![]() |
|
“Ölkə.Az” “HaberGlobal”a istinadən bildirir ki, bu, koronavirus yayılandan aylar sonra ilk belə haldır.
Ölkənin Səhiyyə Komissiyasının açıqlamasına görə, gün ərzində 32 nəfər virusa yoluxub.
Bununla da, Çində koronavirusa yoluxanların sayı 81 740 nəfərə çatıb.
Yoluxma sayına görə ABŞ dünyada birinci yerdə durur. Ölkədə durmadan artan yoluxma bu dəqiqələrdə rəsmi məlumatlara görə, 337 620 nəfərə çatıb. Xəstəlikdən ölənlər isə 9 643 nəfərdən çoxdur.
Virusun tuğyan etdiyi İtaliyanı geridə qoyan İspaniyada virusa 131 646 nəfər yoluxub. Ölüm sayı isə rekord həddə 12 641 nəfərə yüksəlib.
İtaliyada 128 948 nəfər isə COVİD – 19-dan əziyyət çəkir. Bu səbəblə dünyasını dəyişənlər isə 15 887 nəfərdir.
Son məlumatlara görə Almaniyada 100 123 insan virusla mübarizə aparır. Onlardan 1584 nəfər vəfat edib.
Fransada yoluxma sayı 93 780 , vəfat edənlərin sayı isə 8 093 nəfərə yüksəlib.
İranda bu saatda koronavirusdan ölənlər 3 603 nəfərdir.
Qardaş ölkə Türkiyədə də nəticələr heç də ürək açan deyil. Son məlumatlara görə, ölkədə 27069 nəfər virusa yoluxub. 574 nəfər isə bu səbəblə həyatını itirib.
Digər ölkələrdə isə ölüm sayı İngiltərə 4943, İsveçrə 715, Belçika 1447, Hollandiya 1771, Kanada 281, Avstriya 204 nəfər olub.
Onlardan 59 201 nəfər həyatlarını itirib. Bu barədə fərqli ölkələrin rəsmi məlumatlarına əsaslanan hesablama aparan “South China Morning Post” məlumat verib.
Amerikanın Cons Hopkins Universitetindən verilən məlumata görə isə yoluxanlar 1.099.389 , ölənlər 58.901 nəfərdir.
Hazırda ABŞ yoluxma sayına görə dünyada birinci yerdədir . Ölkədə 277 965 yoluxma, 7 157 ölüm hadisəsi qeydə alınıb.
Hopkins Universitetinin məlumatına görə isə ölkədə 7152 nəfər ölüb, 277.953 nəfər xəstədir.
Hadisə Lombardiya bölgəsinin Voqera şəhərində yaşanıb.
“The Sun” xəbər verir ki, ölümcül virus dörd nəfərdən ibarət olan ailənin faciəsinə səbəb olub.
Əvvəl ailənin başçısı, 86 yaşlı Alfredo Bertuççi ölüb. Daha sonra onun iki oğlu – 54 yaşlı Daniele , 46 yaşlı Klaudio və 77 yaşlı həyat yoldaşı vəfat edib.
Onlar koronavirusa yoluxmadan əvvəl sağlamlıqları ilə bağlı heç bir şikayətləri olmayıb.
Qeyd edək ki, İtaliya koronavirus səbəbilə vəfat edənlərin sayına görə dünyada birinci yerdədir. Ölkədə 13 915 nəfər virusun qurbanına çevrilib.
O, açıqlamasında deyib:
"Ehtimal edirəm ki, COVİD -19 virusuna yoluxanların sayı açıqlanan statistikadan 5-10 dəfə çoxdur”.
Qeyd edək ki, ABŞ-dakı Cons Hopkins Universiteti dünyada 1 milyondan çox insanın koronavirusa yoluxduğunu açıqlayıb.
Xatırladaq ki, Avstraliyada koronavirusa yoluxanların sayı 5 min nəfəri keçib, onlardan 27 nəfər vəfat edib.
APA xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bu gün koronavirusdan dünyasını dəyişən İstanbul Üniversitetinin Tibb fakültəsinin daxili xəstəliklər üzrə professoru Cəmil Taşçıoğlu barədə danışarkən deyib.
