ABŞ-da bir sutka ərzində koronavirusdan 865 nəfər ÖLDÜ
ABŞ-da sutka ərzində ərzində koronavirusdan 860 nəfər vəfat edib.

Bu barədə məlumatı federal və ABŞ hakimiyyətinin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti yayıb.

Verilən məlumata görə, 24 saat ərzində 865 insan həyatını itirib.

Birləşmiş Ştatlarda COVID-19-dan ölənlərin ümumi sayı 4079, virusa yoluxanların sayı isə 189 618 nəfərə çatıb.

“Kurtlar vadisi”nin məşhur aktyoru koronavirusdan öldü
“Kurtlar Vadisi Pusu” serialı ilə məşhurlaşan türkiyəli aktyor Turhan Kaya koronavirus səbəbilə vəfat edib.

10 gün əvvəl aktyor öskürəkdən əziyyət çəkdiyi üçün həkimə müraciət edib. Bu səsəbdən aktyor əvvəl xəstəxanaya daha sonra reanimasiyaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, Turhan Kaya həyatını itirib. Aktyorun oğlu Teo atasının koronavirus infeksiyasından vəfat etdiyini bildirib.

Kurtlar Vadisi'nin Ordinaryüs'ü ünlü oyuncu Turhan Kaya, corona'ya yenildi

Rusiyadan koronavirusla bağlı XOŞ XƏBƏR
Rusiya alimləri koronavirusu dəqiq müəyyən edən test hazırlayıblar. Bu barədə TASS məlumat yayıb.

Verilən məlumatlara görə, test artıq sınaqdan keçirilib və Rusiyada istifadə olunmaq üçün qeydiyyata alınıb.

Bundan başqa yeni test SARS-CoV-2-ni sürətlə aşkarlamaqla yanaşı, onu digər oxşar viruslardan ayırmaq imkanı da yaradacaq.

Çin bunu hamıdan gizlədirdi
Çinlilər koronavirusdan ölənlərin sayının hökümətin gizlətdiyini düşünürlər.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Çinin Uhan şəhərində bir cənazə evinin ölülərin küllərinin saxlandığı qablardan 5 min ədəd sifariş verməsi məlumatı yayılan iddiaları daha da gücləndirib.

İddialara görə, Çində virusdan ölənlərin sayının 40 mindən çox olduğu bildirilir.

Qeyd edək ki, rəsmi statistikaya görə, ölkədə koronavirusdan ölənlərin sayı 3309 nəfərdir.

Koronavirusun dəhşətli ÖLÜM STATİSTİKASI
Koronavirus haqqında dəhşətli statistika ortaya çıxıb.

 Koronavirus gündəlik ölüm sayına görə infeksiyalı xəstəliklər arasında birinci olub. Daha ''Qorxulu deyil, az öldürücüdür'' sözləri aktual deyil.
Qeyd edək ki, koronavirusa yoluxanların sayı 786 mini keçib.

Qardaş ölkədən ŞAD XƏBƏR
Türkiyədə koronavirus xəstələri qan köçürülməsi ilə müalicə ediləcək.

Bunu Qızıl Aypara Cəmiyyətinin sədri Kərəm Kınık açıqlayıb.

Belə ki, reanimasiyada yatan xəstələrə virusa qalib gəlmiş şəxslərdən götürülən qan köçürüləcək.

"Koronavirus Çində ortaya çıxdığı gündən bəri müşahidələr aparırıq. Bir fövqəladə vəziyyət mərkəzi qurmuşuq. Koronavirus pandemiyası bioloji təbii fəlakətdir. Biz isə bunun öhdəsindən sağalan xəstələrlə birlikdə gələcəyik. Hacettepe Universiteti, Qızıl Aypara Cəmiyyəti və Səhiyyə Nazirliyinin Elmi Qurumu ilə birlikdə layihələr həyata keçiririk. Əslində, bu 50 ildir həkimlərimizin bildiyi bir metoddur. Xəstəliyi keçirmiş və sağalmış, son 2 həftədə qanında virus olmayan könüllü qanverənlərdən plazmalar götürürük. Maye hissəsini alınb digər qismini geri veririk. Plazma immunoqlobin var. Bu da ölümün uçurumunda olan, tənəffüs çatışmazlığı yaşayan vətəndaşlarımızı sağaldacaq. Prosesə gələn həftədən başlayacağıq", - Kınık bildirib. (publika.az)

Qardaş ölkədən ŞAD XƏBƏR: koronavirus bu yolla müalicə ediləcək

Koronavirusun DƏHŞƏTLİ STATİSTİKASI
Son dəqiqələrə olan statistikaya görə, dünyada koronavirusa (COVİD-19) yoluxanların sayı yenə artıb.

