Yaponiyanın “Toşiba” korporasiyası “Huavey”ə yarımkeçirici avadanlıqların satışını dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə “Kyodo Nyus” məlumat yayıb.

Bildirilib ki, yapon şirkəti göndərişlərdə ABŞ istehsalı olan avadanlıqların olub-olmamasını yoxlamaq üçün belə qərar qəbul edib.

Qeyd edək ki, bundan öncə “Panasonik” “Huavey”lə əlaqələri dayandırdığını elan etmişdi.

 

Çin ABŞ-ın milli təhlükəsizliyinə təhdiddir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

O bildirib ki, “Huavey”in hakim Çin Kommunist Partiyası ilə dərin əlaqələri mövcuddur və şirkət istifadəçilərin şəxsi məlumatlarını hakimiyyətə ötürür.

Pompeo düşünür ki, Quqldan sonra bir sıra texnologiya şirkətləri də “Huavey”lə əlaqələri kəsəcək.


12 Punto 14 Punto 16 Punto 18 Punto

“Chatham House” təşkilatının analitiki Kristina Gerasimov Gürcüstan, Ukrayna və Moldova siyasi elitalarının necə dəyişməsi və yenilənməsiylə bağlı tədqiqatını təqdim edib.

Axar.az xəbər verir ki, təqdimata Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurasının nümayəndələri də qatılıb. Hesabatda Gerasimov Gürcüstanda Bidzina İvanişvili və klanının dövlət institutlarını ələ keçirdiyi, eləcə də Qızılgül inqilabından sonra yox olan korrupsiya və nepotizmi (qohumbazlıq – red.) geri qaytardığı bildirilib. Belə ki, İvanişvilinin aktiv şəkildə özünün nəzarət etdiyi KİV-lərdən rəqiblərini vurmaq və saxta xəbərlər yaymaq üçün istifadə etdiyi qeyd olunub. Gerasimov İvanişvilinin şəxsi maraqlarını dövlət maraqlarından üstün tutduğunu və bunun da dövlət institutlarını, eləcə də dövləti zəiflətdiyini deyib.

Hesabatda xüsusi vurğulanıb ki, Gürcüstanda İvanişvili və ailəsinə məxsus biznes şirkətlərini, eləcə də media təşkilatlarını müəyyən etmək çətindir, çünki bu qurumlar daha çox ofşor zonalardakı hüquqi şəxslərin adına qeydiyyatdan keçirilib. Gerasimov tədqiqatında İvanişvilinin biznesinin adətən qohumları tərəfindən idarə edildiyini bildirib.

Bununla belə hesabatın müəllifi olan Gerasimov “Kuryer” qəzetinə açıqlamasında Gürcüstanda gedən proseslərin mütləq gələcək parlament seçkisinə təsir edəcəyini deyib:

“Biz elitanın yenilənməsindən danışanda ilk növbədə Saakaşvili erasını xatırlayırıq. O, müxtəlif dairələrdən olan gəncləri, düşünən peşəkarları hakimiyyətə gətirərək, onlara ölkələri üçün işləmək imkanı verdi. Bu, siyasi elitanın yenilənməsinin başlanğıcı idi. Gürcü Arzusu hakimiyyətə gəldikdən sonra ümid var idi ki, reformlar davam edəcək, amma bu gün bütün əsas məsələlərdə durğunluq müşahidə edilir. Reformlara meyilli qüvvələr var və onlar ölkəni irəli aparmaq istəyirlər. Elə qüvvələr var ki, onların potensialı var, amma onlara bunu istifadə imkanı verilmir”.

 

Ermənistan Prezidenti Armen Sərkisyan polis qüvvələrinə yeni komandan təyin edib.

Axar.az xəbər verir ki, bu məlumatı prezidentin mətbuat xidməti yayıb. Yeni komandanın polkovnik Vahe Kazaryan olduğu bildirilib.

Qeyd edək ki, Ermənistanda inqilabdan sonra bu vəzifə boş qalmışdı.

Kazaryan bu vəzifəyə qədər Tavuş vilayətinin polis idarəsinin rəisi olub.

Türkiyə Venesuelaya 100 min dollarlıq dərman preparatı göndərəcək.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 21-ci Amerikaarası konfransda iştirak edən Türkiyənin Qızıl Aypara Cəmiyyətinin Baş katibi Kərəm Kınık bildirib.

Onun sözlərinə görə, humanitar yardım Panamanın hava məkanından keçməklə Venesuelaya çatdırılacaq.

K.Kınık deyib ki, rəhbərlik etdiyi cəmiyyət dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir: “Haiti, Meksika və Qvatemalada fəaliyyət göstərmişik. Venesuela Qızıl Xaç Cəmiyyətinin sədri ilə Qızılay Dərnəkləri Federasiyamızın Amerka Direktoruluğu görüşüb. İlk mərhələdə Venesuelaya Panama üzərindən 100 min dollarlıq dərman pereparatı göndərəcəyik. Hazırda bu istiqamətdə işlər görülür. Venesuelada hökumət və müxalifət nümayəndləri ilə humanitar yardım dəhlizi açılması barədə müzakirə aparılıb. Razılıq əsasında bu yardım oraya çatdırlacaq”.

