Hizbullah hazırda böyük qarışıqlıq içindədir və İsrailin öldürücü zərbə gücündə qorxur.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Dünən Həsən Nəsrullah sakitliyini pozdu. O, hazırda üç səbəbdən böyük qarışıqlıq içindədir. Birinci səbəb İsrail tərəfindən Hizbullahın tunellərinin məhv edilməsidir. İkinci səbəb ABŞ-ın İrana qarşı sanksiyaları ucbatından maliyyə çətinlikləri yaşamasıdır. Son olaraq isə Nəsrullah bizim qətiyyətimizin qorxur. Hizbullah İsrail ordusunun öldürücü zərbə gücünə müqavimət göstərir”, – deyə o bildirib.


Ölkədə qanunsuz miqrantların sayı göstərilən rəqəmlərdən iki dəfə çoxdur.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda yazıb.

“Hələ fevral ayını çıxmaq şərti ilə bu il qanunsuz immiqrasiya ilə bağlı çəkilən xərclər 18 959 495 168 dollar təşkil edib. Cümə gününün xərcləri isə 603 331 392 dollardır. Bizim ölkədə hazırda 11 milyon deyil, 25 772 342 miqrant yaşayır. Gülməlidir”, - deyə Ağ Ev rəhbəri qeyd edib.

Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın istəyi ilə Rusiya və Çinə qarşı təzyiq göstərməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” yazıb.

Baş nazir Macarıstanın Avstriya nümunəsi ilə hərəkət edərək, neytrallığını qorumaq niyyətində olduğunu bildirib.

Orban Çinin kibercasusluq fəaliyyətinə qarşı tədbirlər görməkdən, həmçinin Ukrayna tərəfinə dəstəyi artırmaqdan imtina edib.

Macarıstan hökumətinə yaxın mənbələr Orbanın Rusiya ilə münasibətləri qorumaqda maraqlı olduğunu, həmçinin siyasətlə bağlı heç kimin diqtəsi ilə hərəkət etmək istəmədiyini bildirib.

Avropa Birliyi İranla ticarəti sadələşdirmək üçün hazırladığı qanun layihəsinin tətbiqinə başlamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi deyib.

“Artıq İranın səbir kasası daşır. Avropa Birliyi sözügedən qərarı qəbul etməlidir. Əks halda gələcəkdə baş verənlər nə onlar, nə də bizim üçün yaxşı olacaq”, - Salehi bildirib.


Fələstinli bir qrup şəxslə görüş fevralın 11-də Moskvada baş tutacaq.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Fələstinin Rusiyadakı səfiri Nofəl Əbdül Hafiz verib.

O bildirib ki, fələstinliləri Moskvaya Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutundan dəvət ediblər. O, dəvət edilən qrupların Fəth, HƏMAS, Fələstin Xalq Qurtuluş Cəbhəsi, Fələstin Demokratik Xalq Qurtuluş Cəbhəsi, Fələstin Demokratik Birliyi və digər qrupların üzvləri olduğunu bildirib.

Səfir görüşün 2-3 gün davam edəcəyini və Rusiya Xarici İşlər naziri Sergey Lavrovun da bağlanış mərasiminə qatılacağını bildirib.

İsrailin qətlə yetirilən jurnalist Camal Qaşıqçını izləməsi üçün Səudiyyə Ərəbistanına satdığı proqram təminatını üzə çıxaran kiber mütəxəssislər gizli agentlərin hədəfi olub.

Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb. Səudiyyə Ərəbistanının İsrailin “NSO Grup” şirkətindən aldığı “Peqasus” adlı proqram texnologiyasını aşkarlayan Toronto Universitetinin “Citizen Lab” qurumunun işçiləri ötən 2 ay ərzində saxta şirkətlərin agentləri tərəfindən sorğu-suala məruz qaldıqlarını bildirib.

Araşdırmalardan sonra mütəxəssislərlə ünsiyyət quran şəxslərin saxta şirkətlərin əməkdaşları olduğu üzə çıxıb.

Qeyd edək ki, “Citizen Lab” Kanadada yaşayan səudiyyəli aktivist Ömər Əbdüləzizin telefonunda apardığı araşdırma nəticəsində onun Ər-Riyadın İsrail istehsalı olan proqram təminatı vasitəsilə C.Qaşıqçı ilə əlaqə yaratdığını üzə çıxarmışdı.

ABŞ hökumətinin həmişəlik açılması üçün Meksika sərhədində divar çəkilməsi şərtdir.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp şəxsi Tvitter səhifəsində yazıb:

“21 gün çox tez keçəcək. Razılıq asan olmayacaq, amma demokratlarla danışıqlar ən qısa müddətdə başlamalıdır. O divarı tikəcəyik”, - deyə o qeyd edib.