“Bu dəqiqələrdə rəsmi statistika dünyada koronavirusa yoluxanların sayının 722 435 nəfərdən çox olduğunu göstərir. Bu dəhşətli virusdan ölənlər isə 33 997 nəfərdən çoxdur.

Yoluxma sayına görə ABŞ dünyada birinci yerdə durur. Ölkədə durmadan artan yoluxma bu dəqiqələrdə rəsmi məlumatlara görə, 143 025  nəfərə çatıb. Xəstəlikdən ölənlər isə 2 509 nəfərdən çoxdur.

Virusun tuğyan etdiyi İtaliyada 97 689 nəfər COVİD – 19-dan əziyyət çəkir. Ölüm sayı isə rekord həddə 10 779 nəfərə yüksəlib.

İspaniyada isə bu səbəblə dünyasını dəyişənlər 6 803 nəfər olub.

Fransada yoluxma sayı 40 723, vəfat edənlərin sayı isə 2 611 nəfərə yüksəlib.

İranda bu saatda koronavirusdan ölənlər 2 640 nəfərdir.

Digər ölkələrdə isə ölüm sayı İngiltərə 1 231, Türkiyədə də bu rəqəmlər artaraq 131 nəfər olub. Yoluxma sayı isə 9 217 nəfərdir.

Britaniya kraliçası da koronaya yoluxdu


Böyük Britaniya kraliçası II Yelizaveta yeni tip koronavirusa (COVİD-19) yoluxub.

Bu barədə “UCR Nyus” məlumat yayıb.

Kraliçanın Böyük Britaniyanın Baş naziri Boris Consonla Bukingem sarayında gerçəkləşən görüşdən sonra virusa yoluxduğu ehtimal olunur. (axar.az)
Koronavirusun DƏHŞƏTLİ STATİSTİKASI
Son dəqiqələrə olan statistikaya görə, dünyada koronavirusa (COVİD-19) yoluxanların sayı yenə artıb.


Bu dəqiqələrdə rəsmi statistika dünyada koronavirusa yoluxanların sayının 532 692 nəfərdən çox olduğunu göstərir. Bu dəhşətli virusdan ölənlər isə 24.000 nəfərdən çoxdur.
Yoluxma sayına görə ABŞ dünyada birinci yerdə durur. Ölkədə durmadan artan yoluxma bu dəqiqələrdə rəsmi məlumatlara görə, 86 043 nəfərə çatıb. Xəstəlikdən ölənlər isə 1300 nəfərdən çoxdur.
Virusun tuğyan etdiyi İtaliyada 80 589 nəfər COVİD – 19-dan əziyyət çəkir. Ölüm sayı isə rekord həddə 8215 nəfərə yüksəlib.
İspaniyada isə bu səbəblə dünyasını dəyişənlər 4 365 nəfər olub.
Fransada yoluxma sayı 29 566, vəfat edənlərin sayı isə1 696 nəfərə yüksəlib.
İranda bu saatda koronavirusdan ölənlər 2 234 nəfərdir.
Digər ölkələrdə isə ölüm sayı İngiltərə - 580, Türkiyədə də bu rəqəmlər artaraq 75 nəfər olub. Yoluxma sayı isə 3 629 nəfərdir.

Çinin daha bir əyalətində karantin ləğv edildi

Çində daha bir əyalətdə karantin ləğv edilib. 

Hökumət koronavirus pandemiyası ilə əlaqədar Hubey əyalətində son iki ay ərzində qüvvədə olan karantin rejimini ləğv edib.

Bu barədə əyalətin Gigiyena və Səhiyyə Komitəsindən bildirilib.

Sətəlcəm xəstəliyinin yayılması riskinin azalması ilə əlaqədar səlahiyyətli orqanlar nəqliyyat əlaqələrini tam şəkildə bərpa etmək niyyətindədir.

Yerli mütəxəssislərin fikrincə, Çin hökuməti yanvar ayının sonlarında Hubeyi karantinə almaqda beş gün geciksə idi, virusun intensiv təsirinə məruz qalan ərazi üç qat artıq olardı. Uyğun olaraq, Çində virusa yoluxan və ölənlərin sayı yüz dəfələrlə artıq ola bilərdi. 

Xəbər lenti