Onun sözlərinə görə, Venesueladan Kolumbayaya 1,9 milyon qaçqın gedib və onlar humanitar yardıma möhtacdır:

“İki ölkə arasında bununla bağlı müqavilə imzalayaraq əməkdaşlığımızı davam etdirəcəyik”.

10:50

Yevlax rayonunda mikroavtobusun aşması nəticəsində ölən və yaralanan şəxslərin adları açıqlanıb.

Report-un məlumatına görə, "Mersedes" markalı mikroavtobus Yevlax-Xaldan-Mingəçevir yolunda hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 2 nəfər - 2006-cı il təvəllüdlü Sevindik Tamerlan qızı İmanzadə hadisə yerində, daha 1 nəfər 20 yaşlı Sadət Müzəffər qızı Musayeva xəstəxanada ölüb.

Qəza nəticəsində mikroavtobusda olan 20-dən çox sərnişin xəsarət alıb.

Yaralılar:

Nəsibli Ülviyyə Ədalət qızı (2000)

Məmmədova Nigar Azər qızı (1999)

Məmmədova Rüfanə Hüseyn qızı (1993)

Cəbrayılov Elzamin Pərviz oğlu (2003)

Qədirli Afət Seymur qızı (2002)

Nəcəfli Aygün Azər qızı (2002)

Həsənov Ümüd İsmayıl oğlu (2001)

İmanova Gülər Adil qızı (1982)

Əkbərov Əziz Əkbər (2001)

Cəfərova Fizzə Mahmud qızı (1959)

Hüseynova Aynurə Adil qızı (1977)

Şəhriyarov Xüdaverdi Qəmbər (1967)

Alıxanov Elşən Röşən oğlu (2000)

Şahmali İlahə Ramil oğlu (2001)

Məmmədli Aygül Azər qızı (1994)

Behbudov Murad Hüseyn oğlu (2002)

Məmmədova Gülər Vidadi qızı qızı (1989)

Ibrahimov Şəhlar Abbas oğlu (1999)

Yaralıların müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, Yevlax rayonunun Xaldan qəsəbəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 25 nəfər qəzaya düşüb:

"Onlardan 2-si hadisə yerində keçinib, müxtəlif xəsarətlər almış 21 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yevlax Rayon Mərkəzi Xəstəxanasında 21 nəfərə tibb müəssisəsinin müvafiq bölmələrində yardım göstərilir. Onlardan 2-si reanimasiyadadır, 1-nin vəziyyəti ağır, digərininki isə orta-ağır qiymətləndirilir. Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində xəsarət alanların çoxu tələbədir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən 2 nəfərin sağlamlıq durumu normaldır".

ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra 2018 və 2019-cu ildə yaşadığımız vəziyyəti inqilab dövründə belə yaşamamışıq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İran Prezidenti Həsən Ruhani çıxış edib.

Ruhani ABŞ-ı nəzərdə tutaraq deyib: "Düşmən ölkəmizin iqtisadiyyatını təşkil edən neft satışı və bank sektorunu əngəlləmək istiqamətində bütün səylərini əsirgəmir".

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən futbol oyunlarında nəticələrin qabaqcadan danışılmasına görə saxlanılan futbolçulardan 4 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər 7 nəfər isə 10 min lari pul girov qoyulmaqla zaminə buraxılıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə futbolçulardan Nika Dauşvili, Vaxtanq Djakeli, Laşa Çapidze və İrakli Xuçuanın həbs müddəti uzadılıb.

“Vit Corciya” komandasının digər futbolçuları Conni Şeroziya, Nikolaz Maisuradze, Paata Quduşauri, Qeorqi Qetiaşvili və Nodar Kiknavelidze, eləcə də Lançxutinin “Quri” komandasının futbolçuları Robert İmerlişvili və İrakli Bedjelidze isə 10 min lari girov müqabilində azadlığa buraxılıblar.

Məlumat üçün qeyd edək ki, danışılmış oyunlara görə saxlanılan futbolçulardan biri, Nikolaz Maisuradze vaxtilə Azərbaycanın "Turan" komandasında çıxış edib. Futbolçu 2012-2013-cü mövsümün ikinci yarısında Tovuz təmsilçisinin formasını geyinib.

Liviya Milli Ordusunun (LMO) rəhbəri Xəlifə Haftar Fransa Prezidenti Emmanuel Makronla telefon söhbəti zamanı beynəlxalq əsasda tanınmış Fayez Sərrac hökuməti ilə atəşkəsdən imtina edib.

Axar.az xəbər verir ki, bunu Makron administrasiyasının nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.

“Atəşin dayandırılması ilə bağlı danışıqlar başlanan vaxt Haftarın cavabı belə oldu: Bu gün atəşin dayandırılmasını kiminlə müzakirə edək?” – deyə fransalı rəsmi bildirib.

O qeyd edib ki, Haftarın Tripolidən geri çəkilmək niyyəti yoxdur və paytaxtı döyüşçülərdən təmizləməyi düşünür.

İranın Ali dini lideri Əli Xamenei İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi tənqid edib.

Axar.az xəbər verir ki, Xamenei hər iki siyasətçini nüvə razılaşmasını reallaşdıra bilməməkdə ittiham edib.

“Mən nüvə razılaşmasının reallaşdırılması üçün seçilən vasitəyə inanmıram. Dəfələrlə bunu aydın şəkildə prezident və xarici işlər nazirinə demişəm”, - deyə o bildirib.

Xəbər lenti