|
Yaponiya ABŞ-dan 105 ədəd beşinci nəsil F-35 qırıcısı almaq istəyir.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Baş naziri Şinzo Abe ilə birgə mətbuat konfransında danışıb.
“ABŞ Yaponiyanın müdafiə imkanlarını gücləndirmək səylərini dəstəkləyir. Son aylarda ABŞ istehsalı olan bir çox müdafiə silahlarının Yaponiyaya çatdırılması prosesini sürətləndirmişik. 2018-ci ildə Yaponiya ABŞ-ın əsas silah alıcılarından biri olub və indicə 105 ədəd F-35 qırıcısı almaq niyyətlərini bildirdilər”, - Tramp deyib.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton müharibə azarkeşidir.
Axar.az xəbər verir ki, bu barədə Şimali Koreya XİN-dən bildirilib.
XİN-dən verilən açıqlamada Boltonun dünyadakı sülh və təhlükəsizlik şəraitini pozduğu, həmçinin Pxenyana qarşı təxribat strategiyası hazırladığı qeyd olunub.
Ana bətnindəki uşaq xəstə olsa da, onu abort etdirmək çıxış yolu deyil.
Axar.az xəbər verir ki, bu sözləri Roma Papası Fransisk deyib.
"Bu, din yox, insani məsələdir. Doğuşdan əvvəl keçirilən testlərə görə uşağın həyatına son vermək insanlığa sığmır. Nələrəsə görə bir insanın həyatına son qoymaq düzgün deyil", - Fransisk bildirib.
ABŞ Prezidenti Donald Tramp Yaponiyaya gedib.
Axar.az xəbər verir ki, 4 gün davam edəcək səfər ərzində Trampın imperator Naruxito və Baş nazir Sindzo Abe ilə görüşəcəyi, eləcə də ABŞ hərbi bazasını ziyarət edəcəyi bildirilib.
Ukrayna müstəqillik qazandıqdan sonra Rusiya Krımı ələ keçirmək istəyib.
Axar.az xəbər verir ki, bunu “Unian” agentliyinə açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ruslan Xomçak deyib.
“Əgər biz o zaman informasiyaya sahib olsaydıq, hər şey fərqli olardı. Mən bilmirəm ki, kəşfiyyat və xarici kəşfiyyatdan gələn informasiyalar hara gedirdi, amma mənə həmin vədə heç bir informasiya daxil olmurdu. Əlbəttə, 2014-də hərbçilər fəaliyyətə keçə bilərdilər, amma Krımda hansı situasiyanın olduğunu başa düşən. Rusiya Krımı Ukrayna müstəqil olduğu gündən bu yana ələ keçirməyə hazırlaşırdı”, - deyə o bildirib.
ABŞ-ın Yaxın Şərqə 1500 hərbçi göndərməsi regiondakı və bütün dünyadakı sülhə təhdid yaradır.
Axar.az xəbər verir ki, bunu İRNA agentliyinə açıqlamasında İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Amerikalılar belə addımı özlərinin düşmənçilik fəaliyyətinə haqq qazandırmaq və Ərəbistan yarımadasında gərginlik yaratmaq məqsədiylə atıblar. Bu fəaliyyətlər bütün dünyada stabilliyə və sülhə təhdid yaradır”, - deyə o bildirib.
3 hindli alpinist və bir nepallı bələdçi Everest dağından enən zaman həlak olub.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Onlar demək olar ki, eyni anda həlak olublar.
Qeyd edək ki, 2019-cu ildə Everest yüksəkliyində artıq 12 nəfər həyatını itirib.
Fransanın millətçi Milli Birlik Partiyasının rəhbəri Marin Le Pen Lion şəhərində baş verən partlayışı terror aktı adlandırıb.
Axar.az xəbər verir ki, partiya lideri olayda zərərçəkənlərə dəstəyini ifadə edib.
“Lion şəhərində partlayışda xəsarət alanlara öz dəstəyimi bildirirəm. Bu terror aktı tamamilə aydınlaşdırılmalıdır”, - deyə Le Pen bildirib.
Qeyd edək ki, son məlumata görə, Lion şəhərində baş verən partlayışda 13 nəfər yaralanıb.
ABŞ-ın Ticarət Nazirliyinin mayın 17-də “Huavey” şirkətini qara siyahıya salmasından sonra bir sıra nüfuzlu kompaniyalar Çin şirkəti ilə əməkdaşlığa son qoyub.
Axar.az xəbər verir ki, bu barədə TASS yazıb.
Məlumata görə, Quqlla yanaşı “İntel”, “Qualcomm”, “Xilinx”, “Broadcom”, “Panasonik”, “Maykrosoft”, “Vodafon” mobil operatorunun Britaniya bölməsi, Yaponiyanın mobil rabitə korporasiyaları “SoftBank”, KDDİ, NTT, Amazon şirkətinin Yaponiya bölməsi və ARM şirkətləri də “Huavey”lə əməkdaşlığı dayandırdığını rəsmi şəkildə açıqlayıb.