Həkimlərin fədakarlığını xüsusi qeyd edən nazir kövrələrək onlardan 601 nəfərinin yeni virusa yoluxduğunu vurğulayıb:
“Bütün məsuliyyət və ağır yük səhiyyə işçilərinin çiyinlərindədir. Onların cəfakeşliyi gözlərimiz önündədir. Onları qorumaq üçün hər cür tədbirlər görürük”.
Publika.az xəbər verir ki, mütəxəssis Lokman Kılıç İstanbuldakı özəl klinikalardan birində koronavirus və qrip kimi yoluxucu xəstəliklərə qarşı orqanizmin müqavimətini artıran ozonoterapiya metodunu tətbiq edib.
Belə ki, steril vakumlu şüşəyə yerləşdirilən qan qapalı sistem içində əl dəymədən ozonlanır və eyni damardan geri vurulur. Bunun sayəsində 15 dəqiqə davam edən proses sonrası immuniteti qüvvətlənən insanların xəstəliklərə qarşı müqaviməti artır.
"Ozonoterapiya ağciyərin potensialını artırdığı üçün koronavirusa bu yolla savaş açmaq olar. Bu, Çində və Avropadakı xəstəxanalarda COVID-19 daşıyıcılarına da tətbiq olunur. Ozonoterapiya xəstəliyə yoluxmadan əvvəl immun sistemini qüvvətləndirməkdə, qan və toxumaların oksigenləşməsində əhəmiyyətli rol oynayır. Xəstəliklərin birdən dördə qədər dövrü var. Bu müalicə üsulu hətta dördüncü mərhələdə olanlara da tətbiq oluna bilər. Əks təsiri olmur.
Təkcə hamiləliyin ilk 3 ayında tətbiq edilməsini tövsiyə etmirik. 1-dən 100 yaşa qədər istənilən insan qəbul edə bilər. Bu metod həm də yorğunluq sindromu, revmatizm, qan dövranında pozulmaların qarşısının alınması, bakterial, virus, göbələk infeksiyaları, astma, allergiya, çəki atmaq, diabet, insulin müqavimətinin azaldılması, depressiya, əzələ xəstəlikləri və oynaq ağrılarının müalicəsində istifadə oluna bilər", - mütəxəssis bildirib.
Qeyd edək ki, türk ekspertlər koronavirusun müalicəsində istifadə olunması üçün dərman və peyvənd hazırlanmasına başlayıb.
“HaberGlobal”ın məlumatına görə, bu səbəbdən ölkə ərazisində bayraqlar yarıyadək endirilib.
Koronavirusdan həyatını itirən vətəndaşlar bir dəqiqəlik sükutla yad olunub.
Son məlumatlara görə, İtaliyada bu virusdan 12 428 nəfər ölüb. Onlardan 66-sı həkimdir.
Çinin rəsmi xəbər agenti ''Xinhua''da yer alan xəbərə görə həkimlər Hubeydə koronavirusa yoluxan yeni xəstə aşkarlayıblar. Onlar bildiriblər ki, virusun aşkarlandığı xəstə Vuhan əyalətinin sakini deyil və o şəhərə başqa ərazidən daxil olub. Belə ki, Vuhanın yerli sakinlərindən heç birində COVİD-19 virusu aşkarlanmayıb.
Bu dəqiqələrdə rəsmi statistika dünyada koronavirusa yoluxanların sayının 859 796 nəfərdən çox olduğunu göstərir. Bu dəhşətli virusdan ölənlər sayı isə 42 341 nəfəri ötüb.
Yoluxma sayına görə ABŞ dünyada birinci yerdə durur. Ölkədə durmadan artan yoluxma bu dəqiqələrdə rəsmi məlumatlara görə, 189 618 nəfərə çatıb. Xəstəlikdən ölənlər isə 5 896 nəfərdən çoxdur.
Virusun tuğyan etdiyi İtaliyada 105 792 nəfər COVİD – 19-dan əziyyət çəkir. Ölüm sayı isə rekord həddə 12 428 nəfərə yüksəlib.
İspaniyada isə bu səbəblə dünyasını dəyişənlər 8 464 nəfər olub.
Fransada yoluxma sayı 52 836 vəfat edənlərin sayı isə 3 532 nəfərə yüksəlib.
İranda bu saatda koronavirusdan ölənlər 2 898 nəfərdir.
Digər ölkələrdə isə ölüm sayı İngiltərə 1793, Türkiyədə də bu rəqəmlər artaraq 214 nəfər olub. Yoluxma sayı isə 13 531 nəfərdir.