Kim Çen İn komaya düşdü
Şimali Koreya lideri Kim Çen İnin səhhəti ilə bağlı mətbuatda yazılanlar təsdiqini tapıb.

"Qafqazinfo” xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi Tvitterdə ölkə rəhbərinin keçirdiyi əməliyyatdan sonra komada olduğunu açıqlayıb.

"Dövlət başçısı dərin meditasiyadadır və xarici siqnallara reaksiya vermir”, - deyə bildirilir.

Qeyd edək ki, Kim Çen İnin xəstəliyi ilə bağlı dəqiq məlumatlar bəlli olmasa da, KİV onun ürək əməliyyatı keçirdiyini və vəziyyətinin ağır olduğunu yazıb.

Məlumata görə, ölkə rəhbərinin vəziyyəti xəstəliyi səbəbindən pisləşərsə, hakimiyyətə kiçik bacısı Kim Ye Çjon keçəcək.

Koronavirusla bağlı şad xəbər açıqlandı
İngiltərənin Səhiyyə naziri Matt Hancock koronavirusun peyvəndinin hazırlanması ilə bağlı son məlumatı açıqlayıb.

Publika.az xəbər verir ki, Matt Hancock yeni növ koronavirus COVİD-19-un peyvəndinin aprelin 23-də sınaqdan keçiriləcəyini bildirib.

Mətbuat konfransında çıxışı zamanı Hancock, Oksford Universiteti tərəfindən hazırlanan peyvəndin sınaq mərhələsinin başlayacağını, Oksford Universiteti və Londonun İmperial Kollecinə araşdırmalar üçün 20 milyon funt sterlinq maliyyə yardımı edəcəklərini deyib.

Nazir sonda şanslarının 80 faiz olduğunu da qeyd edib.

ABŞ-da koronavirusa yoluxanların sayı 800 mini ötdü
ABŞ-da koronavirusa yoluxanların sayı artıb.

Report xəbər verir ki, bu barədə yerli və federal orqanların statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Universitetin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa yoluxma hallarının sayı 810 561-ə çatıb. Ölkədə 43 630 nəfər pandemiyanın qurbanı olub. 

ABŞ dünyada koronavirusa yoluxanların sayı, həm də COVID-19-dan ölümlərin statistikası üzrə liderdir. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 529 000-i ötüb. Bunların 667 609 nəfəri sağalıb, 174 573 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

ABŞ-da yeni tip koronavirusla mübarizə çərçivəsində reklam lövhəsində Məhəmməd peyğəmbərin epidemiyalar haqqında hədisi yayımlanıb.

Çikaqo şəhərindəki reklam lövhəsində Məhəmməd peyğəmbərin “Bir yerdə vəba və ya bənzəri hər hansı bir yoluxucu xəstəliyin olduğunu eşitdiyiniz zaman o yerə getməyin. Yaşadığınız yerdə belə bir yoluxucu xəstəlik varsa, oradan da qaçmayın” hədisindən koronavirusa qarşı istifadə edilib.

Qeyd edək ki, ABŞ-da pandemiyadan 41 min 837 nəfər həyatını itirib, 784 min 201 insan isə virusa yoluxub. (kult.az)

Putin bundan öncə də bir neçə dəfə SSRİ-nin bərpası fonunda bənzər təşkilatlar yaradaraq, 15 respublikanı birləşdirməyə çalışıb. Xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Putinin SSRİ yolunda atdığı ən mühüm addımlardandır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya Prezidenti Vladimir Putinin “Rossiya” kanalına son müsahibəsində SSRİ-nin bərpası haqda fikirlərini şərh edərkən deyib. Politoloq vurğulayıb ki, Putin hakimiyyətə gəldiyi ilk gündən etibarən SSRİ-nin dağılmasını böyük faciə adlandırıb:

“Sonrakı illərdə də o, bu fikirləri dəfələrlə dilə gətirib. Putin faktiki olaraq Rusiyanı SSRİ-nin varisi, ondan ayrılan 15 respublikanı isə Rusiyanın siyasi təsir arealı hesab edir”.

Politoloq qeyd edib ki, SSRİ-ni yenidən restavrasiya etmək xülyadan başqa bir şey deyil:

