ABŞ Venesueladakı siyasi böhran fonunda öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün istənilən tədbiri görməyə hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Mən spekulyasiya etmək, ya da hipotetik vəziyyət yaratmaq istəmirəm. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi etməyə hazırıq”, - Pompeo bildirib.

Onun sözlərinə görə, ABŞ-da Venesueladakı vəziyyətlə bağlı fəaliyyətləri koordinasiya edən 24 saat çalışan əməliyyat mərkəzi mövcuddur.

 

Trampın açıqlaması Ərdoğanı şoka salıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın müxalifət lideri Xuan Quaydonu Venesuela prezidenti kimi tanımasına münasibət bildirib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Ərdoğan Trampın açıqlamasının onu şoka saldığını bildirib: 

 

“15 iyulda çevrilişə cəhd bizdə də olmuşdu. Həmin vaxt cənab Maduro dərhal mənə zəng etdi və hətta Türkiyəyə gəldi. O vaxta qədər Maduro ilə tanış deyildik. Tanış olduq. Mən demokratiyanı belə tanıdım, 40 illik siyasi keçmişim var. Sandıqdan çıxana hörmət etməlisən. Hörmət etmirsinizsə, bu, demokratiya deyil. Totalitar zehniyyətdir. Trampın bu cür açıqlaması demokratiyaya inanan bir insan kimi məni şoka saldı. 

Mən də Rusiyadan qayıdarkən Maduroya zəng vurdum. Ona bu vəziyyətdə “dik dur, anti demokratik təşəbbüslərə bəhanə vermə” dedim. Demokratların yanında olmalıyıq. Mən Maduronun bu çətinliyin öhdəsindən gələcəyinə inanıram”.

Ruslarla belarusları toqquşdurmaq heç vaxt alınmayacaq.

Axar.az xəbər verir ki, bunu Novosibirsk qubernatoru Andrey Travnikovla görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, Belarus rusiyalıların doğma evidir.

O, həmçinin deyib ki, Belarus, Rusiya və Ukrayna bir yerdə olmaq məcburiyyətindədir:

“Biz slavyanlarıq və bir yerdə yaşamalıyıq. Biz heç kimə heç yerdə lazım deyilik. Bunu bütün tariximiz göstərir”.

Venesuelada hakimiyyət dəyişikliyi olsa, Rusiyanın bu ölkədəki maraqlarına zərər vurulacaq.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında rusiyalı politoloq Dmitri Burıx deyib.

“Rusiya maraqları üçün müəyyən risk olduğunu təxmin etmək olar. Bu risk hər şeydən əvvəl iqtisadi maraqlarımıza təhdid yaradır.

Venesuela böhranı ABŞ və Latın Amerikası ölkələri tərəfindən təşkil edilib. Ölkədəki situasiya süni şəkildə yaradılıb və gələcəkdə mövcud gərginliyi daha da artıracaq. Xarici ölkələr Venesuela müxalifətinin yox olduğunu görüb, müxalifətin daha az məşhur nümayəndəsini prezident elan etdilər”, – deyə o bildirib.

NATO və Gürcüstan Rusiyanın Qara dəniz regionunda hərbi potensialını artırmasından narahatdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlmasında NATO Baş katibi Yens Stoltenberq deyib.

“Biz dənizdə əməkdaşlığımızı gücləndiririk. NATO və Gürcüstan hərbi dəniz qüvvələri arasında qarşılıqlı fəaliyyət də artırılır”, – deyə o bildirib.

Onun sözlərinə görə, NATO Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və Rusiyanın Abxaziya ilə Cənubi Osetiyanı müstəqilliyini tanımaqdan imtina etməyə çağırır.

Venesueladakı qeyri-sabit vəziyyət Rusiya Federasiyası ilə hərbi texniki sahədə əməkdaşlığa təsir göstərəcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədri Vladimir Şamanov deyib.

“Müttəfiqimizdəki qeyri-sabitlik şübhəsiz ki, onların imkanlarını məhdudlaşdıracaq. Hazırkı vəziyyət bütün sahələrə, ilk növbədə isə iqtisadiyyata təsir göstərəcək. Dolayı yolla maliyyə imkanları aşağı düşəcək”, - Şamanov bildirib.

Komitə sədri, həmçinin, Venesuelada baş verənlərdə ABŞ-ın rolunu da qiymətləndirib:

“ABŞ əsl üzünü göstərdi. ABŞ heç nədən çəkinmədən istənilən yolla öz məqsədinə çatacaq”, - Şamanov bildirib.

Qeyd edək ki, Maduronun andiçməsindən sonra onu dövlət rəhbəri kimi qəbul etmədiyini açıqlayan ABŞ Prezidenti Tramp parlament sədri Quaidonun prezident səlahiyyətlərini üzərinə götürəcəyi halda onu dəstəkləyəcəklərini və tanıyacaqlarını açıqlamışdı. Bu bəyanatdan sonra Quaido prezident səlahiyyətlərini üzərinə götürdüyünü bildirdi və xalqı küçə nümayişlərinə səslədi.

Küçə toqquşmalarında indiyə qədər 16 nəfərin öldüyü, 200 aksiyaçının həbs edildiyi bildirilir. Hazırda Karakasda qarşıdurmalar davam edir.

ABŞ Prezidenti Donald Trampın NATO-ya təzyiqlərindən sonra alyans əlavə maliyyə resursları axtarmağa başlayıb.

Axar.az xəbər verir ki, bunu “Foks Nyus” televiziyasına müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, məhz bunun sayəsində NATO Baş katibi Yens Stoltenberqin bu il tabeliyində olan büdcə təxminən 100 milyard dollar böyüyəcək:

“Bu büdcə kifayət qədər böyükdür. Əgər Prezident Tramp tərəfdaşlarına təzyiq göstərməsəydi, belə olmayacaqdı. Trampın fəaliyyətləri NATO-ya ABŞ-ın əvvəlki administrasiyalarının hamısından daha çox xeyir gətirib”.


Xuan Quaidonu Venesuela prezidenti kimi qəbul etməsi ABŞ-ın xarici ölkələrin daxili işlərinə qarışmasının və suveren ölkələrə təzyiqini davam etdirməsinin sübutudur.

Ardını oxu...


ABŞ Prezidenti Donald Tramp dünyanı və ABŞ-ı Tvitter üzərindən idarə edir və gündəlik siyasətini istehsal edir.

Ardını oxu...


Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək istəməsi normaldır.

Ardını oxu...

Xəbər lenti