Tramp ötən aylarda Latın Amerikasından gələn miqrantların geri qaytarıldığını, lakin 8 min nəfərlik qaçqın konvoyunun ABŞ-a gəlməyə hazırlaşdığını bildirib:

“Güclü divarımız olsaydı, bu uzun və təhlükəli yola düşməzdilər. Divarı qur və cinayətin qarşısı alınsın!”

Qeyd edək ki, ABŞ-da Meksika ilə sərhəddə divar tikintisinin maliyyələşdirilməsi barədə razılıq əldə olunmadığı üçün hökumət dekabrın 22-də fəaliyyətini dayandırıb. 34 gün fasilədən sonra ötən gün hökumətin 3 həftəliyinə açıldığını bildirən Tramp razılıq əldə edilməsə, hökumətin 15 fevraldan yenidən bağlana biləcəyini deyib.

Hücum edənlər xalq arasında gizlənərək türk əsgərləri ilə yerli xalqın münasibətlərini pozur.

Axar.az xəbər verir ki, bunu bunu İraqın şimalında türk hərbi bazasına hücumla bağlı açıqlama verən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun deyib.

O bildirib ki, ötən gün edilən hücumla bağlı sosial mediada dezinformasiya yayılıb:

"Bu gün İraqın şimalındakı hərbi bazamıza hücumda hər hansı itkimiz olmasa da, bəzi avadanlıqlara ziyan dəydi. PKK terrorçularının sosial media və digər yerlərdə bu gün yaşanan hücumla bağlı dezinformasiya yaydığını aşkar etdik. Bütün media nümayəndələrinə terrorçuların fəaliyyəti ilə bağlı məsələdə diqqətli olmağı xahiş edirik. PKK-çı terrorçular keçmişdə oxşar taktikalara baş vurduğunu xatırladırıq".

Qeyd edək ki, ötən gün Şimali İraqda PKK Türkiyənin hərbi bazasına hücum edib. Hücum nəticəsində türk ordusu hər hansı bir itki verməyib.


2018-ci ildə Avstriyadan siyasi sığınacaq istəyənlərin sayı kəskin şəkildə azalıb.

Axar.az xəbər verir ki, 2017-ci ildə 24 725 nəfər Avstriyadan siyasi sığınacaq istəsə də, ötən il bu rəqəm 13 400 nəfərə düşüb. Avropaya qaçqın axınının ən pik həddə çatdığı 2015-ci ildə isə bu ölkədən sığınacaq istəyən şəxslərin sayı təxminən 90 min nəfər olub.

Ötən il Avstriyaya sığınacaq üçün müraciət edən şəxslərin əksəriyyəti Suriya (3300 nəfər) və Əfqanıstan (2000 nəfər) vətəndaşları olub. Sığınacaq üçün müraciət edənlərin sayı azalmaqla yanaşı, ölkədən çıxarılan qaçqınların sayı da artıb. 2017-ci ildə hakimiyyətə gələn koalisiyalı hökumət ölkəyə miqrant axını və qaçqınlarla bağlı məhdudlaşdırıcı tədbirlərin sayını artırdıqdan sonra, ötən il 12611 nəfər ölkədən deportasiya edilib. Məcburi qaydada ölkədən çıxarılan şəxslərin sayı 47 faiz, könüllü şəkildə ölkəni tərk etməyə razı olan şəxslərin sayı isə 9 faiz artıb.

Yaponiyanın Baş naziri Şinzo Abenin növbəti dəfə Moskvadan “əliboş qayıtması”ndan sonra yapon tərəfinin Rusiya ilə müqavilə cəhdləri birdəfəlik uğursuzluğa düçar oldu.

Axar.az xəbər verir ki, bu barədə Templ universitetinin Tokio kampusunun dosenti Ceyms Braun bildirib.

Ekspertin sözlərinə görə, Yaponiya Cənubi Kurildəki 4 ada ilə bağlı ərazi mübahisələri illuziyalarından imtina etməlidir. Belə ki, Rusiyadan torpaqlarını geri qaytarmaq üçün ən yaxşı fürsət 90-cı və 2000-ci illərdə Rusiya iqtisadiyyatının ağır böhranda olduğu vaxtlarda mövcud idi, o zaman yaponlar yardım qarşılığında Moskvadan müqaviləni qopara bilərdi. İkinci belə bir “itirilmiş vaxt” Krımın Rusiyaya birləşdirilməsindən sonrakı dövr ola bilərdi. O vaxt Moskva beynəlxalq izolyasiyadan çıxmaq üçün danışıqlara açıq olacaqdı.

Abenin sonuncu səfəri və Lavrovun bəyanatları tərəflərin müqavilədən çox uzaqda olduğunu və Rusiyanın torpaqları qaytarmağa hazırlaşmadığını göstərib. Bundan əlavə Yaponiya danışıqların 1959-cu il sənədlərinin əsasında aparılmasına, adalarda ABŞ hərbi bazalarının yerləşdirilməsinə icazə verilməyəcəyinə zəmanət versə də, Rusiya tərəfi hələlik heç bir geri addım atmayıb.

Xəbər lenti