“Heç kəsə sirr deyil ki, Putinin ən böyük arzusu bəlkə də SSRİ kimi güclü, böyük bir ölkə qurmaqdır. Düzdür, bu, tam mənasında SSRİ olmayacaq, lakin ən azından Avropa İttifaqına bənzər bir təşkilat ola bilər. İlk başda bu, çox müsbət bir təşəbbüs kimi görünə bilər. Hər halda Avropa İttifaqı kimi bir qurumun regionda olması inkişafa gətirib çıxarar. Lakin bu məsələdə bir çox nüans var: Birincisi, SSRİ dağıldıqdan sonra imperiyanın sərhədlərindəki ölkələrdə ərazi münaqişələri yaranmağa başladı. Bu gün Moldova, Ukrayna, Gürcüstan, Azərbaycan və s. bu münaqişələrdən əziyyət çəkir. Yəni bu münaqişələr tam həll edilmədikcə, 15 respublikanın tam bir ittifaqda birləşməsi real görünmür. İkincisi, Rusiyanın regionda son 10 ildə apardığı aqressiv siyasət bir çox postsovet ölkəsinin Qərbə meyil etməsinə gətirib çıxarıb. Xüsusən, Ukrayna, Gürcüstan və Baltikyanı ölkələr Rusiyadan birdəfəlik üz döndərib. Bu ölkələrsiz Rusiya istədiyi ittifaqı qura bilməz.

Üçüncüsü, Putinin bu ideyası günün reallıqları ilə uyğun gəlmir. Çünki bu gün ölkələr dünyaya inteqrasiya edir, özləri müstəqil qərarlar verir, milli maraqları çərçivəsində hərəkət edirlər. Bu gün yalnız bir-iki ölkə Moskvanın tələbi əsasında siyasət formalaşdırmağa razı olar və olur da. Bunlardan birincisi və bəlkə də elə yeganə olan Ermənistandır”.

Şimali Koreya lideri Kim Çen In əməliyyat olunub.

Onun həyati təhlükəsinin olduğu bildirilir.

“CNN International”ın amerikalı rəsmilərə istinadən verdiyi informasiyaya görə, Kim Çen Inın ölüm təhlükəsi var.

Cənubi Koreya mərkəzli “Daily NK” qəzeti isə 36 yaşlı liderin siqaretdən çox istifadə etdiyinə, piylənmədən əziyyət çəkdiyinə və çox işlədiyinə görə xəstəxanaya yerləşdirildiyini bildirib. (publika.az)

ABŞ Prezidenti Donald Tramp neft qiymətlərini şərh edərkən bildirib ki, bu, qısamüddətli tendensiyadır.

“RİA Novosti” xəbər verir ki, D.Tramp jurnalistlərlə görüşündə bir ay ərzində vəziyyətin stabilləşəcəyini və neftin bir barelinin qiymətinin 25-28 dollara qədər yüksələcəyini söyləyib.

D.Tramp əlavə edib ki, hazırkı qiymətlər ABŞ-a milli və strateji ehtiyatları doldurmağa imkan verir.  /oxu.az/

Koronavirusa yoluxanların sayı 2,5 milyona çatır
Dünyada koronavirus qurbanlarının sayı 170 min nəfəri ötüb. 
 
Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
 
Qeyd edilir ki, ayrı-ayrı ölkələrdə virusa yoluxanların sayı 2,5 milyon nəfərə çatır. Bununla yanaşı, COVID-19-a yoluxmuş 645 min insan sağalıb. 
 
Son statistikaya görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 2 473 209 nəfərdir. Pandemiya nəticəsində artıq 170 042 nəfər dünyasını dəyişib. 
 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Türkiyədə bələdiyyə sədri və xanımı öz evində güllələndi
Türkiyənin Burdur əyalətində tikinti işi aparıldığı üçün qurudulan Salda gölü ilə bağlı "Gölün qurudulmasına icazə verməyəcəyik" deyən Yeşilova bələdiyyəsinin CHP-li sədri, 68 yaşlı Mümtaz Şenelə silahlı hücum olub.

Oxu.az xəbər verir ki, bu barədə “Milliyet” xəbər yayıb.

Bildirilir ki, gecə yerli vaxtla saat 04:30 radələrində naməlum şəxslər bələdiyyə sədrinin evinə gələrək, özlərini polis kimi təqdim ediblər və kişini küçəyə çağırıblar. Sonra isə onun ayaqlarına beş dəfə atəş açıblar.

Bundan başqa, bələdiyyə sədrinin 64 yaşlı xanımı Fatma Şenel də hər iki ayağından vurulub.

Hadisə yerinə çoxlu polis və təcili yardım maşını cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. M.Şenel əməliyyat olunub.

Onların həyatının təhlükədə olmadığı vurğulanır.

Baş verənlərlə bağlı istintaq başlayıb.

Türkiyə koronavirusa yoluxma sayına görə Çini KEÇDİ
Türkiyə yeni növ COVID-19-a yoluxma sayına görə Çini ötüb.

Türkiyədə koronavirusa yoluxanların sayı 86 304 nəfərə çatıb. Koronavirusun meydana gəldiyi Çində isə bu rəqəm 82 747 nəfərdir. Türkiyədə virusdan ölənlərin sayı 2017, Çində isə 4632 nəfərdir.

Qeyd edək ki, Türkiyə COVİD-19-a yoluxma sayına görə dünya üzrə 7-ci yerdədir.

Xəbər lenti