Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayırıq.

Ardını oxu...

ABŞ-la İran arasında diplomatik müzakirələr başlanıb.

Publika.az xəbər verir ki, bunu Küveyt Xarici İşlər Nazirinin müavini Xalid əl-Carullah açıqlayıb.

Müavin bildirib ki, bölgədə artan gərginliyin sona çatması üçün başlanan tərəflər (Vaşinqton və Tehran – red.) arasında dialoq və hərəkətlilik yaranıb. Bu çərçivədə son olaraq Oman Xarici işlər naziri Yusif ibn Ələvinin İranda bir sıra görüşlər keçirməsini qeyd edən Carullah bölgədə ağlın və məntiqin qalib gələcəyinə inandıqlarını bildirib. Həmçinin qeyd edib ki, İranın da, ABŞ-ın da müharibəyə meyli yoxdur.

Yunan hökuməti Brüsselə təqdim etdiyi statistik hesabatları saxtalaşdırıb.

Axar.az xəbər verir ki, bunu “Bild” qəzetinə müsahibəsində Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker deyib. O, məhz belə məlumatlar sayəsində Afinanın 2001-ci ildə Avrozonaya daxil olduğunu bildirib:

“Ölkəni Avrozonaya qəbul etməzdən əvvəl öncəki dövrlərə nisbətdə diqqətli yoxlamalar aparılmalıdır. Avrozona etibarlı olmalıdır, əks təqdirdə ona heç kim inanmayacaq. Yunanıstanla bağlı məsələdən sonra Avropa öz səhvlərindən dərs çıxarmağa başladı və indi AB-yə daxil olan hər ölkəni Avrostat tam yoxlaya bilər”.

Ermənistan Milli Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın ABŞ-a səfəri uğursuz olub.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Qəzet Ermənistan Xarici İşlər Nazirliyi və Ermənistanın ABŞ-dakı səfirliyinin bütün səylərinə rəğmən Qriqoryanın ABŞ-da ciddi görüşlər keçirə bilmədiyini qeyd edib. Üstəlik, Qriqoryanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonunun da qəbul etməkdən imtina etdiyi bildirilib.

Qeyd edək ki, Bolton keçən ilin oktyabrında Ermənistana səfəri zamanı da Qriqoryanla təkbətək görüşdən imtina etmişdi.

Hazırda Yaxın Şərqə əlavə hərbi kontingent göndərməyə ehtiyac yoxdur.

Axar.az xəbər verir ki, bunu Ağ Evdə çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp deyib. O, lazım gələcəyi təqdirdə ordunu Yaxın Şərqə göndərəcəyini də bildirib:

“Baxaq görək, İranla nə baş verir. Düşünmürəm ki, qüvvəyə ehtiyacımız olacaq. Əgər ehtiyac yaranarsa, mən mütləq əlavə kontingent göndərəcəyəm”, – deyə o bildirib.

Tramp İranı yenidən “təhlükəli oyunçu” adlandırıb və İranın terror dövləti olaraq qalmasıyla heç vaxt barışmayacağını deyib.

Biz bu kanalları açıq tutacağıq və ən yaxşı nəticəni almaq üçün səylərimizi davam etdirəcəyik.

Axar.az xəbər verir ki, bunu Yunanıstan Müdafiə naziri Yevanqelos Apostolakis Türkiyə Müdafiə Nazirliyi ilə aparılan danışıqları şərh edərkən deyib.

Danışıqların müsbət məcrada aparıldığını deyən Apostolakis Türkiyə ilə danışıqların davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, Türkiyə və Yunanıstan son zamanlar dənizdə artan gərginliyin azaldılması istiqamətində danışıqlar aparır.

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif dünya ölkələrini ABŞ sanksiyalarına qarşı hərəkətə keçməyə çağırıb.

Axar.az-ın məlumatına görə, XİN rəhbəri vurğulayıb ki, beynəlxalq birlik Birləşmiş Ştatlara təzyiq edərsə, dünyadakı mövcud düzən də dəyişər.

