri və çıxışları söyləyib. Tədbir Kişineu şəhərində Azərbaycanın ərazi bütövlüyünün bərqərar olmasına həsr edilmiş təntənəli qələbə atəşfəşanlığı ilə yekunlaşdırılıb.
Bu günlərdə bütün Ermənistan Nikol Paşinyan və ailə üzvlərini axtarır. Bu barədə İrəvan qəzeti "Hraparak" yazıb.
“Şübhəsiz ki, onlar qəzəbli bir izdihamın əlinə verilə bilməz, lakin insanlar baş nazir postunu tutan şəxsin öz sözləri ilə“ NK Kabinetinin rəhbəri vəzifəsini yerinə yetirməyə davam edən”şəxsin harada olduğunu bilmək hüququna malikdirlər”.
Qəzet Paşinyanın xalqa müraciəti zamanı çəkilən görüntülərdə alçaq tavanlı, pəncərəsiz bir otaqda olduğunu qeyd edib. Onun harada olduğunun aydınlaşmaması üçün telefon gizli şəkildə yerləşdirilib.
“Ancaq mənbəmiz Paşinyanın Müdafiə Nazirliyinin binasında, özünü daha təhlükəsiz hiss etdiyi bunkerdə olduğunu söyləyir”,- deyə nəşr qeyd edib.
Ailə üzvlərinə gəlincə, Nazirlər Kabineti rəhbərinin iki qızının – Məryam və Şuşaninin təxminən bir həftə əvvəl Ermənistanı tərk etməsi barədə şayiələr yayılıb. Verilən məlumata görə, onlar hazırda Kanadadırlar.
“Baş nazirin həyat yoldaşı Anna Akobyan hərbi təlimlərdə iştirak etdiyi yer də gizli saxlanılır. Ehtimala görə, oğlu və kiçik qızı da onun yanındadır”, - deyə qəzet yazıb.