“Şübhəsizdir ki, ABŞ öz sanksiyaları ilə dünya düzənini nəzarətə götürüb. Əgər beynəlxalq aləm buna qarşı hərəkət etməzsə, olduqca çətin vəziyyətdə qalacaq”, - deyə XİN rəhbəri bildirib.

İqtisadi müharibə ilə xalqın yaşayışını və sakitçiliyini hədəf alan ABŞ-ı peşman edəcəyik.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İran Prezidenti Həsən Ruhani çıxış edib.

"İraq müharibəsində hərbi təzyiq və hücumlarla torpaqlarımız işğal edildi, bu gün isə iqtisadi müharibə ilə xalqın dolanışığı və dincliyi hədəf altındadır. Düşmən ürəyimizdə ümidsizliyin yeri olmadığını anlamalıdır. Torpaqlarımız bombalansa və bir daha şəhid versək də, müstəqilliyimizdən imtina etməyəcəyik", - Ruhani qeyd edib.

Vahid Milli Hərəkat Partiyasında mübarizə taktikası barədə fərqli fikirlər var, amma komandanın strategiyası və prinsipləri eynidir.

Axar.az xəbər verir ki, bunu “Pirveli” televiziyasına açıqlamasında Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri olan Nika Meliya deyib. O, proseslərin radikallaşdırılmasının tərəfdarı olmadığını deyib. Meliya mer seçkisi günü verdiyi açıqlamadan sonra Saakaşvili ilə görüşmədiyini, amma yaxın zamanlarda bu görüşün planlaşdırıldığını deyib:

“Mənim Saakaşvili ilə münasibətlərim yaxşıdır. Biz tez-tez mübahisə edirik, lakin tez-tez mövqelərimiz üst-üstə düşür. Düşünürəm ki, bu, Vahid Milli Hərəkat Partiyasının uğurudur. Mən Sandra Rulofsun “İvanişvili hökumətini seçkiylə dəyişmək mümkün deyil” fikriylə razı deyiləm. İvanişvilini təkcə seçkidə yox, onunla qumar oynasaq belə qumarda da udmalıyıq. Heç kim bizim partiyanın parçalanmasını gözləməsin”.

Qeyd edək ki, Gürcüstanda mer seçkisindən sonra Saakaşvili və Rulofsun sərt bəyanatlarını Meliya dəstəkləməmişdi. O yaydığı bəyanatda ad çəkməsə də inqilab və küçələrdə mübarizənin qəbuledilməz olduğunu bildirmişdi. Bundan sonra bəzi mətbuat orqanları Vahid Milli Hərəkatın parçalanacağına dair məlumat yaymışdılar.

Bazar günü Gürcüstanın Zuqdidi şəhərində baş tutan mer seçkisində Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs hakimiyyətin nümayəndəsinə uduzdu. Maraqlı məqam Rulofsun uduzduğu şəhərin Saakaşvilinin aktiv dəstəkçisi olması idi. Bəzi analitiklər Saakaşvilinin bu məğlubiyyətinin şəxsi olduğunu və bunun onun blokuna təsir göstərə biləcəyini söylədilər. Bununla belə ekspertlər Zuqdidi seçkisində kifayət qədər saxtakarlığın olduğunu və İvanişvilinin bütün dövlət resursunu Rulofsu məğlub etməyə yönəltdiyini bildiriblər.

ABŞ Çinin “Huavey” şirkətinə qarşı başladılmış kampaniyaya qoşulması üçün Cənubi Koreyaya dəfələrlə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə “Çoson İlbo” nəşri yazıb.

“ABŞ müxtəlif diplomatik kanallar vasitəsilə “Huavey” şirkətinin məhsullarından istifadənin təhlükəsizlik problemləri yarada biləcəyi ilə bağlı Xarici İşlər Nazirliyimizə müraciət edib”, - Cənubi Koreyanın diplomatik mənbələrindən nəşrə bildirilib.

Xəbər lenti